Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə127/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   123   124   125   126   127   128   129   130   ...   216

yerüstü orqanlarından; hissəciklər düşən vaxtdan və sonra səpinin sahəsindən 

keçən  küləyin  sürətindən,  aerozol  hissəciklərin  ölçüsündən,  düşən  (çökən) 

materialın  miqdarından,  hissəciklər  düşdükdə  və  sonra  havanın  nisbi 

rütubətliyindən asılıdır. 

Bitkinin  kök  sistemi  vasitəsilə  olmayan,  yəni  aerol  (havadan) 

çirklənməsinin  rolu  torpaqdan  radionuklidlərlə  çirklənməsinə  nisbətən 

(xüsusən radioaktiv maddələrin çökdüyü ilk dövrdə) daha böyükdür: bu vaxt 

ərzində  bitkidə  radioaktiv  maddələrin  miqdarı  tamamilə  havadan  yerüstü 

fitokütlənin  səthində  toplanan  radionuklidlərlə  təyin  olunur.  Havadan 

radionuklidlərin  çökməsi  dayandıqdan  sonra  bitkinin  radio-  nuklidlərdən 

təmizlənməsi başlayır (yağışla yuyulma, küləklə aparılma, aerozolların cazibə 

qüvvəsi ilə kənarlanması və s.). Radionuklidlərin çökməsindən sonra bitkidə 

onların  konsentrasiyasının  azalması  yarım-  təmizlənmə  dövrü  kimi 

qiymətləndirilir.  Kənd  təsərrüfatı  bitkilərinin  çoxlu  sayda  radionuklidlərdən 

yarımtəmizlənmə  dövrü  7-dən  17  sutka  hüdudunda  tərəddüd  edir 

(radionuklidlərin 

fıziki-kimyəvi  xassələrindən,  aerozol  hissəciklərin 

ölçüsündən, bitkinin bioloji xüsusiyyətindən və s. asılı olaraq). 

Küləyin  və  ya  yağışın  təsiri  ilə  çirklənmiş  torpaq  səthindən  radioaktiv 

hissəciklər  və  ya  çirklənmiş  torpağın  özü  bitkiyə  daxil  ola  bilər.  Belə  hal 

bitkinin təkrar radioaktiv və çirklənməsi adlanır. 

Bitkidə  torpaqdan  radionuklidlərin  toplanması  kompleks  faktorlardan 

asılıdır,  onları  aşağıdakı  4  əsas  qrupu  ayırmaq  olar:  radionuklidlərin 

fıziki-kimyəvi  xassələri,  torpağın  fıziki-kimyəvi  xassələri,  bitkinin  bioloji 

xüsusiyyətləri və bitkinin aqrotexnikası. 

Qeyd  edildiyi  kimi,  bitkidə  radionuklidlərin  toplanması  torpağın  fi- 

ziki-kimyəvi  xassələrindən  asılıdır:  bir  qayda  olaraq  torpaqda  humus, 

mübadilə kationları, gillicə və gil fraksiyaları nə qədər çox olarsa, yəni torpaq 

yüksək münbitliyə malik olarsa, əksəriyyət radionuklidlər bitki tərəfindən zəif 

udulur. 


Radionuklidlərin çəmən-otlaq bitkilərinə daxil olması çəmən çim qatında 

radioaktiv  maddələrin  yüksək dərəcədə toplanması ilə əlaqədardır;  çəməndə 

bitkilər şum aparılan torpaqlara nisbətən 5... 10 dəfə artıq radionuklid toplayır 

(o  cümlədən  ^^Sr  və  ‘-'^'^Cs).  Bitkilərin  minerallarla  qidalanma 

xüsusiyyətləri,  vegetasiya  dövrünün  davamiyyəti,  torpaqda  kök  sisteminin 

yayılma xarakteri, məhsuldarlığı və digər bioloji xüsusiyyətləri müxtəlif bitki 

növlərinin  və  kənd  təsərrüfatı  bitkilərinin  müxtəlif  sortlarının  radionuklid 

toplamasına  təsir  göstərir.  Bitkilərin  kök  yollarında  ^^Sr  və  ‘37Cs 

radionuklidləri toplaması növündən asılı olaraq 10 ...30 dəfə və sortdan asılı 

olaraq 5 ...7 dəfə fərqlənə bilər. 



332 


16.2.3.

 

Kənd  təsərrüfatı  heyvanlarının  iştirakı  ilə  radionuklidlərin 

kənd təsərrüfatı zənciri üzrə paylanması 

Radioaktiv çirklənməyə məruz qalan otlaqlarda otarma zamanı, həmçinin 

bıırdaq  dövründə  mal-qara  radionuklid  tərkibli  yemlə  qidalandıqda 

radionuklidlər kənd təsərrüfatı heyvanlarının orqanizminə və sonra oradan da 

heyvandarlıq məhsullarına (süd, ət və s.) keçir. 

Heyvanın  orqanizmində  radionuklidlərin  orqanizmə  sovrulma  (hopma) 

əmsalı  fs-dən  radionuklidlərin  bioloji  mütəhərliyinin  qiymətləndirilməsində 

istifadə edilir və faizlə ifadə olunur: 



fs=Qana keçən radionuklidlərin miqdarı, Bk 

Rasionla (yemlə) daxil olan radionuklidlərin miqdarı, Bk Heyvan 

orqanizminə daxil olan radionuklidlər metabolizm proseslərinə (sorulma, 

ayrı-ayrı orqanlar və toxumalar üzrə hərəkət, depovizə olunma və təmizlənmə) 

cəlb olunur. Heyvandarlıq məhsulunda radionuklidlərin toplanması son halda 

bu proseslərin intensivliyindən asılıdır. 

Əksər  təbii  və  süni  radionuklidlər  üçün  kənd  təsərrüfatı  heyvanlarının 

orqanizmində radioaktiv maddələrin metabolizmi, heyvandarlıq məhsullarına 

(süd, ət, yumurta və s.) radionuklidlərin daxil olmasını məhdudlaşdıran maneə 

kimi baxmaq olar. Belə məhdudlaşma ilk növbədə ^’^Co,  kimi 

radionuklidlərin zəif sorul 

ması  (hopması)  ilə  əlaqədardır.Lakin  göstərilənlərdən  fərqli  olaraq, 

radionuklidlərin  böyük  bir  qrupu,  məsələn,  -^H,  ^^^Ca,  ^^Zn,  ^‘^Sr,

 

'■^''C



və b. mədə-bağırsaq traktmda yaxşı sorulur. Bu proses təkcə radionuklidlərin 

fıziki-kimyəvi xassələri ilə deyil, həm də heyvanın formasından və yaşından 

asılıdır.  Belə  ki,  cavan  yaşlılarda  sovrulma  yaşlılara  nisbətən  güclü  gedir. 

Radionuklidlərin orqanizmdə yayılması, həm də orqanizmdən çıxması tipi bir 

sıra faktorlardan asılıdır (cədvəl 16.1). 



Cədvəl 16.1 

Kənd təsərrüfatı heyvanları orqanizmində radionuklidlərin 

yayılması tipi 

Yayılma tipi

 

Radionuklid

 

Bərabər

 

Qələvi elementləri radionuklidləri (^H, "^Li. "jsia, 86Rb, IKIUCs)

 

Skelet

 

Qələvi-torpaq elementləri radionuklidləri C^Be, '*^Ca, 



89.90Sr, 

i40Ba, 

-«»V, ’^Se, ^<’As, 23»U)

 

Qaraciyər

 

4»V, 74Se, '45Sb,

 

Tireotrop

 

131İ, 211At

 

333 




Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə