Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə60/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   56   57   58   59   60   61   62   63   ...   216

olunur,  onlar  isə  redusentlər  və  ya  destruktorlara  parçalanaraq  və  həzm 

edilərək sadə maddələrə (nitratlar, fosfatlar, digər mineral birləşmələr) çevrilir, 

onlar isə fotosintez prosesində yenidən avtotroflar tərəfindən istifadə olunur. 

Torpaq  və  suyun  özünütəmizləmə  prosesi  tam  gedirdi  və  ekosistemdə 

maddələrin  dövranı  pozulmurdu.  İnsanın  qidalanması  zamanı  maddələr 

mübadiləsi prosesində kimyəvi  enerji şəklində aldığı  günəş enerjisinin  axını 

(adambaşına sutkada 4000 kkal), insanın istilik (odun yandırması) və mexaniki 

(çəkici qüvvə) şəklində təxminən istifadə etdiyi  enerjinin miqdarına bərabər 

idi. 

XIX


 

əsrə kimi aqrar sivilizasiya prosesində bir vegetasiya dövrü ərzində 

ilkin  konsumentlər  tərəfindən  toplanan,  həmçinin  çox  illər  ərzində  ağaclar 

tərəfindən  akkumulyasiya  olunan  enerjidən  istifadə  olunurdu.  Bir  insan 

tərəfindən istifadə olunan enerjinin ümumi miqdarı (22000 kkal/sutka), insanın 

neolit dövründə istifadə etdiyi enerjidən cəmi iki dəfə (sutkada 10000 kkal-ə 

qədər) artıq təşkil edirdi. 

Beləliklə,  aqrar  sivilizasiya  təşəkkül  tapdığı  zaman  insan  ekosistemi 

yüksək  səviyyəyə  -  homeostaza  malik  idi.  Ekosistemin  antropogen 

dəyişməsinə baxmayaraq, insan fəaliyyəti biogeokimyəvi dövrana daxil idi və 

o, biosferdə enerji axınını dəyişdirmirdi. 

XX

 



əsrdə kənd təsərrüfatı istehsalının artmasının təsiri nəticəsində Yerin 

biosferinin  bərpa  olunmaz  qlobal  dəiyşməsi  kəskin  gücləndi.  XX  əsrin 

70-90-cı  illərində  intensiv  texnologiyanın  (monokultura,  yüksək  məhsuldar 

mühafizə olunmayan bitki çeşidləri, aqrokimyəvi maddələr) tətbiq olunması su 

və  külək  eroziyası,  təkrar  şorlaşma,  torpağın  gücdən  düşməsi,  torpağın 

deqradasiyası,  edafon  və  mezofaunanın  kasatlaşması,  meşəlik  faizinin 

azalması, şumlanan sahələrin artması və s. ilə müşayiət olunur. 

XIX


 

əsr  və  XX  əsrin  birinci  yarısında  aktiv  məskunlaşma  başladı  və 

planetin münbit torpaqları zəbt edildi. Antropogen təsirlərdən nisbətən «azad» 

ərazilər mənimsənilməsi çoxlu vəsait tələb olunan olduqca mürəkkəb şəraitdə 

yerləşir,  bura  həmçinin  biosferin  ekoloji  funksiyasının  stabilliyini  qoruyub 

saxlayan ərazilər, məsələn, tropik meşələr. Milli parklar və qoruqlar aiddir. 

XX

 

əsrin ikinci yarısında həm təbii sistemlərin, həm də insan tərəfindən 



yaradılan  aqrosenozların  ilkin  bioloji  məhsuldarlığı  haqqında  təxmini 

məlumatlar  təqdim  edildi.  O,  bununla  yanaşı,  ayrı-ayrı  təbii  sistemlərin 

tərkibinin  potensialı  da  müzakirə  olunurdu  (cədvəl  8.1).  Bütövlükdə 

planetimiz üçün fotosintezin iqlim potensialı hesabına üzvi maddələrin nəzəri 

maksimum məhsulunu ildə 330 mlrd, ton qəbul etmək olar. 

151 



Günəş 

enerjisi Karbon-2 

. oksid 


-.'O-Su 

Günəş 


enerjisi 

V / 


:0: 

Karbon-2 

Su oksid 

İnsanın 


biokütləsi 

 

Kənd təsərrüfatı 



sahəsi 

insanın 


biokütləsi 

Şəkil 8.1. Kənd təsərrüfatı istehsalının yaranması və inkişafı nəticəsində 

insan və biosfer arasında nisbətin dəyişməsi, a - ovçuluq və meyvə və s. yığma 

dövrü; b) aqrokultur dövrü (Braun, 1972) 

Maksimum  məhsul  əldə  etmək  üçün  kənd  təsərrüfatı  ekosistemləri 

inkişaf  etdikcə,  Yer  üzərində  təbiətə  təsirlər  daim  artır.  Əmək  alətlərinin 

təkmilləşdirilməsi,  çoxlu  miqdarda  qida  maddələri  tələb  edən  yüksək 

məhsuldar bitkilərin və sortlann tətbiqi təbii proseslərin kəskin pozul 



152 


masına  səbəb  olur.  Əsaslandırılmamış  əkinçilik  üsulları  və  əkinçilik  sistemi 

səhralaşmaya  yol  açır;  torpaqdan  səmərəsiz  istifadə  olunması,  torpağın 

mühafizə  texnologiyasına  riayət  edilməməsi  nəticəsində  torpaq  eroziyası  və 

münbitliyin  itirilməsi;  suvarılan  ərazilərin  şorlaşması  və  ba-  taqlaşması; 

torpağın  üst  horizontlarmın  hədsiz  bərkiməsi  sayəsində  strukturunun 

dəyişməsi; uzun müddət yalnız bir bitki növünün becərilməsi nəticəsində təbii 

landşaftların bioloji müxtəlifliyinin aşağı düşməsi; suvarma məqsədilə sudan 

intensiv  istifadə  olunması  ilə  əlaqədar  sutop-  layan  horizontlarda  suyun 

azalması  (tükənməsi)  sayəsində  yeraltı  suların  defisitliyinin  artması;  kənd 

təsərrüfatı sahələrindən daxil olan pestisid qalıqları və nitratlarla səth və yeraltı 

suların  çirklənməsi;  kənd  təsərrüfatı  fəaliyyəti  ilə  məskənlərinin  və  yaşayış 

yerlərinin dağılması nəticəsində vəhşi heyvanların məhv olması və s. 

Son  onilliklərdə  bir  çox  hallarda  ekoloji  məhdudlaşmaya  yüksək 

səviyyədə  diqqət  yetirilir.  Vacib  problemləri  həll  edərkən  təbii  və  fasiləsiz 

proseslərə yol verilən müdaxilənin həddini nəzərə almaq lazımdır. 

Aqroekosistemin  süni  vasitələrlə  «doldurulmasının»  uğurlu  olmasını 

formalaşdırmaq  meyli  onun  təbii  potensialının  tükənməsini  pərdələmək 

deməkdir. Məsələn, mineral gübrələr müxtəlif bitkilərin davamlı istehsalının 

təmin  edilməsində  uzunmüddətli  vasitə  ola  bilməz,  belə  ki,  ondan  geniş 

istifadə  edilməsi  mühüm  torpaq  ehtiyatının  istifadəsini  intensivləş-  dirərək, 

bununla da, torpağın təbii münbitliyinin aşağı düşməsinə səbəb olur, humusun 

miqdarının xeyli azalması bunu təsdiq edir. 

XX  əsrin  ikinci  yarısının  xarakterik  xüsusiyyəti  «yaşıl  inqilab»ın 

nəticəsində  -  yüksək  məhsuldar  taxıl  sortlarının  tətbiqi,  mineral  gübrələrin 

yüksək  dozada  istifadəsi,  iqtisadi  cəhətdən  bitki  mühafizəsi  vasitələrindən 

(lakin ekoloji baxımdan təhlükəli) istifadəsi hesabına kənd təsərrüfatı istehsalı 

sahəsində  bioloji  məhsuldarlığın  (məhsulun)  xeyli  artması  idi.  Bunun 

nəticəsində  1950-1970-ci  illərdə  əsas  qida  məhsulu  sayılan  taxıl  hasilatı 

əhəmiyyətli  dərəcədə  çoxaldı.  Lakin  1980-ci  ilin  əvvəlindən  başlayaraq  bu 

artım  göstəricisi  dayandı.  Bu,  təbiətdən  istifadənin  ene-  rgetik  (enerji) 

effektliyinin azalması qanununun təsirinin əks olunmasıdır (Reymers, 1990). 

1970-1990-cı  illərdə  kənd  təsərrüfatının  effektivliyini  xarakterizə  edərək, 

alimlər  belə  nəticəyə  gəlmişlər  ki,  sərf  olunan  iqtisadiyyat  şəraitində  əlavə 

qoyulan enerji, nəinki çəkilən xərci ödədi (qaytardı), hətta  «mənfi enerjiyə» 

keçərək torpağın, və yem sahələrinin dağılmasına gətirib çıxardı. 

Son  va.xtlar  istehsal  olunan  məhsluun  keyfiyyəti  xüsusi  əhəmiyyət 

daşıyır. 

153 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə