Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə26/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   22   23   24   25   26   27   28   29   ...   216

torpaq  sayılır,  yəni  biogeosenoz  Sıikaçeva  görə  xoroloji  (fiziki-coğrafi) 

xarakter daşıyır. Ekosistemə, əsasən ərazicə deyil, Irofik mövqeyindən baxılır. 

Beləliklə,  biogeosenoz  və  ekosistemin  nisbətini  belə  təsəvvür  etmək  olar: 

biogeosenoz  fitosenozun  sərhədi  daxilində  ekosistemdir.  Daha  dürüstü, 

ekosistem  və  biogeosenoz  kateqoriyaları  bitki  qruplaşması  səviyyəsində 

bir-birinə uyğun gəlir, ondan yuxarı və aşağı səviyyələrdə isə onlar prinsipcə 

ayrılırlar. 

N,P,K 

Şəkil 4.1. Ekosistemdə maddələrin bioloji dövranı 

Ekosistemlərin əksəriyyəti uzun təkamül gedişində (inkişafında) təşəkkül 

tapmışlar  və  növlərin  ətraf  mühütə  uyğunlaşması  nəticəsidir.  Ekosistemlər 

özünü nizamlama və müəyyən hədd çərçivəsində ətraf şəraitin dəyişməsinin və 

populyasiyanın  sıxlığının  kəskin  tərəddüdünün  qarşısını  almaq  qabiliyyətinə 

malikdir. 



4.1.

 

BİOSENOZUN STRUKTURU 

Biosenozun  strukturu  çoxplanlı  olub  onun  öyrənilməsində  müxtləif 

aspektlər ayrılır. 

4.1.1.

 

Biosenozun növ strukturu 

Biosenozun  növ  strukturu  bir  sıra  faktorlardan  asılı  olaraq  növlərin 

müxtəlifiiyi və kəmiyyətcə nisbəti ilə xarakterizə olunur. Əsas limitləşdi- 

57 



rici  faktorlar temperatur, rütubətlik  və qida  maddələrinin çatışmazlığı  hesab 

olunur. Kasıb və zəngin növlü biosenozlar ayırırlar. Qütb arktik səhralarında 

və  şimal  tundrada  istiliyin  son  dərəcə  defısitliyi  şəraitində,  susuz  isti 

səhralarda,  çirkab  suları  ilə  çirklənmiş  su  hövzələrində,  bir  və  ya  bir  neçə 

mühit  faktorunun  həyat  səviyyəsi  üçün  orta  optimal  səviyyədən  kənara 

çıxması (sapması) ilə əlaqədar qruplaşmalar olduqca kasal- laşır, belə ki, çox 

az növlər belə olduqca əlverişsiz şəraitə uyğunlaşa bilirlər. Tez-tez fəlakətli 

təsirlərə  (məsələn,  çay  daşqınları  zamanı  subasar  yerlər,  bitki  örtüyü 

müntəzəm  olaraq  məhv  edilən  sahələr,  herbisidlərdən  istifadə  və  digər 

antropogen  təsirlər)  məruz  qalan  biosenozlarda  növ  spektri  böyük  olmur. 

Əksinə,  həyat  üçün  abiotik  mühit  şəraiti  optimuma  yaxınlaşdıqda  olduqca 

zəngin növlərə malik olan qruplaşmalar (biosenozlar) əmələ gəlir. Buna tropik 

meşələri,  çoxmüxtəlif orqanizmlərlə zəngin  olan  mərcan rifləri, arid zonada 

çay  vadilərini  misal  göstərmək  olar.  Tropik  meşələrin  biosenozları  çox 

müxtəlif  heyvanat  aləmi  və  bitki  növlərinə  malik  olub,  hətta  yan-yana  eyni 

növdən olan ağaclara rast gəlinmir. 

Biosenozların  növ  tərkibi,  həmçinin  məskunlaşdığı  yerdə  yaşama 

müddətindən,  hər  biosenozun  tarixindən  də  asılıdır.  Təzə  formalaşan  cavan 

qruplaşmalar  çoxdan  formalaşan,  yetişmiş  qruplaşmalara  nisbətən  az  növə 

malik  olur.  İnsan  tərəfindən  yaradılan  biosenozlar  (tarla,  bağ,  bostan)  da 

analoji  şəraitdəki  təbii  sistemlərə  (meşə,  bozqır,  çəmən)  nisbətən  növlərlə 

kasat  olur.  Aqrosenozların  kasıb  növ  tərkibini  xüsusi  mürəkkəb  aqrotexniki 

tədbirlər sistemini (məs. alaqlarla və bitki zərərvericiləri ilə mübarizə) həyata 

keçirməklə insan özü nizamlayır. 

Lakin,  hətta  ən  kasat  biosenozlarda  da  müxtəlif  sistematik  və  ekoloji 

qruplara aid olan onlarla orqanizmlərə rast gəlmək olar. Məs., taxıl zəmisində 

və  ya  üzüm  bağında  taxıl  və  üzümdən  başqa  az  da  olsa,  alaq  otlarına, 

həşəratlara, 

zərərvericilərə, 

yırtıcılara, 

siçanabənzər 

gəmiricilərə, 

onurğasızlara-torpaq qatı və torpaqüstü orqanizmlərə, rizosferin mikroskopik 

orqanizmlərinə, patogen göbələklərə və s. rast gəlinir. 

Demək olar ki, bütün yerüstü və əksəriyyət su biosenozlarının tərkibinə 

həm  mikroorqanizmlər, həm  bitki,  həm  də heyvan növləri  daxil olur.  Lakin 

bəzi  şəraitlərdə  formalaşan  biosenozların  tərkibində  bitki  olmur  (məs. 

mağaralarda və su hövzələrinin fotik zonasından aşağıda), istisna hallarda isə 

biosenoz yalnız mikroorqanizmlərdən ibarət olur (məs. su hövzəsinin dibində 

anaerob mühitdə, çürüyən lillərdə, hidrogen- sulfid qaynaqlarında və s.). 

Biosenozun növ tərkibinin mürəkkəbliyi məskunlaşdığı yerin mühitinin 

müxtəlifliyindən də asılıdır. Növlərin ekoloji təsnifatına görə müxtəlif şəraiti 

olan biotoplarda daha zəngin flora və faunaya malik 

58 



olan  biosenozlar  formalaşır.  Növlərin  çoxluğunun  məskunlaşmaq  şəraiti 

əlverişli sayılan yer, qruplaşmalar arasındakı (sərhədindəki) «ekoton» adlanan 

keçid  zonasıdır,  burada  növ  müxtəlifliyinin  artması  isə  «sərhəd  effekti» 

adlanır.  Ekoton  növlərlə  zəngin  olur,  çünki  bura  hər  iki  sərhədyanı 

qruplaşmalardan  növlər  daxil  olur.  Bundan  başqa  ekoton  sərhədyanı 

biosenozlarda rast gəlinməyən özünəməxsus xarakterik növlərə də məxsusdur. 

Məs.,  Böyük  Qafqazın  cənub  yamacında  meşənin  yuxarı  sərhədinin  subalp 

çəməninə keçid zonası orta dağ-meşə fıstıq qurşağına nisbətən flora və fauna 

ilə daha zəngindir. İki qonşu biotoplar bir- birindən nə qədər çox fərqlənərsə, 

onların sərhədlərində şərait bir o qədər müxtəlif və «sərhəd effekti» bir o qədər 

güclü  olar.  Meşə  və  ot  bitkilərinin,  həmçinin  su  və  quru  biosenozlarının 

kontaktında  növ  zənginliyi  güclü  artır.  «Sərhəd  effekti»  bir-birindən  kəskin 

ayrılan  təbii  zonaların  (meşə-tundra;  meşə-bozqır;  yüksək  dağlıq  meşəsi  - 

subalp zonası) flora və faunası üçün daha səciyyəvidir. 

Mühitin müxtəlifliyi həm abiotik faktorlarla, həm də canlı orqanizmlərin 

özləri  ilə  yaradılır.  Hər  növ  onunla  trofık  və  topik  cəhətdən  əlaqəli  digər 

növlərə  biosenozda  möhkəmlənmək  üçüiı  şərait  yaradır.  Məsələn,  yeni 

məskən  mənimsəyən  sünbülqıran  ora  özünün  yırtıcılarını  cəlb  edə  bilər, 

həmçinin 50 növə qədər özünün parazitlərini və 100 növə qədər yuvada birgə 

yaşayan orqanizmləri gətirə bilər. Heyvanlar üçün mühitin əlavə müxtəlifliyini 

bitki örtüyü yaradır. Bitki örtüyü nə qədər güclü inkişaf edərsə, biosenozda bir 

o  qədər  çoxşaxəli  mikroiqlim  şəraiti  yaranar  və  o,  özündə  daha  çox  növü 

cəmləşdirər.  Başqa  sözlə  desək,  biosenozda  ekoloji  sığınacaq  çox  olduqca, 

onun növ tərkibi zəngin  olar. Öz növbəsində qruplaşmanın növ müxtəlifliyi 

artdıqca ekoloji sığınacaq (ekoloji məskən) da çoxalır. 

Bir biosenozun tərkibində eyni ölçülü qrupa aid olan növlər sayına görə 

kəskin  seçilir.  Onlardan  birinə  seyrək  rast  gəlinir,  digəri  isə  olduqca  çox 

olduğu  üçün  biosenozun  xarici  görkəmini  təyin  edir.  Məsələn,  yovşan 

yarımsəhrasında  yovşan,  çətiryarpaqh  fıstıq  meşəsində  çətiryarpaq  ot  növü. 

Hər  bir  qruplaşmada  müəyyən  ölçü  qrupuna  aid  olan  növlər  üstünlük  təşkil 

edir,  məhz  onlar  arasında  olan  əlaqələr  bütövlükdə  biosenozun  fəaliyyətini 

müəyyənləşdirir. 

Sayına  görə  üstünlük  təşkil  edən  dominant  növ,  yaxud  sadəcə  olaraq 

həmin qruplaşmanın (biosenozun) dominantı adlanır. Məsələn, iberiya palıdı 

meşəsində iberiya palıdı, onun ot örtüyündə qırtıc, yaxud cil dominantlıq edir. 

Biosenozun heyvanat aləmində də dominantlıq edən növlər vardır. Dominant 

növlər  qruplaşmanın  «növ  nüvəsini»  təşkil  edir.  Lakin  onların  hamısı 

biosenoza təsir göstərmir. Onların arasında elə növlər vardır ki, onlar öz həyat 

fəaliyyəti ilə biosenoz üçün yüksək də 

59 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə