yasda inkişaf faktoru olub yerin üst qabığını dəyişdirir.
— Canlı orqanizmlər hədsiz müxtəlifdir, hər yerdə geniş yayılmışdır, bir
çox nəsillərdə təkrar yenidən təzələnir və təbiətin digər komponentləri ilə
müqayisədə seçmə biokimyəvi fəaliyyətə və müstəsna yüksək kimyəvi
aktivliyə malikdir.
Planetdəki bütün orqanizmlərin məcmusunu Vernadski canlı maddə
adlandırır. O, yerdə olän canlı orqanimzlərin rolu haqqında yazmışdır:
şişirtmədən təsdiq etmək olar ki, planetimizin, biosferin zahiri qabığının
kimyəvi vəziyyəti bütövlükdə həyatın təsiri altındadır, canlı orqanizmlərlə
təyin olunur, şübhəsiz, biosferə adi görünüş verən enerji kosmik mənşə
daşıyır.
O, Günəşdən şüa enerjisi formasında çıxır. Lakin məhz canlı
orqanizmlər, həyatın məcmusu bu kosmik şüanın enerjisini Yerin kimyəvi
enerjisinə çevirir və həyatımızın sonsuz müxtəlifliyini yaradır.
Bu canlı maddələr özünün tənəffüsü, qidalanması, metobolizmi, ölümü
(məhv olması) və özünün parçalanması, daim öz maddəsindən istifadə etməsi,
başlıcası isə yüz milyon illərlə fasiləsiz olaraq nəsillərini dəyişməsi, özünün
doğulması, çoxalması, biosferdən başqa digər yerdə mövcud olmayan müdhiş
planetar hadisələrdən birini törədir.
Günəş radiasiyası
u u u u
\ r
J
AVTOTROFLAR
(yaşıl bitkilər)
Litosfer
Torpa
q
HETEROTROFLAR
(heyvan və mikroorqanizmlər)
Şəkil 6.1. Canlı orqanizmlərin biosferin komponentləri ilə qarşılıqlı əlaqəsi
86
Yer sətinə daxil olan enerjinin 99%-dən çoxunu Günəş şüalanması təşkil
edir. Bu enerji hidrosfer, atmosfer və litosferdə əksər fiziki və kimyəvi
proseslərə hava və su kütlələrinin qarışmasına, buxarlanmaya, maddələrin
yenidən paylanmasına, qazların udulmasma, ayrılmasına və s. sərf olunur.
Şəkil 6.2. Yerin biosferini təşkil edən maddələrin əsas tipləri
87
Biosenozun(biotamn) ətraf mühitin formalaşmasında və sabitləşməsində
rolunu onun qlobal funksiyaları (energetik, destruktiv, konsen- trasiya, mühit
yaratma, nəqletmə) ilə göstərmək olar.
Canlı maddələrin mühityaratma funksiyası bütün funksiyaların birgə
nəticəsi hesab olunur: energetik funksiya bioloji dövranın bütün həlqələrini
enerji ilə təmin edir; destruktiv və konsentrasiya funksiyaları dağınıq (seyrək),
lakin həyat üçün çox mühüm elementlərin təbii mühitdən çıxarılması və
toplanmasına şərait yaradır.
Biosferdə canlı maddənin əsas funksiyaları
Funksiyalar
Baş verən proseslərin qısa səciyyəsi
Energetik
Fitosenoz zamanı Günəş enerjisinin, enerji ilə zəngin maddələrin
parçalanması yolu ilə isə kimyəvi enerjinin udulması
Konsentrasi
ya
Müəyyən növ maddələrin fəaliyyəti gedişində seçmə toplanması:
1) orqanizm gövdəsini qurmaq üçün istifadəsi; 2) Me- tabolizm
zamanı orqanizmdən kənar edilməsi
Destruktiv
1)
Qeyri biogen üzvi maddələrin minerallaşması;
2)
Cansız qeyri üzvi maddələrin parçalanması;
3)Əmələ gələn maddələrin bioloji dövrana cəlb (daxil) edilməsi;
Mühityarat-
ma
Mühitin fiziki-kimyəvi parametrlərinin dəyişməsi (başlıca olaraq
qeyri biogen maddələrin hesabına)
Nəqletmə
Maddələrin ağırlıq qüvvəsinə əks və üfüqi istiqamətində
aparılması
Canlı maddələrin mühityaratma funksiyaları nəticəsində Yerin təbii
mühitində aşağıdakı mühüm hadisələr baş vermişdir:
a)
İlkin atmosferin qaz tərkibi dəyişmişdir. Təsdiq edilmişdir ki,
biosenoz əsasən yerin oksigen atmosferini formalaşdırır və karbon qazının
konsentrasiyasma təsir göstərir;
b)
İlkin okean sularının kimyəvi tərkibi dəyişmişdir.
Dünya okeanı sularının əmələ gəlməsində biotanın iştirakı istisna
olunmur.
ç) Litosferdə bəzi dağ süxurları əmələ gəlmişdir. Dəmir, manqan,
fosforit, boksid, karbonat və silisium süxurlarının geniş yataqlarının bi- otanın
fəaliyyəti ilə əlaqədar yaranmasına aid çoxlu dəlillər vardır. V. İ. Vernadski
qraniti keçmiş biosferin izləri adlandırır.
c)
Qurunun səthində nadir xassəyə- münbitliyə malik olan torpaq qatı
əmələ gəlmişdir.
d)
Sahəsinə görə olduqca nəhəng yarpaq səthlərinin cəminin buxar-
landırıcı səthi yaranmışdır. Bu, buxarlandırıcı
effektinə görə okean sət
88
hindən geri qalmır və təxminən Dünya okeanının sahəsinə bərabərdir, yaxud
Yerin quru sahəsindən 2,5 dələ böyükdür. Bu, qurunun biotasına güclü
kontinental rütubətlik dövrünü yaratmağa imkan vermiş və ona 70-75%
nəzarət edir.
e)
Yerdə gətirmələrin böyük hissəsi formalaşmışdır. Təsdiq edilmişdir ki,
bioloji aşınma dağ süxurlarının parçalanmasında əsas rol oynayır (xırda torpaq
hissəciklərinin 80%-i monolit dağ süxurlarından əmələ gəlmişdir);
ə) canlı maddə biogenlərin miqrasiyasının qlobal tsiklinə nəzarət edir,
yaxud maddələrin konsentrasiyası biotanın fəaliyyətindən çox asılıdır. Belə bir
misal gətirək: həll olunmuş karbon qazının konsentrasiyası okeanın dibində
səthinə nisbətən bir neçə dəfə yüksəkdir. Okeanın səthində isə karbon qazının
konsentrasiyası atmosferdə olan konsentrasiya ilə müvazinət (tarazlıq)
vəziyyətində olur. Okeanın üst qatında həyat dayandıqda karbon qazının
konsentrasiyası okeanın səthində və dərinliyində bərabərləşir. Bunun
nəticəsində atmosferə C02-nin atılması baş verir. Bu isə fəlakətli nəticələrə
gətirib çıxara bilər. Beləliklə, okeanın bi- otası atmosferdə C02-nin
konsentrasiyasına nəzarət edir, bununla da parnik (istilik) effektini nizama
salaraq ətraf təbii mühitin sabitliyini təmin edir.
Beləliklə, müasir biosfer bütün üzvi aləmin uzunmüddətli tarixi
inkişafının təbiətlə qarşılıqlı əlaqəsinin hasilidir (yekunudur). Bu inkişaf
prosesində biosferdə qarşılıqlı əlaqələrin və hadisələrin mürəkkəb şəbəkəsi
yaranmışdır: abiotik və biotik faktorların qarşılıqlı təsiri nəticəsində biosfer
daim hərəkətdə və inkişafdadır. O, insan həyata qədəm qoyan zamandan bəri,
yəni 2-3 milyon il ərzində böyük təkamül keçirmişdir.
Biosfer, Yerin canlı maddələrin təsiri yayıldığı mühiti əhatə edir. Biosferə
ozon səthinə kimi atmosferin bir hissəsi (20-25 km), litosferin üst hissəsi,
əsasən aşınma gedən qabığı (orta hesabla 2-3 km) və bütün hidrosfer (okeanın
dibindən 1-2 km aşağı) daxildir. Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər.
Yer qabığının süxurlarında bakteriyaların müşahidə olunan ən dərin yeri 4 km
təşkil edir. Neft yataqlarında 2-2,5 km dərinlikdə çoxlu miqdarda bakteriya
müəyyən edilmişdir. Lakin, biosferdə həyat olduqca qeyri-bərabər yayılmışdır.
O, səhrada, tundrada, okeanın diblərində, yüksək dağlıq ərazidə zəif inkişaf
etsə də, biosferin digər sahələrində olduqca zəngin (bol) və çoxmiixtəlilliyi ilə
fərqlənir.
Canlı maddənin ən yüksək konsentrasiyası əsas mühitlərin ayrıldığı
sərhədlərdə: litosfer və atmosferin sərhəd qatında, yəni torpaqda, üç mühitin -
torpaq, su və havanın bir-birinə yaxın qonşuluğunda, yəni - okeanların üst
qatlarında, su hövzələrinin dibində və xüsusilə litorallarda, çayların
estuarilərində müşahidə olunur. V.İ.Vernadski litosferdə orqa
89