Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə53/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   49   50   51   52   53   54   55   56   ...   216

planlarında müasir tələblərə cavab verən şəhəryaradıcı yüksək əmək tutumlu 

sənaye  sahələrinin  -  elektrotexnikanın,  maşınqayırmanın,  neft  və  kimya 

sənayesinin,  trikotaj,  toxuculuq  və  s.  inkişafına  üstünlük  verilməsi 

məqsədəuyğun olar. (Əyyubov, 1999) 

Azərbaycan respublikasında şəhər əhalisinin sayı 1989-cu ildə 3805 min 

nəfər  olmuşdur,  onun  77,0%-i  şəhərlərdə,  23,0%-i  şəhər  tipli  qəsəbələrdə 

yaşayırdı. Hazırda şəhər əhalisi 65 şəhərdə, 122 şəhər tipli qəsəbədə və fəhlə 

qəsəbələrində  cəmləşmişdir.  Halbuki,  Azərbaycanda  1913-cü  ildə  cəmi  13 

şəhər  var  idi.  Respublikada  Sovet  hakimiyyəti  illərində  şəhər  və  şəhər  tipli 

yaşayış  məntəqələrinin  sayı  ildən-ilə  artmağa  başladı.  Əgər  1926-cı  ildə 

burada 18 şəhər və 16 şəhər tipli qəsəbə var idisə, artıq 1939-cu ildə müvafiq 

olaraq onların miqdarı 25 və 56, 1959-cu ildə 40 və 93, 1989-cu ildə isə 65 və 

122  olmuşdur.  Ümumiyyətlə  Sovet  hakimiyyəti  illərində  Azərbaycanda  hər 

ildə orta hesabla 2,8 şəhər məskəni əmələ gəlmişdir. 

Respublikada əhalinin məskunlaşması sistemində şəhərlərin və şəhər tipli 

yaşayış  məntəqələrinin  şəbəkəsi  artmış,  onun  sıxlığında  irəliləyişlər  az 

olmamışdır. Azərbaycan şəhərlərinin əksəriyyətinin ən kiçik (əhalisi 10-19,9 

min nəfər) və kiçik (20 mindən 49,4 minə qədər) şəhərlər təşkil edir. Onların 

payına  bütün  respublika  şəhərlərinin  və  əhalisinin  müvafiq  olaraq  41,5  və 

21,5%-i  düşür.  Bu  yaşayış  məntəqələrində  bütün  şəhər  əhalisinin  müvafiq 

surətdə 13,3 və 13,9%-i cəmləşmişdir. Əhalisi 5 mindən 99 minə qədər olan 

xırda  şəhərlərin  payına  bütün  şəhərlərin  24,6%-i  düşdüyü  halda,  onlarda 

respublika  şəhər  əhalisinin  cəmi  4,1%-i  cəmləşmişdir.  Respublika  şəhər 

əhalisinin  əksəriyyəti  iri  və  nəhəng  şəhərlərin  payına  düşür.  Bu  yaşayış 

məntəqələri,  yəni  Bakı,  Gəncə  və  Sumqayıt  bütün  respublika  şəhərlərinin 

sayca 4,6%-ni təşkil etdiyi halda, onlarda (qəsəbələrsiz) şəhər əhalisinin 58%-i 

yaşayır. 

1950-ci  illərdən  başlayaraq  sənayenin  zəif  inkişaf  etmiş  olduğu 

rayonlarda iri sənaye müəssisələrinin və onun filiallarının yerləşdirilməsi ilə 

əlaqədar olaraq urbanizasiyanın ərazi strukturunda böyük dəyişikliklər əmələ 

gəldi.  Respublikanın  bütün  iqtisadi  rayonlarında  yeni  zavod  və  fabriklər 

yarandı,  Kür-Araz  iqtisadi-coğrafi  rayonunda  müharibə  qurtardıqdan  sonra 

1970-ci ilə kimi 43, Gəncə-Qazaxda 37, Şəki-Zaqatala- da, Lənkəran-Astara 

və Naxçıvan Muxtar Respublikasının hər birində 11, Quba-Xaçmaz və Dağlıq 

Qarabağın hər birində 8, Dağlıq Şirvanda 7 və s. nəhəng sənaye müəssisəsi 

yaradıldı. Bu müəssisələrdən Əli  Bay- ramlı (Şirvan) DRES, Mingəçevir su 

elektrik stansiyasını. Daşkəsən dağ-mədən kombinatını, Zəylik filiz idarəsini, 

Gəncə  alüminium,  cihazqayırma,  Mingəçevir  Azərelektroid,  kübel, 

rezin-texniki  məmulatlar  zavodlarını,  şüşə  liflər  zavodunu,  Xankəndi 

elektrotexnika zavodunu. 



136 


Cjoncodə, Mingəçevirdə toxuculuq kombinatlarını, Gəncə və Qazaxda xalça 

kombinatlarını, Naxçıvan, Xankəndi, Şəki,  Lənkəran, Göyçay, Bərdə,  İmişli 

və  başqa  şəhərlərdə  dəmir-beton  konstruksiyalar  və  detallar  zavodlarını 

göstərmək olar. Bu müddətdə Naxçıvan, Xankəndi, Şəki, Lənkəran, Göyçay, 

Bərdə, Xaçmaz və başqa yerlərdə xeyli miqdarda konserv, şərab, süd və çörək 

zavodları,  ət  kombinatları,  respublikanın  bir  çox  rayon  mərkəzlərində  çay 

fabirikləri və s. yaradılmışdır. Bütün bunlar respublikada urbanizasiyanın ərazi 

strukturunun optimallaşdırıl- masına müsbət şərait yaratmışdır. 

Lakin  1988-ci  ildən  başlayan  erməni  separatizmi,  20%-dən  çox  ərazini 

Ermənistanın  işğal  etməsi,  Xankəndi,  Şuşa,  Ağdərə,  Ağdam,  Qubadlı, 

Zəngilan,  Kəlbəcər,  Laçın,  Füzuli,  Xocalı,  Cəbrayıl  kimi  şəhərlərin  və 

Kərkicahan, Mincivan, İstisu, Şıxarx, Horadiz, Qırmızıbazar, Hadrut, Əsgəran 

qəsəbələrinin  düşmən  tərəfindən  viran  qoyulması.  Qazax,  Ağstafa,  Tovuz, 

Gədəbəy,  Naftalan,  Bərdə,  Sədərək  və  digər  yaşayış  məntəqələrinin  isə 

mütəmadi  olaraq  Ermənistan  ordusu  tərəfindən  atəşə  tutulması  şəhərlərin 

inkişafına  -  urbanizasiya  prosesinə  ağır  zərbə  vurdu.  Azərbaycan  əhalisinin 

məskunlaşma  forması  tarixində  öz  dədə-  baba  yurdlarından  qovulanların 

Beyləqan, İmişli, Ağcabədi, Bərdə və s. rayonlarda yeni tip məskənləri - «çadır 

şəhərcikləri»  yarandı.  Məcburi  köçkünlər  əsasən  böyük  və  orta  şəhərlərdə 

yerləşdirildiyindən  əhalinin  ərazi  yzrə  proporsiyasmdakı  nisbətlər  daha  da 

dərinləşdi,  xüsusən  də  respublikanın  qərb  ilə  şərq,  dağlıq  yerlərilə  düzən 

arasındakı fərqlər daha da artdı. Müharibə şəraiti iqtisadi tənəzzüllə müşayiət 

olunduğundan  şəhər  əhalisinin  mütləq  sayının  cüzi  artımına  baxmayaraq, 

ümumi əhali içərisində onun payı 52,7%-ə (1996) düşdü. 

Azərbaycan  şəhərlərinin  müasir  inkişaf  səviyyəsinin  yaxşılaşdırılması, 

onların  ərazi  üzrə  yerləşmə  proporsiyasınm  nizamlanması  hər  şeydən  əvvəl 

onların  iqtisadi  və  sosial  bazalarını  mövcud  və  perspektiv  demoqrafik 

potensiala  uyğunlaşdırmağı  tələb  edir.  Bunun  üçün  işğal  olunmuş  torpaqlar 

azad edilməli, iqtisadi dirçəlişə nail olunmalıdır. (Əyyubov, 1999). 

7.5.

 

ƏHALİNİN QİDALANMA PROBLEMİ 

7.5.1.

 

Ərzağın çatışmazlığı səbəbləri 

İnsanların  qida  məhsulları  ilə  təmin  edilməsi  yalnız  bu  və  ya  digər 

ərazilərdə biosferin resursları ilə deyil, həm də konkret hər bir ölkənin sosial və 

siyasi  şəraiti  ilə  sıx  bağlıdır.  İkinci  hal  daha  çox  istehsal  qüvvələrinin  və 

istehsalat əlaqələrinin inkişafı, elmi-texniki tərəqqinin səviyyəsi, əldə olunan 

məhsulun  həcmi  və  keyfiyyəti,  həmçinin  onun  cəmiyyət  üzvləri  arasında 

bölüşdürülməsi ilə təyin edilir. 

137 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə