Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə90/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   86   87   88   89   90   91   92   93   ...   216

qdarda düşən leysanlar hər il və 80-100 mm miqdarda düşən leysanlar isə 20 

ildə  bir  dəfə  müşahidə  edilir.  Bu  leysanlar  çılpaq  yamaclarda  eroziya 

prosesinin  şiddətli  getməsinə  və  sel  hadisələrinin  baş  verməsinə  səbəb  olur. 

Azərbaycanın elmi-tədqiqat institutları və layihə təşkilatlarının məlumatlarına 

əsasən  Respublika  ərazisinin  36,4%-i  müxtəlif  dərəcədə  eroziya  prosesinə 

məruz  qalıb.  Onun  14,1%-i  zəif,  10,7%-i  orta  və  11,6%-i  şiddətli  dərəcədə 

yuyulmuş torpaqlardır. 

Cədvəl 11.3 

Azərbaycanın kənd təsərrüfatı torpaqlarının eroziyaya 

uğrama dərəcəsi (Q.Ş.Məmmədov, 2002) 

№  Kənd təsərrüfatı 

yerləri 

Sahə, 


hektar 

la 


Eroziy 

aya 


uğrama 

mış 


Eroziyaya uğrama dərəcəsi, 

hektarla 

zəif 

orta 


şiddətli 

Əkin 



161314

1606049 



4033 

2258 


807 

Çoxillik 



58752 

46961 


5664 

4594 


1533 

Dincə qoyulmuş  172294 



166746 

3584 


1447 

517 


Biçənək 


107919 

82785 


11385 

7781 


5968 

Örüş və otlaq 



256236

1913571  244449  280066 



124275 



Kənd 



təsərrüfatı 

yerlərinin cəmi 

451447

3 

3816112  269115  296146 

133100 

Sair torpaqlar 



412703

 



 

 

 





lespublika üzrə 

cəmi 

864150

6 

 

 



 

 

Respublikanın ayrı-ayrı rayonlarında təbii şəraitdən və insanın təsərrüfat 



fəaliyyətindən  asılı  olaraq  eroziya  prosesi  müxtəlif  formada  və  müxtəlif 

dərəcədə  inkişaf  edib.  Belə  ki,  Mil-Qarabağ  zonasında  ərazinin  30,8%-i, 

Quba-Xaçmaz  zonasında  48,2%-i,  Abşeronda  40,3%-i,  Naxçıvan  MR-də 

70,7%-i.  DQMV-də  59,3%-i,  Şirvanda  27,7%-i,  Şəki-  Zaqatala  zonasında 

55,7%-i  eroziyaya  məruz  qalıb.  Düzən  rayonlarında  isə  eroziya  prosesi 

olduqca zəif gedir. 

Qeyd  edildiyi  kimi,  eroziya  hadisəsi  su  eroziyası  və  külək  eroziyası 

şəklində baş verir. Dağlıq şəraitində yamaclarda əsasən su eroziyası da- 



235 


 


 


 

Qax rayonu, İlisu kəndi yaxınlığında meşəsizləşdirilmiş yamacda yarğan eroziyası. 

Hacıkənd ətrafında meşəsizləşdirilmiş yamacda səthi və xətti eroziya. 

238 


ha  geniş  yayılıb.  Burada eroziya prosesinin  güclü  getməsinin əsas səbəbləri 

dik  yamaclarda meşələrin qırılması  və eroziyaya qarşı  aqrotexniki tədbirləri 

həyata  keçirmədən  yamacların  şumlanması,  dağ-çəmən  zonasında  isə  çim 

qatının  dağıdılmasıdır.  Belə  sahələrdə  yağmur  suları  torpağa  hopa 

bilmədiyindən  səthi  su  axımı  əmələ  gətirir  və  torpağı  yuyub  aparır,  bir  çox 

hallarda  isə  qobu  və  yarğanların  əmələ  gəlməsinə  səbəb  olur.  Bu  isə  çay 

hövzələrində su rejiminin pozulması və sellərin baş verməsinə gətirib çıxarır. 

Bu  cür  arzu  olunmayan  hala  demək  olar  ki,  ölkənin  dağ  rayonlarında 

rastlaşırıq.  Böyük  Qafqaz  dağlarının  şərq  qurtaracağında  axan  çayların 

hövzələrində  meşələrin  yaxşı  mühafizə  olunmaması  ilə  əlaqədar  olaraq 

eroziya  prosesi  daha  intensiv  gedir.  Məsələn,  Şamaxı  rayonunda  Qozluçay 

hövzəsində  dağlar  alçaq  olub  alp  və  subalp  çəmənləri  olmadığından  hər  il 

qoyun fermaları və qaramal meşə zonasında yerləşdirilir. Mal-qara burada otla 

birlikdə meşəaltı  kolları  və meşənin  gələcək nəsli  sayılan cavan ağacları  və 

cücərtiləri tələf edir Bununla da meşənin şərq sərhədində onun son qalıqları 

get-gedə sıradan çıxır. Bunun nəticəsində torpaq qatı dağılır, yarğanlar əmələ 

gəlir, çox yerdə sürüşmələr baş verir. Odur ki, son illər Qozluçay hövzəsində 

yağışlar  zamanı  dəhşətli  sellər  axır.  Meşəsi  az  olan  Şin,  Kiş,  Girdiman  və 

Pirsaat çaylarında da dağıdıcı sellər müşahidə olunur. Qatex, Mazım və Bala- 

kən çaylarının hövzələrinin çox hissəsi Zaqatala dövlət qoruğunda yerləşdiyi 

üçün orada meşələr, subalp və alp çəmənləri yaxşı mühafizə olunur. Buna görə 

də bu ərazidə eroziya prosesi zəif gedir, sel hadisələri az olur. Bu çayların su 

rejimi normal olur, suları isə həmişə şəffaf axır. Digər bir misal, Qax rayonu 

Sarıbaş  kəndinin  əhalisi  meşənin  əhəmiyyətini  yaxşı  başa  düşərək  kəndə 

bitişik ərazidə olan qocaman palıd ağaclığını göz bəbəyi kimi qoruyur. Bunun 

nəticəsində kənd sel hadisəsindən mühafizə edilir və meşə bərpa olunaraq öz 

keçmiş sərhədinə doğru irəliləyir. 

Respublikanın  bir  çox  subalp  və  alp  yay  otlaqlarında  mal-qaranın 

sistemsiz  və  normadan  artıq  olarılması  nəticəsində  dağ-çəmən  torpaqları 

başdan-başa  eroziyaya  məruz  qalıb,  ərazinin  çoxu  daşlı-qayalı  sahələrə 

çevrilib. Bununla əlaqədar olaraq çəmənlərin məhsuldarlığı aşağı düşüb və ya 

otlaqlar  tamamilə  sıradan  çıxıb.  Belə  sahələrə  Qəbələ,  İsmayıllı,  Şamaxı, 

Quba, Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın dağlarında daha çox rast gəlmək 

olar. 


Respublikamızın torpaq örtüyünə külək eroziyası da böyük ziyan vurur. 

Bu  növ  eroziya  prosesi  əsasən  Abşeron  yarımadasında,  Qobustanda, 

Xaçmaz-Dəvəçi, Giləzi-Qaradağ-Ələt dəniz sahillərində, Cey- rançöl, Muğan 

və  Mil  çöllərində  geniş  yayılıb.  Bu  ərazilərdə  külək  eroziyası  təsərrüfat 

sahələrinə hər il külli miqdarda zərər yetirir. Nəticədə 

239 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə