Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə30/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   26   27   28   29   30   31   32   33   ...   216

4.2.2.

 

Kommensalizm, mutalizm, ncytralizm, amonsaüzııı, rəqabət 

Y.Odum  (1975)  kommcnsalizm,  kooperasiya  və  mutualizmi 

(simbiozu) qarşılıqlı təsirin müsbət növünə aid edir. Ekoloqların çoxunun 

fikrincə  sabit  (stabil)  ekosistemlərdə  mənfi  və  müsbət  qarşılıqlı  təsirlər 

tarazlıqda olmalıdır. 

Kommensalizm,  kooperasiya və mutualizmə təkamül gedişində müsbət 

qarşılıqlı təsirin ardıcıl mükəmməlləşmə mərhələsi kimi baxmaq olar. 

Kommensalizm - müsbət qarşılıqlı təsirin daha sadə tipi sayılır. İki növ 

arasında  gedən  qarşılıqlı  təsirin  bu  formasında  növün  biri  öz  fəaliyyəti  ilə 

(kommensala)  qida  və  ya  sığınacaq  verir.  Başqasının  yaşayış  yerinə  köçən 

orqanizmlər (kommensallar) «ev yiyəsinə» heç bir ziyan yetirmir. Sığınacaq 

kimi  ya  tikintidən  (yuva),  yaxud  digər  növün  bədənindən  istifadə  olunur. 

Ağacların  gövdə  qabıqlarında  epifit  bitkilərin  məskunlaşması  da 

kommensalizm  sayılır.  Quş  və  gəmiricilərin  yuvalarında  buğumayaqlıların 

olduqca  çoxlu  növləri  məskunlaşır  və  orada  parçalanmış  (çürümüş)  üzvi 

qalıqların və ya digər birgə sakinlərinin qalıqları hesabına qidalanırlar. Bir çox 

növlər  yalnız  yuvalarda  yaşayır  və  oradan  kənara  çıxmırlar,  belə  növlər 



nidikol adlanır. 

Kommensalizm  əlaqə  tipi  təbiətdə  olduqca  mühüm  hesab  edilir.  Belə 

əlaqə növlərin daha sıx birgə yaşamasına, mühitdən, qida resurslarından daha 

tam istifadə etməyə şərait yaradır. 

Lakin  bəzən  kommensalizm  başqa  əlaqə  tipinə  keçir.  Məsələn,  qarışqa 

yuvasında  çoxlu  qarışqalarla  birlikdə  stafilinid  böcəyinin  növlərinə  rast 

gəlinir. Onların yumurtaları, sürfə və pupları qarışqa balaları ilə birlikdə olur. 

Bu balalar böcəyin yumurta, sürfə və baramasına qulluq edir, onları yalayır və 

xüsusi kameralara daşıyırlar. Bəzən qarışqalar iri böcəyi də qidalandırır. 

Mutalizm (simbioz)  - Təbiətdə növlərin geniş yayılan qarşılıqlı faydalı 

əlaqəsi  müfualizm  adlanır.  Mutalistik  əlaqələr  əvvəlki  parazitizm  və  ya 

kommensalizmin  əsasında  baş  verə  bilər.  Qarşıqlıqlı  faydalı  birgə  yaşayışın 

inkişaf dərəcəsi olduqca müxtəlif ola bilər - müvəqqəti qeyri- məcburi əlaqələr 

və  partnyorlann  iştirakı  hər  ikisinin  həyatı  üçün  mühüm  mütləq  şəraitə 

çevrilən  əlaqələr.  İki  növün  belə  ayrılmaz  faydalı  əlaqəsi  simbioz  adını 

almışdır. 

Simbiotik  əlaqənin  klassik  misalı  kimi  şibyəni  göstərmək  olar.  Şibyə 

göbələk  və  yosunun  sıx  birgə  yaşayış  tərzidir.  Şibyələrin  tərkibinə 

göbələklərin  üç  sinif  nümayəndəsi  (aksomiset,  bazidiomiset  və  fikomiset) 

daxildir.  Təbiətdə  sərbəst  vəziyyətdə  ehtimal  ki,  şibyəli  göbələyə  rast 

gəlinmir.  Göy-yaşıl,  sarı-yaşıl,  yaşıl  və  qonur  yosunlar  şöbəsində  28  cinsin 

nümayəndələri aşkar olunmuşdur. Onların çoxuna sərbəst yaşama və- 

68 



/iyyətindo  rast  gəlinir.  Simbioz  (şibyə)  çox  güman  ki,  yosunun  üzərində 

göbələyin parazitizmi ilə əmələ gəlmişdir. Təbiətdə 20000 növdən artıq belə 

simbiotik  orqanizmlər  mövcuddur,  bu  belə  yaşamağın  (mövcudluğun) 

müvəffəqiyyətli olmasını göstərir. Y.Odum (1975) obrazlı surətdə qeyd edirdi 

ki, yosunun parazitliyi ilə iki müxtəlif növün harmonik qarşılıqlı təsirə doğru 

keçdiyi yol «şibyə modeli» insan üçün simvolik yol olmalı, təbiətlə mutalistik 

əlaqə yaratmalıdır, çünki insanın özü hetero- trofdur və mövcud resurslardan 

asılıdır. 

Çoxhüceyrəli heyvan və bitkilərdə mikroorqanizmlərlə birgə simbioz çox 

geniş  yayılmışdır.  Bir  çox  ağac  növlərinin  mikoriza  göbələkləri  ilə  birgə 

yaşayışı,  havadakı  molekulyar  azotu  fıksasiya  edən  kökyumru  bakteriyalar 

Rhizobium  məlumdur.  Azot  fıksasiya  edən  simbiontlar  200  növ  digər 

örtülütoxumlu  və  çılpaqtoxumlu  bitkilərin  köklərində  aşkar  edilmişdir. 

Mikroorqanizmlərlə simbiozun tarixi bəzən çox uzaq keçmişə gedir, ona görə 

simbiotik  bakteriya  koloniyalarına  çoxhüceyrəlilərin  xüsusi  orqanları  kimi 

baxmaq olar. 

Sibir sidr şamı ilə, sidr ağaclarında  yuva quran  quşlar (sidrquşu, sit- ta 

quşu  və  kukşa)  arasındakı  mutualistik  əlaqələr  mütləq  olmasa  da,  olduqca 

zəruridir.  Bu  quşlar  Sibir  sidrinin  toxumları  ilə  qidalanaraq,  yem  toplamaq 

instinktinə  də  malikdir.  Onlar  xırda  toxumları  (qozaları)  hissə-hissə  mamır 

qatının və meşə töküntüsünün altında gizlədirlər. Bu «ehtiyatın» çox hissəsini 

quşlar  tapa  bilmir  və  toxumlar  cücərir.  Beləliklə,  bu  quşların  fəaliyyəti  sidr 

şamının təbii bərpasına kömək edir, belə ki, toxumlar torpaqla əlaqəni kəsən 

qalın  meşə  döşənəyinin  səthində  cücərə  bilmir.  Qarğaların  qoz  ağacının 

toxumlarını gizlətməsi də buna uyğun misaldır. Şirəli meyvəsi olan bitkilərlə 

quşlar  arasında  da  qarşılıqlı  faydalı  əlaqələr  vardır,  onlar  bu  bitkilərin 

meyvələri  ilə  qidalanır  və  adətən  həzm  oluna  bilməyən  toxumları  əraziyə 

yayırlar. 

Məsələn,  Türyançay  qoruğunda  ardıc  ağacları  bol  toxumverən  illəri 

meşəlikdə  çoxlu  miqdarda  qaratoyuq  və  digər  quşlar  qışlayır.  Onlar  ardıcın 

toxumları  ilə  qidalanır  və  peyinləri  ilə  Bozdağ  ərazisində  bu  toxumların 

yayılmasında böyük rol oynayır. Ədəbiyyat məlumatına əsasən 1 m- sahəyə 

quşlar  orta  hesabla  12-15  ədəd  ardıc  toxumu  yayır.  Cücərtilərin  əmələ 

gəlməsində də quşların digər müsbət rolu vardır. Onlar onurğasız heyvanları 

axtarıb  taparkən  mamır  örtüyünü  eşir  və  bununla  da  ardıcın  toxumlarını 

torpağın üzərinə çatdırır. 

Qaraçöhrə  ağacının  bütün  orqanları  (iynələri,  gövdəsinin  qabığı  və  s.) 

zəhərli olsa da, toxumları həm dadlı, şirirt, həm də parlaq qırmızı rəngə malik 

olub quşların diqqətini özünə cəlb edir, onun yayılmasında böyük rol oynayır. 

Belə  ki,  quşlar  bu  toxumlarla  qidalanır,  onları  mədələrində  «stratifıkasiya» 

edir, «səpinə» hazırlayır və ərazilərdə yayırlar. 

69 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə