Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə49/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   45   46   47   48   49   50   51   52   ...   216

zilər də vardır ki, ora 50 ... 100 mm-dən də az yağıntı düşür. 

Ətraf mühitdə su və havanın miqdarı praktiki olaraq azalmır, lakin insan 

fəaliyyəti nəticəsində onlar keyfiyyətcə pisləşə və istifadəsi məhdudlaşa bilər. 

Məsələn,  suyun  miqdarı  azalmasa  da,  içməli  suyun  miqdarı  azalır.  Bu  təbii 

resurslar  yalnız müasir texnika və texnologiyanın köməyi  ilə (suyun, tozun, 

qazın təmizlənməsi, həmçinin səhiyyə-gigiyena işləri) tükənməz qala bilər. 

7.2.

 

ƏRZAQ PROBLEMİNİN GƏRGİNLİYİ 



İnsanların qida məhsulları ilə təmin edilməsi daima artan Yer əhalisinin 

mühüm  vəzifəsi  olaraq  qalır.  Dünyada  ərzaq  məhsullarının  fasiləsiz  olaraq 

artmasına  baxmayaraq,  bu  problem  bir  çox  ölkələrdə  gərgin  problem  kimi 

qalmaqdadır. 

Sivilizasiyanın inkişafı həmişə aclıqla müşayiət olunmuşdur. XIX əsrdə 

yalnız  Çində  100  mln.  adam  acından  ölmüşdür.  Hindistanda  son  50  ildə 

acından ölənlərin sayı 20 mln.-na çatmışdır. 20-ci -30-cu illərdə aclıq fəlakəti 

5 mln. insanın ölümünə səbəb olmuşdur. 

Lakin bəşəriyyətin uzunmüddətli tarixində ərzaq problemi ilk dəfə həm 

ərazi,  həm  də  kəmiyyət  baxımından  belə  qlobal  miqyas  almışdır.  BMT-in 

ərzaq və kənd təsərrüfat Təşkilatı (FAO) belə hesab edir ki, dünyada 1,2 mlrd, 

adam doyunca yemək tapnur. 

Müxtəlif  aclıq  formalarından  iztirab  çəkən  əhalinin  çox  hissəsi  dünya 

xəritəsində olduqca geniş ərazi tutur və enli zolaq şəklində ekvatorun hər iki 

tərəfi boyu uzanaraq bura praktiki olaraq bütün inkişaf etməkdə olan ölkələr 

daxil  olur.  Planetimizdə  aclığın  məkanı  Afrika  dövlətləri  sayılır.  Yetkin  bir 

adamın  bir  kq  çəkisinə  40-46  kilokalon  tələb  olunur,  bu  isə  sutka  ərzində 

təxminən  2500  kilokalori  təşkil  edir.  İnsanın  qəbul  etdiyi  kalori  hər  şeydən 

öncə  qidanın  gücündən  (növündən),  fiziki  yükündən  və  yaşadığı  yerin 

iqlimindən asılıdır. 

Ərzaq probleminə müxtəlif amillər təsir göstərir. Ən mühüm amillərdən 

biri  inkişaf  etməkdə  olan  ölkələrdə  əhalinin  artmasıdır.  Son  50  il  ərzində 

inkişaf etməkdə olan ölkələrdə ərzaq istehsalının artımında yüksəliş olmuşdur, 

lakin əhalinin  artımı iki dəfə  çox olmuşdur. Əhali sayının belə artımı ərzaq 

istehsalı artımının çox hissəsini istifadə edir və onu aclıqdan xilas etmir. 

Bununla  belə,  inkişaf  etmiş  ölkələrdə  ərzaq  məhsulu  istehsalı  iki  dəfə 

yüksəlmiş, əhalinin sayı üçdə bir dəfə artmışdır. 

Ərzaq  probleminin  baş  verməsinin  digər  səbəbi  əhalinin  qidasında  bir, 

yaxud  iki  ərzaq  məhsulu  növünün  üstünlük  təşkil  etməsidir,  bu  isə  əhalinin 

diyetasında yekrənglik xarakteri yaradaraq gizli aclıq forması 



125 


əmələ  gətirir.  Məsələn,  Cənubi  və  Cənubi-  Şərqi  Asiyanın  əhalisinin 

rasionunun 70% -ni , Yava adasının (İndoneziya) bəzi rayonlarında hətta 90% 

-ni  düyü  təşkil  edir.  Bu  isə  bəzi  xəstəliklərin,  o  cümlədən  beri-  beri 

xəstəliyinin baş verməsinə səbəb olur. Afrika kontinentinin bəzi dövlətlərinin 

əhalisinin  qida  rasionunda  kökümeyvəlilər  (yams,  batat,  maniok)  üstünlük 

edir. 


Yekrəng  qidalanma  uşaqların  kvaşiorkor  deyilən  xəstəliyə  tutulmasına 

şərait  yaradır. Bu zaman uşaq kifayət qədər kalori alsa da, orqanizmə zülal 

çatışmır. Qidada həm kalori, həm də zülal çatışmadıqda isə «uşaqda marazm» 

xəstəliyi  baş  verir.  Hər  iki  xəstəlik  uşaqlarda  həmişə  güclü  diareya 

(mədə-bağırsaqda  həzmin  pozulması)  ilə  müşayiət  olunur.  Belə  uşaqlar 

arasında ölüm hadisəsi və psixi pozuntuların səviyyəsi yüksək olur. 

C,  C. 

Bitki 


İstehsal, mln. ton 

Buğda Çəltik 

Qarğıdalı Kartof 

Arpa Batat Maniok 

Soya Üzüm Sorqo 

Şəkər qam İŞİ Dan 

Vələmir Pomidor 

Banan Şəkər 

çuğunduru Portağal 

• Kokos qozu 

Çovdar Pambıq 

yağı Qarpız Alma 

Kələm Yaras 

Yerfındığı Soğan 

Paxlalılar Noxud 

M^qo 


Günəbaxan 

toxumu 

44.5 

3400 



392 

226 

162 

107 

 

83 



65 

'zm

 58 

2^54 


^ 29 

43 ^ 50 

39 33 

39 ^ 35 Ss3 

27 2 27 sı 25 

^ 36 35 

3 20 

2 19 3İ9 313 

lll 214


 

3İ3| i 



 





50 100 150 200 250 300 350 400 450 

Şəkil 

7.2. Dünyada mühüm ərzaq bitkilərinin istehsalı (yaşıl kütlə), 1980-ci 

il FAO-nun məlumatı. 

126 


Əhalinin ərzaqla lomin edilməsində aqrokultııranın səviyyəsi böyük rol 

oynayır.  Buna  yüksək  məhsuldar  bitki  sortlarmdan,  məhsuldar  heyvan 

cinslərindən,  çox  müxtəlif  və  müasir  kənd  təsərrüfatı  texnikasından  istifadə 

etməklə (məsələn, Latın Amerikasında min ha əkin sahəsinə cəmi 5 traktor; 

Afrikada  -  1,  Rusiyada  -12,  ABŞ-da  30,  Yaponiyada  -  450  traktor  düşür), 

lazımi  miqdarda  gübrələr  verməklə  (mütəxəssislərin  hesablamalarına  görə 

kimyəvi  gübrələrdən  istifadə  etdikdə  əsas  kənd  təsərrüfatı  bitkilərinin 

məhsuldarlığı  40%  artır)  kənd  təsərrüfatı  bitkilərinin  ziyanvericiləri  və 

xəstəlikləri  ilə  mübarizə  tədbirlərini  həyata  keçirməklə,  həm  də  kənd 

təsərrüfatı məhsullarını saxlamaq texnologiyasına riayət etməklə nail olmaq 

olar. 

İnkişaf  etməkdə  olan  ölkələrdə  aqrokultııranın  səviyyəsi  hələ  ki,  geri 



qalır, bu isə kifayət qədər yüksək məhsul alınmasını və onun artımını təmin 

etmir.  Dünyada  taxılın  orta  məhsuldarlığı  25  sent/ha.  Afrikada  12  sent/ha 

(onun tropik hissəsində təsərrüfatlar hektardan 1 sent/ha məhsul yığır). Cənubi 

Amerikada 20 sent./ha təşkil edir. 

Dünyada  ərzaq  problemini  həll  etmək  üçün  inkişaf  etməkdə  olan 

ölkələrdə  «yaşıl  inqilab»,  inkişaf  etmiş  ölkələrdə  isə  «biotexnoloji 



inqilab»ın  keçirilməsi planı irəli sürülür. «Yaşıl inqilab» yüksək məhsuldar 

kənd  təsərrüfatı  ərzaq  bitkilərinin,  xüsusən  buğda,  qarğıdalı,  düyünün 

becərilməsi, irriqasiya işlərinin genişləndirilməsi və müasir texnika, kimyəvi 

gübrələr, bitki mühafizəsi üsullarının tətbiqi ilə həyata keçirilməlidir. Lakin 

«yaşıl  inqilab»  inkişaf  etməkdə  olan  ölkələrin  sahələrinin  üçdə  birində 

müəyyən  qədər  tətbiq  olunmuşdur.  Əkinçilikdə  əsasən  üç  dənli  bitkiyə 

(buğda,  düyü,  qarğıdalı)  üstünlük  verilmişdir.  Aqrokulturaya  düzgün  riayət 

edilmədiyindən «yaşıl inqilab» arzuolunmaz ekoloji nəticələr vermişdir. Belə 

ki, toksik kimyəvi maddələrdən istifadə edilməsi torpaqların zəhərlənməsinə, 

düyü  sahələrində  balıqların  məhv  olmasına,  kənd  təsərrüfatı  bitkilərinin 

ziyanvericilərinin yayılması partlayışına səbəb olmuşdur. 

«Biotexnoloji  inqilab»  inkişaf  etmiş  ölkələrdə  torpağın  hazırlanması 

(laydırsız  şumlama,  frezerlə  yumşaltma),  suvarma  (damcılı  suvarma), 

bitkilərin  ziyanvericilərdən  mühafizəsi  (fereonlardan  istifadəsi),  səpin 

toxumlarının  izotoplarla  hazırlanması  aqrotexniki  yeniliklərin  tətbiqi  ilə 

bağlıdır.Bu  gün  ərzaq  problemi  bəşəriyyətin  qlobal  problemi  olub  gələcək 

sivilizasiya onun həllindən asılıdır. 

7.3.


 

ƏHALİ 


Yer  kürəsinin  əhalisinin  sayı  durmadan  artır,  onun  artım  sürəti  də 

yüksəlir (cədvəl 7.1). 



127 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə