Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə46/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   42   43   44   45   46   47   48   49   ...   216

1

 

2

 

3

 

4

 

5

 

. 6

 

2x 10’ 107

 

Miosen

 

Piosen

 

Məməlilərin növ 



müxtəlifliyinin 

artması Atropoid 

xətti üzrə ilk 

primat İlk 

insanabən- zər

 

 



 

 

106

 

Dördüncü

 

dövr

 

Buzlaqlaşma

 

 



Dənizin 

səviyyəsi 

indikindən  120 

m aşağı

 

Oksigenin 



miqdarı 

indikinə uyğun 

gəlir

 

7 x 1 0 8

 

Poleozoy

 

erası

 

Çoxhüceyrəli- 

lərin peyda olması

 

 



 

Müasir 

zamana 

nisbətən 

oksigenin 

miqdarı 3-10% 

təşkil edir

 

5x 10«

 

2,25 X 

10®

 

 



Qorulu bitkilərin 

və həşəratların 

peyda olması

 

Saxaranm

 

buzlaqlaş-

 

ması

 

Daş kömür 

yığınlarının 

əmələ gəlməsi

 

Okeanın

 

həcminin

 

artması

 

 

108- 7x 



10’

 

Mezozoy

 

erası

 

Məməlilərin 



peyda olması

 

Örtülü 



toxumların peyda 

olması

 

Vulkanizm

 

Çökmə 

süxurlarda 

təbaşir və 

gipsin 

toplanması

 

 



Oksigenin

 

miqdarı

 

çoxalır

 

Beləliklə, həyatın və planetin təkamülü müxtəlif orqanizmlər və onların 



populyasiyalarmı  mühit  şəraitinə  uyğunlaşdırdı.  .Mühitin  (atmosfer, 

hidrosfer, pedosfer, çöküntü  süxurların  örtüyü) özü həyatın təsirilə biosferə 

çevrildi;  canlı  maddə  planetin  təbitəini  kökündən  dəyişdirdi,  onu 

biologiyalaşdırdı. Kosmik və Yer mənşəli fəlakətlər (vulkanizm, səhralaşma, 

buzlaşma) həyatın genişlənən və mürəkkəbləşən prosesini pozdu və ləngitdi, 

Lakin onu dayandıra bilmədi. 6.3 saylı şəkildə biosferin təkamülü, qarşılıqlı 

əlaqəli tsikllərin mürəkkəbləşən sistemi sxematik göstərilmişdir. 

116 



 

III 

 

 



Şəkil 6.14. Biosferin təkamül mərhələləri 

I

 



- abiotik dövran (A), ilkin primitiv biotik dövranın (p) əmələ gəlməsi; II 

- biosferin və biotik dövranın inkişafı; III - stabil biotik dövran, insanın peyda 

olması (İ); IV - bəşəriyyətin inkişafı, texnogenezin və tex- nosferin yaranması 

(T); V - müasir faza - texnosferin inkişafı və onun biotik və abiotik dövrana 

təsiri (Kamşılov, 1979). 

6.6.1.

 

Ətraf mühitin dəyişilməsi meyli 

Müasir  biosfer  getdikcə  artan  antropogen  yükün  (basqının)  təzyiqinə 

məruz qalmışdır. İnsan hələ öz tarixinin birinci minilliyində ekoloji mühitin 

dəyişilməsində  güclü  faktor  olmuşdur.  Lakin  son  iki-üç  yüzillikdə  o,  bütün 

biosferə  aktiv  təsir  göstərir.  Bəşəriyyət  mühüm  nailiyyətlər  əldə  etmişdir; 

bununla  belə,  aydın  olmuşdur  ki,  müasir  sivilizasiyanın  hazırkı  inkişafında 

insanın  düşünülməmiş,  qayğısız,  «kor-koranə»  ul-  traistifadə  fəaliyyəti 

biosferin  normal  funksiyasını  silkələməyə  və  pozmağa  qadirdir.  Təsərrüfat 

fəaliyyətinin böyük miqyas alması ilə əlaqədar dünyanın bir sıra regionlarında 

təbii  proseslər  antropogen  yükü  və  onun  zərərli  təsirini  neytrallaşdırmaq 

vəziyyətini itirmişlər. Bunun nəticəsində uzun sürən təkamül gedişində təbii 

sistemlərdə yaranan qarşılıqlı əlaqələr pozulur, özünütənzimləmə qabiliyyəti 

qırılır,  canlı  orqanizmlərin  sayı  və  növmüxtəlifliyi  azalır,  yaranmış  trofık 

zəncirlər dağılır, biosenozlar deqradasiyaya uğrayır. Bəşəriyyət görünməyən 

zonaya - risk sahəsinə daxil olur. Bu zaman istənilən bioloji və sosial obyektlər 

üçün  müəyyən  davamlılıq  həddi  olur,  bu  həddi  aşanda  buferkasiya  (lat. 

bifurcus - ikiləşmə) baş verir, yəni sistem sıçrayışla xassəsini dəyişir və hətta, 

ümumiyyətlə, mövcudluğunu dayandıra bilər. 

V.İ.Danilov  (1994)  ətraf  mühitin  müasir  problemlərinin  əsaslı 

ekoloji-iqtisadi  analizini apararaq, onun bioloji stabilliyi haqqında  aşağıdakı 

nəticələrə gəlmişdir: 

— biosfer yalnız insan üçün sadəcə resurs mənbəyi və onun istehsalat və 

həyat  fəaliyyətinin  tullantı  qəbuledicisi  deyil,  o,  olduqca  mürəkkəb 

sistemdir-həyatın əsasıdır, orada biota ətraf mühitin stabilliyini təmin 



117 


edir; 



 

biosfer bütövlükdə və təbii ekosistemlər məhdud təsərrüfat tutumuna 

malikdir; bu tutumun hüdudunu keçdikdə, biotanın və ətraf mühitin davamlığı 

pozulur; 





 

təsərrüfat  tutumu  hüdudunda,  biosfer  və  Yer  ekosistemləri  ətraf 

mühitin  bütün  pozuntuları  tez  bərpa  olunur  və  ətraf  mühit  davamlı  olaraq 

qalır; 




 

təsərrüfat tutumundan kənara çıxılması biogenlərin dövranının tez və 

daha  çox  seyrəlməsinə,  biotanın  özünün  çirklənmə  mənbəyinə  (karbon 

2-oksidin, azot və fosforun həll olan birləşmələrinin atılması) çevrilməsinə və 

ətraf mühitin deformasiyasına səbəb olur



 

ətraf  mühitin  pozulması  ekoloji  məskənin  (ekoloji  nişanın) 

dəyişməsinə, nəticədə, hemonlarm parçalanmasına və sonralar orqanizmlərin 

bir  çox  növlərinin  yoxa  çıxmasına  səbəb  olur;  ehtimal  olunur  ki,  belə 

mexanizm özünün ekoloji sığınacağını dağıdan insan populyasiyasında da baş 

verir; təsərrüfat fəaliyyəti nəticəsində yaranan çirkləndirici maddələr də bura 

əlavə olunur; 



 

insanın  əsas  vəzifəsi  orqanizmlərin  təbii  qruplaşmalarını  biosferin 

təsərrüfat  tutumu  hüduduna  çatdıra  bilməsi  miqyasında  (vəziyyətində) 

saxlamaq  və  bərpa  etməkdir;  yalnız  bu  şəraitdə  ətraf  mühitin 

transformasiyasını saxlamaq və sabilliyini təmin etmək mümkündür



 

texnoloji yanaşma əsasında ətraf mühitin saxlanması və bərpası üzrə 

çoxillik təcrübələr istənilən nəticəni verməmişdir



 

bəşəriyyətin  inkişaf  hüdudu  (sərhədi)  ərzağın  çatışmazlığı,  xammal 

resurslarının gözlənilən çatışmazlığı, iqlimin dəyişməsi ilə deyil, bütövlükdə, 

ekosistemin və biosferin təsərrüfat tutumu ilə təyin edilir; tutumun müəyyən 

hüdudu  keçməsi  ətraf  mühitin  stabilliyinin  pozulmasına,  nəticədə,  insan 

genomunun parçalanmasına və bir növ kimi sıradan çıxmasına aparır; quruda 

hələlik  kifayət  qədər  geniş  ərazilərdə  pozulmaya  məruz  qalmayan  təbii 

qruplaşmalar mövcuddur, onlar ətraf mühitin stabilliyinin bərpa edilməsində 

diqqət  mərkəzində  olmalıdır,  insan  populyasiyası  isə,  digər  növlərin 

populyasiyaları  kimi  normal  ge-  nomomnu  güclü  bərpa  etmək  mexanizmə 

qabildir; 



 

ətraf mühit problemini həll etmək və ona uyğun strategiyanı seçmək 

üçün artıq təhlükəli hüdudun  yaxınlaşdığını dərk etmək lazımdır, baş verən 

problemləri  yalnız  təsərrüfat  və  texnoloji  metodlarla  həll  etmək  mümkün 

deyildir. Sivilizasiyanı saxlamaq naminə insanlar biosferin stabilliyini təmin 

etməyə çalışmalıdır. 

Akademik  A.A.Juçenko  XXI  əsrdə  kənd  təsərrüfatının  inkişaf 

perspektivlərini  və  problemlərini  təhlil  edərək,  aqrar  istehsal  sisteminin 

ekologiyalaşma dərəcəsini təmin edən 6 hakim faktor ayırır: • 

118 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə