Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə78/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   74   75   76   77   78   79   80   81   ...   216

Sıxlığı  (kipliyi)  5  q/sm'^-dan  artıq  və  ya  atom  kütləsi  50  vahid  olan 

kimyəvi  elementlər  ağır  metallara  aiddir.  Təhlükəliyinə  görə  onlar  üç  sinfə 

ayrılır: 

I  sinif  -  xüsusilə  toksik 

Kadmium (Cd) 

Arsen (As) 

Civə (Hg) 

Qurğuşun (Pb) 

Selen (Se) 

Sink (Zn) 

II sinif - toksik 

Bor(B) 

Kobald (Co) Mis 

(Cu) 

Nikel (Ni) 

Antimon (Sb) 

Xrom (Cr) 

III sinif - zəif toksik 

Barium (Ba) Vanadium 

(V) Volfram (W) 

Manqan (Mn) 

Stronsium (Sr) 

10.4.2.

 

Dioksinlərlə çirklənmə 

Ekosistemi  (o  cümlədən  torpağı)  çirkləndirən  antropogen  mənşəli 

toksikantlar arasında dioksinlər böyük təhlükəli hesab olunur. XXIV fəsildə bu 

toksikantların xassələri, təsirinin nəticələri haqda geniş məlumat verilir. 

Dioksinlər torpaqda qeyri-adi yüksək davamlığı ilə səciyyələnir. Torpağa 

düşdükdə onlar onun üzvi fazasına keçir, üzvi maddələrlə kompleks halında su 

hövzəsinə düşərək, qida zəncirinə daxil olur. 

Ətraf  mühitin  dioksinlərlə  çirklənməsi  olduqca  böyük  ekoloji  təhlükə 

olduğundan,  bu  toksikantlarla  çirklənmiş  torpaqların  istifadəyə  yararlığına 

məhdudiyyət  qoyulmuşdur.  Konsentrasiyası  1  nq/kq  olan  torpaq  sahələri 

yaşayış üçün yararsız hesab olunur; konsentrasiya həddi 0,25 nq/kq-dan artıq 

olan  sahələr  sənaye  tikintisi,  0,01  nq/kq-dan  artıq  olan  sahələr  isə  kənd 

təsərrüfatında yararlı sayılır. 

Torpağın  dioksinlərdən  təmizlənməsi  olduqca  çətindir.  İlk  növbədə 

toksikant  mənbəyi  olan  istehsalatda  texnologiyanı  təkmilləşdirmək,  onların 

müxtəlif  obyektlərdə  (su,  torpaq)  miqdarına  ciddi  riayət  etmək  lazımdır. 

Dioksinlərlə  çirklənmiş  torpaqlarda  toksiklik  dərəcəsini  aşağı  salmaq  üçün 

elektrik  piroliz,  ultrabənövşəyi  fotoliz  və  digər  metallarla  infraqırmızı 

qızdırmanın köməyi ilə, termik işləmə yolu ilə dioksinlərin kənarlaşdırılması 

və parçalanması mümkündür. 



10.4.3.

 

Mikrotoksinlərlə çirklənmə 

Mikroskopik  göbələklərin  istehsal  etdiyi  mikrotoksinlər  -  zəhərlərlə 

torpağın  çirklənməsi  ekosistem  üçün  ciddi  təhlükə  hesab  olunur. 

Mikrotoksinlər yem bitkilərini, yemi, həmçinin heyvanları və insanı zədələyə 

bilər. 

Məlum olan çoxsaylı göbələklər arasında (160...300) zəhər istehsal etmək 



(əmələ  gətirən)  qabiliyyəti  olan  göbələklər  təxminən  50%  təşkil  edir 

(Apergillus, Penisillium, Fusarium, Mucor, Phizopus, Helmintospe- 



199 


rİLim, Cladosporium, Alternaria və b. göbələk cinsləri). 

'l'oksin,əmələ gətirmək qabiliyyəti yalnız göbələklər üçün deyil, həm də 

bakteriya  və  aktinomisetlərə  məxsusdur.  Ekoloji  vəziyyət  pisləşdikdə  bu 

qabiliyyət daha da güclənir. 

Mikrob  toksinləri  ilə  çirklənmə  təhlükəsini  azaltmaq  və  qarşısının 

alınması  üçün  torpağın  mühafizəsi  təbii  bioloji  mexanizmlər,  o  cümlədən 

mikrob senozu və onun biomüxtəlifliklərindən istifadə edilməlidir. 

Antropogen 

təsir 

nəticəsində 



ekosistemin 

davamlığmı 

və 

məhsuldarlığını, həmçinin ətraf mühitin keyfiyyətini təyin edən torpaqda təbii 



me-  xanizmlərin  aktivliyi  olduqca  aşağı  düşür.  Bu  proseslərin  pozulmasının 

əsas  səbəbləri  bunlardır:  dehumusizasiya  (humussuzlaşma),  turşuluğun 

çoxalması, hidroloji rejimin pozulması, torpağın kipliyinin yüksəlməsi və s. 

Torpaq örtüyünün vəziyyətinin  pisləşməsi  mikroorqanizmlər tərəfindən 

mikotoksinlərin istehsalına (əmələ gəlməsinə) şərait yaranır, bu, qabaqcadan 

bilinməyən  ekoloji  nəticələrə  gətirib  çıxara  bilər.  Buna  görə  də  torpaqda 

humusun saxlanması, torpaq məhlulunda turşuluğun opti- mallaşması, kipliyin 

qarşısının  alınması və oksidləşmə  - reduksiya potensialının nizamlanmasına 

yönəldilən məsələləri həll etmək lazımdır. 

10.4.4.

 

Azərbaycanın neftlə çirklənmiş torpaqları 

Torpağın  neft  və  neft  tullantıları  ilə  çirklənməsi  əsasən  Abşeron 

yarımadasında  baş  verir.  Neft  məhsullarının  və  çoxlu  miqdarda  buruq 

sularının  səthə  axıdılması  nəticəsində  həm  də  qrunt  sularının  səviyyəsinin 

qalxması  və  torpağın  təkrar  şorlaşmasına  səbəb  olur.  Abşeronda  neft 

yataqlarının  düzgün  istismar  olunmaması  10  illər  ərzində  ətraf  mühitin 

mühafizəsi üzrə elementar tələblərə riayət etmədən neft çıxarılması, neft, qaz, 

kimyəvi  maddələr,  güclü  minerallaşmış  və  radioaktiv  çirkli  suların  yerin 

səthinə  axıdılması  Abşeron  yarımadasının  ayrı-ayrı  landşaft  sahələrinin 

çirklənməsinə və pozulmasına səbəb olmuşdur (20 min ha). 100 ildən də artıq 

olan bir dövrdə neft və neft tərkibli çirkab sularının adsorbsiyası, fıltrasiyası 

və landşaftın ayrı-ayrı komponentlərinin çirklənməsi baş vermişdir. 

Məlum  məlumatlara  görə  (Maqribi,  1998)  1995-ci  il  üçün  Abşeron 

yarımadasında  7000  neft  quyusu  mövcuddur,  onun  demək  olar  ki,  5000-  i 

fəaliyyət  göstərir,  qalanı  isə  fəaliyyətdə  deyildir.  Abşeron  yarımadası 

daxilində neft istehsalı sənayesi 20 min ha ərazidə yerləşir, onun 10 min ha-n 

çirklənmiş  və  ya  lay  suları  və  neft  axıdılmışdır,  onun  8000  ha-ı  çirklənmiş 

torpaqlar,  qalanı  isə  su  hövzələridir.  Neftin  torpağın  dərin  qatlarına  daxil 

olması qravitasiya axını ilə olur. 

Neftin  mikroelement  tərkibi  müxtəlif  olur.  Ekoloji  baxımdan  mikro- 

elementlər toksik və qeyri toksik olur. Qeyri toksik və ya zəif toksik ele 

200 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə