Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə86/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   82   83   84   85   86   87   88   89   ...   216

Xəzər  dənizinə  tökülən  çaylarda  da  (Böyük  Qafqazın  şimal-şərq  hissəsi  və 

Lənkəran təbii vilayəti çayları) çirklənmə müşahidə olunur. 

Quba-Xaçmaz bölgəsində  yerləşən Qusarçay, Qudyalçay, Vəlvələ-  çay, 

Qaraçay,  Ataçay,  Gilgilçay,  Lənkəran  bölgəsində  yerləşən  Lənkə-  rançay, 

Viləşçay  və  b.  çaylar  yaşayış  məntəqələri  və  aqrar-sənaye  təsərrüfatları 

tərəfindən aramsız çirklənməyə məruz qalır. 

11.6.

 

SU ANBARLARININ EKOLOJİ 



VƏZİYYƏTİ 

Su  anbarlarında  suyun  keyfiyyəti  ora  tökülən  çayların  çirklənmə 

dərəcəsindən,  onların  yatağının  səhiyyə  -  gigiyena  vəziyyətindən  asılıdır. 

Alimlərin  tədqiqatları  göstərir  ki,  çayların  intensiv  çirklənməsi  fonunda 

yaradılan su anbarları antropogen evtrofikasiya nəticəsində suyun keyfiyyəti 

kəsgin  pisləşir.  Əvvəllər  kiçik  su  hövzələri  antropogen  evtrofıka-  siyaya 

məruz  qalırdısa,  indiki  dövrdə  iri  su  anbarlarında  ,  xüsusilə  kas-  kadla 

tənzimlənən çaylar üzərində tikilən su anbarlarında «suyun çirklənməsi» baş 

verir. 

Son on illərdə evtrofikasiya prosesi Dneprovodsk və Volqa kasakadlı su 



anbarlarında,  iri  göllərdə  (Ladoqa,  Oneqa,  Pskov  -  Çud),  daxili  dənizlərdə 

(Baltik, Xəzər, Qara) və kiçik çaylarda baş vermişdir. Müxtəlif su anbarlarında 

antropogen  evtrofikasiya  prosesi  müxtəlif  səbəblərdən  baş  verir.  Ladoqa 

gölünün çirklənməsi alüminium sənayesi, Pskov - Cud gölünki isə sahələrin 

çirkab sularilə əlaqədardır. Belorusiya və Baltikyani ölkələrdə su hövzələrinin 

evtrofıkasiyası kənd təsərrüfatı çirklənməsi ilə bağlıdn*. 

Azərbaycanda  səth  sularının  çirklənməsində  bir  çox  sənaye  və  kənd 

təsərrüfatı iştirak edir. Əsas su anbarları qonşu dövlətlərdə güclü çirklənməyə 

məruz qalan iri çayların Kür və Araz çaylarının üzərində yaradılmışdır. Kür , 

Araz  çaylarının  və  onların  qollarının  çirklənməsi  haqda  məlumat  yuxarıda 

müvafiq  fəsildə  verilmişdir.  Qonşu  dövlətlərdə  güclü  çirklənən  Kür  çayı 

respublikamızın  ərazisinə  daxil  olarkən  sürəti  azaldığından  daha  iri  və  ağır 

asılı  hissəciklər zibil  halında çayın dibinə çökmüş , qalanları isə Şəmkir  su 

anbarına keçir.Bunun nəticəsində çöküntülərin və su anbarının dibi çirklənir, 

suda həll olan zərərli maddələr , xüsusilə biogen elementlər bütün su hövzələri 

kaskadında  su  anbarının  antropogen  evtrofıkasiyasına  səbəb  olur.  Bununla 

yanaşı Mingəçevir və Şəmkir su anbarının dibi bitki örtüyündən ( meşə, kol 

,lianlar və s,) təmizlənməmiş və onların tədricən çürüməsi suyun keyfiyyətinə 

, oksigen rejiminə və su hövzəsinin heyvanat aləminə (balıqlara) mənfi təsir 

göstərir (Ş. Xəlilov , 2003). 

Ş.B.Xəlilovun (2003) apardığı çoxsaylı müşahidələr göstərir ki, 

224 



 


Mingəçevir  su  anbarı  sahillərində  məişət  zibilləri  və  sənayenin  müxtəlif 

sahələrinin  tullantıları  başdan  -  başa  zolaq  əmələ  gətirir.  Güclü  fırtınadan 

sonra, daşqın sularının axdığı dövrdə külək axını vasitəsilə çoxlu zibillər su 

anbarının şərq sahilinə gətirilir və Mingəçevir şəhər çimərliyi dəfələrlə zibilin 

təmizlənməsi  üçün  bağlanır.  1982  -  ci  ildə  Şəmkir  su  anbarı  istifadəyə 

verildikdən sonra belə mənzərəni onun sahillərində də müşahidə etmək olar. 

Su anbarının ölçüləri, o cümlədən sahil xətti Mingəçevir su anbarından kiçik 

olduğu üçün burada zibil zolağının eni və qalınlığı daha çox olur. 

Sutka ərzində Gəncə  şəhərindən Gəncəçaya 300  min m"^ çirkab suları 

axıdılır, 25 km - dən sonra isə Kürə qarışır. 

Mingəçevir şəhərindən Varvara su anbarına sutkada 150 min m-^ çirkab 

suyu axıdılır. 

Araz çayı və qolları Ermənistan ərazisində güclü çirkləndiyindən (çirkab 

sularının miqdarı sutkada 2,1 mln m^ təşkil edir). 

«Araz»  su  qovşağı  respublikimızın  su  anbarlarının  hamısından  daha 

çirklidir . Bunun nəticəsində «Araz» su anbarında suyun « çiçəklənməsi» və 

balıqların kütləvi qırılması baş verir. 

«Araz» su qovşağı sutka ərzində Naxçıvan şəhərinin 70 min m-^ - çirkab 

suyu ilə çirkləndirilir, onun 47 min m-^ - i Naxçıvan çayından daxil olur, 23 

m'^ - i bilavasitə su anbarına axıdılır. 

İnkişaf  etmiş  ölkələrdə  (ABŞ,  İngiltərə,  Fransa,  Almaniya)  su 

anbarlarında  suyun  keyfiyyətini  yaxşılaşdırmaq  üçün  su  süni  yolla  aerasiya 

edilir.  Bu  məqsədlə  suyu  qarışdırmaq  və  atmosfer  oksigeni  ilə 

zənginləşdirmək üçün xüsusi hidropnevmatik qurğulardan və ya sualtı oksigen 

re- zervuarlanndan istifadə olunur .Belə tədbirdən son vaxtlar Dnepro- vodski 

və  Kaxovski  su  anbarlarında  da  istifadə  olunması  planlaşdırılır.  Bu  su 

anbarlarında  suyun  «çiçəklənməsi»  böhranlı  ekoloji  vəziyyət  yaratmışdır, 

yayda  göy  yaşıl  yosunlar  parçalanandan  sonra  suda  ammoni-  um  azot  və 

mineral fosforun miqdarı 1 0 - 1 5  dəfə , üzvi azot 50 - 200 dəfə və ona uyğun 

toksik maddələr ( fenollar , sionidlər və s. ) də artır. Ona görə yay dövründə 

balıqlar və digər canlılar məhv olur. ’ 

Antropogen  evtrofıkasiya  Volqa  kaskadmda  və  Rusiyanın,  Orta 

Asiyanın,  Qazaxıstanın  və  Qaraqum  kanalının  su  anbarlarında  da  təhlükəli 

ekoloji vəziyyət yaratmışdır. 

Azərbaycanda  su  anbarında  suyun  aerasiyası  üçün  heç  bir  qurğu  və 

texniki vasitələrdən istifadə olunmur. 

Mingəçevir su anbarı əsas təyinatından başqa Mingəçevir şəhərini içməli 

su ilə təmin edir.Gələcəkdə perspektivdə onun suyunun Abşeron yarımadasına 

gətirilməsi nəzərdə tutulur, suyun təmiz saxlanması üçün Ş.V.Xəlilov (2003) 

su anbarının sahillərində Ceyranbatan su anbarında 



226 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə