Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə84/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   80   81   82   83   84   85   86   87   ...   216

Su  qatına  kifayət  miqdarda  işığın  daxil  olması  bentos  bitkilərinə  əsas 

davamlı  şəraiti  yaradır  və  su  hövzəsinin  ikinci  bitki  forması  olan 

fıtoplanktondan  (yunanca  -  phyto  -  bitki  və  planktos  -  azan)  birbaşa  asılı 

vəziyyətdə olur. Fitoplankton bir sıra yosun növlərindən ibarətdir, bunlar ya 

suyun  səthində,  ya  da  ona  yaxın  yerdə  olur.  Fitoplankton  çoxlu  miqdarda 

olduqda  su  bulanıq,  rəngi  tünd  yaşıl  (suyun  «çiçəkləməsi»)  olur,  nəticədə, 

praktiki olaraq günəş şüalarının hamısı udulur, belə şəraitdə bentos bitkiləri 

yalnız dayaz sulu şəraitdə inkişaf edir, onların bir hissəsi su



3

oın səthinə çıxır. 

Bu zaman su hövzəsinin dərin hissəsi həl- lolan oksigendən məhrum olur. 

Fitoplanktonun  xüsusiyyəti  sudan  biogenləri  udmaqdır.  Fotosintez 

prosesində onun ayırdığı oksigen suyun üst qatını həddindən artıq doydurur və 

onun  səthindən  atmosferə  təbəxxür  olunur  (uçur).  Evtrofıka-  siyaya  məruz 

qalan  gölü  bəzən  «ölügöl»  adlandırırlar,  lakin  bioloji  baxımdan  bu  düzgün 

deyil,  belə  ki,  fitoplanktonun  ümumi  bioməhsuldar-  lığı  bentos  bitkilərinin 

analoji göstəricindən xeyli çox ola bilər. 

Oksigenlə  kasat  olan  dərin  su  qatlarından  uzaqlaşan  bəzi  balıqların  iri 

populyasiyaları  planktonla  qidalanır.  Su  hövzələrinin  tarazlığının 

pozulmasının növbəli prosesi fitoplanktonun məhv olması və dərinlikdə çoxlu 

miqdarda  detritin  toplanması  hesab  olunur.  Üzvi  maddələrin  daha  asan 

minerallaşan hissəsi kimi detrit mikroorqanizmlər üçün qida və enerji mənbəyi 

vəzifəsini görür. Detritlə qidalanan redusentlər, əsasən bakteriyalar, həm də su 

hövzəsinin  digər  sakinləri  tənəffüs  prosesi  zamanı  oksigendən  istifadə  edir, 

bununla  da  suda  onu  böhran  miqdara  qədər  azaldır,  bu,  su  hövzəsinin 

dərinliyində  məskunlaşan  balıqların  və  digər  heyvanların  qırılmasına  səbəb 

olur. Bakteriyalar belə şəraitdə salamat qalaraq, anaefob qıcqırması hesabına 

biogen tərkibli detritin parçalanması davam edir. 

11.4.

 

SUYUN EVTROFLAŞMASININ EKOLOJİ 



VƏ SANİTAR-GİGİYENA NƏTİCƏLƏRİ 

Neqativ nəticölərinə görə suyun biogen doyma dərəcəsi problemi qlobal 

xarakterə malikdir. Bu prosesin hərtərəfli öyrənilməsi, səth və yeraltı sularda, 

dəniz  və  okean  sularında  evtrofıkasiya  üzrə  Beynəlxalq  komissiyanın 

proqramından  sistemli  müşahidələr  yerinə  yetirilir,  çay,  göl,  su  anbarları, 

dənizlərin  akvatoriyasında  müntəzəm  tədqiqatlar  aparılır.  Su  hövzələrində 

biogen 

elementlərin 



miqdarının 

təhlükəlik 

hüdudunun 

obyektiv 

qiymətləndirilməsi vacib məsələ sayılır. 

218 



Trotluq  dərəcəsinə  görə  5  su  hövzəsi  tipi  ayrılır.  Bu  göstəricini  artma 

dərəcəsinə görə aşağıdakı kimi sıraya düzmək olar: 

1)

 

distrof (dys - pozulma) - bitki örtüyünün zəif inkişaf etməsi və yüksək 



miqdarda humus (humin) turşularının olması ilə səciyyələnir

2)

 



oliqotrof (oligos - az) - az məhsuldar (dərin göllər); 

3)

 



mezotrof (mesos - orta) - ilin isti dövründə optimal vəziyyətdə olan su 

hövzəsi 


4)

 

evtrof (ev - yaxşı, güclü) - biogenlər yüksək dərəcədə daxil olur; 



5)

 

hipertrof  (gyper  -  normanı  hədsiz  aşması)  -  biogenlər  faciəli  yüksək 



dərəcədə daxil olur. 

Su hövzələrinin ən geniş yayılan etrotlaşması «suyun çiçəkləməsi» hesab 

olunur.  Bu  hal  bütün  hipertrof  göllərə  məxsus  olub,  göy-yaşıl  yosunların 

kütləvi inkişafı ilə əlaqədardır. Suyun evtrofıkasma əsas səbəb olan bu proses 

hidrobioloqlar,  hidrokimyaçılar,  toksikoloqlar,  alqoloq-  lar  tərəfindən  geniş 

öyrənilir. Aşağıda «suyun çiçəkləməsinin» dörd mərhələsi xarakterizə olunur. 



Suyun çiçəkləmə mərhələləri 

Fitoplankton biokütləsinin 

miqdarı, q№ suda 

1.

 



Çiçəkləmə yoxdur 

2.

 



Çiçəkləmənin başlanğıcı 

3.

 



Orta dərəcədə çiçəkləmə 

4.

 



İntensiv çiçəkləmə 

2,5-də az 

2.5..

 

.10 



10..

 

.10



0  100... 

500 


Birinci və ikinci mərhələ ekosistem üçün əlverişlidir; üçüncü mərhələ yol 

veriləndir; dördüncü mərhələ təhlükəli sayılır, belə ki, suyun xassəsi dəyişilir, 

bu  isə  balıqların  qırğınına  səbəb  olur,  dördüncü  mərhələdə  su  hövzəsinin 

mikrob 


senozunda  dəyişiklik  gedir;  bu  zaman  suyun  bioloji, 

fıziki-kimyəvi-orqanoleptik  göstəriciləri  dəyişir,  bu,  insanlarda  xəstəlik 

riskinin artmasına gətirib çıxarır. 

Su hövzələrinin evtroflaşma dərəcəsini planktonda xlorofilin miqdarına 

görə  də  qiymətləndirmək  olar,  mkq/1:  0,1...oliqotrof  vəziyyət;  1...  10  - 

mezotrof vəziyyət, 10-dan yuxarı - evtrof vəziyyət. 

Suyun  evtronaşması  nəticəsində  su  hövzəsi  təsərrüfat  və  biosenotik 

əhəmiyyətini tamamilə itirir (şəkil 11.5). 

Evtroflaşma prosesi bir sıra spesifik xəstəliklərin törənməsinə təkan verir. 

Məsələn, yüksək fiziki yükdən və soyuqlamadan sonra aşağıdakı əlamətləri ilə 

səciyyələnən  xəstəlik  qeyd  olunur;  kəskin  əzələ  ağrıları;  tənəffüs  çətinləşir; 

sidik qonur rəng alır, əsəb və qan damarı sistemi və da 



219 


xili  orqanlar  zədələnir;  nəticədə  diatraqma  və  qabırğaarası  əzələlərdə  iflic 

inkişaf edir, bu isə ölümlə nəticələnə bilər. 

Bu xəstəliyin əmələ gəlməsi və inkişafı səbəblərinin öyrənilməsi göstərdi 

ki,  bu, su hövzələrində göy-yaşıl  yosunların kütləvi  inkişafı ilə əlaqədardır. 

Evtroflaşmış  su  hövzələrinin  toksik  təsiri  nitrat  və  nitritlərin  toplanması  ilə 

əlaqədar ola bilər. Aktiv həyat fəaliyyəti və məhv olduqdan sonra yosunlar su 

hövzəsini  çoxlu  miqdarda  azottərkibli  maddələr,  o  cümlədən  bioloji  aktiv 

aminlərlə doldurur, bu, nitrat və nitritlərlə qarşılıqlı təsir nəticəsində yüksək 

kansorogen nitrozoaminlər əmələ gətirə bilər. 

Yay aylarında bəzi su anbarlarının sahilyanı zonasında fıtoplankto- nun 

bioloji məhsuldarlığı 5 kq/m^-a çata bilir. Yosun kütlələrinin axın sahələrində 

anaerob şərait yaranır, bu zaman suya çoxlu miqdarda müxtəlif aminlər ayrılır. 

Anaerob  mübadiləsi  gücləndikdə  su  hövzəsinin  dərin  zonasında  metan, 

ammonyak, hidrogen-sulfid əmələ gəlir. 

Nitrozoaminlərin əmələgəlmə prosesində bakteriya və fermentlər aparıcı 

rol  oynayır,  mikrofloranın  fermentasiya  aktivliyi  yüksək  olduqca  bu  proses 

böyük sürətlə gedir. 

Evtroflaşmış su hövzələrinin suyundan insanlar və heyvanlar bilavasitə 

istifadə etdikdə (çimmək, heyvanlar üçün suvat, balıqçılıq və s.) deyil, həm də, 

su  kəməri  vasitəsilə  də  təhlükəli  ola  bilər.  Su  kəməri  stansiyaları  normal 

işlədikdə təmizlənmiş suda yosunların kütləsi 0,08 mq/l-dən artıq olmur. 

Su hövzələrində yosunların intensiv inkişafı dövründə su kəməri suyunda 

onların  kütləsi  2  mq/l-i  keçə  bilər.  Göy-yaşıl  yosunlar  zəif  koa-  qulyasiya 

qabiliyyətinə  malikdir,  nəticədə  kiçicik,  pis  çöküntü  verən  lo-  palar 

(yumaqlar)  əmələ  gəlir.  Yosunların  çox  hissəsini  kənarlaşdırmaq  üçün 

mikrosüzgəclərdən  istifadə  olunur,  bu,  göy-yaşıl  yosunların  hüceyrələrini 

tutmağa imkan verir.  Lakin  istifadə edilən metodlarla toksikliyə malik  olan 

bioloji  aktiv  maddələrdən  xilas  olmaq  mümkün  deyil.  İçməli  suda 

fıtoplanktonun  toksiki  mübadilə  məhsullarının  miqdarını  azaltmaq  üçün 

aktivləşdirilmiş kömürdən, ionlaşdırmadan, yüksək dozalı koa- qulyantlardan 

istifadə edərək təmizləmə aparılır. 

Göy-yaşıl  yosunların  həyat  fəaliyyəti  və  məhv  olduqdan  sonra 

parçalanması (çürüməsi) nəticəsində biokütləsi polipeptidlərə aid olub, həm 

istiqanlı  orqanizmlərə,  həm  də,  mikroorqanizmlər  daxil  olmaqla  ayrı-  ayrı 

hidrobiontlara qarşı yüksək bioloji aktivliyə malikdir. İçməli suyun tərkibində 

bu yosunların toksininin hətta çox kiçik miqdarda olması insan və heyvanın 

orqanizmində patoloji dəyişikliklər əmələ gətirir. 

220 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə