Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə81/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   77   78   79   80   81   82   83   84   ...   216

nlıb, sonradan ağır metalları mütəhərrik formaya çevirmək yolu ilə, daha sonra 

turş mühitdə FeCl.ı məhlulu ilə yuyulur. Təmizlənmə başa çatdırıldıqdan sonra 

kompleks  mədəniləşdirmə  (becərmə)  işləri  yerinə  yetirilir:  əhəngləmə, 

yuyulma zamanı itirilmiş biogen elementləri kompensasiya etmək üçün üzvi 

və mineral gübrələrin verilməsi həyata keçirilir. 

Almaniyada  metallarla  xelat  birləşmələr  əmələ  gətirən  və  əlaqə 

möhkəmliyinə  malik  olan  ionmübadiləli  qatrandan  istifadə  olunur.  Ondan 

turşu  və  duz  şəklində  istifadə  edilir,  torpağa  toz  və  ya  qranula  (dənə) 

formasında doza ilə verilir. Kationitin natrium forması 95%-ə qədər qurğuşun 

sorbsiya edir. 

Kimyəvi  meliorasiyanın  əsasını,  həmçinin  başlıca  olaraq,  mühit 

reaksiyasını dəyişmək yolu ilə ağır metalları mənimsənilə bilməyən vəziyyətə 

keçirmək tutur. İzafi rütubətli humid regionlarında bu, əhənglə- mənin köməyi 

ilə  həyata  keçirilir.  Əhəngin  qoruyucu  təsiri  torpağın  uducu  kompleksində 

(TUK) hidrogenin kalsiumla əvəz olunması nəticəsində baş verir. Bu zaman 

mühitin  neytrallaşması  baş  verir  və  torpaq  məhlulunda  olan  ağır  metalların 

hidroksid kolloidləri əmələ gəlir. 

Eyni  zamanda  bakteriya  mikroflorasının  həyat  fəaliyyəti  aktivləşir, 

mikroorqanizmlərin  biokütləsi  xeyli  artır,  onların  bir  hissəsi  metalları 

akkumulyasiya edə bilər. 

Əhəng  mineral  gübrələrlə  birlikdə  verildikdə  yüksək  effekt  əldə  edilir, 

belə  ki,  mineral  gübrələr  ağır  metalların  izafiliyinin  mənfi  təsirini 

kompensasiya  edir,  əhəngləmə  isə  metalların  az  mütəhərrik  birləşmələrinin 

(karbonatlar,  fosfatlar,  hidroksidlər)  əmələ  gəlməsinə  və  nəticədə  bu 

metalların bitkidə miqdarının xeyli azalmasına səbəb olur. 

Detoksikasiya prosesində üzvi gübrələrə xüsusi yer ayrılır, zəif həl- lolma 

qabiliyyətinə  malik  olan  üzvi-mineral  birləşmələrin  əmələ  gəlməsi  ağır 

metalların mütəhərliyini azaldır. 

Ağır metalların  fitotoksikliyini  azaltmaq üçün təbii seolitlərdən istifadə 

etmək  olar.  Bunlar  yaxşı  sorbentlər  olmaqla  yanaşı,  həm  də  qida 

elementlərinin  mənbəyi,  həmçinin  torpağın  strukturunu  yaxşılaşdırıcı 

maddələrdir. Geniş yayılan klinoptilloit siolit qurğuşunu torpağa nisbətən 5... 

10 dəfə aktiv fiksasiya edir. 

Torpağın  ağır  metallarla  çirklənmə  təhlükəsini  azaltmaq  üçün 

aqronomiya  vasitələrindən  (kənd  təsərrüfatı  bitkilərinin  seçilməsi  və  s.) 

istifadə  edilir.  Belə  ki,  ağır  metallara  qarşı  toksiklik  təsirə  davamlılıq 

dərəcəsinə  görə  azalmaq  sırası  İlə  bitkiləri  aşağıdakı  kimi  yerləşdirmək 

(düzmək olar): otlar - taxılkimilər - kartof -şəkər çuğunduru. Eyni miqdarda 

qurğuşun  olan  torpaqda  (1000  mq/kq)  kartof  və  pomidorda  bu  element  az 

toplanır,  yerkökü  və  turpda  isə  onun  miqdarı  1...2  dəfə  çox  akkumulyasiya 

olunur. 

207 



Torpağın çirklənmə dərəcəsi kimyəvi elementlərin YVK nəzərə alınaraq 

qiymətləndirilir. 

Mis,  nikel,  sinkin  mütəhərrik  formaları  boz  torpaqlarda  ammoni- 

um-asetat  buferi  məhlulu  ilə  pH  4,8  (mis,  sink),  pH  4,6  (nikel),  kobaltın 

mütəhərrik forması natrium-asetat buferi məhlulu pH 3,5 və pH 4,7 ilə, qalan 

torpaq  tipləri  üçün  ammonium-asetat  buferi  pH  4,8  ilə  torpaqdan  çıxarılır. 

Ftorun  mütəhhərrik  formaları  torpaqdan  pH<6,5  0,006  xlorid  turşusu  ilə 

çıxarılır.  Xromun  mütəhhərik  forması  torpaqdan  ammonium-asetat  bufer 

məhlulu ilə pH 4,8-lə çıxarılır. 

Kompleks qranulaşdırılmış (dənəvari) gübrənin tərkibi N:P:K= =64:0:15 

YVK-ı torpaqda olan nitratların miqdarına nəzarət edir, bu, 

76,8


 

mqkq - mütləq quru çəkini keçməməlidir. 

Maye halında kompleks gübrənin tərkibi N:P:K= 10:34:0 əlavə ilə 0,6% 

manqan torpaqda mütəhərrik fosfatm miqdarına nəzarət edir, bu, 

27,2

 

mqkq mütləq quru çəkini keçməməlidir. 



208 


XI

 

FƏSİL 

İNTENSİV AQRAR İSTEHSALI ŞƏRAİTİNDƏ 

SUYUN BİOGEN ÇİRKLƏNMƏSİ 

11.1.


 

YERİN HİDROSFERİNDƏ SUYUN PAYLANMASI 

VƏ NÖVLƏRİ 

Akademik V.İ.Vernadski yazmışdır: «Su planetimizin tarixində xüsusi 

yer tutur, elə bir təbii cisim yoxdur ki, əsas möhtəşəm problemlərə su qədər 

təsir  göstərə  bilsin».  Su  Yer  üzrində  canlı  orqanizmlərin  mövcudluğunu 

(yaşayışını) təmin edən özünəməxsus mineraldır. 



Akademik  A.P.Karpinski  yazır;  «Su  ən  qiymətli  faydalı  sərvətdir.  Su 

nəinki mineral xammal və kənd təsərrüfatının inkişafı üçün vasitədir. O həm 

də  mədəniyyətin  həqiqi  göstəricisi,  həyatsız  yerə  dirilik  gətirən  «canlı 

qandır»». 



Akademik Həsən Əliyev suyun ekoloji əhəmiyyəti haqqında yazmışdır; 

«Susuz  təbiət  də,  həyat  da  ola  bilməz.  Su  da  çörək  kimi  hamıya,  hər  şeyə 

həmişə lazımdır». 

Hidrosfer  Yerin  su  örtüyü  olub  planetin  bütün  su  obyektlərinin 

(okeanlar,  dənizlər,  çaylar,  göllər,  bataqlıqlar,  buzlaqlar,  qar  örtüyü,  yeraltı 

sular)  məcmusudur.  Hidrosferin  tərkibinə  həmçinin  atmosferdəki  su,  torpaq 

suyu  və  canlı  orqanizmlərdə  olan  sular  daxildir.  Təbiətdə  su  3  faza 

vəziyyətində mövcuddur; maye, bərk (buz, qar) və qaz (buxar). 

Dünya okeanı. Dünya okeanının ümumi sahəsi qurunun sahəsindən 

2,5


 

dəfə  artıqdır.  Qurunun  əsas  sahəsi  Şimal  yarımkürəsində,  suyun  əsas 

sahəsi isə Cənub yarımkürəsindədir. Okean və dənizlər Yerin ümumi sahəsinin 

71%-ni  tutur,  qurudakı  su  obyektləri  (buzlaqlar,  göllər,  su  anbarları, 

bataqlıqlar və b.) birlikdə Yerin su ilə örtülmə dərəcəsini təşkil edir. Dünya 

okeanı hidrosferin həcminin 96,4%-i qədərdir. 



Cədvəl 11.1 

Hidrosfer

 

Suyun həcmi, min km^

 

Suyun ümumi həcmində payı, 

%

 

Dünya okeanı

 

1370000

 

94.1

 

Yeraltı sular

 

60000

 

4,1

 

Buzlaqlar

 

24000

 

1,7

 

Göllər

 

280

 

0,02

 

Torpaqdakı su

 

80

 

0,01

 

Atmosfer buxarı

 

14

 

0,001

 

Çaylar

 

1,2

 

0,0001

 

209 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə