Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə125/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   121   122   123   124   125   126   127   128   ...   216

Torpağın  yüksək  kipliyi  onun  fıziki-kimyəvi  və  aqrofiziki  xassələrini 

pisləşdirir.  Bərkimiş  torpaqlar  bitki  köklərinin  torpağa  keçməsinə, 

yayılmasına  maneçilik  göstərir,  belə  torpaqlarda  su-hava  və  qida  rejimi 

pisləşir, eroziya prosesi güclənir.Kiplik dərəcəsi Töq/sm'^-u keçdikdə ağac və 

kol bitkilərinin kökləri torpağa işləmir. 

Torpağın kipliyi 0,lq/sm^ artdıqda məhsul 6...8% az yığılır. 

ABŞ-da torpağın kipliyinin artması (bərkiməsi) ilə əlaqədar hər il 1,18 

mlrd, dollar itirilir. Alman alimlərinin hesablamalarına görə torpağın hədsiz 

bərkiməsi  sayəsində  məhsulun  50%-i  itirilir.Torpağın  şum  qatının  optimal 

kipliyinin  0,lq/sm-^  artması  nəticəsində  taxılın  məhsuldarlığı  0,2..  l,0t/ha, 

kartofunku isə l,5...2,5t/ha azalır (şəkil 15.1). 

 

Şum qatında torpağın kipliyi, q/sm' 

 

Şum qatında torpağın kipliyi, q/sm' 

Şəkil 15.1. Torpağın kipliyinin artması ilə əlaqədar taxılın (a) və kartofun 

(b) məhsuldarlığının azalması (Kuroçkin, 1989) 

326 



Torpağın kipliyinin azaldılması üzrə aşağıdakı tədbirləri göstərmək olar: 

 



təşkilati-texnoloji tədbirlər; 

 



torpağın kipliyinin artması və ya azalmasına davamlığın yüksəldilməsi 

üzrə aqrotexniki üsullar; 

 

kənd 



təsərrüfatı 

texnikasını, 

onun 

hərəkətedici 



sistemini 

təkmilləşdirərək torpağa təzyiqi yol verilən qiymətə (həddə) çatdırmaq. 

Təşkilati-texnoloji  tədbirə  ağır  təkərli  texnikanın  tarla  (şum)  üzrə 

hərəkətini  minimuma  endirən  kənd  təsərrüfatı  bitkilərinin  becərilməsində 

tətbiq olunan texnologiya hazırlamaqdır (əməliyyatları birləşdirmək). Texniki 

bitkilərin  becərilməsi  zamanı  texnoloji  əməliyyatların  azaldılması,  xüsusilə 

aktualdır, belə ki, texniki bitkilərin, qarğıdalının, kartofun və tərəvəzin səpini 

(əkin), bitkilərə qulluq və yığım proseslərində torpaq daha çox yükə (təzyiqə) 

məruz qalır. 

Aqrotexniki  üsula  torpağın  mədəniləşdirilməsi  və  tərkibində  burnusun 

artırılması aid edilir. 

Torpağın kipliyini azaltmaq üçün yumşaltma aparılır, bunun üçün aktiv 

işçi orqanı olan (frez və b.), şum qatı və şumaltı qatı yumşaldıcı (çizel, dərinlik 

yumşaldan) alətlərdən istifadə edilir. Yumşaltmanm üzvi gübrələr və kalsium 

tərkibli maddələrin verilməsi ilə birlikdə aparılması torpağın maşın (texniki) 

deqradasiyasının neqativ nəticələrini xeyli azaldır. Çevirən kotanın köməyi ilə 

torpağın  şumlanması  torpağın  üst  qatının  dağılması ilə müşayiət  olunur.  Bu 

zaman ot örtüyü və çim qatı məhv edilir, torpağı yuyulmadan və sovrulmadan 

qoruyan  kövşən  və  digər  biçin  qalıqları  torpağın  altına  çevrilir,  nisbətən  az 

münbit torpaq qatları səthə çevrilir. 

Külək  eroziyası  üstünlük  təşkil  edən  rayonlarda  torpaqda  yastı  kəsənin 

köməyi  ilə kotansız şumlama aparılmalıdır. Çəmən-otlaq səpin  dövriyyəsini 

və  bitkilərin  növbələşməsini  düzgün  tətbiq  etməklə,  bitkiləri  zolaqlarla 

yerləşdirməklə və digər üsullarla bu sistem torpağın dağılmasının minimuma 

endirilməsinə,  torpaqdan  səmərəli  istifadə  olunmasına,  kənd  təsərrüfatı 

bitkilərinin məhsuldarlığını yüksəltməyə zəmin yaradır. 

Məhsulla, kənd təsərrüfatı maşınlarının işçi orqanları ilə, rezin və tırtıllı 

təkərlərlə (xüsusən yağışlı havada) ümumi torpaq itkisi 16%-ə çatır. Kartof və 

digər tərəvəz bitkiləri ilə tarladan tonlarla torpaq aparılır. 

Müasir kənd təsərrüfatı  texnikasından istifadə edilməsi  ətraf mühitin, o 

cümlədən torpağın çirklənməsinə səbəb olur. Bu, neft məhsullarından yanacaq 

kimi  istifadə  edilməsi  ilə  bağlıdır.  Traktor,  avtomobil  və  kənd  təsərrüfatı 

kombaynlarının əsas istifadə etdiyi maye yanacaqdır. 

15.1


 

və  15.2  saylı  cədvəllərdə  daxili  yanacaq  mühərrikləri  (DYM)  ilə 

ətraf mühitin çirklənməsi təhlil olunur. 

327 



Cədvəl 15.1 

Daxili yanacaq mühərriklərində işlənmiş qazlarda zərərli 

maddələrin (ZM) miqdarı, % (Boyeva, 1982) 

Mühərriyin 

tipi

 

СО

 

N02

 

CH

 

SO

2

 



Alde

 

hidlər

 

Benz(a)

 

piren,

 

mq/m^

 

His,

 

q/m^

 

Karbüra-

 

0,2...

 

0,4...

 

0,01...

 

0,06

 

0,004...

 

10...20

 

0,05...

 

tor

 

6,0

 

045

 

035

 

02

 

04

 

Bölünməmiş 



kame-

 

0,05

 

0,02...

 

0,05...

 

0,01...

 

0,004...

 

10-a

 

0.1...

 

ralarla

 

dizel

 

...03

 

02

 

05

 

0,03

 

02

 

qədər

 

1,0

 

Cədvəl 15.2 

Üzvi yanacağın yandılıması nəticəsində toksik maddələrin 

əmələ gəlməsi, q/kq (Boyeva, 1982) 



Zərərli maddələr

 

Benzin

 

Dizel yanacağı

 

Təbii qaz

 

Mazut

 

Kömür

 

СО

 

274

 

7,1

 

cüzi

 

0,05

 

0,09

 

CxHv

 

24

 

16,4

 

-

 

məlumat yoxdur

 

N02

 

13,5

 

26,4

 

0,063

 

13,8

 

9,07

 

His (qrum)

 

1,4

 

13,2

 

0,24

 

0,46

 

1,95

 

Qurğuşun

 

8,4

 

-

 

məlumat yoxdur

 

0,018

 

Benz(a)piren

 

7.2-lO-'^

 

10,510-*^

 

-

 

*

 

X

 

SO2

 

U

 

4,8

 

0,0006

 

27,7

 

60,4

 

Aldehidlər

 

0,5

 

1,2

 

 



məlumat yoxdur

 

Qeyd: «x» - bütün yanacaq növlərinin yandırılması zamanı əmələ gələn polit- 



siklik aromatik karbohidrogenlərin ( P A K )  99%-i neft və kömürün yandırılaraq 

atmosferə atılır. 

15.2


 

və 15.3 cədvəllərinin rəqəmləri işlənmiş СО qazının və qurğuşunun 

tərkibinə  görə  dizel  mühərrikləri  karbürator  mühərrikləri  ilə  müqayisədə  öz 

üstünlüyünü  təsdiq  edir.  Lakin  digər  komponentlərə  görə  isə  (xüsusilə 

his-qrum) 

benz(a)piren,  aldehidlər)  dizel  mühərrikləri  karbürator 

mühərriklərindən geri qalır. 

15.3


 

saylı  cədvəldən  görünür  ki,  karbürator  DYM-dən  ən  çox  iqtisadi 

zərər  (İZ)  qurğuşun  (96%)  tərəfindən  dəyir;  dizel  DYM-dən  dəyən  İZ 

C96,8)-in ən çoxu his-qrumun (49,7), benz(a)-piren (25,3) və azot oksidi- nin 

(21,8) payına düşür. 

Gələcək perspektivdə torpağın həyati tələblərini təmin edən xüsusi torpaq 

becərən alətlərin hazırlanması planlaşdırılır. 

328 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə