Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə97/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   93   94   95   96   97   98   99   100   ...   216

şərək  methemoqlobin  adlanan  davamlı  birləşmə  əmələ  gətirir.  Nəticədə 

qanda  hemoqlobinin  miqdarı  azalır,  orqanizmin  oksigenlə  normal  təchizi 

pozulur. Adətən ngrmal orqanizmdə methemoqlobinin miqdarı hemoqlobinin 

ümumi miqdarının 2%-ni təşkil edir. Kiçik yaşlı uşaqlarda, xüsusilə vaxtından 

tez  doğulmuş  körpələrdə  methemoqlobinin  miqdarı  4%-ə  çatır.  Yaşlıların 

orqanizmində  xüsusi  ferment  sistemi  mövcuddur.  Bu  sistem  əmələ  gəlmiş 

methemoqlobini parçalayaraq hemoqlobinin miqdarını bərpa edir. Uşaqlarda 

isə bu ferment sistemi fəaliyyət göstərmədiyi üçün nitrat və nitritlə zəhərlənmə 

ölümlə nəticələnə bilir. 

Nitrat və nitritlər orqanizmə kəskin,, ötəri və xroniki təsir göstərir. İnsan 

və  heyvan  orqanizminə  bir  dəfəyə  yüksək  miqdarda  nitrat  və  nitrit  daxil 

olduqda  methemoqlobineıniya,  yəni  methemoqlobinin  miqdarının  artması 

prosesi  inkişaf  etməyə  başlayır.  Methemoqlobinin  qanda  miqdarı  10%-ə 

çatdıqda  əlamətsiz  sianoz  xəstəliyi  müşahidə  edilir.  Methemoqlobinin 

miqdarı  20-50%-ə  çatdıqda  isə  sianoz  xəstəliyinin  inkişafı  kəskinləşir.  Bu 

xəstəliyin  əsas  əlamətləri  oksigen  çatışmazlığı,  zəiflik,  baş  ağrısı,  ürək 

döyünməsi  və  huşun  itirilməsidir.  Methemoqlobinin  miqdarının  50%-ə 

keçməsi  ölümlə  nəticələnir.  Nitrat  azotunun  orqanizmə,  hətta  az  miqdarda, 

lakin mütamadi daxil olması insanın xroniki zəhərlənməsinə səbəb olur. Bu 

zaman qaraciyərdə və böyrəklərdə, ürəkdə və ağ ciyərlərdə bəzi dəyişikliklər 

baş verir (cədvəl 12.3.). 

Mühitdə  kükürd,  azot  və  karbon  oksidlərinin  böyük  konsentrasiyası 

yarananda, bu, nəfəs yollarının iltihabına, ağ ciyər xəstəliklərinə və ast- maya 

səbəb olur. Eynilə civə, kadmium, qurğuşun mərkəzi sinir sistemini zədələyir, 

irsi xəstəliklərin (eybəcərlik, psixoz), mutasiyanm yaranmasına gətirib çıxarır. 

Kadmium birləşmələri insan skletini və psixikasını pozan itoy-itoy xəstəliyini 

də törədir. Bu xəstəlik ilk dəfə Yaponiyada müşahidə edilmişdir. Ona görə də 

əkinçiliyin  kimyalaşdırılması  gübrə-  ləmə  sistemlərinin  keyfiyyəti  və 

həmçinin  ətraf  mühitin  (hava,  su,  torpaq),  qida  və  yem  bitkilərinin  toksiki 

birləşmələr və ağır metallarla çirklənməsi üzərində daimi nəzarətin olmasını 

tələb edir. 

Ətraf  mühitin  azot  gübrələri  ilə  çirklənməsinin  qarşısının  alınmasında 

bioloji  azotun  böyük  rolu  vardır.  Yuxarıda  qeyd  edildiyi  kimi,  mik- 

roorqanizmlərin,  ilk  növbədə  paxlalı  bitkilərin  kök  sistemində  simbioz 

formasında mövcud olan azot fıksatorlarmın vasitəsilə biosferə 7,6 mln. ton 

bioloji azot daxil olur. Hesablamalar göstərir ki, paxlalı bitki əkinlərində hər 

hektara əlavə olaraq 20-25 kq bioloji azot daxil olur. Digər tərəfdən, paxlalı 

bitkilərin ətraf mühitin mühafizəsində ən əhəmiyyətli rolu ondan ibarətdir ki, 

onların əkildiyi sahələrə azot gübrələrinin verilməsinə ehtiyac yoxdur. 

Bəzi müəlliflərin (Q.V.Dobrovolski, E.D.Niktin, 1990; S.V. Zonn, 



256 


A.P.Travleyev, 1989; Q.Ş.Məmmədov, 1994; Q.Ş.Məmmədov, Q.Ş.Yaqubov, 

S.Z.Məmmədova,  N.F.Həkimova,  2002;  V.Q.Mineyev,  E.X.Rempe  və  b. 

1990) nəzərincə, torpaq «özütənzimlənən» sistem olduğundan mineral azotun 

gəlir-çıxarı arasında müvazinət vardır. Mineral azotun torpaqda izafi çoxluğu 

fonunda  denitrifikasiya  prosesi  güclənir  və  onun  torpaqdan  yuyulması  baş 

verir. Digər tərəfdən, mineral azotun çoxluğu bioloji azotun fiksasiyasmı ya 

dayandırır,  ya  da  ciddi  şəkildə  zəiflədir.  Ona  görə,  həm  mineral  azotun 

torpaqda  miqdarının  opti-  mallaşdırılması,  həm  də,  onun  bioloji  azotla 

müvazinətinin saxlanması ekoloji və aqrokimyəvi problem olaraq qalır. 

Respublikamızda  kənd  təsərrüfatında  aqrokimyəvi  vasitələrdən  geniş 

miqyasda istifadəyə XX əsrin 50-ci illərində başlanmışdır. Həmin əsrin 90-cı 

illərinə kimi bu artım  yüksələn xətt üzrə getmişdir. Əgər 1957-ci ildə bütün 

respublika  üzrə  133,9  min  ton  mineral  gübrə  tətbiq  edilirdisə,  bu  rəqəm 

1970-ci ildə 421,3 min ton, 1971-ci ildə 495,5 min ton, 1973-cü ildə 662,9 min 

ton, 1975-ci ildə 963,3 min ton, 1976-cı ildə 1074,2 min ton, 1979-cu ildə 1210 

min  ton,  1986-cı  ildə  1800  min  ton  olmuşdur.  90-cı  illərdə  bu  göstərici 

respublikamızda yaranmış ağır iqtisadi çətinliklərlə əlaqədar azalmağa doğru 

getmişdir. Azərbaycanda mineral gübrələrdən intensiv şəkildə istifadə edilən 

dövrlərdə onların hektar üzrə göstəricisi 200-250 kq-dan çox olmamışdır. 

Cədvəl 12.3 

Ekoloji mühitdə zəhərli və potensial zəhərli maddələr 

(Rozanov, 1984) 

Maddə

 

Mühitə daxil 



olma 

mənbəyi

 

Mühitdə miqdarı

 

İnsan 

orqanizminə 

daxil olması

 

Xəstəlik

 

1

 

2 .

 

3

 

4

 

5

 

Bor

 

Təbii sular

 

Bor əyalətində içməli 



suda

 

Su, qida

 

Böyrək və mədə- 

bağırsaq xəstəlikləri, 

endemik enterit

 

Dəmir

 

Sənaye 

istehsalı

 

Dəmir qablar, təbii 



sular

 

Hava (1 



mq/mb, su

 

Qaraciyərin serrozu, 



qan-damar xəstəlikləri

 

Yod

 

Dəniz suyu, 

vulkanik 

fəaliyyət, 

torpaq

 

Bəzi torpaqlarda izafi 



çoxluq müşahidə edilsə 

də. Yer kürəsi əhalisinin 

10%-i yodun endemik 

çatışmazlığından 

əziyyət çəkir

 

Su (0,01 mq/1), 



qida, hava

 

Çatışmayanda- 



qalxanvari vəzin 

xərçəngi, endemik zob və 

başqa endemik 

xəstəliklər

 

257 




Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə