Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə85/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   81   82   83   84   85   86   87   88   ...   216

 

Şəkil 11,5. Su hövzələrinin evtrofikasiyasının nəticələri (Qriqoryev, 1985) 

11.5.

 

ARAZ VƏ KÜR ÇAYLARININ EKOLOJİ VƏZİYYƏTİ 



Son yarım əsrə qədər müddətdə aparılan tədqiqatlar (M.Salmanov, 2002) 

göstərdi ki, Kür, Araz çayları və onların əsas qolları respublikamızdan kənarda 

- Gürcüstan və Ermənistan ərazilərində çirklənir. Belə ki, Ermənistanın 100%, 

Gürcüstanın 30% ərazisi, Türkiyənin 31 min, İranın 40 min və Azərbaycanın 

37 min km^ sahəsi Kür-Araz hövzəsinə aiddir. 

221 



Yəni Kür çayına 188 min km-, Araza isə 103 min km^ ərazidən sənaye, kənd 

təsərrüfatı və məişət çirkabı, müxtəlif tullantılar atılır. 

Kür çayına əvvəlcə Gürcüstanın Borjom, Axalbaba, Xaşuri, Qori, Karelii, 

Kaspi şəhərlərinin və çayın sahilində yerləşən başqa yaşayış məntəqələrinin 

sənaye müəssisələri və kommunal-məişət tullantıları hesabına sutkada 3 mln. 

m-'^-ə  qədər  çirkab  suları  buraxılır  (Ş.Xəlilov,  2000).  Daha  sonra  40  km 

məsafədə Tiflis şəhərini kəsib keçən Kür çayı daha kəskin çirklənməyə məruz 

qalır.  Gürcüstan  Respublikası  su  müfəttişliyinin  məlumatına  əsasən  (1989) 

Tiflis şəhəri daxilində çay suyunda olan zərərli üzvi maddələrin miqdarı qəbul 

olunmuş son həddən (QSH) 20 dəfə, fenol 300 dəfə, neft məhsulları 330 dəfə, 

xrom  600  dəfə,  mis  və  kadmium  10  dəfə,  sink  13  dəfə,  azot  8  dəfə, 

mədə-bağırsaq  basilləri  238  dəfə,  saprofıt  bakteriyaları  300  dəfə  artıqdır 

(Ş.Xəlilov, 2000). 

Tiflis şəhəri daxilində sutka ərzində daha 1 mln. m"^ çirkab suları qəbul 

edən  Kür  çayı  20  km  məsafədən  sonra  Rustavi  şəhərində  yenidən  ciddi 

çirklənməyə məruz qalır və sutka ərzində yüz min m'^-lə sənaye və kommunal 

-  məişət  tullantılarından  ibarət  çirkab  sularını  qəbul  edir.  Nətitcədə  Kürə  il 

ərzində  orta  hesabla  700  min  ton  üzvi  maddələr,  30  min  ton  azot-fosfor 

duzları,  12 min ton  müxtəlif duzlar və qələvilər, 16 min ton  süni səthi fəal 

maddələr  və  s.  axıdılır.  Nəticədə  Kür  çayı  respublikamıza  son  dərəcədə 

çirklənmiş, insan və su orqanizmləri üçün təhlükəli çay kimi daxil olur. İki 

respublikanın sərhədi boyu axan Kürün sağ qolu olan Xramçayı Kürə çoxlu 

çirkab suları gətirir. Gürcüstan ərazisində Xram çayına Ermənistanın ən çirkli 

çayı - Debedçayı qovuşur. Ermənistanın əlvan metallurgiya, kimya və yüngül 

sənaye mərkəzləri olan Kirovakan, Alaverdi və Stepanavan şəhərləri bu çayın 

hövzəsində yerləşir. Bu şəhərlərin sənaye və məişət tullantıları təmizlənmədən 

çaya  axıdılır.  Kirovakan  kimya,  Alaverdi  metallurgiya  kombinatlarından  və 

Axtala  filizsaflaşdırma  fabrikindən  çirkab  sularının  axıdıldığı  Debedi  çayı 

çirklənmə dərəcəsinə görə Razdan və Oxçuçaydan sonra Ermənistanın üçüncü 

çayı sayılır. 

Araz  çayında  yaranan  gərgin  ekoloji  vəziyyət  Kür  çayından  daha 

təhlükxəlidir.  Araz  çayı  Gümrüdən  başlayaraq  Naxçıvan  MR  ilə  sərhəd 

əraziyə kimi axmboyu Ermənistanın 10-dan çox sənaye şəhərlərinin məişət və 

sənaye  çirkablarını  qəbul  edir.  Bununla  yanaşı,  düşmən  ərazisindən  Araza 

qovuşan  Gedərçay,  Vorotan,  Axuryan  çayları  son  dərəcə  zəhərlənmişdir. 

Onların sularında demək olar ki, oksigen olmur, turşuluq göstəricisi pH 2,4-ə 

enir, mikroflora 180-200 dəfə azalır, çay sahilləri boyu bitki örtüyü də məhv 

olur. 


Ermənistanla  Naxçıvan  MR  arasında  (Sədərəklə  Surenavan  kəndi) 

Arazın suyunda fenollar 220-1160 dəfə, ağır metalların duzları 36-44 



222 


dəfə (mis,  molibden və s.) azot-fosfor duzları  26-34 dəfə, xloridlər 28 dəfə, 

neft  mənşəli  karbohidrogenlər  73-113  dəfə  ziyansız  qatılıqdan  yüksəkdir 

(Salmanov, 2003). 

Araz  çayının  sol  qolu  Razdan  suyunun  çirklənmə  dərəcəsinə  görə 

Ermənistanda  birinci  yeri  tutur.  Razdan,  Gürensavan,  Abovyan,  Yerevan 

şəhərlərinin sənaye müəssisələrinin çirkab suları və çayın sahilində  yerləşən 

başqa yaşayış məntəqələrinin məişət tullantıları bu çaya atılır. 1980-ci illərdə 

Razdana  buraxılan  çirkab  sularının  orta  illik  miqdarı  210  milyon  m-'* 

olmuşdur.  Yay  aylarında  Arazda  suyun  səviyyəsi  aşağı  düşdüyü  dövrdə 

Razdanın  çirkab  sularının  sərfi  azalmır.  Nəticədə  «Araz»  su  qovşağı  su 

anbarında  çox  təhlükəli  vəziyyət  yaranır.  İsti  hava  şəraitində  suyun 

«çiçəklənməsi» baş verir və balıqların kütləvi qırılmasına səbəb olur. Arazı ən 

çox  çirkləndirən  çaylardan  biri  də  Oxçuçaydır.  Megri,  Qaçaran,  Qafan  və 

Dəstəkert dağ-mədən (metalsaflaşdırma) kombinatlarının yüz min tonlarla qatı 

turş suları, ağır metal duzları və başqa tullantıları Oxçuçayı hədsiz dərəcədə 

çirkləndirir.  Ayrı-ayrı  vaxtlarda  suyun  tərkibində  misin  miqdan  BHK-dan 

25-50 dəfə, fenollarm miqdan isə mütəmadi olaraq normadan 6-15 dəfə artıq 

olmuşdur. Alüminium, sink, manqan, titan və bismut çirkləndirici elementlərə 

Oxçuçayda daim rast  gəlinir. Ermənistan AES-nin fəaliyyəti bilavasitə Araz 

çayı  ilə  əlaqədardır,  hər  sutka  ərzində  Araza  12-16  min  m^  çirkab  axıdılır, 

onun  gələcəkdə  Araz  və  onun  qolları  üçün  fəlakətlər  törətməsi  ehtimalı 

böyükdür. 

Kür boyu yerləşən Yevlax, Zərdab, Sabirabad, Şirvan, Salyan, Neftçala 

və b. yaşayış məntəqələri Kürə ilboyu aramsız çirkab axıdırlar. Ona görə bu 

sahələrdə Kür sularında sanitar-gigiyena normalardan on min dəfədən yüksək 

koliform  qrupuna  aid  bakteriyalar  aşkar  edilmişdir  (Salmanov,  2003).  Öz 

ərazisində  Kür,  Araz  və  onların  yüzlərlə  qolları  amansız  çirklənir.  Hövzədə 

yerləşən yaşayış məntəqələrinin heç birində müasir bioloji təmizləmə qurğusu 

yoxdur. 

Antropogen  amillərin  təsirinin  güclənməsi  ilə  əlaqədar  olaraq  Kür  və 

Araz  çayları  və  onların  qollarının  suyunun  kimyəvi  tərkibində  xeyli 

dəyişikliklər baş vermişdir. Son 40 il ərzində Salyan şəhəri yanında Kür çayı 

suyunun  minerallığı  3  dəfədən  çox  artaraq  1020  mql  olmuşdur.  Bu  dövr 

ərzində Araz çayının Saatlı məntəqəsində suyun minerallaşması 400 mql-dən 

1300 mql-ə qədər artımşdır (Ş.Xəlilov, 2000). 

Əvvəllər çayların suyu hidrokarbonat sinfinə və kalsium qrupuna mənsub 

olduğu  halda,  hazırda  sulfatlı-natriumludur.  Suyun  kimyəvi  tərkibinin  və 

keyfiyyətinin  dəyişməsinin  əsas  səbəbi  Kür-Araz  ovalığında  suvarılan 

sahələrdən qayıdan suların və kollektor drenaj sularının Kür çayına və onun 

qollarına daxil olmasıdır. 

Son zamanlar Kür-Araz hövzələri ilə əlaqədar olmayan və birbaşa 

223 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə