Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə31/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   27   28   29   30   31   32   33   34   ...   216

Bir  çox  qarışqaların  da  bitkilərlə  mutalistik  əlaqələri  formalaşır: 

3000-dən artıq bitki növünün qarışqaları özünə cəlb etmək qabiliyyəti vardır. 



Neytralizm  -  biotik  əlaqələrin  bir  forması  olub  iki  növ  bir  ərazidə 

məskunlaşaraq  (yaşayaraq)  bir-birlərinə  nə  müsbət,  nə  də  mənfi  təsirləri 

olmur. Neytralizmdə növlərin  bir-birilə bilavasitə əlaqələri  olmur, lakin  hər 

ikisi qruplaşmanın vəziyyətindən asılıdır. Məsələn, dələ ilə sığın, yaxud fil ilə 

meymun  bir  meşədə  yaşasalar  da,  praktiki  olaraq  bir-biri  ilə  əlaqəsi  olmur. 

Lakin  uzunsürən  quraqlığın  təsirindən  meşənin  məhv  olması,  yaxud 

zərərvericilərin 

kütləvi 


çoxalaraq 

ağacları 

«çılpaqlaşdırma- 

sı» 


(yarpaqsızlaşdırması) eyni dərəcədə olmasa da hər iki növə təsirini göstərir. 

Neytralizm əlaqəsi tipi xüsusilə ekoloji baxımdan müxtəlif üzvlər daxil olan 

zəngin növlü qruplaşmalarda inkişaf etmişdir. 

Amcnsalizm.  Bu  biotik  əlaqə  formasında  iki  qarşılıqlı  təsir  göstərən 

növlərdən  birinə  birgə  (bir  yerdə)  yaşamaq  mənfi  nəticə  göstərir,  digəri  isə 

ondan  nə  fayda  alır,  nə  də  zərər  çəkir.  Belə  qarşılıqlı  əlaqə  təsirinə  əsasən 

bitkilərdə  rast  gəlinir.  Məsələn,  işıqsevər  ot  növləri  fıstıq  və  ya  küknar 

meşəsində  ağac  çətirlərinin  güclü  kölgəsi  altında  sıxışdırılır,  lakin  ağaclara 

belə  «qonşuluq»  heç  bir  fərq  göstərmir.  Bitkilərdə  bəzən  birinin  ayırdığı 

məhsul  digərinin  (amensalın)  böyüməsini  ləngidir.  Bu  əlaqə  adətən  birbaşa 

rəqabətə  aid  edilir  və  antibioz  adlanır.  Bu  əlaqə  forması  bitkilərdə  yaxşı 

öyrənilib,  bunun  əsasında  resurs  uğrunda  rəqibə  qarşı  mübarizə  məqsədilə 

müxtəlif  zəhərli  maddələrdən  (herbisid)  istifadə  olunur.  Bu  hadisə 



allelopatiya adlanır. 

Amensalizm  su  mühitində  də  yayılmışdır.  Məsələn,  göy-yaşıl  yosunlar 

suyun «çiçəkləməsinə» səbəb olur, bununla da su faunası, bəzən su- vata (su 

içməyə) gələn heyvanları (mal-qaranı) da zəhərləyir. Digər yosun növləri də 

bu  xassəyə  malikdir,  onların  ayırdığı  peptid,  xinon,  antibiotiklər  və  digər 

maddələr  hətta  kiçik  dozada  da  zəhərlidir.  Bu  zəhərlər  ektokrin  maddələr 

adlanır. 

Rəqabət (konkurensiya). Oxşar ekoloji tələbatı olan növlər arasında baş 

verən  qarşılıqlı  əlaqə  rəqabət  adlanır.  Y.Oduma  (1975)  görə  rəqabət-  eyni 

məqsədə  can  atan  iki  orqanizmin  mənfi  qarşılıqlı  təsiridir.  Belə  növlər  bir 

yerdə məskunlaşdıqda biri digərinin qida ehtiyatını, «sığınacaq» yerini azaldır 

(daraldır).  Rəqabət  -  ekoloji  əlaqələrin  qarşılıqlı  təsir  göstərdiyi  hər  iki 

partnyora  mənfi  təsir  göstərir.  Rəqabət  qarşılıqlı  təsir  forması  olduqca 

müxtəlif - birbaşa fiziki mübarizədən sülh vəziyyətində yaşamağa qədər ola 

bilər. Bununla belə, eyni ekoloji tələbata malik olan iki növ bir qruplaşmada 

məskunlaşırsa,  əvvəl-axın  rəqiblərdən  biri  digərini  sıxışdırıb  çıxarmalıdır. 

Rəqib  növlərin  birgə  olmağının  qeyri  mümkünlüyü  (uyuşmazlığı)  hələ 

Ç.Darvin tərəfindən qeyd olunmuşdur. 

70 



o,  rəqabəti  növlərin  təkamülündə  böyük  rol  oynayan,  yaşamaq  uğrunda 

mübarizənin mühüm tərkib hissəsi hesab etmişdir. 

Rəqabət  mübarizəsində  bir  qayda  olaraq  həmin  ekoloji  vəziyyətdə 

digərinə  nisbətən  üstünlüyə  malik  olan,  yəni  ətraf  mühit  şəraitinə  daha  çox 

uyğunlaşan növ qalib çıxır. 

Qruplaşmanın  daxilində  müxtəlif  növlər  arasında  ən  çox  qida  (yem) 

uğrunda rəqabət gedir. Güclü qida rəqabəti bütövlükdə biosenoz üçün sərfəli 

deyil, ekosistemin təkamülündə növlərin bir hissəsi qruplaşanın tərkibindən ya 

sıxışdırılıb çıxarılıb, yaxud da növarası rəqabət formalaşaraq rəqabətin gücünü 

zəiflətmişdir. 

Qida  rəqabətinin  zəifləməsi  mümkünlüyü  daha  çox  rəqabətin  həcm  və 

gərginlik  göstəriciləri  ilə  təyin  olunur  (Şorıqin,  1952).  Rəqabətin  həcmi 

rəqiblər  üçün  ümumi  qida  növünün  sayı  ilə  müəyyən  olunur.  Bu  aspektdə 

rəqabətin  zəifləməsi  bir  və  ya  bir  neçə  rəqib  növün  qida  spektrini 

genişləndirməklə - yem obyektlərinin yığınını çoxaltmaqla rəqabəti nisbətən 

azaltmaq olar. Rəqabətdən çıxmağın ən effektiv yolu onun həcmini azaltmaqla 

- qidada yüksək ixtisaslaşma apararaq yem spektrinin ayrılması gedir. 

Rəqabətin  gərginliyi  -  rəqib  növlər  üçün  müəyyən  yem  növünə  olan 

tələbatın onun təbiətdəki bolluğuna nisbəti ilə müəyyənləşdirilir. Məsələn, su 

kənarında  yaşayan  gəmiricilər  (qunduz,  ondatra,  su  siçanı)  üçün  ən  mühüm 

qida yeri qamış və cilotu sayılır. Bu bitkilər isə təbiətdə başdan-başa cəngəllik 

yaradaraq  yüksək  bioloji  kütləyə  və  məhsuldarlığa  malikdir.  Odıır  ki,  belə 

şəraitdə məskunlaşan növlərin qidaya ehtiyacı praktiki olaraq ödənilir, onların 

rəqabəti formal xarakter alır və real neqativ qarşılıqlı əlaqə yaranmır. 

Rəqabətin  həcmi  və  gərginliyi  onun  ümumi  gücünü  təyin  edir;  bu 

parametr rəqabət aparan növlər arasında müxtəlif qarşılıqlı əlaqə formalarının 

konkret baş verməsinin əsasını təşkil edir. 

Bitkilərdə  rəqibin  boğulması  kök  sisteminin  mineral  qida  maddələrini, 

torpaq nəmliyini və yarpaqlarla günəş şüasını tutub saxlaması, həmçinin toksik 

birləşmələri  ayırması  nəticəsində  baş  verir.  Məsələn,  iki  yonca  növünün 

qarışıq  səpinində  Trifolium  repensin  növünün  yarpaq  çətiri  tez  əmələ  gəlir, 

Jakin sonra onu daha iri saplağı olan T.Fragiferum kölgə altına alır. 

Bitkilərin  maddələr  mübadiləsi  məhsulu  vasitəsilə  qarşılıqlı  kimyəvi 

təsiri  allelopatiya  adlanır.  Bir-birinə  belə  üsulla  təsir  heyvanlara  da  xasdır. 

Q.F.Qauze və Parkın apardığı təcrübələr göstərir ki, rəqiblərin sıxış- dırılması 

əsasən mühitdə mübadilənin toksik məhsullarının toplanması nəticəsində baş 

verir, növlərdən biri digərinə nisbətən toksik maddələrə daha həssasdır. 

71 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə