Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə57/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   53   54   55   56   57   58   59   60   ...   216

3.

 

Ətraf  mühitin  vəziyyətinin  qiymətləndirilməsi;  burada  region 



daxilində  ekoloji  vəziyyətin  dinamikası,  onun  təbii  resurslardan  istifadə  ilə 

əlaqəsi,  həmçinin  müxtəlif  təbii  resursların  vəziyyətinin  keyfiyyət  və 

kəmiyyət parametrləri göstərilir. 

4.

 



İqtisadi  qiymətləndirmə  bloku,  istehsalat  fəaliyyəti  sistemində 

resursun  yerini  və  rolunu  əks  etdirir  və  təbii  resurslardan  istifadənin  təyini 

üçün əsas (baza) hesab olunur. 

5.

 



Ərazinin  təbii-resurs  potensialının  sosial-iqtisadi  qiymətləndirilməsi 

bloku  (təbii-resurs  potensialından  istifadə  variantının  seçilməsi  və  seçilmiş 

variantdan  asılı  olaraq  iqtisadi  vəziyyətin  inkişaf  ssenarisinin  formalaşması 

meyarları ilə). 

Təbii resursların kompleks ərazi kadastrlarının idarə olunması kompüter 

əsasında  həyata  keçirilir.  Kadastr  işlərinin  ərazi  istiqaməti  (oriyentasiyası) 

geniş  həcmdə aerokosmik  və kartoqrafik məlumatlarla əlaqəlidir.Hazırlanan 

kadastr 


informasiyanın 

geoinformatik 

texnologiyanın 

tələblərinə 

uyğunlaşdırılması da vacib məsələ sayılır. 

7.6.1.

 

Azərbaycanın torpaq kadastrının ekoloji xüsusiyyətləri 

Azərbaycanın  torpaq  ehtiyatları  müxtəlif  gipsometrik  ölçülü,  çox  vaxt 

kəsişən,  parçalanan  relyefi  və  çox  dik  yamacları  olan  ərazilərdən  təşkil 

olunmuşdur; bu ərazinin 50%-dən çoxu dağların payına düşür. Bütün bunlar 

onlardan  səmərəli  istifadəyə,  eləcə  də  kənd  təsərrüfatı  istehsalının 

intensivləşdirilməsinə təsir göstərir. 

Azərbaycanda  torpaq  kadastrı  aparılmasının  vacibliyi  relyefin,  iqlimin, 

torpaq  örtüyünün  rəngarəngliyi,  torpaq  fondunun  yüksək  kənd  təsərrüfatı 

mənimsənilməsi,  onun  əhali  üçün  böyük  əhəmiyyəti,  kənd  təsərrüfatının 

inkişaf etmiş ixtisaslaşması, onun səviyyəsinin  yüksəldilməsi perspektivi  və 

zərurəti ilə müəyyən edilir. 

Azərbaycanda  torpaq  kadastrı  ilə  bağlı  işlər  1961-ci  ildən  aparılır.  Bu 

işlər  torpaqların  irimiqyaslı  xəritələşdirilməsi  üçün  materialların  axtarışı  və 

ümumiləşdirilməsindən  başlanmışdır.  Bu  isə  ayrılmış  xüsusi  kadastr 

rayonlarında  kadastr  işlərinin  aparılmasının  əsasını  qoymuşdur.  Bu  vacib 

tədbirin  keçirilməsi  üçün  torpaq  fondunun  keyfiyyətcə  qiymətləndirilməsi 

prinsiplərinin daha da təkmilləşdirilməsi və dərinləşdirilməsi tələb olunurdu. 

Azərbaycan  şəraitində  həmin  prinsiplər  V.R.  Volobuyev  və  başqa  alimlər 

tərəfindən əsaslandırılmışdır. 

Azərbaycanda torpaqların kadastrı üzrə işlərdə çıxış vəziyyəti - bitkilərin 

tələblərinin, kənd təsərrüfatının regional ixtisaslaşmasının nəzərə alınması ilə, 

torpaq  növlərinin  qruplarda  -  aqroekoloji  baxımdan  kifayət  qədər  eyni 

keyfiyyətli  dərəcələrdə  birləşdirilməsi  ilə  başa  çatan  hərtərəfli 

qiymətləndirilməsi olmalıdır. Torpaqların bonitirovkası, yəni onla- 



144 


nn  nisbi  dəyərinin  müəyyən  edilməsi  artıq  formalaşmış  aqroekoloji  torpaq 

qruplarından  (torpaq  dərəcələrindən)  istifadə  yolu  ilə  aparılmalıdır. 

Torpaqların ümumi xassələrinin dərin və hərtərəfli aqroekoloji xarakteristikası 

- onların aqronomik, istehsal baxımından düzgün qiymətləndirilməsinin zəruri 

əsasıdır. V.R. Volobuyevin (1961) qeyd etdiyi kimi, yer ərazilərinin ürnumi 

torpaq  tədqiqatları  proqramı  aqroekoloji  tədqiqatlarla  əsaslı  surətdə 

tamamlanmalıdır. 

Azərbaycan torpaqlarının ilk, daha iri bölünməsi kimi zonal bölgü xidmət 

edir. Çünki zonal torpaq-iqlim şəraiti kənd təsərrüfatı ixtisaslaşmasının, eləcə 

də meşə təsərrüfatının əsas elementlərini müəyyən edil*. 

Torpaqların  zonadaXili  təbii-kənd  təsərrüfatı  (kadastr)  rayonlarına 

bölünməsi və onların bonitirovkası torpaq xassələrinin və bitkilərin bu və ya 

başqa xassəyə reaksiyasının daha ətrallı öyrənilməsinə söykənməlidir. Torpaq 

proseslərini idarə etmək və ya aqrotexniki üsulların və meliorasiyanın köməyi 

ilə  torpaqların  bu  və  ya  başqa  xassələrinin  dəyişdirilməsi  imkanlarını  da 

bilmək zəruridir. İzahat üçün deyək ki, eyni bir torpaq müxtəlif bitkilər üçün 

müxtəlif qiymətə malikdir. 

Öz  dövründə  B.T.Nəzirova  (1982)  torpaq-kadastr  rayonlaşdırılması 

xəritəsini tərtib etmişdir. Burada respublika 13 rayona bölünmüşdür. 

Respublika torpaqlarının bonitet ballarının toplam şkalalarmdan (cədvəl 

7.8) çıxış edərək, ixtisaslaşmanı (aqrosenozlarm tələbatı) və aqroekoloji şəraiti 

nəzərə alaraq Q.Ş. Məmmədov (1989, 1998, 2000) tərəfindən hər bir kadastr 

rayonu  üçün  torpaqların  bonitet  balları  şkalası  və  ayrı-ayrı  torpaq-kadastr 

rayonları  üzrə  torpaqların  nisbi  dəyərlilik  əmsalları  tərtib  edilmişdir  (cədvəl 

7.9). 

Cədvəl 7.8 

Azərbaycan torpaqlarının bonitet ballarının ümumi şkalası 

№  Torpaqların adı 

Bonitet bal- 

lari 

Sahəsi 


ha 



1 



2 



4 



İbtidai dağ-çəmən 



20 

150980 


1,75 

9 

Qalıq karbonatlı dağ-çəmən 

70 

24300 


0,28 

Torflu dağ-çəmən 



95 

27370 


0.32 

Çimli dağ çəmən 



89 

218440 


2,53ı 

Qaratorpağabənzər dağ- 



çəmən 

90 


63570 

0,74 


Dağ-çəmən bozqır 

86 

54920 


0,64 

Dağ meşə-çəmən 



72 

74640 


0,86 

Tipik qonur dağ-meşə 



87 

37720 


0,44 

145 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə