qış otlaqlarında yazda əmələ gələn yaşıl ot örtüyünün tərkibində birillik taxıl
otları nisbətən az olur. Onların əvəzində taxıllara aid olmayan bəzi birillik ot
bitkiləri çoxluq təşkil edir və qiymətli yem hesab olunur. Birillik taxıl
otlarından bərk quramit, cənub quramiti, İran quramiti, şərq bo- zağı, düzəkli
bozaq, üçdüyməli buğdayıot, yapon tonqalotu, sürüpgəvari tonqalotu,
irisünbüllü tonqalotu, tüklü vələmir, boş vələmir, iriçiçək və- ləmir və s. qış
otlaqlarında daha geniş yayılrmşdır. Birilliklərdən başqa gövdələrinin əsas
hissəsi soğanaqh olan çoxillik taxıl otlarının da qış otlaqlarının ot örtüyünün
yaranmasında böyük əhəmiyyəti vardır. Məsələn, sıx qırtıc, sinay qırtıcı,
soğanaqh qırtıc və s. bu cür ot bitkilərindəndir.
Yovşanh otlaqlar üçün xarakterik olan müxtəlif yovşan formaları da qış
otlaqlarının ot örtüyünün əmələ gəlməsində böyük əhəmiyyət kəsb edir.
Paxlalılar fəsiləsindən olan yonca və xaşanın bir neçə növ və
növmüxtəliflikləri də, bəzi otlaq sahələrində çox geniş yayılmış faydalı bitki
hesab olunur.
Səhra bitki qrupu əsasən Kür-Araz ovalığının qış otlaqlarında inkişaf
etmişdir. Bu otlaqların bitki örtüyü olduqca kasıb olub, botaniki tərkibi əsasən
kolluq, yarımkolluq və vegetasiya dövrü qısa olan birillik ot bitkilərindən
ibarətdir.
Şoran səhralarda qarışıq örtük əmələ gətirən şoran, xəzər şahsevdisi,
sarıbaş kolları, çərən, öldürgən və s. kolluqlar və efemer bitkiləri inkişaf edir.
Bitki örtüyünün əsasını qarağan kolları, gəngiz, gəvrik, şahsevdi təşkil edən
qış otlaqları da geniş yayılmışdır.
Respublikamızın qış otlaqlarında səhra tipli bitki örtüyünə nisbətən
yarımsəhra tipli bitki örtüyü daha geniş yer tutur. Onlar inkişaf tərzinə, həyat
şəraitinə, botaniki quruluşuna, kimyəvi tərkibinə, bioloji və təsərrüfat
xüsusiyyətlərinə görə səhra tipli bitki qruplarından fərqləndikləri üçün yemlik
keyfiyyəti də müxtəlif olur. Bir qayda olaraq yarımsəhra tipli otlaqların əsas
yem fondu efemerlər sayılır. Onlar yaxşı inkişaf edib otlaqlarda sıx bitki
örtüyü əmələ gətirir, torpağın səthinin 80-90%-ə qə- dəri bitki ilə örtülür. Bu
cür sahələrdən təkcə otlaq, örüş kimi deyil, həmçinin təbii biçənək kimi də
istifadə edilir. Yovşanh, göyüllü- yovşanh, qaratikanh-yovşanlı yarımsəhralar
qış otlaqlarında daha geniş yer tutur. Bunların arasında yovşanh yarımsəhralar
daha geniş yayıl- nuşdır. Respublikamızın qış otlaqlarında quru bozqır
sahələrin bitki örtüyü də mühüm əhəmiyyət kəsb edir. Belə otlaqlar yarımsəhra
ot örtüyündən çoxillik taxıl otlarının nisbətən yaxşı inkişaf etməsi ilə fərqlənir.
Məsələn, ağot, ayrıq, şiyav, topalotu və s. bitkilərin əmələ gətirdikləri
çimliklər bəzən o qədər sıx və çox olur ki, sahələr başdan-başa ağımtıl, quru
bozqır şəklini alır. Belə bozqır sahələr qış otlaqlarının yem balansında mühüm
rol oynayır.
320
Naxçıvan, Qobustan və Bozqır yaylasında, Dağlıq Qarabağın dağətəyi
hissəsində və digər yerlərdə yerləşən quru bozqır otlaq sahələrində inkişaf
etmiş bitkilərin ən mühüm nümayəndələri daşdayan, dovşanto- palı, tonqalotu,
daraqotu, nazikbaldır, tüklüayrıq, qırtıc, buğdayıot, qu- ramit və s. ot
növləridir. Onlar yüksək yemlik əhəmiyyətinə malik olub, bozqır otlaq
sahələrindəki ot örtüyünün əsasını təşkil edirlər. Yazda və yayın əvvəllərində
sürətlə böyüyüb inkişaf edən bu bitkilər otlaqların yemlik keyfiyyətinə və
ümumi məhsuldarlığına müsbət təsir göstərir.
Quru bozqır bitki örtüyünə malik olan otlaqlar yovşanlı-ağot, yov-
şanlı-ayrıq, yovşanlı-şiyav, yovşanlı-topalotu tiplərinə ayrılır.
Azərbaycanın qış otlaqlarmdakı səhra, yarımsəhra və bozqır bitki
qruplarından başqa bəzi yerlərdə ayrı-ayrı talalar şəklində bataqlıq, çala və
çəmən bitki qruplarına da rast gəlinir.
Araşdırmalar göstərir ki, respublikamızın qış otlaqlarında (Qobustan,
Ceyrançöl, Bozdağ, Acmohur) və biçənək sahələrində eroziya prosesləri ilə
yanaşı, şorlaşma, bataqlaşma, subasmalar kimi hallar onların deqradasiyasını
sürətləndirmişdir. Təqribən 201 min hektar və ya 15% yem sahəsi şorlaşma,
bataqlaşma və subasmaya məruz qalmış, minlərlə hektar sahə qanunsuz olaraq
şumlanmış və yaşayış yerlərinə çevrilmişdir. Bütövlükdə yem sahələrinin 978
min hektarının əsaslı yaxşılaşdırma, meliorasiya və digər tədbirlərə ehtiyacı
vardır. Bununla yanaşı, yem sahələrinin, yay və qış otlaqlarının, biçənəklərin
aşağıdakı ekoloji problemlərinə daha geniş aspektdə baxılması tələb olunur:
1.
Yem sahələri təyinatı üzrə istifadə edilməli, quzuları və boğaz
heyvanları yaşıl yemlə təmin etmək məqsədilə qış otlağının ümumi sahəsinin 3
faizdən çox olmayan hissəsində yaşıl yem üçün olan əkini çıxmaqla, qalan
ərazilərdə hər hansı əkinçilik fəaliyyətinə yol verilməməlidir;
2.
Köç yolları və mal-qara düşərgələri təyinatı üzrə istifadə edilməli,
yataqlar və otlaqlararası xüsusi yollardan istifadəyə lazımsız yol və cığırların
salınmasına və otlaqlarda iribuynuzlu mal-qaranın sürü halında otarılmasma
yol verilməməlidir. Otarılma norması hər hektara 5-6 baş heyvanla
məhdudlaşmalıdır;
3.
Yay və qış otlaqlarında ərazinin relyef, iqlim, bitki örtüyünün
vəziyyətini, ilin əlverişli (yağıntılı) və ya əlverişsiz (quraq) olmasını nəzərə
almaqla otarma normalarına ciddi əməl olunmalı, eroziya prosesinin güclü
getdiyi və yarğanəmələgəlmə təhlükəsinin mövcud olduğu sahələrdə otarma
məhdudlaşdırılmalı və ya qadağan olunmalıdır;
4.
Yay və qış otlaq sahələrində ot örtüyünün keyfiyyətini yüksəltmək və
botaniki tərkibini qiymətli yem bitkiləri hesabına 1 hektarın məhsuldarlığını
5-6 sentnerə çatdırmaq məqsədilə eroziyaya məruz qalmış (663 min ha) və
meliorasiya tədbirlərinin həyata keçiriləcəyi şorlaşmış, bata-
322