Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə95/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   91   92   93   94   95   96   97   98   ...   216

 

Şəkil 12.1. Azot gübrələrinin qeyri kifayət qədər izafi dərəcədə 

verilməsinin bəzi nəticələrini göstərən sxem 

Torpaqdan  nitratlann  yuyulub  aparılması  prosesini  çəmənlərin 

şumlanması,  səpin  dövriyyəsində  taxılın  və  cərgəaraları  becərilən  bitkilərin 

payının  artması,  aralıq  bitkilərin  becərilməsindən  tamamilə  imtina  edilməsi 

gücləndirir. 

Tərəvəz,  giləmeyvə  və  üzüm  bitkisinin  intensiv  becərildiyi  rayonlarda 

qrunt sularının nitratlarla çirklənməsi müşahidə olunur. 

Gübrə veriləndən əvvəl torpaqda əhəngləmə aparılmalıdır, bu tor 



250 


pağın  turşuluğunu  aşağı  salır  və  nitratların  bərpa  olunma  prosesini 

aktivləşdirir. 

Nitratların  toplanmasında  gübrənin  verilmə  vaxtı  mühüm  rol  oynayır. 

Kökmeyvəlilərin və kələmin kütləvi yetişdiyi dövrdə azot gübrəsinin verilməsi 

tövsiyə olunmur. 

Cədvəl 12.1 

Müxtəlif bitkilər altında torpaqdan azotun aparılması, kq/ha 

Torpaq 

Şum sahəsi 



Çəmən 

Taxıl 


Cərgəarası 

becərilən 

Qumlu 

30 


45 

Gillicəli 



21 

32 


Gilli 


15 

24 


Orta hesabla 

22 

34 


Kənd təsərrüfatı məhsullarının nitratlarla çirklənməsinin azaldılmasında 

(qarşısının  alınmasında)  kifayət  miqdarda  üzvi  gübrələrin  (peyin,  kompost, 

siderat)  verilməsi  olduqca  mühüm  üsul  hesab  olunur.  Bir  çox  ölkələrdə 

aparılan təcrübələrin nəticələri göstərir ki, üzvi gübrələr mineral gübrələrlə 4:1 

nisbətində verilməsi məqsədəuyğundur. 

Bitkilərin qidalanmasında mineral azota perspektiv alternativ bioloji azot 

hesab olunur. 

Müxtəlif dozalarda azot gübrəsi verildikdə torpağın nəmliyi yalnız dənin 

mütləq artıma deyil, həm də onun tərkibində toplanan zülalların toplanmasına 

da müsbət təsir göstərir. 

Məlum  olduğu  kimi,  ayrı-ayrı  torpaq-iqlim  zonası  və  ya  aqrokimyəvi 

rayon  üçün  təcrübələrin  aparılması  yolu  ilə  üzvi  və  mineral  gübrələrin  orta 

verilmə norması müəyyən edilmişdir. 

12.1.2.

 

Fosfor gübrələri 



Kənd təsərrüfatında tətbiq olunan fosfor gübrələri, əsasən bitki tərəfindən 

asan mənimsənilən, suda həll olan növlərdən ibarətdir. Bura su- perfosfat və 

ikiqat  superfosfat,  həmçinin  mürəkkəb  gübrələr  -  ammofos,  diammofos, 

nitroammofoska, karboammofoska daxildir. 

Fosfor mühüm biogen elementlərə aiddir. Canlı orqanizmlərin fors- fora 

olan tələbatı azotdan təxminən 10 dəfə az olmasına baxmayaraq, o, bitki üçün 

yalnız  qidalanma  mənbəyi  deyil,  həmçinin  enerji  mübadiləsində  və  artım 

prosesində əsas rol oynayır. 

Tam  yararlı  məhsul  alınmasına  əlverişli  şərait  yaratmaq  üçün  torpaqda 

kifayət qədər mənimsənilən fosfor olmalıdır. 

Lakin bununla yanaşı, fosfor gübrələri ilə birlikdə torpağa çoxlu 

251 



sayda  torpaq  mühitində  az  hərəkətdə  olan  toksik  elementlər  də  daxil  olur. 

Superfosfät tərkibində daha çoxlu miqdarda çirkləndirici maddələr olması ilə 

fərqlənir (Barrows, 1966): 

Qarışıq 


miqdar, mq/kq 

As 


1,2...2,2 

 



0,0...4,5 

Co 


0...9 

Ni 


7...32 

Cu 


4...79 

Pb 


7...92 

20...180 



Cd 

50...170 

Cr 

66...243 



Zn 

50...1430 

Bundan başqa fosfor gübrələrinin tərkibində ftor toksik birləşmələri də 

olur. Gübrə kimi istifadə olunan fosforun xeyli hissəsi torpaqda qalır, belə ki, 

torpaqda  olan  Ca,  Al  və  Fe-la  birləşir.  Aparılan  tədqiqatlar  təbii  fosfatların 

tərkibində radioaktiv elementlərin (uran, radium) olmasını təsdiq edir. 

Təbii  sularda  P205-in  miqdarının  çoxalması  su  obyektlərinin  evtro- 

fıkasiyasına  səbəb  olur:  bəzi  regionlarda  hazırda  göl  və  su  anbarlarında 

yosunların biokütləsi kənd təsərrüfatının ümumi məhsulunu keçir. 

Müəyyən edilmişdir ki, su hövzəsinə 1 kq fosfor daxil olduqda 100 kq 

fıtoplankton əmələ gəlir, suda fosforun konsentrasiyası 0,01 mq/1- keçdikdə 

isə  yosunların  kütləvi  inkişafı  ilə  əlaqədar  suyun  «çiçəkləməsi»  başlayır 

(Mineyev, 1990). 

Yuxarıdakıları  nəzərə  alaraq,  fosfor  gübrələrindən  istifadə  etdikdə 

aşağıdakı faktorlara diqqət yetirməlidir: 

-

 



gübrə kimi istifadə olunan xammal materialları; 

-

 



gübrədə olan ağır metallar, radionuklidlər və digər toksiki elementlərlə 

(birləşmələrlə) torpağın çirklənməsinin yol verilən səviyyəsi; 

-

 

fosfor gübrələrinin torpağa verilməsində vacib olan əməliyyatlar (işin 



aparılma vaxtı, gübrələnən sahələrin yerləşdiyi məkan, müvafq işlərin yerinə 

yetirilməsi üçün şəraitin mövcudluğu), həmçinin torpağın fos- forlaşdırılması 

zamanı ekoloji məhdudiyyətlərə riayət olunması. 

12. L3. Kalium gübrələri 

Ən  çox  yayılan  kalium  gübrələrinə  kalium-xlorid,  kalium-sulfat,  təbii 

kalium duzu xammalı (əsasən silvinit) və b. aiddir. Bu gübrələr həm 

252 



çinin ətraf təbii mühitə mənfi təsir göstərir. Məsələn, silvinit hazırladıqda halit 

tullantıları (layları), gilli-duzlu şlamlar, həmçinin tozlu-qazlı tullantılar əmələ 

gəlir.  Duz  layları  geniş  əraziləri  zəbt  edərək  torpaq  və  yeraltı  suların 

duzlaşmasının  mənbəyi  sayılır.  Atmosfer  yağıntılarının  təsirilə  tərkibində 

duzun miqdarı 300 q/1 olan duzlu sular əmələ gəlir, onlar qrunt sularına daxil 

olur və buxarlanma prosesində torpağın səthinə qalxır. 

Silvinit qazıntılarının zənginləşdirilməsi zamanı əmələ gələn gilli duzlu 

laylar güclü çirklənmə yaradır. Onlar adətən 20...40 m dərinliyə basdırılaraq 

ətrafı  tənəciklərlə  əhatələndirilir.  Belə  «anbarlar»  yerləşən  sahələrdə 

bataqlaşma və şorlaşma baş verir. 

Kalium gübrələrin tərkibində ballast elementləri (Cl, Na) də olur, yüksək 

dozada  sistematik  gübrələmə  apardıqda  onlar  torpaqda  toplanaraq  onun 

münbitliyini aşağı salır. 

Kalium  gübrələrinin  tərkibində  olan  metallar  (Cd,  Hg,  Pb,Al)  canlı 

orqanizmlərdə toplana və qrunt sularına daxil ola bilərlər. 

Cədvəl 12.2 

Kalium gübrələrində olan zərərli qarışıqların miqdarı, 

mq/kq (Kuzina və b., 1987) 

Gübrələr 

Pb 


Cd 

Al 


Hg 

Cr 


KCI 

0,5 


0,2...0,3 

1,3...7,7 

-

 

-



 

K

2

SO

4

 

12,0 



1,0 

0,2 


0,075 

0,25 


Rütubətli kalium duzu 

4,0 


0,09 

2,6 


-

 

-



 

40%-li kalium duzu 

4,5 

0,16 


4,1 

-

 



Kaliumun  yuyulması  su  rejimi  tipindən,  torpağın  qranulometrik 

tərkibindən, tərkibindəki humusun və kalium ehtiyatının miqdarından asılıdır. 

Kaliumun  və  digər  qida  elementlərinin  itirilmə  miqdarına,  həmçinin  bitki 

örtüyünün  mövcudluğu,  aqrotexniki  qaydalara  riayət  olunması,  suvarma 

norması, torpağın turşuluğu və yerin relyefi təsir göstərir. 

Kaliumun çox itməsinin, səth və qrunt sularının çirklənməsinin qarşısını 

almaq  üçün  kalium  gübrələri  torpağın  əsas  becərilməsinin  (şumun)  altına 

verilməlidir.  Mineral  gübrələrin  qida  elementlərinin  yuyulub  aparılması  ilə 

itkisinin azaldılması üçün aqrotexniki və kimyəvi üsullardan istifadə olunur. 

Sonuncu  üsul  arasında  tədricən  təsir  göstərən  gübrələrin  tətbiqi  maraq 

doğurur,  bu  zaman  qida  elementləri  bitki  tərəfindən  bütün  vegetasiya 

dövründə tədricən mənimsənilir. Buna kapsullaşdırmanın köməyi ilə, sintetik 

örtükdən  (qatran,  parafin,  polietilen  və  b.)  və  ya  sadəcə  olaraq,  kükürddən 

istifadə etməklə nail ohnaq olar. 

Gübrə sistemində üzvi gübrələr mühüm əhəmiyyət kəsb edir. Lakin 



253 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə