Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə131/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   127   128   129   130   131   132   133   134   ...   216

çirklənməsi uzunömürlü radionuklidləıiə və '-^‘^Cs) təyin edilir. Ətraf mühitə 

atılmış  ‘^^^Sr  və  '•'^^Cs  qarışığının  çirklənmiş  kənd  təsərrüfatı  sahələrində 

mövcudluğu onların burada olduqca uzun müddət ərzində (on illərdə) radiasiya 

təhlükəsinin qalacağını göstərir. 

Radioaktiv çirklənməyə məruz qalan torpaqlarda aqrosənaye istehsalının 

aparılmasında  kompleks  mühafizə  tədbirləri  keçirilir.  Məqsəd  radioloji 

standarta  cavab  verən  məhsul  əldə  etmək  və  radionuklid  tərkibli  qida 

maddələrini  qəbul  edən  əhalinin  şüalanma  dozasını  minimuma  endirməkdir. 

Aqrosənaye  kompleksində  əks  tədbirin  effektliyi  radio-  ioji  göstəricilərlə 

(kənd təsərrüfatı məhsulunda radionuklidlərin konsen- trasiyasmı aşağı salmaq 

üzrə),  radioloji  meyarlarla  (radionuklid  tərkibli  kənd  təsərrüfatı 

məhsulundan istifadəsi zamanı insanın şüalanma dozasını azaltmaq üzrə) və 

radioloji-iqtisadi  göstəricilərlə  (şüalanma  dozasının  aşağı  salınmasının 

vahidinə iqtisadi xərc) qiymətləndirilir. 

Aqroistehsalat  kompleksində  (AİK)  radioaktiv  maddələrlə  çirklənmiş 

ərazilərdə  mühafizə  tədbirlərini  iki  qrupa  ayırmaq  olar:  ənənəvi  (adi)  və 

xüsusi. Birinci qrup tədbirlərin tətbiqində eyni zamanda iki məqsədə çatılır: bir 

tərəfdən torpağın münbitliyini artırmaq, məhsuldarlığı  yüksəltmək, bitkiçilik 

məhsullarının keyfiyyətini yaxşılaşdırmaq və heyvandarlığın məhsuldarlığını 

artırmaq,  digər  tərəfdən  isə  aqrosənaye  məhsullarında  radionuklidlərin 

konsentrasiyasını aşağı salmaq. İkinci qrupun tətbiqində əks tədbir yalnız bir 

vəzifə  -  kənd  təsərrüfatı  məhsullarında  radionuklidlərin  konsentrasiyasını 

aşağı salmaq nəzərdə tutulur. 

Əkinçilikdə  çirklənmiş  torpaqlarda  adi  mühafizə  tədbiri  -  torpağın 

becərilməsi sayılır. Radionuklidlərin aerozol düşməsi ilə çirklənmiş torpaqlar 

başdan-başa şumlandıqda onlar şum qatında bərabər paylanır və kök sistemi ilə 

udulması nəticəsində bitkidə radionuklidlərin toplanması azalır. Münbit, ağır 

qranulometrik tərkibli  torpaqlarda üst  radionuklid  tərkibli  torpaq qatı 50 sm 

dərinliyə  qədər  şumlanmalıdır,  bu,  radionuklidlərin  bitkiyə  daxil  olmasını 

azaldır. 

Aqrokimyada radionuklidlərin konsentrasiyasını azaltmaq üçün mineral 

və üzvi gübrələrin verilməsi, həmçinin turş torpaqların əhənglən- məsi mühüm 

üsul  sayılır.  Mineral  gübrələr  verildikdə  və  əhəngləmə  apa-  nldıqda 

radionuklidlərin torpaqdan bitkiyə keçməsinin azalması bir neçə faktorun təsiri 

nəticəsində ola bilər: bitkinin qida rejiminin dəyişməsi (mineral elementlərin 

və  radionuklidlərin  mikroqarışıq  kimi  mənimsənilməsi);  torpaqda  gedən 

kimyəvi  reaksiyalar  nəticəsində  bitki  üçün  radionuklidlərin  əlverişliliyinin 

dəyişməsi. 



Bitkiçilikdə radionuklidlərin kənd təsərrüfatı bitkilərinə daxil olmasının 

azaldılmasında  minimum  radionuklid  toplayan  bitki  növ  və  sortla-  rınm 

seçilməsi mühüm üsul hesab edilir. Çəmənçilikdə və yem istehsalın 

341 



da  icidioekoloji  göstəriciləri  baxımından  ən  effektli  üsul  (bitkidə  radio- 

nııklidlərin  miqdarının  azaldılması)  gübrələr  verilməklə  və  əhəngləmə 

aparılmaqla  aşağı  məhsuldar  təbii  otlaqların  süni  otlaqlara  çevrilməsidir. 

Çirklənmiş  torpaqlarda  becərilən  bitki  mühafizəsi  sahəsində  qida 

məhsullarında  toksikantlann  miqdarının  minimuma  endirməyi  təmin  edən 

mühafizə məqsədilə istifadə olunan kimyəvi vasitələrin optimallaş- dırılması 

mühüm rol oynayır. 

Heyvandarlıqda  heyvanların  radioloji  standartlara  cavab  verən 

məhsulların  əldə  edilməsini  təmin  edən  səmərəli  yemlənməsinə  əsas  diqqət 

yetirilir  (kəsilməzdən  əvvəl  heyvanlara  «təmiz»  yem  verilməsi,  radionuk- 

lidlərin  heyvanların  yeminə  keçməsini  məhdudlaşdıran  xüsusi  əlavələrdən 

istifadə  edilməli,  məsələn,süd  və  ətdə  •^‘^Cs-in  konsentrasiyasını  azaltmaq 

üçün  ferrosianiddən,  ^^^Sr  nuklidinin  südə  keçməsini  azaltmaq  üçün  isə 

kalsium preparatlarının tətbiq edilməsi). 

Baytarlıq  təbabətində  çirklənmiş  ərazidə  heyvanlarda  şüa  xəstəliyinin 

qarşısını almaq üçün kompleks tədbirlərdən istifadə olunur (radio- nuklidlərin 

heyvan  orqanizminə  daxil  olmasını  məhdudlaşdıraraq,  daxili  şüalanma 

dozasını aşağı salmaq və xarici şüalanma dozasını azaltmaq). 

Aqroistehsalat  kompleksinin  emal  (hazırlama)  sahələrində  xammala 

nisbətən sonuncu (qida) məhsullarında radionuklidlərin  konsentrasiya- sının 

aşağı salınmasını təmin edən bir sıra texnoloji proseslər yerinə yetirilir. 

Kənd təsərrüfatı sahələri radiasiya çirklənməsinə güclü məruz qaldıqda 

radionuklidin miqdarına görə yararlı məhsul əldə etmək mümkün olmur, daha 

doğrusu,  iqtisadi  və  radiasiya-gigiyena  baxımından  səmərəli  sayılmır.  Belə 

halda, insanın kənd təsərrüfatı fəaliyyəti tamamilə dayandırılmalıdır (məsələn, 

belə hal Çernobıl AES-in 30 km-də olmuşdur). 

16.2

 

saylı  sxemdə  radioloji  vəziyyətin  təhlili  və  çirklənmiş  sahələrin 



təmizlənməsi  üzrə  mümkün  istifadə  tədbirlərinin  istiqamətlərinin  təyini, 

həmçinin  mühafizə  tədbirlərinin  modelləşdirilməsi  nəzərdə  tutulmuşdur. 

Nəticədə  kompleks  mühafizə  tədbirlərini  həyata  keçirməklə,  aqrosənaye 

istehsalının optimal təşkili ssenariləri işlənib hazırlanır. 



342 


 

Şəkil 16.2. Çirklənmiş ərazilərdə kənd təsərrüfatı istehsalının aparılması üzrə 

nəticələrin saxlanması sisteminin konseptual sxemi (Fesenko, 1997) 

343 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə