ladıqda 450 litr və kövşək halda saxladıqda 100 litr peyin şirəsi çıxır,
'lərkibindo fosfor olmur, azot (0,3%) və kalium (0,5%) isə azdır. Azot
karbamid şəklində olur. Durulaşdırılmış şəkildə əlavə yemləmə şəklində (5
t/ha) kənd təsərrüfatı bitkilərinə verilir.
Quş zılı güclü təsiir edən, tərkibində çoxlu miqdarda qida elementləri
olan üzvi gübrədir. İl ərzində hər toyuqdan 5-6 kq, hər ördəkdən 8-9 kq və hər
qazdan 10-11 kq zıl yığılır. Tərkibində olan fosfor və kaliumun miqdarına görə
quş zıh peyinlər içərisində ən keyfiyyətlisidir, toyuq zilinin tərkibində 1,63%
azot, 1,54% fosfor və 0,85% kalium vardır. Hər hektar əkin sahəsinə 5-9 sent,
quş zılı kifayətdir.
Yaşıl gübrələr. Torpağın tərkibində üzvi maddələrin miqdarını artırmaq,
onda gedən bioloji prosesləri sürətləndirmək, quruluşunu yaxşılaşdırmaq
məqsədilə yaşıl gübrələrdən istifadə edilir. Yaşıl gübrə torpağı üzvi maddə ilə
və azotla zənginləşdirmək üçün şumlama zamanı çevrilib basdırılan təzə bitki
kütləsidir. Bu məqsədlə acı paxla, seradella, xə- şənbül, payızlıq çöl noxudu və
digər birillik paxlalı bitkilər becərilir. Bəzi hallarda yaşıl gübrə kimi
qeyri-paxlalı bitkilər (xardal, qarabaşaq) və ya paxlalı bitkilər taxıl fasiləsinə
aid bitkilərlə qarışdırılıb əkilir. Kifayət qədər yaşıl kütlə əmələ gəldikdən
sonra torpağa basdırılır. Bu proses si- derasiya, torpağa yaşıl kütlə şəklində
basdırılan bitkilər isə sideratlar adlanır. Bəzən bir sahədə becərilən yaşıl kütlə
alındıqdan sonra başqa sahəyə daşınıb basdırılır. Belə halda ona çalınmış yaşıl
gübrə deyilir. Yaxşı inkişaf etmiş paxlalı bitkilər torpağa basdırıldıqda əkin
sahəsinin hər hektarına 35-40t üzvi maddə basdırılır, bununla da sahəyə
150-200 kq azot verilmiş olur. Sideratlar yaxşı kök sisteminə malik
olduqlarından torpağın dərin qatından kül maddələrini mənimsəyib üst şum
qatını zənginləşdirir. Yaşıl gübrənin peyindən üstün cəhəti onun becərildiyi
yerdə basdırılması, tərkibində olan azotun peyindəki azota nisbətən daha çox
mənimsənilməsi və onun itməməsidir.
Baktcrial gübrələr üzvi və mineral gübrələrdən başqa torpaqda
bitkilərin qida rejimini yaxşılaşdıran bir sıra bioloji preparatlar var: torpaq
bakteriyalarmdan hazırlanan nitragin, azotabakterin və fosforabakte- rin,
sellüloz və üzvi fosfor birləşmələrini parçalamaq qabiliyyəti olan
bakteriyalardan hazırlanan AMB preparatı.
Mineral və üzvi gübrələr verildikdə bitkinin normal inkişafı üçün zəruri
olan qida maddələri torpağa daxil olur. Bakterial gübrələrlə torpağa qida
maddələri deyil, onları toplaya bilən bakteriyalar daxil olaraq, intensiv
fəaliyyətləri ilə torpağı azot və fosforla zənginləşdirir.
359
Nitragin şiş bakteriyalarından ibarətdir. Bu bakteriyalar yalnız paxlalı
bitkilərin onlarla simbioz həyat tərzi keçirərək inkişaf edə bilir. Ona görə də
bu preparat ancaq səpin zamanı paxlalı bitkilərin toxumlarına qarışdırılır. Bir
qrup paxlalı bitkilərin kökündə özünəməxsus yumrucuq bakteriyalar inkişaf
edə bildiyindən, toxuma yalnız o bakteriyalardan ibarət olan nitragin
qarışdırılır.
Azotobakterin preparatı paxlalılar fəsiləsindən olmayan bitkilər əkilən
sahələrə verilir. Bu preparatın tərkibində azotobakter hüceyrələri vardır. Ona
bəzən azotogen də deyilir. Dənli bitkilərin hər hektarına səpiləcək toxuma bir
şüşə, kartof yumrularına isə 2-8 şüşə azotobakterin qatılır.
Fosforobakterin preparatı tərkibində üzvi fosfor birləşmələrini
minerallaşdıra bilən bakteriya hüceyrələrindən ibarətdir. Bu bakteriyalarla
yoluxdurulmuş toxumlar torpağa səpildikdə onlar torpaqdakı üzvi fosfor
birləşmələrini parçalayıb minerallaşdırır və bitkinin mənimsəyə biləcəyi
formaya keçirir.
AMB bakterial preparatının tərkibində bir sıra fəal bakteriyalar olur.
Bunlar üzvi maddəni parçalayaraq onun tərkibində olan qida maddələrini
bitkinin mənimsəyə biləcəyi formaya keçirir. Bu preparat neytral torf
kütləsindən ibarətdir. Onun tərkibində ammonifıkatorlar, nitrifıkatorlar,
azotfıkatorlar, sellüloz parçalayan bakteriyalar, eləcə də, fosforlu üzvi
birləşmələr olur. Bu mikroorqanizmlər toplusuna autoxon mikroflora «B» və
ya qısaca olaraq AMB deyilir.
360
XIX FƏSİL
VERMİKULTURA VƏ BİOHUMUS, HAZIRLANMASI
VƏ TƏTBİQİNİN EKOLOJİ ASPEKTLƏRİ
Son illər bir çox ölkələrdə biotexnologiyanın yeni bir istiqaməti -
vermikultura, yəni sənaye miqyasında torpaq soğulcanının (Vermes- torpaq
soğulcanı cinsindən) bəzi formalarının yetişdirilməsi geniş vüsət almışdır.
Bu istiqamətin formalaşması və inkişafı, bioloji əsasda aktual ekoloji
vəzifənin həll olunmasına imkanın olmasıdır (üzvi tullantıların istifadəsi,
torpağın münbitliyinin artırılması, yüksək keyfiyyətli təmiz üzvi gübrələrin
alınması, təhlükəsiz kənd təsərrüfatı məhsulunun yetişdirilməsi və s.).
Vermikultura metodu müxtəlif poliyutantlarla ətraf mühitin çirklənmə
təhlükəsini olduqca azaldır, yaxud aradan qaldırır.
Torpaq soğulcanlarmın tullantılarda süni yetişdirilməsi üzrə ilk
təsərrüfatlar yarım əsr bundan əvvəl ABŞ-da yaradılmışdır.
Hazırda vermikulturanın tətbiqi praktikası kənd təsərrüfatında və
istehsalatın digər sahələrində geniş yayılmışdır.
19.1.
VERMİKULTURANIN BİOLOJİ XARAKTERİSTİKASI
Vermikultura (vermikultur) üzvi substratda kompost soğulcanları- dır.
Vermikulturu mədəni landşaftın tərkibində müəyyən məhdud bio- topda
mürəkkəb biosenotik qruplaşma kimi təsvir etmək olar.
Soğulcanlar (qurdlar) onurğasızlar qrupunun bir neçə tipini birləşdirir,
onların arasında rotatorilər, nematodlar, enxitreidlər, halqalı və torpaq
soğulcanları vardır. Məhz torpaq soğulcanları torpaqəmələgəlmə prosesində,
torpağın münbitliyinin formalaşmasında və saxlanmasında böyük əhəmiyyət
kəsb edir.
Torpaq soğulcanları onurğasızlar arasında torpaq makrofaunasının
tərkibihə daxil olan torpaq sakinlərinin ən irisi hesab olunur, torpaq
biokütləsinin yarısına qədəri onun payına düşür. Məsələn, meşə
ekosistemlərində soğulcanların kütləsi torpaq biokütləsinin 50...72%-ni təşkil
edir. Torpaq soğulcanlarmın əksəriyyəti hazırki MDB dövlətlərinin ərazisində
lümbrisid (Lumbricidal) ailəsinə daxil olub, özündə 180-nə qədər növ
birləşdirir.
Ümumiyyətlə, kütləvi şəkildə 16 torpaq soğulcanı növünə rast gəlinir və
onların arasında Nicodrilus caliginosus növü dominantlıq edir. Bu növ adətən
şumlanmış torpaqlarda məskunlaşır.
361