Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə147/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   143   144   145   146   147   148   149   150   ...   216

zəhmli olub, həm də kansoregen təsir göstərir. 

Məlum  mikotoksinlər  arasında  aflatoksinlər  daha  yaxşı  öyrənilmişdir, 

onlar  bəzi  bitkilərin  (xüsusilə  tropika)  orqan  və  toxumalarında  toplanır.  İki 

əsas atlatoksin (Bı və Gı) məlum olub yüksək kanserogen xassəyə malikdir. 

Aflatoksinlər  zülalların  konservləşdirilməsi  üsulu  ilə  əldə  edilən  qida 

məhsullarında akumulyasiya olunur. 

Göbələk  toksinləri  əksər  hallarda  ekzogen  təsir  göstərən  zəhər  olub 

substratda ayrılır, orada da göbələk inkişaf edir. Mikotoksinlər qızdırılmaya, 

uzun müddətli ultrabənövşəyi şüalanmaya qarşı yüksək davam- lığa malikdir; 

bəziləri turşu və qələvinin təsirinə qarşı da davamlıdır. 

Mikrob toksinləri ən kiçik konsentrasiyada belə hüceyrə üçün zərərlidir, 

onun  YVK  0,5  mkq/kq-dır.  Göbələyin  toksik  maddələrinin  təsiri  altında 

bitkilərdə  turqor  vəziyyəti  itir,  yarpaqlar  rəngini  itirir,  borucuq-  larda 

qonurlaşma  müşahidə  olunur  və  mübadilə  prosesləri  pisləşir.  Mikotoksinlər 

plazmatik zəhər sayılır. 

Göbələklərin  inkişafına  və  toksinlərin  əmələ  gəlməsinə  mühitin 

temperaturu,  havanın  rütubətliyi,  substratın  tipi,  onun  nəmliyi  və  saxlanma 

müddəti  təsir  göstərir.Mikrob  toksinləri  insan  orqanizminə  bitki  və  heyvan 

mənşəli məhsullardan keçə bilər. Məhsullarda mikotoksinlərin qalıq miqdarı 

kanserogen, mutagen və teratogen effekti yaradır. 

Kif  göbələklərinin  inkişafı  üçün  kənd  təsərrüfatı  məhsulları  substrat 

vəzifəsini  daşıyır.  Bu  göbələkləri  iki  ekoloji  qrupa  bölmək  olar:  çöl 

göbələkləri və saxlama (anbar) göbələkləri. Birinci qrupa çöl şəraitində kök 

üstündə  və  ya  yıxılmış  halda  bitkilərin  toxumlarını  zədələyən  göbələklər 

aiddir.  Taxıl  bitkilərində  göbələklərin  inkişafı  toxumların  (dənin)  nəmliyi 

havanın nisbi rütubətliyi ilə tarazlıq yarandıqda və 90%-dən artıq olduqda baş 

verir. Belə nəmlik şəraitində toxumlar adətən qısa müddətdə saxlanılır. Bəzi 

rayonlarda  ayrı-ayrı  illərdə  taxılın  rütubətli  havada  toplanması  və  quruducu 

qurğunun  olmaması  ilə  əlaqədar  çoxlu  miqdarda  toxumlar  torpaq  üzərində 

yığılır. Belə dənlər göbələklər tərəfindən zə- dələnməsi nəticəsində tez xarab 

olur. Qarğıdalıda nigrosporioz xəstəliyini Nigrospora oruzal göbələyi əmələ 

gətirir. Zədələnmiş qıçalın toxumları zəif cücərmə qabiliyyətinə malik olur və 

güclü  dərəcədə  kiflənir.  Göbələk  heyvanlarda  ağır  xəstəlik  törədən  toksik 

maddələr ayırır. 

Kif  göbələklərinin  taxıl  dəninə  təsiri  ilə  əlaqədar  onun  cücərmə 

qabiliyyəti aşağı düşür, rəngi dəyişir, sonra isə mikotoksinlər əmələ gəlir, öz- 

özünə  qızışma,  kiflənmə  və  tamamilə  parçalanma  baş  verir.  Həşaratlar 

tərəfindən zədələnmiş toxumlarda göbələklərin miqdarı bir neçə on dəfələrlə 

artaraq təhlükəli toksinlər ayırır. 

Mikotoksin  əmələ  gətirən  kif  göbələkləri  tərəfindən  taxıl  dəninin  zə- 

dələnməsinin qarşısını almaq üçün optimal sıxlıq almaq məqsədilə səpin 

497 



sorogen) təsir göstərir. 

Anbar uzunburun böcəyi çovdar, buğda,  arpa, qarğıdalı  toxumlarını və 

onlardan hazırlanan məhsulları zədələyir, zədələnmiş toxumlar (dənlər) qida 

üçün yararlı deyil, belə ki, onlar həzm orqanlarının pozulmasına və bağırsağın 

iltihabına səbəb ola bilər. Toxumlar kiçik un xırıl- daq böcəyi ilə zədələndikdə 

un topavari hal alıb, pis dad və iy verir. Belə un insan və heyvan üçün zərərli 

olub  atılmalıdır.  Taxıldəniovan  böcəyinin  sürfələri  dənin  içinə  girib  orada 

inkişaf edir və ifrazatını ayırır. Toxum kütləsi güclü zədələndikdə çoxlu ifrazat 

(nəcis)  tozu  toplanır,  bu,  toxumovan  böcəyinin  zədələnməsini  göstərən 

əlamətdir.  Taxıldəniovan  böcəyi  buğda,  düyü,  vələmir,  çovdar,  sorqo, 

qarğıdalı və qarabaşaq toxumlarını zədələyir. Yüksək rütubətli toxumlarda un 

dənələri  inkişaf  edir.  Gənə  tərəfindən  zədələnən  toxumlar  pis  bal  iyi  verib 

insan üçün zərərlidir. Noxudun geniş yayılan zərərvericisi - noxud dənəsinin 

içinə girərək orada böcək formasına kimi inkişaf edir. Zədələnmiş, içi ifrazatla 

dolu noxudu qida və yem kimi istifadə etmək olmaz, çünki onun tərkibində 

zərərli  alkaloid  -  kantaridin  olur.  Məhsulun  zədələnməsini  azaltmaq  üçün 

alimlər zərərvericilərə qarşı sortlar yetişdirir. 

Zərərvericilər  tərəfindən  məhsulun  itirilməsinə  qarşı  yönəldilən 

profilaktik tədbirlər sistemi aşağıdakıları nəzərdə tutmalıdır: toxum və onun 

məhsulları xüsusi anbarlarda saxlanmalıdır; belə  anbarlar məhsulun optimal 

saxlanması  tələblərinə  uyğun  olmalıdır;  anbarlar  daima  təmizlənməli  və 

məhsulun  saxlanması  üçün  qabaqcadan  hazırlanmalıdır;  anbarlardan 

tullantılar  kənar  edilməli,  yandırılmalı  və  ya  xüsusi  ayrılmış  yerlərdə 

basdırılmalıdır;  anbara  verilmədən  əvvəl  məhsullar  zərərvericilərdən 

təmizlənməli və münasib üsulla hazırlanmalıdır. 

Tövsiyə  olunan  tədbirlərin  həyata  keçirilməsi  zərərli  orqanizmlərin 

yayılmasının  qarşısını  alır,  toxumların  zərərvericilərin  həyat  fəaliyyəti 

məhsulları ilə çirklənməsini və xarab olmasını azaldır. 

24.6.

 

AFLATOKSİNLƏR VƏ DİGƏR MİKOTOKSİNLƏR 



Mikotoksinlər  -  müxtəlif  mikroskopik  göbələk  növlərinin  həyat 

fəaliyyətinin  toksiki  məhsullarıdır.  Mikotoksinlər  təbii  toksinlər  sinfinə  aid 

olub heyvan və insanlarda ağır xəstəliklər törətmək qabiliyyətinə malikdir. 

Göbələklərlə zədələnməsi nəticəsində hər il anbardarda saxlanılan taxılın 

30%-ə qədəri xarab olur. Bu zaman xarab olmuş  taxıl mal-qaraya  yem kimi 

istifalə edilir, bu acınacaqlı nəticələrə gətirib çıxara bilər. Belə ki, XX əsrin 

60-cı  illərində  Böyük  Britaniyada  AspergiUus  flavus  kif  göbələyinin  həyat 

fəaliyyəti  nəticəsində  zədələnən  məhsulla  yemlənən  mal-  qaranın 

xəstələnməsi onun 50%-nin ölümünə səbəb oldu. Bu maddələr 

496 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə