məhsulu lam istifadə etməyə cəhd edir. Ekosistemin enerjisi və onun kəmiyyət
(say) göstəriciləri haqda əldə edilən məlumat məhsuldarlığı pozmadan
(dağıtmadan) təbii ekosistemlərdən hər hansı bir miqdarda bitki və heyvan
biokütləsini götürmək mümkünlüyünü dəqiq nəzərə almağa imkan verir.
Şəkil 5.6. Eltonun sadələşdirilmiş piramida sxemi (Q.A.Novikov, 1979)
İnsan təbii sistemlərdən kifayət qədər çox məhsul götürür, buna
baxmayaraq onun üçün əsas yem mənbəyi kənd təsərrüfatı hesab olunur.
Aqrosistem yaradaraq insan daha çox təmiz bitki məhsulu götürməyə çalışır,
lakin otyeyən heyvanları, quşları və s. yemləmək üçün bitki kütləsinin yarısı
sərf edilməlidir, məhsulun çox hissəsi sənayeyə gedir və tullantılarda itirilir,
yəni burada təmiz məhsulun 90%-i itir və yalnız 10%-i bilavasitə insan
tərəfindən istifadə olunur.
Təbii ekosistemlərdə enerji axınları da öz intensivliyi və xarakteri üzrə
dəyişir, lakin bu proses ekoloji faktorların təsiri ilə nizamlanır, bu isə
bütövlükdə ekosistemin dinamikasında təzahür olunur.
81
5.3. ƏSAS EKOLOJİ KONSEPSİYALAR
Ekologiyanın aşağıdakı əsas konseptual vəziyyəti ayrılır (Solovyov,
1982):
—
morfoloji-struktur konsepsiya (növ müxtəlifliyi, biosenozların
şaquli yarusluğu və üfüqi müxtəlifliyi, müxtəlif tərkibliyi, həyatilik formaları,
senotik tərkib);
—
funksionaLsenotik konsepsiya (populyasiyanm mühityaradıcı
fəaliyyəti, biosenozda onların qarşılıqlı təsiri, ekosistemdə komponentlərin
qarşılıqlı təsiri);
—
məhsuldar-energetik konsepsiya (qida zənciri, ekoloji piramidalar,
qida zəncirinin əmələ gətirdiyi qida şəbəkəsi, qida şəbəkəsi üzrə enerji axını,
sərbəst enerjinin toplanması və dəyişilməsi, ilkin və ikinci (törəmə) məhsulun
formalaşması);
—
informasiya (məlumat) - kibernetik konsepsiya (informasiya və
populyasiyanm homeostaz axını, onlara idarəedici təsir göstərən biosenoz və
ekosistem haqqında informasiya);
—
biogeokimyəvi konsepsiya (ekosistemdə maddələr dövranı, kimyəvi
elementlərin qida şəbəkəsi və ekosistemin komponentləri üzrə miqrasiyası,
həmçinin ekosistemlərarası mübadilə);
—
sosial-iqtisadi konsepsiya (ekosistemin istismarı; cəmiyyət üçün
əlveriqli və əlverişsiz nəticələri);
—
suksesiya-dinamiki konsepsiya (biosenozun və ekosistemin
endogen və ekzogen suksesiyası, biosenozun ekoloji ordinasiyası və fizio-
nomoji təsnifatı);
—
təkamül konsepsiyası (ekosistemin əmələ gəlməsi və tarixi inkişafı,
paleoekologiya);
—
xoroloji konsepsiya (növlərin məkanca strukturu, coğrafi mühitin
iqlim, zonal-qurşaq, landşaft və regional xüsusiyyətindən asılı olaraq,
müxtəlif dərəcəli (ranq) ekosistemlərin yayılması).
5.3.1.
Azərbaycanın ekoloji konsepsiyası
Azərbaycan Respublikasının ekoloji konsepsiyası təbii-cəmiyyət
münasibətləri kompleksinin ekoloji problemlərinin xarakterinə və həllinə
uyğun təyin olunur. Ekoloji problemləri və onların həllinin yollarına uyğun
olaraq ekoloji konsepsiyanı üç qrupa bölmək olar:
I
qrup - meşələrin mühafizəsi və bərpası problemləri:
—
Torpağın eroziyası və ona qarşı
mübarizə tədbirlərinin təşkili;
—
Təbii yem sahələrinin deqradasiyası və onların düzgün istifadəsi üçün
normal şərait;
82
—
Torpağın radionuklidlərlə çirklənməsinə qarşı mübarizə tədbirləri;
—
Suvarılan torpaqların şorlaşması və şorakətləşməsi ilə mübarizə;
—
Mineral gübrələrdən və pestisidlərdən normal istifadə.
II
qrup - Hövzədaxili bölgələrdə torpaq üzərində ekoloji monitorinqin
təşkilinin həlli:
—
Ekoloji qiymətləndirmə xəritələrinin tərtibi;
—
Torpaqların ekoloji münbitlik pasportlarının tərtibi.
III
qrup - Cəmiyyətdə ekoloji mədəniyyətin formalaşdırılması;
—
Ətraf mühitin ekoloji vəziyyətinin mühafizəsi üzrə qanunverici
hüquqların pozulması ilə bağlı problemlər;
—
Ekoloji yardım və datasiya fondunun yaradılması;
—
Ətraf mühitin ekoloji şəraitinin qorunmasında ekoloji
koordinasiya
mərkəzinin təşkili.
84
VI
FƏSİ
L
BİOSFER
«Biosfer» haqqında təlimi böyük rus alimi, akademik Vladimir İva-
noviç Vernadski (1863-1945) yaratmışdır.Onun fikrincə biosfer Yerin həyat
yayılan xarici qabığıdır, (sferi). Bura bütün canlı orqanizmlər və onların
məskunlaşdığı mühit daxildir. V.İ. Vernadski təsdiq edirdi ki. Yerin canlı
orqanizmləri biosferin ən güclü qüvvəsi olub onun funksiyasını maddi və
enerji cəhətdən təyin edir. Onun fikrincə biosferin maddəsi müxtəlif olub
geoloji cəhətdən qarşılıqlı əlaqədə olan 7 hissədən (canlı maddə, biogen
maddə, radioaktiv maddə, kosmik mənşəli maddə, seyrək yayılmış atomlar,
atil, biratil (biokos) ibarətdir.
—
Canlı maddələrə bitkilər, heyvanlar və mikroorqanizmlər daxildir.
—
Biogen maddələrə geoloji tarix boyu canlı orqanizmlər tərəfindən
yaradılan üzvi və üzvi-mineral maddələr (daş kömür, torf, neft, əhəng, gil,
mərmər, qranit və b.) daxildir.
—
Atil (kosniy) maddələrə qeyri üzvi mənşəli dağ süxurları, su canlı
orqanizmlərin yaşaması üçün substrat və ya mühit sayılır.
—
Biokos maddələr canlı və cansız (atil) maddələrin sintezindən yaranır.
V.İ. Vernadski yazır ki, bu maddələr biosferdə canlı orqanizmlərlə və atil
proseslərlə eyni vaxtda yaranıb bir-birinin dinamik tarazlıq sistemini təşkil
edir. Orqanizmlər biokos maddələrdə mühüm rol oynayır. Planetin biokos
maddələrinə çöküntü süxurları, aşınma qabığı, bütün təbii sular, torpaq, sualtı
torpaq (lil) və s. daxildir. Canlı və cansız maddələrin biokosda nisbəti tərəddüd
edir. Məs. torpağın tərkibi orta hesabla 93% mineral (atil) və 7% üzvi (canlı və
biogen) maddələrdən ibarətdir.
6.1.
CANLI MADDƏ VƏ BİOSFERDƏ
HƏYATIN PAYLANMASI
Əvvəllər planetimizin səthində geoloji zaman ərzində bir-birini əvəz edən
proseslərin əksəriyyətinə sırf fiziki, kimyəvi və ya fıziki-kimyəvi hadisələr
(yuyulma, həllolma, çökmə, hidroliz və b.) kimi baxılırdı. V.İ.Vernadski isə
ilk dəfə olaraq canlı orqanizmlərin geoloji rolu təlimini yaradaraq göstərdi ki,
canlıların fəaliyyəti Yer qabığının dəyişməsində əsas faktor sayılır.
V.İ.Vernadski yazırdı ki. Yerin geoloji tarixində hər bir orqanizmin
ayrılıqda iştirakı cüzidir, lakin yerdə canlılar hədsiz dərəcədə çoxdur və onlar
yüksək çoxalma potensialına malik olub yaşama mühiti ilə aktiv qarşılıqlı
əlaqədədir, son nəticədə, birgə (müştərək) xüsusi qlobal miq
85