Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə88/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   84   85   86   87   88   89   90   91   ...   216

Yazın  ilk  dövründə,  torpağın  rütubətlə  doyması  tam  çöl  su  tutumunu 

keçəndə infiltrasiya suyunun miqdarı ən çox olur. Payız-qış dövründə torpaq 

bitkidən azad olduğu vaxt analoji vəziyyət alınır. Yazın sonu və yay dövründə 

düşən  yağıntıların  əsas  kütləsi  transpirasiyaya  və  fltoküt-  lənin  əmələ 

gəlməsinə sərf olunur. Atmosfer-torpaq-su proseslərinin qanunauyğunluğu və 

bitkinin  eroziyaya  qarşı  rolundan  istifadə  edilməsi  aqrokimyəvi  üsulların 

əsaslandırılmasının əsasını təşkil edir. 

Bitkiçilikdə intensiv texnologiyadan istifadə edilməsi şəraitində bio- gen 

maddələrin  yuyulmasının  azaldılması  kompleks  tədbirlərin  -  bitkilərin 

biogenlərdən  aktiv  istifadə  etdiyi  dövrdə  gübrələrin  verilməsini  opti- 

mallaşdırmaq, mineral gübrələrin zəif həll olan, yavaş (tədricən) təsir göstərən 

növlərindən  istifadə  etmək,  nitrifikasiyanm  inqibitorlarmdan  istifadə  etmək, 

gübrələrin doza ilə verilməsi normasına (xüsusilə maye üzvi gübrələrin) riayət 

edilməsi yerinə yetirilməlidir. 

Suyun biogen çirklənməsində bitkiçiliklə yanaşı, heyvandarlıq da mühüm 

mənbə  sayılır.  Su  obyektlərinə  onun  təsir  dərəcəsi  hər  bir  konkret  regionda 

mal-qaranın  ümumi  sayından,  sutoplayıcıda  heyvandarlıq  ferma  və 

komplekslərinin yerləşmə xüsusiyyətindən, həmçinin təsərrüfatda heyvanların 

saxlanma texnologiyasından asılıdır. 

Mal-qara burdaq vəziyyətində saxlanıldıqda çoxlu peyin kütləsi toplanır. 

Ondan  qeyri-mükəmməl  istifadə  edilməsi  ilə  əlaqədar  su  sistemlərinə  çoxlu 

miqdarda  kobud  dispers  az  parçalanan  üzvi  və  biogen  maddələr  daxil  olur. 

Otlaqlar  çay  hövzələrində  yerləşdiyindən  sistemsiz  mal-  qara  otarılması 

zamanı da oradan suaxarlara çoxlu biogen maddələr aparılır. 

Ferma  və  komplekslər  əksər  hallarda  bilavasitə  çay  və  göllərə  yaxın 

yerləşdiyindən heyvandarlıq suyun çirklənməsinə şərait yaradır. 

Biogenlərin itirilməsini artıran faktorlardan aşağıdakıları göstərmək olar: 

-

 



ferma  və  komplekslərdə  xüsusi  peyin  anbarlarının  və  peyin  şirəsi 

quyularının  olmaması  və  ya  çatışmaması,  bu,  peyinin  birbaşa  tarlalara 

daşınması məcburiyyətini yaradır; 

-

 



ferma və komplekslər bilavasitə suya yaxın yerləşir və biogen maddələr 

birbaşa suaxarlara axıdılır; 

-

 

daşman  peyinin  tarlada  vaxtında  şumlanmaması  ilə  əlaqədar  biogen 



maddələr  sutoplayıcı  üzrə  miqrasiya  edir  və  səth  axını  ilə  yaxınlıqdakı 

sutoplayıcıya düşür; 

-

 

kompostlaşdırmada  və  peyinin  saxlanmasında  qeyri-mükəmməl 



texnologiyadan  istifadə  edilir,  bu  isə,  biogen  maddələrin  yerin  relyefi  üzrə 

miqrasiyasına səbəb olur; 

-

 

gübrənin tarlaya daşınması yaxşı təchiz edilmiş texnika ilə daşm- 



230 


maması ib əlaqədar anbardan sahəyə qədər olan məsafədə yolda itkiyə səbəb 

olur. 


Suyun  biogen  çirklənməsi  prosesinə  seliteb  ərazilər  də  böyük  təsir 

göstərir.  Kənd  yaşayış  məntəqələrinin  təsərrüfat-məişət  axmtıları  ilə  0,355 

kq-a qədər azot və 0,277 kq-a qədər fosfor çıxarıla bilər (adambaşına). Bundan 

başqa, tikinti aparılan ərazilərdən əlavə olaraq il ərzində 6,0 kq/ha-a yaxın azot 

və 3 kq/ha fosfor yuyula bilər. 

Kənd  yaşayış  məntəqələri,  əsasən,  təmizləyici  qurğularla  təchiz 

olunmayıb.  Bununla  yanaşı,  son  illər  aqrolandşaftm  təbii  az  məhsuldar  və 

yararsız  sahələri  şəhər  sakinləri  tərəfindən  mənimsənilir.  Şəhərlər  ətrafında, 

xüsusilə Bakı  şəhərinin ətrafında sıx xüsusi evlər, villalar tikilir, şəhərciklər 

salınır. Onların çoxu, əksər hallarda ilin isti aylarında fəaliyyət göstərsə də, hər 

tərəf məişət və tikinti tullantıları ilə zibillənir. 

Evtroflaşma  prosesinin  azaldılması  üzrə  aparılan  xüsusi  sahə  tədbirləri 

(əkinçilik,  heyvandarlıq)  ilə  yanaşı,  konkret  su  obyektləri  üçün  effektli 

tədbirlərdən  qoruyucu  zolaqların,  çayların,  su  anbarlarının,  göllərin 

suqoruyucu  zonası,  sutoplayıcılarm  sanitar  zonası  yaradılmasını  göstərmək 

olar. 


Kompleks  aparılan  tədbirdər  göstərir  ki,  biogen  yükün  antropogen 

mənbələrindən başqa atmosfer yağıntıları və təbii bitki örtüyü kimi faktorlar da 

mühüm rol oynayır. 

Suyun  biogen  çirklənməsinə  təbii  bitki  örüyünün  təsiri  müxtəlif  meşə 

tiplərində  töküntüdə  olan  azot  və  forsforun  miqdarından  asılıdır.  Biogen 

maddələrin  əsas  hissəsi  töküntü  parçalandıqdan  (çürüdükdən)  sonra  torpağa 

daxil olur və bitki tərəfindən mənimsənilir, qalan hissəsi isə səth axınları ilə su 

hövlərinə daxil olur. 

Su  obyektlərinə  atmosfer  yağıntılarından  daxil  olan  azot  və  forsfor  ilk 

növbədə  onların  bu  maddələrlə  doyma  dərəcəsi  ilə  təyin  olunur;  bu  isə 

atmosferin ionlaşması, suyun buxarlanması, torpaq örtüyünün de- flyasiyası, 

vulkan fəaliyyəti, meşə  yanğını, həmçinin antropogen  çirklənmədən asılıdır. 

Torpağın vəziyyəti daha güclü təsir göstərir. Məlum olduğu kimi, təbii bitki 

örtüyü  altında biogen maddələr həm  səthi, həm  də torpaq  axınları vasitəsilə 

həyata keçirilir. Lakin mədəniləşdirildikdən sonra səth axımı üstünlük təşkil 

edir. 


Torpağın  şum  və  şumaltı  horizontları  praktiki  olaraq  hədsiz  miqdarda 

fosfor udmağa və sonradan onun yuyulmasının qarşısını almağa qadirdir. 

Müxtəlif genetik torpaq tiplərindən biogenlərin yuyulma miqyasını təyin 

edən əsas faktorlara onun mədəniləşmə və əsaslarla doyma dərəcəsi; mineral 

və  üzvi  azotla  dinamiki  tarazlığın  mövcudluğu;  N:P:K  nisbətinin  sabit 

vəziyyətdə saxlanması sayəsində torpağın qida rejiminin ta- 



231 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə