Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə94/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   90   91   92   93   94   95   96   97   ...   216

mohsul  artımını  yeni  əkinçilik  kontinentinin  açılması  ilə  müqayisə  etməsi 

əlbət ki, təsadüfi deyildir. 

1986-1990-cı illər ərzində Rusiyanın əkinçiliyində orta hesabla 13 mln. 

ton  mineral  gübrələrdən  istifalə  olunmuşdur.  D.M.Xomyakovun  (1998) 

verdiyi qiymətə görə Rusiya əhalisini aşağıdakı miqdarda bitkiçilik məhsulları 

ilə lazımi miqdarda təmin olunmasına ehtiyac vardır (mln. ton hesabı ilə): taxıl 

95, şəkər çuğunduru 27, günəbəxan 3,5, kartof 38, tərəvəz 11,5. Bu zaman 10 

mln. ton gübrə, 8,5 min ton pestisidlər

35,5

 

mln.  əhəngtərkibli  material  tələb  olunur.  Bununla  belə,  müəllifə 



(Xomyakov,  1998)  görə  1996-1997-ci  illərlə  Rusiyada  tarlalara  vəsait 

çatışmazlığından cəmi 1,4... 1,7 mln. ton gübrə verilmişdir (1 ha torpağa 14 

kq, yəni elmə əsaslanan tələbatdan 10 dəfə az). Deməli, hər hektar səpin sahəsi 

100 kq qida maddəsi almır. 

ABŞ-da  məhsul  toplanan  sahə  125  mln.  ha  olub,  təxminən  Rusiya- 

mnkına  bərabərdir.  1995-1997-ci  illərdə  ABŞ-da  hər  il  tarlalara26  mln.  ton 

mineral gübrə, yəni hər hektar əkin sahəsinə 208 kq mineral gübrə verilmişdir. 

Əkinçilikdə 10 mln. tona yaxın azot, 4 mln. ton fosfor və 5 mln. ton kalium 

gübrəsi  verilərək,  qida  maddələrinin  müsbət  balansını  təmin  etmişdir 

(«ABŞ-ın aqrar sektoru XX əsrin sonunda»). 1991-1993- cü illərdə AFR-də 

kənd təsərrüfatı sahələrinin hər hektarına orta hesabla 192,3 kq mineral gübrə, 

o cümlədən 108,7 kq azot, 34,3 kq fosfor və 

49,3

 

kq kalium gübrəsi verilmişdir, bununla da kənd təsərrüfatı sahəsinin 1 



ha-dan dən (toxum) vahidi hesabı ilə ortaillik istehsal məhsulu 6,94 ton təşkil 

etmişdir (Şpaar, 1996). 

B.Q.Mineyev  (1998)  bütün  gübrələrdən  və  kimyəvi  meliorantlardan 

düzgün istifadə etməyin alternativi olmadığını qeyd edərək, onun həllinə tələb 

olunan funksional məsələləri aşağıdakı kimi ifadə edir: 

 



bitkiyə, xüsusilə bitkiçiliyin məhsulunu təşkil edən onun genera- tiv 

hissəsinə  daxil  olan  toksiki  elementlərin  qarşısını  alan  fizioloji  maneə 

fəaliyyətini gücləndirməyi nəzərə alaraq, mədəni bitkilərin biogen makro və 

mikroelementlərlə qidalanmasının optimallaşdırılması; 

 

torpağın  münbitliyinin  bərpası,  onun  xassələrinin  və  humus^ 



vəziyyətinin yaxşılaşdırılması; 

- aqroekosistemdə optimal nisbəti nəzərə alaraq, əkinçilikdə biogen 

elementlərin aktiv balansını və kiçik dövranını saxlamaq; 

 



aqroekosistemin ağır metallarla və digər toksiki elementlərlə qlobal və 

lokal texnogen çirklənməsinin neqativ nəticələrinin aşağı salınması; 

 

aqroekosistemdə radiasiya-ekoloji vəziyyətin yaxşılaşdırılması; 



 

aqroekosistemin bioloji göstəricilərinin nizama salınması; 



 

bitkiçilik  məhsulunun  kimyəvi  tərkibinin  və  qidahhq  dəyərinin 



yaxşılaşdırılması. 

248 


Gübrələrin  ətraf  təbii  mühitə,  aqrosenozun  bu  və  ya  digər 

komponentlərinə əlverişsiz təsiri olduqca müxtəlifdir (torpağın, qrunt və səth 

sularının çirklənməsi, su hövzələrinin evtrofıkasiyanıın güclənməsi, torpağın 

bərkiməsi; qida maddələrinin dövriyyəsinin və balansının pozulması, torpağın 

aqrokimyəvi  xassələrinin  və  münbitliyinin  pisləşməsi;  səpinlərin  fıtosanitar 

vəziyyətinin  pisləşməsi  və xəstəliklərin  inkişafı,  kənd təsərrüfatı bitkilərinin 

məhsuldarlığının və əldə olunan məhsulun keyfiyyətinin aşağı düşməsi və s.). 

12.1.1.


 

Azot gübrələri 

Məlum olduğu kimi, azot bitkinin qidalanması üçün əsas element sayılır, 

odur ki, azot gübrələri əkinçiliyin kimyalaşdırılmasmın əsas komponentlərinə 

aiddir.  Lakin  qida  elementlərinin  balanslaşdırılma-  ması,  su  rejimi 

pozulduqda,  kifayət  qədər  işıqlanma  olmadıqda  və  digər  əlverişsiz  şəraitdə 

azot gübrəsinin yüksək dozada verilməsi torpaq münbitliyinin aşağı düşməsinə 

və qida məhsullarının çirklənməsinə səbəb ola bilər. B.Kommonerin (məşhur 

«ekologiyanın  dörd qanunu»nun müəllifi) məlumatına görə ABŞ-da torpağa 

verilən  gübrələrlə  daxil  olan  azotun  orta  hesabla  yarısı  bitkilər  tərəfindən 

udulur.  Onun  qalan  miqdarı  atmosferə  ayrılır,  su  hövzələrinə  axıdılır  və 

torpaqda toplanaraq ətraf təbii mühiti çirkləndirir. 

Azot mineral gübrələri bərk və maye halında hazırlanır və istifadə olunur. 

Bərk azot gübrələri formasına görə aşağıdakılara bölünür: 

 

ammonyakh (NH4): ammonium - sulfat, ammonium-xlorid



 

ammonyak-nitrath  (NH4NO3):  ammonium  selitrası,  ammonyak- 



sulfat-nitrat; 

 



nitrallı  (NO3):  natrium-nitrat  (natrium  selitrası),  kalsium-nitrat 

(kalsium selitrası); 

 

amidli (NH:): karamid (sidik cövhəri), sianamid-kalsium. 



Maye halında azot gübrələrindən ammonyakh gübrələrdən geniş istifadə 

edilir,  azot  burada  ammonyak  (sulu  və  susuz  halda)  şəklində  olur.  Azot 

gübrəsinin  dozasının  artırılması,  həm  əldə  olunan  məhsulda  nitrat-  ların 

artmasına  səbəb  olur,  həm  də  məhsulda  «C»  vitamininin,  şəkərin  və  digər 

maddələrin  azalmasına,  bununla  da,  onun  bioloji  dəyərinin  aşağı  düşməsinə 

səbəb olur. 

Tərəvəzdə  nitratların  toplanmasında  istifadə  edilən  gübrənin  forması, 

məhsulun yığım vaxtı böyük rol oynayır. 

Azot gübrələri təbii suları da çirkləndirir. Su obyektlərinə azotun axması 

həm təbii (iqlim və hava, hidrologiya, relyef), həm də antropogen faktorlarla 

(ərazinin kənd təsərrüfatında istifadə dərəcəsi, tətbiq olunan əkinçilik sistemi, 

gübrənin dozası və s.) baş verir. 



249 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə