Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə89/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   85   86   87   88   89   90   91   92   ...   216

razlaşdırılması; məsaməlik, mineraloji və qranulometrik tərkib; mikro- bioloji 

aktivliyin dərəcəsi aiddir. 

Miqrasiya  prosesinə  meşə  örtüyü  böyük  təsir  göstərir  (şəkil  11.8). 

Meşəlik faizi 64% olan sutoplayıcıdan səth axını meşəsiz sahəyə nisbətən 2,7 

dəfə, fosforun aparılması isə 10 dəfə az olmuşdur. 

Eni 20 m olan meşə zolağında səthi axında nitrat azotun miqdarı meşəsiz 

sahəyə  nisbətən  15...39%,  ammonium  azotun  miqdarı  isə  20..  .25%  az 

olmuşdur. 

Biogen elementlərin miqrasiyasına meşədən başqa digər- sahələr də təsir 

göstərir.  Məsələn,  eni  500  m  olan  mədəniləşmiş  çəmən  səth  axınında  həll 

olunan fosforun konsentrasiyasını 28 dəfə azaldır. 

Beləliklə, səth axını şumlanmamış sahələrlə nə qədər çox təmasda olarsa, 

onunla biogen maddələr su obyektlərinə bir o qədər az aparılır;  suqoruyucu 

zonanın  elmi  əsasda  formalaşmasında  şübhəsiz,  bu  cəhətə  diqqət 

yetirilməlidir. 

 

Şəkil 11.8. Sutoplayıcıda meşəlik faizindən asılı olaraq, səth axını (a) və 



su obyektinə aparılan forsfor (b) arasında asılılıq (Xrisanov, Osipov, 1993). 

Kənd  təsərrüfatı  sahələrindən  biogenlərin  aparılmasının  hesablanması 

aparılan  maddələrin  miqdarı  torpağın  xassələri,  növləri  və  kənd  təsərrüfatı 

bitkilərinin məhsuldarlığı ilə bağlı məlum aqrokimyəvi asılılıq əsasında yerinə 

yetirilir. 

Torpaqdan  aparılan  biogenlərin  təyini  inteqral  (kompleks)  göstəricilər 

kimi bir neçə baza faktorları (torpaq, meteoroloji şərait, vegetasiya dövrünün 

uzunluğu,  istifadə  edilən  gübrələrin  miqdarı,  onların  verilmə  üsulu  və  s.) 

nəzərə  alınmaqla  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığına  əsaslanaraq 

aparılır. 



232 


11.8.

 

EROZİYAYA QARŞI MÜHƏNDİS-BİOLOJİ SİSTEMİN 



(EMBS) KÖMƏYİ İLƏ BİOGEN YÜKÜN AZALDILMASI 

Sutoplayıcı sahələrdə eroziyanın qarşısını almaq, həmçinin biogen axınını 

azaltmaq  üçün  eroziyaya  qarşı  sistem  yaradılır.  Bu  sistem  yamaclarda 

eroziyanın  qarşısını  almaq  üçün  kompleks  mübarizə  tədbirlərini  (ərazinin 

düzgün  təsərrüfat  təşkili,  xüsusi  kənd  təsərrüfatı  bitkilərinin  becərilməsi 

üsulları  və  resursqoruyucu  texnologiya,  aqrotexniki,  fı-  tomeliorasiya,  o 

cümlədən  meşə  meliorasiya  və  eroziyaya  qarşı  hidro-  texniki  tədbirlər) 

nəzərdə tutur. 

EMBS-in daxili təşkili strukturun mürəkkəblik dərəcəsindən və relyefdə 

elementlərin  (meşə  əkinləri  və  hidrotexniki  qurğular)  yerləşdirilməsi 

xüsusiyyətindən asılıdır. 

Strukturunun mürəkkəbliyinə görə EMBS sadə və mürəkkəb olur. Sadə 

sistemə  yalnız  ayrı-ayrı  elementlər  (meşə  zolaqları,  hidrotexniki  qurğular, 

aqrotexniki  üsullar  və  s.)  daxildir.  Mürəkkəb  EMBS  müəyyən  sayda 

yarımsistemlərə  (suayırıcıya  yaxın  hidroqrafık  şəbəkə  hissəsində,  çayların 

suqoruyucu zonasında yerləşən əkin sahələri və s.) bölünür, bu, öz növbəsində 

daha aşağı səviyyə yarımsistemlərinə və ya ayrı-ayrı elementlərə bölünə bilər. 

Sutoplayıcıda  formalaşdırılan  EMBS-in  tərkibi  eroziya  qurşağından, 

yamacın  dikliyindən  və  cəhətindən,  litoloji  tərkibdən  asılı  olaraq  dəyişir. 

Mənbələrdən  (şum  və  digər  kənd  təsərrüfatı  sahəsi)  səth  axınının  və 

biogenlərin  udulmasının  nizamlanmasında  əsas  yükü  axmtənzimləyici  meşə 

zolaqları və onun aşağı hissəsində yerin meyilliyini nəzərə alaraq yerləşdirilən 

sadə hidrotexniki qurğular daşıyır. Meşə zolaqları sadə hidrotexniki qurğularla 

birlikdə səth suları ilə hərəkət edən biogenlərin qarşısını alır, onların meşə çətri 

altında akkumulyasiya olunur və mənimsənilir. 

Kənd  təsərrüfatı  sahələrindən  daxil  olan  dağınıq  biogen  elementlərin 

axınını  nizamlamaq  məqsədilə  EMBS-ə  aşağıdakı  meşə  əkinləri  növləri 

daxildir: axmtənzimləyici, qobu-yarğan və çayətrafı meşə zolaqları; qobu (dib) 

meşə əkini; çaybasarüstü terraslarda meşə əkini; subasarlarda meşə zolaqları; 

çaybasarətrafı  meşə  zolaqları.  Lazım  gəldikdə,  meşə  zolaqları  sadə 

hidrotexniki qurğularla uyğunlaşdırılır (birləşdirilir). 

Kənd  təsərrüfatı  sahələrində  çoxillik  otların  zolaqlarla  yerləşdirilməsi, 

herik  şumu,  cərgəaralan  becərilən  bitkilər  və  başdan-başa  səpin  nəzərdə 

tutulmalıdır,  kənd  təsərrüfatı  bitkilərinin  becərilməsində  resursqoruyucu 

texnologiya tətbiq edilməlidir. 

Suvarılan  və  qurudulan  torpaqlarda  magistral  kanallar  boyu  və  su 

hövzələri ətrafında 30-100 m enində şumlanmamış sahə saxlanılmalıdır 

233 



və ya orada irriqasiya meşə zolaqları salınmalıdır. 

Subasar  ərazilərin  50-70%-i,  əsasən,  biçənək  kimi  istifadə  olunmalıdır. 

Şumlanan sahələr subasarm 10-15%-dən çox olmamalıdır. Çayqırağı meşələr 

və  meşə  zolaqları  subasarm  20-25%-ni  təşkil  edərsə,  onlar  aqroekosistemin 

davamlığmı  və  məhsuldarlığının  saxlanmasını  təmin  edər.  Kənd  təsərrüfatı 

sahələrində  mineral  və  üzvi  gübrələrin  dozasına,  vaxtına  və  verilmə 

texnologiyasına riayət etmək lazımdır. 

Suqoruyucu zona hüdudunda aşağıdakılar qadağan olunur: 

-

 

zəhərli kimyəvi maddələrlə tozlandırma və aviasiya vasitəsilə istənilən 



gübrələrin verilməsi

-

 



heyvandarlıq ferma və komplekslərinin, suvarma sistemlərinin pestisid 

və mineral gübrələrin anbarlarının yerləşdirilməsi; 

-

 

yeni müəssisələrin tikilməsi və köhnələrinin genişləndirilməsi



-

 

avtonəqliyyat  parklarının  dayanacağı,  yanacaq  doldurma  məntəqəsi, 



yuma yeri, təmir sahəsi. 

Yuxarıdakılara əlavə olaraq sahil zolağı hüdudunda torpağın şumlanması, 

mal-qara otarılması və otarma düşərgəsi salınması, zəhərləyici maddələrin və 

gübrənin  verilməsi,  istirahət  düşərgəsinin  tikilməsi  və  çadır  şəhərciyi 

salınması qadağan olunmalıdır. 

11.9.


 

AZƏRBAYCANDA EROZİYAYA UĞRAMIŞ 

TORPAQLARIN EKOLOJİ PROBLEMLƏRİ 

Respublikamızın bütün təbii zonalarında torpaq eroziyasının yayılması və 

intensivliyinin öyrənilməsi  üzrə geniş  tədqiqat  işləri K.Ə.Ələkbərov (1961), 

X.M.Mustafayev  (1975)  və  bir  çox  başqaları  tərəfindən  aparılmışdır. 

K.Ə.Ələkbərov  torpaq  eroziyası  üzrə  aparılmış  tədqiqatların  nəticələrini 

cəmləşdirərək  Azərbaycan  Respublikasının  torpaq  eroziyası  xəritəsini  tərtib 

etmişdir. 

Azərbaycanda  eroziya  prosesinin  əmələ  gəlməsinə  və  inkiaşfma 

təbii-tarixi amillərdən - relyef, iqlim, ərazinin geoloji-geomorfoloji quruluşu, 

torpaqəmələgətirən  süxurların  kimyəvi  tərkibi,  torpaq-bitki  örtüyü  də  ciddi 

təsir göstərir. 

Eroziya  prosesinin  əmələ  gəlməsi  yağıntılarla  sıx  əlaqədardır.  Belə  ki, 

torpağı  dağıdıb  özü  ilə  aparan  suyun  miqdarı  düşən  yağıntıların  miqdarı  və 

formasından asılıdır. Respublikanın dağlıq hissəsində müşahidə edilən leysan 

yağışlarının intensivliyi, ümumiyyətlə, çox (dəqiqədə 10 mm-dən artıq) olur 

və  bunun  da  nəticəsində  sel  hadisələri  baş  verir.  Azərbaycanda  şiddətli 

leysanlar Lənkəran zonasında və Böyük Qafqazın cənub yamacında müşahidə 

edilir.  Ə.C.Əyyubovun  (1962)  məlumatına  görə  Böyük  Qafqazın  cənub 

yamacında bir gündə 50-60 mm mi 

234 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə