Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə92/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   88   89   90   91   92   93   94   95   ...   216

Meşə meliorasiya tədbirləri 

Hazırda  dağ  rayonlarında  geniş  tətbiq  olunan  fıtomelorasiya  mübarizə 

tədbirlərindən  biri  meşə  -  meliorasiya  işləri  sayılır.  Bu  tədbirlər  əkinçilik 

zonasında tarlaqoruyucu meşə zolaqlarının salınması, yolların, kanalların, su 

hövzələrinin  ətrafının  yaşıllaşdırılmasmdan  ibarətdir.  Təcrübələr  göstərir  ki, 

meşə  zolaqları  dənli  bitkilərin  məhsuldarlığının  3  -  4,  pambığın 

məhsuldarlığının  isə  2,5  -  3  sentnerə  qədər  artmasına  şərait  yaradır.Lakin 

təəssüflə  qeyd  edək  ki,  ölkəmizdə  belə  zolaqların  salınmasına  və  mövcud 

zolaqların  qorunub  saxlanılmasına  fikir  verilmir.  Hazırda  ölkəmizin  33 

suvarılan düzən rayonları ərazisində 1968 - ci ildən indiyə qədər cəmi 6000 ha 

-a yaxın meşə zolağı salınıb . Bu zolaqların çoxu qayğısızhqdan sıradan çıxıb 

və cəmi 1800 ha qalıb. Ağcabədi və Beyləqan rayonlarında 1950 - ci illərdə 

salınan  qiymətli  dövlət  meşə  zolaqları  qışlaqlar  kimi  istifadə  olunur  və  bu 

səbəbdən tədricən sıradan çıxır. 

Meşəsizləşdirilmiş dağ yamaclarında meşələrin bərpa edilməsi də böyük 

əhəmiyyət  daşıyır.  Bu  baxımdan,  Qax  meşə  təsərrüfatının  İlisu  və  Sarıbaş 

kəndləri  ətrafında,  Kəlbəcər  meşə  təsərrüfatının  İstisu  kurortu  ətrafında 

eroziyaya  qarşı  salınan  meşəliklər  təqdirə  layiqdir.Lakin  təə-  süllə  qeyd 

etməliyik  ki,  belə  sahələr  olduqca  azlıq  təşkil  edir.  Meşə  təsərrüfatının 

əksəriyyəti eroziyaya qarşı meşəlikləri torpağı yuyulmuş dik yamaclarda deyil, 

azmeylli sahələrdə aparmışdır. 

Ən qiymətli və vacib meşə - meliorasiya tədbirlərindən biri də eroziyaya 

uğramış dağ yamaclarında terrasların düzəldilməsi və orada bağların, meşə - 

bağların  salmmasıdır.Dağlanmızda  meylliyi  13  dərəcədən  yuxarı  olan 

yamaclarda terraslar düzəldilə bilər. 

Yeri  gəlmişkən  qeyd  edək  ki.  Respublikamızın  bəzi  dağ  rayonlarında 

vaxtilə layihə əsasında 1000 ha - ya yaxın dağ yamaclərı terraslaşdı- rılmışdır. 

Lakin bu terrasların az bir hissəsində meyvə bağları salındı. Əksər terraslar isə 

istifadəsiz qalıb yararsız hala düşür. 

1967  -  ci  ildən  başlayaraq  ölkəmizin  dağətəyi  rayonlarında  meşə 

təsərrüfatları  tərəfindən  kənd  təsərrüfatı  üçün  yararlı  olmayan,  eroziyaya 

uğramış  yamaclarda  terraslar  düzəldilir  və  orada  püstə  -  badam  bağları 

yetişdirilir.  Hazırda  Dəvəçi,  Siyəzən,  Şamaxı,  Ağsu,  Zəngilan,  Yardımlı  və 

Tovuz  rayonları  ərazisində  meşə  təsərrüfatlarının  yaratdıqları  belə  bağların 

.sahəsi 2000 ha - dan artıqdır. Dəvəçi rayonunun ərazisində 600 ha - a yaxın 

ərazidə eroziyaya məruz qalmış dik yamaclarda eldar şamı ilə qarışıq əkilən 

püstə - badam bağları xüsusi qeyd edilməlidir . Vaxtilə yarımsəhra şəraitində 

gözyorucu daşlı - bəhrəsiz yamaclar indi təbiətin yaşıl bir güşəsinə çevrilib. 

Respublikamızda şiddətli dərəcədə eroziyaya uğramış meşə melora- siya 

tədbirlərinə ehtiyacı olan sahələr hazırda 60 000 ha -ra çatır. Bu sa 



243 


hələrdə  püstə  və  badamdan  istifadə  edib  bağlar,  meşə  -  bağların  salınması 

meyvəçiliyin inkişafına kömək edə bilər. Salınacaq belə yaşıllıqlar quru daşlı 

yamacları  cana  gətirər,  oranın  iqlimini  yaxşılaşdırar,  ərazinin  estetik 

vəziyyətini daha da gözəlləşməsinə zəmin yaradar. 

Yaylaqlarda  torpağı  eroziyadan  mühafizə  etmək  üçün  otlaq  sahələri 

sistemli  istifadə  edilməli,  otarma  norması  və  vahid  sahədə  otarılan  mal  - 

qaranın sayı normadan artıq olmamalıdır. Bununla yanaşı otlaqlarda eroziyaya 

qarşı  aşağıdakı  tədbirlər  həyata  keçirilməlidir.  Mal  -qaranı  yaylaqlara 

vaxtında  köçürtmək,  otlaqların  dincə  qoyulması,  biçənək  -  otlaq  sisteminin 

genişlənməsinin tətbiq olunması, mal - qaranı dövriyyə sistemi ilə otarmaq, 

alaq otlarına qarşı mübarizə aparmaq, sahələri  daşdan təmizləmək və s.  Bu 

tədbirlər  yerinə  yetirilərsə, topağın  yuyulmasının qarşısı alınar, bitki  örtüyü 

bərpa olunar və otlaqların məhsuldarlığı artar. 

Ölkəmizin  ərazisinin  Xəzər  sahili  boyunca  təxminən  25  000  hektara 

yaxın  sahədə  hərəkət  edən,  sovrulan  qumluqlar  yayılıb.  Xalq  təsərrüfatının 

müxtəlif sahələrinə xeyli ziyan vuran qumluqların bərkidilməsi günün vacib 

məsələlərindəndir.  Bu  iş  Xəzər  sahillərində  beynəlxalq  əhəmiyyətli  kurort 

zonasının yaradılmasının ayrılmaz bir hissəsini təşkil edir . 

Qumluqları  külək  eroziyasından  qorumaq  üçün  tarlaqoruyucu  meşə 

zolaqlarının,  meşə  -  bağların,  üzümlüklərin,  püstə,  badam,  innab  və  zeytun 

plantasiyalarının salınması böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı sahil 

qumluqlarını  bərkitmək  üçün  müxtəlif  polimerlərdən  və  digər  kimyəvi 

birləşmələrdən istifadə etmək vacibdir. 

Yuxarıda göstərilən tədbirlər kompleks şəkildə, bir - birinə uyğun olaraq 

həyata keçirilərsə, torpağın eroziyasının qarşısını almaq olar . 

Torpağı  eroziyadan  mühafizə  işində  kənd,  su  və  meşə  təsərrüfatları 

kompleks şəkildə-iştirak etməlidir. 

244 



XII

 

FƏSİL 



KİMYALAŞDIRMANIN EKOLOJİ PROBLEMLƏRİ 

12.1.


 

MİNERAL GÜBRƏLƏRDƏN İSTİFADƏ 

Bitki inkişafı üçün müəyyən miqdarda biogen maddələrə ehtiyac göstərir 

(azot  birləşmələri,  fosfor,  kalium  və  s.),  bu  maddələri  o,  adətən  torpaqdan 

mənimsəyir.  Təbii  ekosistemlərdə  bitki  tərəfindən  assimlyasi-  ya  olunan 

biogenlər,  toxumlar,  bitki  töküntüləri,  ölmüş  tumurcuqlar,  köklər  və  s. 

maddələrin mübadiləsində destruksiya prosesləri nəticəsində torpağa qayıdır. 

Azot  birləşmələrinin  bir  hissəsi  bakteriyalar  vasitəsilə  atmosferdən 

fıksasiya  olunur.  Biogenlərin  bir  hissəsi  yağıntılar  vasitəsilə  torpağa  düşür. 

Balansın mənfi tərəfləri infiltrasiya, həll olmuş biogenlərin səthi axımı, onların 

eroziya  prosesi  zamanı  torpaq  hissəcikləri  ilə  aparılması,  həmçinin  azot 

birləşmələrinin  qaz  şəklinə  düşərək  atmosferə  keçməsi  hesab  olunur.  İlkin 

(bakirə) ekosistemlərdə biogen maddələrin, həmçinin humusun balansı yüksək 

dəqiqliyi ilə qapanır. 

Kənd  təsərrüfatı  təbii,  praktiki  olaraq  qapalı  biogen  balansını  pozur. 

Biogenlərin bir hissəsi hər il məhsul tərəfindən aparılır. Aqrosistem- lərdə qida 

maddələrinin  aparılması  sürəti  təbii  sistemlərə  nisbətən  2-3  dəfə  çox  olur, 

məhsul nə qədər çox olarsa, qida maddələrinin aparılması da bir o qədər çox 

olar. 

Dünyada  dənli  bitkilərin  məhsulu  vasitəsilə  ildə  40  mln.  tona  qədər, 



yaxud 1 ha dənli bitki sahəsindən 63kq azot aparılır. 

Buna görə torpağın münbitliyini saxlamaq və məhsuldarlığı yüksəltmək 

üçün  gübrələrdən  istifadə  etmək  lazım  gəlir.  İntensiv  əkinçilikdə  güb-  rəsiz 

torpağın  münbitliyi  elə  sonrakı  ildə  aşağı  düşür.  Yerli  şəraitdən  asılı  olaraq 

adətən azot, fosfor və kalium gübrələrindən müxtəlif formada və birləşmələr 

şəklində istifadə olunur. 

Qeyd edək ki, dünyanın bütün torpaqlarının tərkibində 150 mld. ton azot 

vardır.  Hətta  ən  kasıb  torpaq  sayılan  çimli-podzol  torpaqlar  tərkibində  20 

sm-lik şum qatında hektarda 2-4 ton azot saxlayır. Qaratorpaqda isə bu rəqəm 

20-30 tona çatır. 

Göründüyü kimi torpaqda artıqlamasılə azot vardır, lakin torpağa yenə də 

azot  verilir.  Bunun  səbəbi  müxtəlif  azot  formaları  bitki  tərəfindən  kifayət 

qədər  mənimsənilə  bilmir.  Gübrənin  tərkibindəki  azot  am-  monium  və  ya 

nitrat  duzları  şəklində  olub  bitki  tərəfindən  daha  yaxşı  mənimsənilir,  lakin 

gübrənin davamiyyəti uzunmüddətli olmur. Sonrakı ildə gübrənin effektliyi ilk 

təsirinə nisbətən 20%-ə enir. 



245 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə