Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə71/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   67   68   69   70   71   72   73   74   ...   216

TBK çəkisi olan (külləcə) və orqanizmlərin müxtəlif qrupundan ibarətdir 

(şəkil 10.1). 1 kq torpaqda 3...90 mln baktcriya, 0,1...35 mln ak- tinomisct, 

8

... 


1000 min mikroskopik göbələk, 100 min yosun, 1,5..6 mln ibtidailər vardır. 

Qəbul olunmuşdur ki, torpağın üst qatı mineral substratdan (93%) və üzvi 

maddələrdən  (7%)  ibarətdir.  Üzvi  maddələrlə  öz  növbəsində,  ölü  üzvi 

maddələr  (85%),  bitki  kökləri  (1%)  və  edalbn  (5%)  daxildir.  Rdalbn 

strukturuna  bakteriya  və  aktmomisetlər  (40%),  göbələk  və  yosunlar  (40%), 

torpaq  soğulcanları  (12%),  digər  mikrofauna  (5%)  və  mczofauna  (3'/o) 

daxildir. 

Bakteriya  kütləsi  1  ha-da  10  ton,  mikroskopik  göbələklər  10  ton, 

ibtidailərin kütləsi 370 kq təşkil edir. 

Torpaq soğulcanı 1 ha şumda 250 min ədəd (50... 140 kq), 1 ha otlaqda 

500-1575 min ədəd (1150... 1680 kq), 1 ha biçənək sahəsində 2...5,6 mln ədəd 

(2 tondan artıq) təşkil edir. 

Biosferin heyvan orqanizmləri arasında torpaq sakinləri ən çox biokütləsi 

ilə  səciyyələnir.  Ehtimal  olunur  ki,  80  mln  km^  Yerin  torpaq  örtüyündə 

(səhrasız)  orta  hesabla  torpaq  faunası  300  kq/ha.  Yer  kürəsində  torpaq 

heyvanlarının  biokütləsinin  cəmi  2,5  mlrd,  ton  təşkil  edir  (Dyuvinyo  Tanq, 

1973). Torpaq faunasının və ya pedofaunanın fəaliyyəti töküntünün kompleks 

törəmə  üzvi  maddələrə  parçalamaqdan  ibarətdir;  bu  birləşmələr  sonralar 

bakteriya,  aktinomiset  və  torpaq  göbələklərinə  keçir.  Bütün  bu  orqanizmlər 

daima  qarşılıqlı  təsirdədir;  onlar  məkan  və  zamanca  olduqca  dinamikdirlər; 

onların bəziləri qeyri adi güclü fermentativ aparata malikdir və ətraf mühitə 

müxtəlif toksin ayırmağa qabildirlər. 

Torpağın  münbitliyi,  onun  «sağlamlığı»,  kənd  təsərrüfatı  məhsullarının 

keyfiyyəti,  ətraf  mühitin  vəziyyəti  torpaq  biotasının  fəaliyyətindən  asılıdır. 

Müxtəlif  ekoloji  şəraitdə  TBK-nın  funksional  (fəaliyyət)  xüsusiyyətlərinin 

məlumatları prinsip etibarilə, məhsuldar və davamlı ekosistemin yaradılması, 

ekoloji  təhlükəsiz  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  və  biosferin 

çirklənməsinin minimuma endirilməsi üçün vacibdir. 

Torpaq biosferin bir hissəsi olub orada müxtəlif ekoloji faktorlar fəaliyyət 

göstərir; odur ki, təbiətdə müxtəlif bioloji proseslər gedən bir sıra torpaq tipləri 

və  onların  növ  müxtəliBikləri  mövcuddur.  Məsələn,  ekoloji  faktorların 

(kifayət  qədər  istilik,  rütubətlik,  qida)  optimal  uyğunluq  əlaqəsində 

formalaşan cənub torpaqları yüksək bioloji aktivliyi ilə fərqlənir. Limiti təyin 

edilmiş  (hədd  qoyulmuş)  temperatur  faktoru,  yuyulma  su  rejimi  tipi, 

torpaqəmələgətirən  süxurların  xüsusiyyətləri  şəraitində  formalaşan  şimal 

torpaqları  isə  aşağı  bioloji  aktivliyi  və  özünəməxsus  TBK  ilə  fərqlənirlər. 

Başqa sözlə desək, müxtəlif ekosistemlər 

183 



müxtəlif  torpaq  orqanizmlərinin  iştirakı  ilə  fəaliyyət  göstərir,  bu,  torpağın 

münbitlik  səviyyəsini  və  ekosistemin  əlverişsiz  mühit  faktorlarına  qarşı 

davamlılığını şərtləndirir. 

Mikrofauna 

Hanofauna 

Mezofauna 

Makrofauna 

Meqafauna 

Yereşə


nlər 

Gəmjriçjİər 

Hə^əratyeyənlər 

hr 


Tqıpaq

 

Molyıisklar 

MərəyjuqurdlT 

Enxitroidlər 

Həşaratlar 

(^xayaqlılar 



Hörümçəklər 

HorOXBOCTKIl 

Gənələr 

Nematodlar 

Ərincəklər 

İbtidailər 

0.04 

0.16 


Rotatorilər 

0,64


 

2.56 

ld,2 

40.8 


qurdları 

163 


Z~TZZ

 

0.02 



0,08 

0,32 


,28 

.S,12  20,04  81.6 

326 

Ölçü, mnı

 

Şəkil 10.1. Torpaq heyvanlarının ölçü qrupları (Babyeva, Zenova, 1989) 

Belə  ki,  qara  torpaqlar  yüksək  məhsuldarlığı  və  toksikantlara  qarşı 

yüksək davamlığı ilə səciyyələnir. Şimalda  yayılan podzol və çimli- podzol 

torpaqlar  isə  aşağı  məhsuldar,  həmçinin  antropogen  çirklənməyə  qarşı  az 

davamlıdır. 

Torpağın tipindən və mədəni (istifadə) səviyyəsindən asılı olaraq bu fərq, 

torpaq biotasının və ümumiyyətlə, mikroorqanizmlərin miqdarı və strukturu 

xeyli  dəyişir.  Torpaq  orqanizmləri  ən  çox  qara  torpaqlarda  və  şabalıdı 

torpaqların  bəzi 

yarımtiplərində  olur.  Suvarılan  boz  torpaqlar 

mikroorqanizmlərin yüksək miqdarı ilə səciyyələnir. Mikrobiota, əsasən. 



184 


qida elementlərinin ehtiyatı daha çox olan, yəni torpağın münbitliyi və torpaq 

biotası qarşılıqlı əlaqədə olan üst humııs horizontunda aktiv fəaliyyət göstərir. 

Torpaqda məskunlaşan canlı orqanizmlər həm bir-birilə, həm də abiolik 

mühitlə qarşılıqlı təsirdə olur. Bu qarşılıqlı təsir  və qarşılıqlı əlaqə torpağın 

münbitlik səviyyəsini və torpağın «sağlamlıq» vəziyyətini təyin edir. 

10.2.

 

MİKROB KOMPLEKSİNİN BİOGEOSENOTİK 

FƏALİYYƏTİ 

Torpağın  mikroskopik  məskunları  (orqanizmləri)  olduqca  müxtəlifdir. 

Torpaq  mikroməskunlarmm  əsas  qrupları  bakteriyalar,  göbələklər, 

aktinomisetlər, bir sıra yosunlardır. Bu orqanizmlər olduqca kiçik ölçüləri ilə 

səciyyələnir (bakteriya hüceyrəsinin kütləsi 2,92,lO'^ qram, ölçüsü 0,5... 1,0 

mkm diametrlə). Onlar üçün qısa ömür (bir neçə saatdan bir neçə günə qədər), 

qeyri-adi  yüksək  fermentativ  aktivlik,  ətraf  mühitin  ən  az  dəyişməsinə  qarşı 

yüksək həssaslıq səciyyəvidir. 

Oksigenə münasibətinə görə aerob (oksigendən istifadə edir) və anaerob 

(oksigensiz şəraitdə yaşayır) orqanizmlər, qidalanmasına görə avtotrof (özləri 

üzvi  maddələr  yaradır),  heterotrof  (hazır  üzvi  maddələrlə  qidalanır) 

orqanizmlər 

ayrılır. 

Torpaq-ekoloji 

faktorlardan 

asılı 


olaraq 

mikroorqanizmlərin sayı olduqca dəyişir. 



10.2.1.

 

Maddələrin dövranında mikroorqanizmlərin rolu 

Mikroorqanizmlər  biogeosenozlarda  maddələr  mübadiləsində  əsas  rol 

oynayaraq,  üzvi  maddələri  minerallaşdırır  və  beləliklə,  ekosistemin  bioloji 

tsiklini  qapayır.  Hər  il  quruda  böyük  miqdarda  fıtokütlə  sintez  olunur 

(115...117),  10‘^  ton  düşür.  Fitokütlənin  bir  hissəsi  heyvanlar  tərəfindən 

(6..*..20%)  yeyilir,  onun  10...60%-i  ekskrement  (ifrazat)  halında  torpağa 

qaytarılır. Biokütləyə kökətrafı canlı ayrılmalar və kök sisteminin özü əlavə 

olunur, bu fitokütlənin 20...90%-ni təşkil edir. 

Böyük həcmdə olan bu üzvi maddələr torpaq orqanizmlərinin fəaliyyəti 

nəticəsində  minerallaşaraq  mənimsənilə  bilməyən  üzvi  birləşmələrdən  bitki 

tərəfindən  mənimsənilə  bilən  mineral  formalara  çevrilir.  Karbon  qazının 

parçalanmasında  mikroorqanizmlərin  payına  85%,  torpaq  heyvanlarının 

payına  isə  15%  düşür.  Sonralar  isə  mineral  birləşmələrdən  yenidən  üzvi 

maddələr sintez olunur. Belə ümumi şəkildə kiçik (bioloji) dövran baş verir. 

Bioloji  dövranın  xarakteri  və  intensivliyi  üç  başlıca  faktordan  -  bitki 

örtüyünün tərkibindən, hidrotermik rejimdən və orqanizm kompleksin 



185 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə