Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə118/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   114   115   116   117   118   119   120   121   ...   216

lərin - heyvan peyini, bitki qalıqları çürüntüləri, kompost və biohumus, torpaq 

soxulcanlarının  fəaliyyəti  məhsulları  -  vermikulturadan  istifadə  nəzərdə 

tutulur.  Bu  pilot  sahəsində  resbublikada  ilk  dəfə  ekoloji  təmiz  pomidorun 

alınması nəzərdə tutulmuşdur. 

Müəssisəyə xərclənmiş vəsaitin ümumi miqdarı 25 mln. manat təşkil edir. 

Müəssisədə 2000 nəfərə qədər işçi çalışır. Nisbi xərc 12500 ma- nat/işçi təşkil 

edir. İşçilərin orta maaşı 225 AZN (7.5 manat/gün) təşkil edir. 

Kənd  təsərrüfatı  məhsullarının  emalı  və  konservləşdirilməsi  məqsədilə 

Biləsuvarda şirkət tərəfindən “NGL Konserv Zavodu” istifadəyə verilmişdir. 

Azərbaycanın  cənub-qərb  bölgəsinin  ən  büyük  zavodu  olan  bu 

kompleksdə, əsasən, 10 - 12 çeşiddə konserv məhsulları - yüksək keyfiyyətli 

pomidot  tomatı  (pastası),  bibər  pastası,  qablaşdırılmış  yaşıl  noxud  və  xiyar, 

lobya konservləri və müxtəlif turşular hazırlanır. Zavodun layihə üzrə istehsal 

gücü  21000  t/il-dir.  2010-cu  ilin  istehsal  proqramı  12500  t/il  nəzərdə 

tutulmuşdur. İstehsalatda çalışan işçilərin sayı mövsümdən asılı olaraq 350 - 

720  intervalmda  dəyişir.  Zavodda  iş  3  növbəlidir.  Müəssisədə  çalışanların 

böyük əksəriyyəti yerli sakinlər, rayon ərazisində yerləşən qaçqın və məcburi 

köçkün şəhərciyindəndir. İşçilərin orta əmək haqqı 350 - 500 manat təşkil edir. 

Zavod məhsulları “Bizim Tarla”, “Bostan”, “Savilla”, “Blenda”, “Final”, 

“Super Sun” kimi brendlərlə plastik, şüşə və metal qablarda daxili və xarici 

bazarlara çıxarılır. Şüşə qablar Ukraynadan alınır. Metal qablar isə “Azərsun 

Holding” Şirkətlər Qrupunda istehsal edilir. 

Zavod  yaz-yay  mövsümlərində  yaxınlıqdakı  əkin  sahələrindən  yığılmış 

məhsulların  emalı  və  konservləşdirilməsi  ilə  məşğul  olur.  Zavodun  xüsusi 

özəlliklərindən  biri  də  sahədən  yığılmış  məhsulun  demək  olar  ki,  həmin 

andaca  emal  edilməsidir.  Analoji  komplekslərdə  yığılmış  məhsul  emal 

müəssisinə günlər və həftələr ərzində çatdırılır. 

Ümumi  sahəsi  6  hektara  yaxın  olan  zavod  ərazisinin  15500  m^  sahəsi 

qapalı, 40000 m- sahəsi isə açıq sahədən ibarətdir. Zavoddakı avadanlıqlar RF, 

Bolqarıstan, Türkiyə, İtaliya və Almaniyadan gətirilmişdir. Bütün avadanlıqlar 

müasir  olmaqla  bərabər  Avropa  İttifaqı  Standartları  çərçivəsindədir. 

Zavoda  8.5  mln.  manat  vəsait  qoyulmuşdur.  Zavodun  təsdiq  edilmiş 

layihə-smeta sənədlərinə görə burada 2 ədəd əlavə istehsal - meyvə şirələri və 

dondurulmuş qida məhsulları sahələri də nəzərdə tutulmuşdur. 

307 



13.4.

 

QURUDULMÄNIN EKOLOJİ NƏTİCƏLƏRİ 

Torpağın  qurudulması  kənd  təsərrüfatı  ilə  bir  zamanda  meydana 

gəlmişdir. Şimal dənizinə bitişik izafi rütubətlik rayonlarında qurutma sistemi 

qurğularının tikilməsinə X əsrin əvvəlində başlanmışdır. XVI- XVII əsrlərdə 

bu işlərə Avropanın digər regionlarında da başlanaraq, bataqlıqlar quruduldu, 

çay,  göl,  həmçinin  dənizkənarı  düzənliklərdə  suyun  səviyyəsinin  aşağı 

salınması üzrə işlər yerinə yetirildi. 

1810-cu  ildə  İngiltərədə  yandırılmış  gillərdə  düzəldilən  borucuqlarla 

drenaj  işləri  başlandı.  1843-cü  ildə  dəyirmi  drenaj  boruların  məngənə 

maşınları ilə hazırlandıqdan sonra drenaj işləri Avstriya, Belçika, Almaniya, 

Rusiya,  ABŞ,  Fransa  və  digər  ölkələrdə  geniş  inkişaf  etməyə 

başlandı.Dünyada qurudulan torpaqların ümumi sahəsi 161 mln. ha və ya əkin 

sahələri və çoxillik ağaclıqlarla birlikdə ərazinin 11%-dən çoxunu təşkil edir. 

Avropada  qurudulmuş  torpaqlar  kontinentin  meliorasiya  olunmuş  ərazisinin 

70%-nə bərabərdir. Bataqlıqların qurudulması və bataqlaşmış ərazilər ən çox 

Böyük  Britaniya,  Macarıstan,  İtaliya,  Almaniya,  Finlandiya,  Fransa, 

Yuqoslaviya,  Misir,  Marokko  və  Sudanda  yayılmışdır.  İstənilən  quruducu 

sistem hidrotexniki qurğuların  kompleksi  olub,  onun köməyi  ilə bataqlıq və 

bataqlaşmış ərazilərin su-hava rejimi tənzimlənir. 

Qurudulma  işlərinin  aşağıdakı  əsas  metodları  və  texnikasından  istifadə 

olunur: 

 



atmosfer qidalanma tipində kiçik kanal sistemi, qapalı drenlər, dərin 

şum və b. kanalların tikintisi ilə aparılır; 

 

qrunt  və  qrunt-təzyiq  tipində  açıq  kanallar,  qapalı  drenaj,  şaquli 



drenajdan istifadə edilir; 

 



yamac  tipində  dağ  kanallarının  tikilişi,  yamaclarda  eroziyaya  qarşı 

tədbirlər həyata keçirilir; 

 

yuyulma tipində bənd çəkmə, damba (torpaq bəndi), çay yatağının və 



çay axınının nizamlanması (su anbarının tikilməsi, axının bir hissəsinin digər 

hövzəyə keçirilməsi və s.). 

Hər  qurutma  üsulu  ilə  müəyyən  ekoloji  istiqaməti  və  nəticələri  ilə 

səciyyələnir.  Alimlərin  fikrincə,  düzgün  yerinə  yetirilən  meliorasiya  işləri 

çayın axınına və ətraf mühitə əlverişli təsir göstərir. 

B'ecərilən  bitkilərin  yüksək  məhsuldarlığının  təmin  edilməsi  üçün 

meliorasiya  işləri  torpaq  müxtəlifliyinin  və  təbii  faktorların  spesifik 

xüsusiyyətləri nəzərə alınaraq yerinə yetirilməlidir. 

Müəyyən  edilmişdir  ki,  drenaj  aparılan  ərazilərdə  kənd  təsərrüfatı 

bitkiləri  yetişdirdikdə  torpağın  aşağı  qatlarının  kipliyi  artır,  drenaj  suları  ilə 

birlikdə torpaqda qida maddələri (azot, fosfor, kalium) itirilir. 

308 



XIV

 

FƏSİL 

HEYVANDARLIQ KOMPLEKSLƏRİ 

VƏ TƏBİƏTİ MÜHAFİZƏ 

14.1.

 

HEYVANDARLIQ TULLANTILARININ 

ƏTRAF TƏBİİ MÜHİTƏ TƏSİRİ 

Sənaye tipli heyvandarlıq kompleksləri və fermalarının yanında toplanan 

peyin,  səth  və qrunt  sularının nitratlarla və mikrob çirklənməsi ətraf mühitə 

xüsusi təhlükə yaradır. 

Məsələn,  sənaye  tipli  südçülük  fermalarında  toplanan  peyinin  illik 

miqdarı  orta hesabla 1  min baş mal-qaraya orta hesabla 25,5 min ton təşkil 

edir. 

Ona  görə  də,  heyvandırlıq  komplekslərinin  yerini  müəyyənləşdirdikdə, 



təbiəti mühafizə tələblərini nəzərə alaraq, peyin və istehsalat axmtıla- rından 

istifadə  imkanlarına  əsaslanmalıdır.  Bu  zaman  oroqrafik  (geomorfoloji), 

edafık, meteoroloji, hidroloji və hidrogeoloji faktorlar, meşənin mövcudluğu 

və vəziyyəti, kənd təsərrüfatı sahələri (peyindən gübrə kimi istifadə edilməsi) 

və seliteb ərazilər nəzərə alınır. 

Qeyd  etmək  lazımdır  ki,  heyvandarlıq  kompleksləri  yerləşən  rayonda 

mikrob və ümumi çirklənmə dərəcəsi torpaq və qar örtüyünün təbii fonundan 

8... 10 dəfə çox olur. 

Qoyunçuluq fermalarına bitişik sahələrdə ot örtüyünün tərkibində çoxlu 

miqdarda  nitratlar  (3575...7915  mq/kq)  müşahidə  olunur.  Belə  otlarla 

qidalanan heyvanlar nitratlarla zəhərlənə bilər. 

Mal-qara  burdaq  şəraitində  saxlanıldıqda  peyindən  istifadə  aşağıdakı 

texnoloji sxemlər üzrə aparılır: 

 



peyini bərk və maye fraksiyalara ayırmaqla çoxpilləli təmizləmə (bərk 

fraksiyalar  qalaqlara  (ştabel)  vurulur,  maye  fraksiyalar  isə  aero-  tenklərə 

yerləşdirilir,  zərərsizləşdirmə  və  təmizlənmə  üçün  qurğulardan  onlar 

durulducu gölməçələrə və suvarılan əkinçilik sahələrinə ötürülür); 

 

toplayıcı  gölməçələr  (prud)  və  peyin  anbarlarının  köməyi  ilə  axın- 



tıların təmizlənməsi, hidroyuma zamanı tullantılar qəbuledicilərə və anbarlara 

yönəldilir, orada maye qatlara ayrılır, zərərsizləşdirilir və süzdürülmə sahəsinə 

və su hövzəsinə axıdılır, bərk faza isə kənd təsərrüfatı sahələrinə göndərilir; 

 



tullantıların təbii su hövzələrində öz-özünə təmizlənməsi və istifadəsi, 

bu  zaman  təmizləyici  qurğulardan  duruldulmuş  (duru)  maye  top-  layıcı 

gölməçəyə  (pruda),  sonra  isə  su  hövzəsinə  axıdılır,  çöküntü  isə  gübrə 

hazırlanması üçün istifadə edilir; 



309 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə