Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə79/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   75   76   77   78   79   80   81   82   ...   216

mentlərə Fe, Al, Mn, Ca, Mo, P aid olub, neft külünün əsas hissəsini təşkil edir. 

V, Ni, Co, Pb, Cu, Y, As yüksək konsentrasiyalı olduqda biosenoza toksik təsir 

göstərə bilər. Abşeron yarımadasında ən toksik elementlər B, Mo, Hg, Al, Pb, 

Cl, Y, Se, Fe, S, Na, Mg sayılır. Onlardan yüksək konsentrasiya klarkına B və 

Mo aiddir. (Budaqov, Əhmədov, 1989). 

 

Şəkil 10.3. Torpağın çirklənməsində xam neftin miqrasiya yolları 



Çirklənmə dərəcəsinə görə torpaqlar zəif, orta və güclü çirklənmiş olur 

(Iləkimova,  2002),  Sabunçu,  Binəqədi,  Suraxanı  və  Xəzər  rayonlarının  neft 

mədənləri əraziləri güclü çirklənmiş torpaqlar sayılır. Bu ərazilərdə torpaqların 

profili  boyunca  100  sm-dək  neft  məhsulları  hopmuşdur,  neftin  miqdarı 

12,5-7,8 % arasında dəyişir. 

N.F.Həkimovanın (2002) məlumatına görə neftlə çirklənmiş torpaqların 

üst qatında humusun miqdarı 1,4-1,3, aşağı qatlarda isə 0,8 - 0,6 %, ümumi 

azotun  miqdarı  profil  boyu  0,18-0,11  %  təşkil  edir.  Bu  torpaqlarda  qida 

maddələri yox dərəcəsində olub əkin üçün yararsızdır. 

V.A.Əhmədov  və  b.  (2002)  Abşeronda  apardıqları  tədqiqatlara 

əsaslanaraq yazır ki, neftin yüngül fraksiyaları torpağın daxilinə hopur və ya 

bir  hissəsi  buxarlanır,  neftin  ağır  fraksiya  hissəsi  torpağın  səthini  örtərək 

yüngül  fraksiyanın  buxarlanmasının  qarşısını  alır,  torpaqda  aerasiyanı 

dayandırır və bu da canlıların, bakteriyaların məhvinə səbəb olur. 



201 


w 

 

Neftlə çirklənmiş topraq (Abşeron). 

 

 

 



 

”:f


 

Tullantılarla çirklənmiş torpaq (Gəncə). 

202 


F.S.Dadaşova  (2002)  qeyd  edir  ki,  neft  məhsulları  torpaqların  2m 

dərinliyinə  qədər  şaquli  miqrasiya  edir,  torpağın  üst  qatını  (0-16  sm)  neftin 

ağır  fraksiyası  olan  qatran  asfaltenlər  örtür.  Onlar  yüksək  özüllü  və  zəif 

buxarlanan  məhsullar  olduğundan  torpağın  su  -hava  mübadiləsini  pozur. 

Su-hava  mübadiləsinin  pozulması  isə  bitkinin  inkişafına  ziyan  vurmaqla 

atmosferdə karbon-azot balansını pozur. Bu fraksiyaların tərkibində kimyəvi 

elementlərin  əksəriyyətinə  rast  gəlinir.  Spektral  analizin  nəticəsinə  görə 

ekoloji  təsir  baxımından  toksik  və  toksik  olmayan  mik-  roelementlərin 

əksəriyyətinin miqdarı fon səviyyəsindən xeyli çoxdur. Torpaqda politsiklik 

aromatik  karbohidrogenlərdən  naftalin,  fruoren,  piren,  xirizen,  benzopiren 

kimi çox güclü neft məhsulları da müəyyən edilmişdir (Dadaşova, 2002). 

Belə birləşmələrlə çirklənmiş torpaqları rekultivasiya etmək - təmizləmək 

olduqca çətindir. Müəllif daha sonra qeyd edir ki, torpaqların 2 m (bəzən daha 

çox) dərinliyinə qədər miqrasiya edən karbohidrogenlərin əksəriyyəti suda həll 

olan birləşmələrdir. Mövcud məlumata əsasən Abşeron yarımadasında 1 mln. 

ton  neft  istehsal  etdikdə,  25  mln.  ton  buruq  suları  səthə  yığılır.  Onların  da 

tərkibində 15-17 min ton üzvi turşuların duzları, mineral duzlar, ağır metallar 

və radioaktiv maddələr vardır. Miqrasiya edən komponentlərin yeraltı sulara 

qarışması, onlarda həll olması həmin suların keyfiyyətinə mənfi təsir göstərir. 

Q.Ş.Məmmədov  və  Q.Ş.Yaqubov  (1999)  apardıqları  tədqiqatlar 

nəticəsində  Abşeronda  neftə  bulaşmış  torpaqların  təsnifatını  hazırlamış  və 

onların  rekultivasiyası  üzrə  tədbirlər  təklif  etmişlər.  Q.Ş.  Yaqubov  (2003) 

Abşeronda  yayılmış  neftlə  çirklənmiş  torpaqların  rekultivasiyasını  3 

mərhələdə aparılmasını təklif edir. 

I-Hazırhq mərhələsində neftlə çirklənmiş torpaqlar tədqiq olunur, yerləri 

müəyyənləşdirilir,  çirklənmiş  torpaqlardan  nümunələr  götürülüb  fiziki 

-kimyəvi,  aqrokimyəvi  göstəriciləri  təyin  olunur,  rekultivasiya  məqsədilə 

kənardan gətiriləcək torpaq və süxurların həcmi hesablanır. 

II.

 

Texniki rekultivasiya aparmaq məqsədilə neftlə çirklənmiş sahələr üç 



qrupa  ayrılır.  1  qrup  -  çox  zəif  və  zəif  dərəcədə  çirklənmiş  və  sadə 

rekultivasiya texnologiyasına ehtiyacı olan torpaqlar (yerlər), II qrup - ortadan 

aşağı  və  orta  dərəcədə  çirklənmiş,  nisbətən  mürəkkəb  rekultivasiya  işləri 

nəzərdə tutulur. III qrup yüksək və çox yüksək dərəcədə çirklənmiş, mürəkkəb 

rekultivasiya texnologiyası tələb edən torpaqlar üçüncü növbədə rekultivasiya 

aparılması nəzərdə tutulur. 

I qrupa aid çirklənmiş torpaqlar zəif də olsa yerli bitkilərlə örtülmüşdür. 

Belə  sahələrdə  ilk  növbədə  istismarı  dayandırılmış,  yeraltı  və  yerüstü 

kommunikasiyalardan, beton özüllərdən və başqa tullantılardan təmizləmə və 

səthi hamarlama işləri həyata keçirilir, sonra isə bitumlaşmış 



203 


növlərdə  15-20  sm  qalınlığında  doğrama  şumu  aparılmalı,  mazutlaşmış  və 

dərinlik  buruq  süxurları  ilə  çirklənmiş  və  örtülmüş  növlərdə  isə  laydır-  sız 

kotanla şumlama aparılmalı, sonra hər hektara 15-20 ton samanh peyin (ağac 

kəpəyi,  kompost,  quş  peyini)  və  30  ton/ha  həcmində  əhəng  ovuntusu  verib 

yumşaldıcı şumlama və dişli vərdənə ilə malalama aparılmalıdır. Bu işlərdən 

sonra  yüksək  norma  ilə  suvarma  aparılaraq  hclio-  termiki  meliorasiya 

məqsədilə sahə 2 il müddətinə dincə qoyulmalıdır. 

II

 

qrupa  aid  olan  dərinlik  buruq  süxurları  ilə  çirklənmiş  və  örtülmüş 

sahələrdə  də  ilk  növbədə  səthi  yaxşılaşdırma  tədbirləri  həyata  keçirilir. 

Dərinlik buruq süxurları mexanizmlər vasitəsilə ətrafdakı neft məhsulları ilə 

çirklənmiş az münbitliyə malik sahələrə paylaşdırılır. Sahələrə verilmiş süxur 

kütlələri  xüsusi  mexanizmlərlə  hamarlanır,  sonra  neft  məhsullarının 

minerallaşmasını  sürətləndirmək  məqsədilə  sahələrə  fəal  üzvi  və  mineral 

maddələr,  həmçinin,  bakterioloji  preparat  verilir.  Sonra  isə  fermentasiya 

qatının yaradılması məqsədilə laydırsız kotanla 30 sm dərinliyində şumlanır və 

malalanır.  Sahə  payız  aylarında  yüksək  su  norması  ilə  suvarılır  və  2  il 

müddətinə dincə qoyulur. 3 il müddətində neft məhsulları minerallaşaraq bitki 

üçün  lazım  olan  qida  elementlərinə  qədər  sintez  olunur,  biokimyəvi  və 

mikrobioloji proseslər bərpa olunur. 



III

 

qrup  çirklənmiş  sahələr  neft  və  qaz  çıxarılan  idarələrin  hamısının 

ərazisində geniş yayılmışdır. Burada neftlə hormuş torpaq qatı 0-50 və 0-100 

sm  (orta  hesabla  70-75  sm)  qalınlığında  xüsusi  mexanizmlərlə  çıxarılıb 

rekultivasiya olunacaq sahələrin kənarına yığılır. Hamarlama işlərindən sonra 

sahələrə neft məhsullarının minerallaşmasını sürətləndirən fəal üzvi -mineral 

maddələrdən soba şkalı və ya seolit, peyin (sa- manlı), bakterioloji preparat 

verilir. Sonra şumlama işləri aparılaraq yüksək su norması (1500-1700 mV ha) 

ilə  suvarılır  və  üç  il  müddətinə  he-  liotermiki  meliorasiya  məqsədilə  dincə 

qoyulur.  Dincə  qoyulmuş  sahələr  hər  il  payızda  (sentyabrın  sonu)  laydırsız 

kotanla  şumlanıb  suvarıldıqda  neft  məhsullarının  minerallaşması  daha  da 

sürətlənir.  Üç  ildən  sonra  I  qrupda  göstərilmiş  sadə  texnologiya  tətbiq 

olunaraq rekultivasiya davam etdirilir. (Yaqubov, 2003). 



Bioloji  rekultivasiya  mərhələsində  sahələrdə  əsasən  meşə  və  kənd 

təsərrüfatı bitkiləri (əksərən çoxillik yem bitkiləri) becərilir. 



10.5.

 

TORPAQDA KİMYƏVİ ELEMENTLƏRİN 

MİQDARININ NORMAYA SALINMASI 

Torpaqda  kimyəvi  elementlərin  normalaşdırılması  kifayət  qədər 

mürəkkəb  məsələdir.  Torpaqda  kimyəvi  elementlərin  miqdarının  nor- 

malaşdırılması torpağın münbitliyini aşağı salan, bitkinin zədələnməsinə 



204 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə