Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə82/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   78   79   80   81   82   83   84   85   ...   216

 


Qurunun  sulan.  Bura  çaylarla  gətirilən  materik  .suları,  göllərdə, 

bataqlıqlarda,  buzlaqlarda,  qar  örtüyündə  toplanan  sular  daxildir.  Qurudakı 

suyun  əsas  kütləsi  Antarktida,  Qrenlandiya,  qütb  adaları  və  dağlarda  olan 

ümumi su ehtiyatının 1,86%-ni, şirin suyun isə 70,3%-ni təşkil edərək yüksək 

əks  etdirmə  qabiliyyəti  ilə  (albedo)  Yer  üzərində  atmosferin  qlobal  istilik 

balansının formalaşmasına böyük təsir göstərir. 



Yeraltı  suları  (yeraltı  hidrosfer).  Bura  Yer  qabığının  müxtəlif 

dərinliklərində  yerləşən  şirin,  duzlu  və  geotermal  (temperaturu  30“-dən 

yüksək) sular aiddir. Yeraltı şirin suların həcmi göl, çay, bataqlıq və s.- nin 

şirin  sularından  təxminən  100  dəfə  artıqdır,  yeraltı  suların  ümumi  həcmi 

hidrosferin 1,68%-ni təşkil edir, onların təxminən yarısı şirin sulardır. 

Atmosferdəki  su.  Əsasən  su  buxarından  və  onun  kondensatından 

ibartədir;  su  buxarının  demək  olar  ki,  hamısı  (90%)  troposferdə  yerləşir. 

Atmosfer havası müəyyən temperaturda yalnız müəyyən miqdarda su buxarı 

saxlayır.  Bu  miqdara  çatdıqda  su  buxarı  kondensasiya  olunub  dumana  və 

buluda  çevrilir.  Havanın  temperaturu  yüksək  olduqca  özündə  daha  çox  su 

buxarı saxlayır. Yağışlar atmosfer havasının təbii tənıiz- ləyicisi sayılır, lakin 

litosferi çirkləndirən səbəb də ola bilər (turşulu yağışlar). Atmosferdəki bütün 

rütubətlik kondensasiya olunub Yerə düşərsə, Yer səthində 25 m qalınlığında 

su qatı yaranardı. 

Bioloji  su.  Canlı  maddələri  təşkil  edən  su  olub  canlıların  orta  hesabla 

80%-nə  bərabərdir.  Bioloji  suyun  ümumi  həcmi  təxminən  1000  km-^  təşkil 

edir. Orqanizm üçün suyun zəruriliyi çox böyükdür. Məsələn, insan il ərzində 

10 ton su tələb edir, 1 kq bioloji kütlənin yaranması üçün isə 500 kq-a qədər su 

sərf edilir. 

Dünya okeanı,  buzlaqlar və  yeraltı  sular hidrosfer suyunun 99,94%- ni 

təşkil edir. Çaylar hidrosferin əsas komponenti olub dünyada onların suyunun 

həcmi ümumi su ehtiyatının yalnız 0,0001-0,0002%-i, şirin su ehtiyatının isə 

0,006%-i qədərdir. 

11.2.


 

MATERİK SULARINDAN İSTİFADƏ 

Məqsədli  təyinatına  görə  şirin  sular  aşağıdakı  təsnifata  bölünür  (şəkil 

11.1). 




 

İçməli  su  -  bakterioloji  və  tərkibində  üzvi  və  toksik  kimyəvi 

maddələrin göstəricilərinə görə içməli su təchizatı norması hüdudunda olur. 





 

Mineral su - komponent tərkibi müalicəvi tələbatlara cavab verir. 



 

Sənaye  suları  -  komponent  tərkibi  sənaye  miqyasında  istifadəsinə 

uyğun gəlir. 



211 


 

Şəkil İLİ. Təbii suların məqsədli təyinatına görə təsnifatı 





 

İstilik  energetik  su  -  xalq  təsərrüfatının  istənilən  sahəsində  istifadə 

oluna bilən termal sular, istilik -energetik sular. 





 

Texniki  sular  -  içməli,  mineral  və  sənaye  sularından  başqa  xalq 

təsərrüfatında istifadəyə yararlı sular. 

Bu sular aşağıdakılara ayrılır: 

-

 

təsərrüfat məişət suları - əhali tərəfindən məişət və səhiyyə- gigiyenik 

məqsədlərlə,  həmçinin  camaşırxana,  hamam,  yeməkxana,  xəstəxana  və  s. 

yerlərdə işlədilən sular. 

-

 

suvarma  suları  -  torpaqların  və  kənd  təsərrüfatı  bitkilərinin 

suvarılmasında istifadə edilən sular. 



-

 

energetik  su  -  buxaralma,  binaları  qızdırm.aq,  həmçinin  istilik 

mübadiləsi cihazlarında maye və qazşəkilli məhsulları soyutmaq üçün istifadə 

edilən sular. 

Dünyanın müxtəlif regionlarında su ehtiyatlarından istifadə növü olduqca 

müxtəlifdir. Sudan ən çox kənd təsərrüfatında istifadə olunur. 

212 



Ədəbiyyat məlumatlarına görə kənd təsərrüfatında hər il 3500-3600 km-^ su 

işlədilir,  bunun  70  faizi  suvarmaya  sərf  olunur.  Kənd  təsərrüfatında  istifadə 

olunan  suyun  miqdarı  sənayedə  olduğundan  3,4-4,0  dəfə  artıqdır.  Hazırda 

dünyada  250  mln  hektara  yaxın  kənd  təsərrüfatı  bitkiləri  və  bağlar, 

plantasiyalar suvarılır. Hər hektara təxminən 12-14 m' su verilərsə, suvarmaya 

2800-3000 km-^ su sərf olunur (Nəbiyev, 2000). Suvarılan torpaqların sahəsi 

ən çox Asiyada yerləşir. Praktiki olaraq burada suvarma bütün ölkələrdə tətbiq 

edilir.  Suvarılan  sahələrin  əsas  massivləri  kontinentin  cənub  və  şərqində 

yerləşir,  onun  çox  hissəsində  çəltik  becərilir.  Bununla  belə  Asiyanın  bütün 

suvarılan  torpaqlarının  2/3-dən  çoxu  yalnız  üç  ölkənin  payına  düşür  (Çin, 

Hindistan  və  Pakistan)  və  təxminən  1000  km^  su  sərf  olunur,  bu,  dünyada 

suqəbuledicilərdən  suvarmaya  işlədilən  suyun  yarısına  qədərini  təşkil  edir. 

Asiyanın  bütün  ölkələrində  suvarmaya  sərf  olunan  suyun  miqdarı  dünyanın 

bütün  digər  istahlakçı-  larım  xeyli  ötüb  keçir  və  təxminən  82%  təşkil  edir. 

Avropada  bütövlükdə  bu  rəqəm  30-u  keçir.  Suvarma  üçün  şirin  su 

ehtiyatlarının  xeyli  hissəsindən  istifadə  olunur  və  3/4-ü  geri  qaytarılmır. 

Tarlalardan drenaj şəbəkəsi ilə qayıdan sular tarlalarda alaqlara və zərərverici 

həşəratlara  qarşı  işlədilən  müxtəlif  maddələrlə  (pestisidlər)  və  mineral 

gübrələrlə güclü çirklənməyə məruz qalır. 

Suyun  kommunal-məişətdə  istifadəsi.  Su  ehtiyatlarının  sərfinin  bu 

növündə şəhər və kənd əhalisinin sudan istifadəsi nəzərdə tutulur. Bu zaman 

suyun  keyfiyyətinə  xüsusi  tələbat  sürülür.  Hazırda  əhali  tərəfindən  istifadə 

olunan suyun ümumi həcmi ildə 250 km-^-u keçmişdir. Yer kürəsi əhalisinin 

4%-i  sudan  kifayət  qədər,  yəni  adambaşına  sutkadakı  300-  400  litr  (onun 

10%-i  yaxşı  keyfiyyətli  içməli  sudur)  su  işlədilir.  Afrikada  və  Asiyada 

yerləşən  əhalinin  2/3-i  üçün  sudan  istifadə  10  dəfə  azdır.  Beynəlxalq 

Rio-de-jeneyro (1992) konfransının məlumatına əsasən inkişaf etməkdə olan 

ölkələrdə  hər  üç  nəfərdən  biri  içməli  suyun  çatışmazlığından  əziyyət  çəkir. 

Xəstəliklərin 80%-i, ölüm hadisələrinin 1/3-i içməli sudan istifadə ilə bağlıdır. 

Odur  ki,  səmərəli  istifadə  edilməsi  hesabına  planetin  bütün  əhalisinin  yaxşı 

keyfiyyətli içməli su ilə təmin olunması mühüm problem kimi qarşıda durur. 



Suyun  sənayedə  və  energetikada  istifadəsi.  Bu  məqsədlə  sudan  iş 

prosesində qızmış aqreqat, mexanizm, alətlər və s.-nin soyudulması, istehsal 

tullantılarının  kənarlaşdırılması,  maşın  detal  və  hissələrinin  yuyulmasında 

istifadə  edilir.  Sənayedə  sudan  həlledici  kimi  də  istifadə  olunur,  hazır 

məhsulun tərkibinə daxil olur. Bu sudan istifadə növündə qayıtmayan suyun 

miqdarı az olur. Burada çirkab sularının çox olması problem yaradır. Hazırda 

sənaye  və  energetikada  760  km^  su  sərf  olunur,  bu  yalnız  suvarma  suyuna 

nisbətən azlıq təşkil edir. 



213 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə