Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə29/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   25   26   27   28   29   30   31   32   ...   216

hesab olunur. Meşə çətiri altında meşəaltı kollar, ot örtüyü, həmçinin heyvanat 

aləmi, az dəyişən (sabit) temperatur və yüksək rütubətlik şəraitində olur. 

Ot örtüyü ətraf ərazinin rejimini az da olsa dəyişdirir. Bozqır şəraitində 

çim örtüyünün yanında ot olmayan yerə nisbətən torpağın səthində temperatur 

8-12<> uşağı olur. Burada çoxlu xırda həşəratlar toplanır. Mənfi və ya müsbət 

topik  qarşılıqlı  əlaqələr  nəticəsində  növün  biri  biosenozda  digərlərinin 

yaşamasını təyin edir və ya kənarlaşdırır. 

Topik və tropik əlaqələr biosenozda olduqca böyük əhəmiyyət daşıyaraq 

onun  mövcudluğunun  əsasını  təşkil  edir.  Məhz  bu  əlaqə  tipləri  müxtəlif 

növdən  olan  orqanizmləri  bir-birinin  yanında  saxlayır  və  onları  müxtəlif 

miqyasda kifayət dərəcədə sabit qruplaşmada cəmləşdirir. 

Forik  əlaqələr.  Bir növün digər növün yayılmasında iştirakı deməkdir. 

Nəqletmə  (daşıma)  rolunda  heyvanlar  çıxış  edir.  Heyvanların  bitki 

toxumlarını, sporlarını, tozcuqları bir yerdən başqa yerə aparması zoo- xoriy, 

digər  daha  xırda  heyvanları  daşıması  foreziya  adlanır.  Daşıma  (nəqletmə) 

adətən xüsusi və müxtəlif uyğunlaşmalar vasitəsilə həyata keçirilir. Heyvanlar 

bitki toxumlarını - passiv və aktiv üsullarla tutub saxlaya bilər. Passiv tutmaq 

(ilişib qalmaq) heyvanın bədəninin təsadüfən bitkiyə toxunması ilə baş verir. 

Bitkinin toxumu və ya hamaş meyvəsi xüsusi ilişik qarmaq, tikan (üçbarmaq, 

pıtrax,  fıstıq)  heyvanın  bədəninə  (tükünə)  ilişərək  aparılır.  Toxumların  belə 

yayılması ən çox məməli heyvanlarda (məs. qoyun) müşahidə olunaraq kifayət 

qədər  uzaq  məsafələrə  aparılır.  Aktiv  ilişmək  üsulu  -  heyvanların  (ən  çox 

məməlilər  və  quşlar)  bitkilərin  meyvə  və  giləmeyvəsini  yeməklə  baş  verir. 

Həzm olunmayan toxumları heyvanlar peyinlə birlikdə ayırır. Göbələk sporla- 

nnın aparılmasında həşəratların rolu böyükdür. Görünür göbələklərin meyvə 

gövdəsi yayıcı həşəratlar üçün cəzbedicidir. 

Fabrikasiya  əlaqələri.  Biosenotik  əlaqənin  belə  tipində  növ  iştirak 

edərək  öz  tikintisində  (fabrikasiya)  ayrılma  məhsulları,  yaxud  ölü  qalıqlar, 

ya.xud  da  hətta  digər  növün  canlı  fərdlərindən  istifadə  edir.  Məs.,  quşlar 

yuvasını  qurmaq  üçün  ağacların  budaqlarından,  məməlilərin  tükündən,  ot, 

yarpaq, başqa quş növünün tükü və lələyindən istifadə edirlər. 

Fizioloji  optimum  -  növ  üçün  bütün  abiotik  faktorlar  birliyi  əlverişli 

olub, böyümə və çoxalmanın daha sürətlə getməsi mümkündür. 



Sinckoloji  optimum  -  elə  biotik  əhatədir  ki,  növ  düşmənləri  və  rəqibi 

tərəfindən ən az təzyiqə məruz qalır, bu isə onun müvəffəqiyyətlə artmasına 

imkan yaradır. Sinekoloji və fizioloji optimumlar çox vaxt uyğun gəlmir. Əgər 

uyğun biotopda ekoloji sığınacaq olduqca güclü rəqib tərəfindən zəbt olunubsa 

və  yırtıcı  və  parazitlərin  təsiri  güclüdürsə,  növ  orada  yaşamır.  Biosenozu 

formalaşdıran növarası əlaqələr orada məskunla 



65 


şan  növlərin  qanunauyğun  münasibətinə,  onların  ekoloji  xüsusiyyətlərinə, 

sayına,  məkanda  paylanmasına  şərait  yaradır,  başqa  sözlə  biosenozun 

müəyyən strukturunu yaradır. 

4.2.1.

 

Yırtıcı - şikar, parazit-sahib əlaqələri. 

Canlılar  arasında  olduqca  müxtəlif  qarşdıqb  əlaqələr  arasında  müxtəlif' 

sistematik qruplarm  orqanizmləri üçün ümumi  olan müəyyən əlaqə tiplərini 

ayamaq olar. 

Yırtıcı-şikar,  parazit-sahib  əlaqələri  bilavasitə  qida  əlaqəsi  olub, 

partnyorlardan biri üçün müsbət, digəri üçün mənfi nəticə verir. Ekoloji qida 

əlaqələrinin bütün variantlarını, o cümlədən çəməndə otlayan inəyi də bu əlaqə 

tipinə  aid  etmək  olar.  İstənilən  heterotrof  orqanizm  qruplaşmada  digər 

heterotrofu və ya avtotrofu yeməyin hesabına yaşayır. 

 

Şəkil 4.3. Lotki-Volter (V.Volterra) modelinə görə «yırtıcı-şikar» 



sistemin- 

də miqdarın qarşılıqlı əlaqəli tərəddüdü Nı-şikar, N



2

-yırtıcı 

Digər  heyvanlarla  (ovlayıb)  qidalanan  heyvan  yırtıcı  adlanır.  Yırtıcılar 

üçün  xüsusi  ovlama  davranışı  səciyyəvidir.  Həşəratların  çoxluğu  və  kiçik 

ölçüdə  olması  və  asan  əldə  olunması  fəaliyyəti  ətyeyən  heyvanları  (adətən 

quşları)  yırtıcıya  çevirir.  Onlar  ovunu  sadəcə  «toplama»  («yığma»)  ilə  əldə 

edərək  (quşlar  toxumları,  dəni  yığaraq)  onunla  qidalanırlar.  Həşəratyeyən 

yırtıcılar  qidanı  əldə  etmək  üsuluna  görə  otyeyən  heyvanların  otlamasına 

bənzəyir.  Ekoloji  baxımdan  belə  qidalanma  üsulu  həm  çəməndə  otlayan 

dırnaqlı  sürülər,  həm  də  ağacın  çətirində  yarpaqlarını  yeyən  tırtıl  üçün 

səciyyəvidir. Bəzi quşlar həm həşəratla, həm də toxumla qidalanır. 

Parazitlik  (parazitizm)  -  növlər  arasında  qida  əlaqə  forması  olub, 

partnyor  orqanizm  (konsument)  canlı  sahibinin  bədənindən  həm  qidalanma 

mənbəyi, həm də məskunlaşma (yaşama)  yeri (daim və  ya müvəqqəti) kimi 

istifadə edir. Parazitlər öz sahibindən xeyli kiçik olur. 



66 


Parazitizm yırtıcılardan fərqli olaraq növlərin dar çərçivədə ixtisaslaşması ilə 

səciyyələnir. Belə ki, sahib paraziti yalnız qida ilə deyil, həm də mikroiqlim, 

mühafizə və s. ilə təmin edir. Parazit sahibinin orqanizminin xüsusiyyətlərinə 

nə qədər yaxşı uyğunlaşarsa, onun orada çoxalmaq və nəsilvermək ehtimalı da 

artar. 

Parazitlik əlaqələri ziyanverici həşərat və bitki, qansoran həşərat, heyvan 



və  s.  ola  bilər.  Parazit  həşəratlar  çox  vaxt  epidemiyanın  yayıcısı  ola  bilər 

(bitlər-tif, gənələr-ensefalit xəstəliyi və s.). 

Parazitin  sahiblə  sıx  təmasda  olması  iki  cür  seçmə  nəticəsidir.  Parazit- 

lərin çoxları tam və uzun müddət sahibindən istifadə edərək onun tez ölümünə 

səbəb  olmur  və  özünün  daha  yaxşı  yaşamasını  təmin  edir.  Öz  növbəsində 

sahibinin  orqanizminin  müqavimət  gücünə  görə  seçmə  onun  üzərində 

parazitlik edənin vurduğu ziyan getdikcə az hiss olunur. Təkamül gedişində 

sahib və parazit arasındakı kəskin əlaqələr neytral hala, daha sonra isə iki növ 

arasındakı əlaqə hər ikisinə faydalı əlaqəyə çevrilir. 

Parazillər  tərəfindən  vurulan  fəlakətli  ziyan  əksəriyyət  halda  əlaqələrin 

uzunmüddətli təbii seçmə yolu ilə hələ sabitləşməsi zamanı müşahidə olunur. 

Odur  ki,  təsadüfi  başqa  yerdən  gətirilən  ziyanvericilər  kənd  təsərrüfatı 

bitkilərinə və heyvanlara  yerli parazitlərdən daha çox zərər  yetirir. Y.Odum 

(1975) qeyd edir ki, «yeni mənfi qarşılıqlı təzyiqin yaranmasından qaçmmaq 

və əgər o, baş verərsə, mümkün qədər onun qarşısını almaq lazımdır». 

Yırtıcılıq,  parazitizm  və  digər  qida  əlaqələri  variantlarının  əsas  ekoloji 

rolu canlı orqanizmlərin ardıcıl olaraq bir-biriləri ilə qidalanaraq maddələrin 

dövranına  şərait  yaratmaqdır,  məlumdur  ki,  onsuz  həyatın  mövcudluğu 

qeyri-mümkündür. Bu əlaqələrin digər mühüm rolu növlərin sayının qarşılıqlı 

tənzimlənməsidir. 

Bir yırtıcının məhv etdiyi şikarın ümumi sayı əvvəlcə onun istifadə etdiyi 

növün sayma mütənasib sürətdə artır. Buna yırtıcının şikara qarşı funksional 

reaksiyası  deyilir.  Lakin  istifadəçinin  (yırtıcının)  fiziki  imkanından  irəli 

hüdudu vardır. Yırtıcılar tam doyduqdan sonra adətən qurbana (şikara) qarşı 

reaksiyası zəifləyir. Şikarın sonrakı artımı yaxşı yem bazası əsasında yırtıcının 

sayının çoxalması ilə baş verir. 

Yırtıcı  və  şikarın  sayının  tərəddüdü  nisbətən  daimidir,  onların  am- 

plitudası isə mühitin digər faktorlarının təsiri ilə əlaqədar olaraq geniş hüdudda 

dəyişə  bilər.  Say  tərəddüdü  müxtəlif  səbəblərdən  (çox  vaxt  təsadüfi) 

partnyorlardan  birinin  sayı  sıfıra  enənə  qədər  davam  edir.  Belə  tərəddüdlər 

xüsusilə, növarası əlaqələr müxtəlif olmayan kasıb qruplaşmalarda (tundra və 

qütb səhralarında, bir ağac cinsi hakimlik edən meşədə, mədəni bağda və s.) 

aydın görünür. 

67 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə