Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə43/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   39   40   41   42   43   44   45   46   ...   216

 

 



 

is 

CD 

V. 


 

Şokil  6.13.  İnsanın  biosferə  müdaxilə  növləri  (məlumat  lüğəti.  «Ətraf 

mühit». 1993) 

6.4.2.

 

Biotexnosfcr 

İnsan  fəaliyyəti  prosesi  bir  tərəfdən  elə  bil  ki,  biosferin  sərhədini  Yer 

qabığı  və okeanın  dərinliyinə və  yüksəkliyə  - stratosferə  və  kosmosa  doğru 

genişləndirmişdir. Digər tərəfdən isə biosferin aktivliyinin və canlı maddənin 

kütləsinin  azalması  müşahidə  edilr.  İnsanın  təsiri  altında  Yer  səthində  ilkin 

biosfer  sərhədində  təbiətin  yeni  vəziyyəti  formalaşmışdır.  Bu  vəziyyəti 

Q.F.Xilmi  biotexno.sfer  adlandırmışdır.  Biotexnosfcr  (tex-  nosfer, 

texnobiosfer) planetin bir sahəsi olub, burada canlı maddə və insan tərəfindən 

yaradılan urbanizasiya - texniki obyektlər mövcuddur, onların qarşılıqlı təsiri 

və ətraf mühitə tvəsiri təzahür olunur. Biosferdən fərqli olaraq biotexn'osfer 

özünü idarə edən təşkili sistem olmayıb, insan tərəfindən idarə edilən bir çox 

yarımsistemin mürəkkəb konqlomeratı, 



109 


yoni nizamsız yığımıdır (birləşməsidir). Bu yarımsistemlər akkumulya- siya 

etmir,  lakin  atmosferin  biokütləsini,  enerjisini  və  oksigenini  sərf  edir. 

Texnosferin  bir  sıra  yarımsistemlərinin  və  sistemlərinin  yaranması  biosferi 

mürəkkəbləşdirmişdir (çətinləşdirmişdir). V.A.Kovdaya görə olduqca böyük 

ərazidə (qurunun 25...30%-i) təbii ekosistemlər tamamilə texnogen sistemlərlə 

əvəz olunmuşdur. 

Biotexnosfer  və  onu  təşkil  edən  texnogen  yarımsistemlər  biosferdə 

yerləşir. Lakin onlar təbii ekosistemlərə xas olan əksər xassə və funksiyalara 

malik deyil. 

Texnogen  funksional  törəmələr  heterotrof  ekosistem  kimi,  yalnız 

biosferin  avtotrof  sistemləri  tərəfindən  toplanan  enerji  və  biokütləsindən 

istifadə edərək mövcud ola bilər. Məhz bu səbəbdən də, texnogen sistemlər 

biosferin  avtotrof  ekosistemlərini  dağıdaraq  məkanda  ona  qarışır. 

Biotexnosferin  fəaliyyəti  prosesində  ilkin  biosferdə  mövcud  olan  tsikllərin 

qırılması  (əlaqələrinin kəsilməsi) müşahidə  edilə bilər, bu, hər şeydən öncə 

bəzi  biotik  mənşəli  maddələrin  ətraf  mühitdən  çıxaraq  təbii  biotik  dövran 

şəklində yararlı halda təbiətə qayıtmaması kimi təzahür edilir. 

Bununla belə, canlı maddələrin təbii mühitin daima özünü bərpa etmək 

üçün  lazım  olan  maddələrlə  getdikcə  artan  kasatlaşmasına  təkan  verir. 

Biosferin  canlı  maddəsi  ekoloji  özünütəminetmə  xassələrinə  malikdir; 

biosferin  canlı  maddəsi  və  onun  tərəfindən  dəyişilən  mühit  qarşılıqlı 

uyğunlaşmaları ilə xarakterizə olunur, bu isə biotexnosferin komponentlərində 

yoxdur. 

Bəşəriyyət  durduqca  biotexnosfer  inkişaf  edəcəkdir.  Lakin  bir  şey 

dəyişməz  qalmalıdır  -  bütün  inkişaf  mərhələlərində  biotexnosfer  təbiətin 

qanunlarına uyğun olaraq və bəşəri cəmiyyətin ehtiyacını təmin edən ekoloji 

özünütəminetmə  vəziyyətində  olmalıdır.  Bu  zaman  cəmiyyət  təbiət 

qüvvələrinə  qarşı  məqsədyönlü  və  düşüncəli  (səmərəli)  təsir  göstərməlidir. 

Maddələrin təbii dövranı və enerji axını haqqında müasir fikirlər konteksində 

günəş enerjisinin udulmasında və dəyişilməsində insanın həyat fəaliyyətinin 

rolu haqqında S.A.Podolinski, .Engelsin ideyalarını 

A.

 



İ.İqnatov  və  S.İ.İsayev  («Dialektika  jivoy  prirodı»,  1984)  ictimai 

istehsalın əsas funksiyaları adlandırmış və bu, texnosferdə həyata keçirilir. 

1.

 

İnsan  tərəfindən  bitki  becərilir,  seleksiya  və  aqronomik  vasitələrlə 



onun  günəş  enerjisini  toplamaq  qabiliyyətini  yüksəldir,  fitosenozun 

məhsuldarlığını  artırır,  bəhrəsiz  torpaqları  mənimsəyir  və  beləliklə,  biotik 

dövranın birinci həlqəsində avtotrof funksiyasını yerinə yetirir. 

2.

 



Torpağı  becərərək  (üzvi  maddələrin  parçalanmasını  aktivləşdirir), 

bitkiçilik məhsullarını hazırlayaraq (işləyərək), məişət və təsərrüfat tul- 



110 


lantılanndan  istifadə  edərək  (utilləşdirərək),  insan  üzvi  maddələrin  dest- 

rııktııru (parçalama) rolunu oynayır. 

3.

 

Dağ-mədən  və  kimya  sənayesi  vasitəsilə  torpağı  «becərən»  insan 



fıziki-kimyəvi və bioloji aşınma funksiyasını öz üzərinə götürür. 

4.

 



Daş  kömür,  neft,  şistlər,  torf,  ağac,həmçinin  su  və  havanın  enerjiyə 

çevrilmiş «konservləşdirilmiş» təsərrüfata cəlb edilən günəş enerjisinin həcmi 

artır;  atom  enerjisindən  istifadə  olunur.  Bu,  insanın  təbii  dövranın  həyata 

keçirilməsində  yalnız  kosfnik  deyil,  hətta  substrat-  energetik  rolundan 

danışmağa imkan yaradır. 

Biosferin təbii-resurs potensialının mənimsənilməsi, tədricən güclənməsi 

prosesi qanunauyğun və qaçılmazdır. Lakin elmi-texniki tərəqqinin nailiyyəti 

ziddiyyətli  xarakter  daşıyır.  İkitərəflilik  ondan  irəli  gəlir  ki,  təbiət 

qüvvələrindən istifadə imkanları genişlənir, lakin bununla bərabər, biosferə və 

biosfer  proseslərinə  mənfi  təsir  artır.  Antropogen  təzyiq  nəticəsində  baş 

verəcək mümkün biosfer dəyişikliyi şəraitində insan populyasiyasının qalması 

və digər canlı orqanizmlərin növləri kimi itməməsi üçün bəşəriyyət özünə yeni 

ekoloji  sığınacaq  («nişa»)  formalaşdırmalıdır.  Biosfer  hadisələrinin  idarə 

edilməsində  üç  mərhələ  olmalıdır:  idarəetmə  məqsədinin  formalaşması, 

idarəetmə  məqsədinə  nail  olunması  proqramının  formalaşması,  təsadüfi  və 

görünməyən  xarici  təsirlərin  baş  verməsinin  qarşısını  alan  əks  əlaqə 

mexanizminin yaradılması. Bəşəriyyətin bu yeni ekoloji sığınacağı (məskəni) 

necə görünür? 



6.5.

 

NOOSFER HAQQINDA TƏLİM 

Bu bölmə N. M. Məmmədov və İ.T.Suraveginanın «Ekologiya» (tərcümə 

edənlər: Q.Ş.Məmmədov, M.Ş.Babayev) kitabından götürülmüşdür. 

Noosfer  termini  (yun.  noos  -  şüur,  sphaera  -  kürə)  fransız  təbiətşünası 

E.Lerua  tərəfindən  1920-ci  illərdə  təklif  edilmişdir.  E.Leruanın  fikrincə, 

noosfer  biosferin  insanın  təsiri  altında  yeni  təkamül  halına  keçmə  prosesini 

səciyyələndirir. 

E.Leruanın  yaradıcılığına  V.İ.Vernadskinin  1925-ci  ildə  fransız  dilində 

nəşr  edilmiş  «Bəşəriyyətin  avtotrofluğu»  əsəri  təsir  göstərmişdir.  Əsərdə 

biosferin  dəyişdirilməsində  insanın  xüsusi  rolu,  onun  keyfiyyətcə  yeni  hala 

keçməsinə diqqət yetirilir. Böyük alim yazmışdır: «Biosferdə böyük geoloji, 

bəlkə  də  kosmik  qüvvə  mövcuddur.  Bu  qüvvənin  planetar  təsirinə  adətən 

diqqət yetirilmir. Bu qüvvə insanın şüuru, onun təşkil olunmuş ifadəsidir». 

Noosfer haqqında konsepsiya başqa fransız alimi və filosofu 

P.Teyyar da Şardenin  «İnsan fenomeni» əsərində öz inkişafını tapmışdır. O, 

bizim planetin inkişafında ardıcıl olaraq bir-birini əvəz edən 

111 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə