Şəkil 24.2. Pestisidlərin ətraf mühitdə sirkulyasiyası (N.N.Melnikov, 1977)
Pestisidlər təbiətə də ciddi təsir göstərir.Adətən istifadə olunan
pestisidlərin yalnız bir faizindən istənilən məqsəd əldə etmək olur, qalan
99%-i ətraf mühitə düşərək torpağı, havanı çirkləndirir, biotanı zəhərləyərək
çox vaxt gözlənilməz nəticələr verir. Torpağın münbitliyində torpaq biotası
böyük rol oynayır. Zərərvericiləri pestisidlərlə məhv edərkən torpaq
orqanizmlərinin, o cümlədən torpaq soğulcanlarmm sayını azaldır. Bununla
əlaqədar qara torpaqlarda torpaq soğulcanlarmm miqdarı on və yüz dəfələrlə
azalıb. Müxtəlif pestisidlər landşafta və onun komponentlərinə mənfi təsir
göstərir. Pestisidlərlə daha çox zərər çəkən heyvan qrupları çoxa doğru sıra ilə
aşağıdakı
kimidir:
onurğasızlar,
balıqlar,
quşlar,
məməlilər,
mikroorqanizmlər.
Ətraf mühitə düşən pestisid bioakkumulyasiya prosesinə qoşulur, bu
zaman pestisid qida zənciri ilə hərəkət etdikcə onun konsentrasiyası dəfələrlə
(yüz min dəfəyə qədər) arta bilər.
Xlorüzvi pestisidlərin Sağlamlığa təsiri. Bu qrupa aldirin, heptaxlor,
heksaxlor-benzol və DDT daxildir.
DDT. Xlorüzvi pestisidlər arasında insanın sağlamlığı və ekosistem üçün
ən təhlükəlisi DDT-in kütləvi istifadəsi hesab olunur. DDT xlorüzvi
pestisidləri və onun çevrilmələri (DDE və DDD) aromatik birləşmələr
480
Şəkil 24.1. Yüksək miqdar nitratlar və onların törəmələrinin insan
orqanizminə təsirinin mümkün effektləri (İlnitski, 1991)
24.2.4.
Pestisidlər və onların qalıq miqdarı
Pestisidlərin ətraf mühitə və sağlamlığa təsiri. Kənd təsərrüfatı
zərərvericiləri ilə, həşərat, gəmiricilər, göbələk, alaq otları ilə əsas mübarizə
istiqamətlərindən biri pestisidlər adlanan kimyəvi maddələrdən istifadə
etməkdir. Pestisidlər aşağıdakı əsas siniflərə bölünür: akarisidlər - gənə- lərlə
mübarizədə istifadə edilən maddələr; antifidinqlər - cücüləri məhv edən
maddələr; herbisidlər- alaq bitkilərinə qarşı mübarizədə istifadə edilən
preparatlar; zoosidlər - zərərli onurğalı heyvanları məhv edən zəhərlər;
bakterisidlər, virusosidlər, funqisidlər - bitkilərdə viruslu və göbələk
xəstəlikləri ilə mübarizə aparmaq üçün istifadə edilən maddələr; ne-
matosidbr - bitkilərdə nematod xəstəliyinin törədicisi olan girdə qurdları
məhv edən preparatlar: molyuskosidlər - zərərli ilbizləri məhv edən
maddələr.
Dünyada 180 pestisid növündən və bir neçə min preparat formasından
istifadə edilir.
Pestisidlərdən istifadənin bir çox problemləri onların ksenobiotik, yəni
təbiət üçün yad kimyəvi birləşmələr olmalarından irəli gəlir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi qiymətə görə bütün
dünyada pestisidlərin istifadəsindən hər il 20000 adam ölür və 1 milyona
yaxın adam zəhərlənərək sağlamlığını itirir. Əgər dünyada pestisidlərdən
istifadə çoxalarsa, ona müvafiq olaraq xəstəliklər və ölüm hadisəsi də artar.
479
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ürək-damar və onkoloji xəstəliklərin
profilaktikası üçün hər gün 500 qram, yəni ildə 180 kq tərəvəz və meyvədən
istifadə olunmasını tövsiyə edir.
Nitratların insan orqanizminə daxil olma yolları
İnsan orqanizminə nitrcUlar müxtəlif yollarla düşür:
1)
Qida məhsulları ilə:
a)
bitki mənşəli;
b)
heyvan mənşəli;
2)
İçməli su ilə;
3)
Dərman preparatları ilə.
İnsan orqanizminə nitratların əsas kütləsi konservlər və təzə tərəvəzlərlə
nitratların gündəlik miqdarının 40-80%-i daxil olur.
Nitratlar az miqdarda çörək-bulka məmulatları və meyvələr vasitəsilə
insan orqanizminə düşür; süd məhsullarının payına isə 1% (10-100 mq/1)
düşür.
Nitratların bir hissəsi insan orqanizminin özündə maddələr mübadiləsi
zamanı əmələ gələ bilər. Nitratlar insan orqanizminə həmçinin su ilə də daxil
olur, bu isə insanın normal həyatı üçün əsas şərait sayılır. Mövcud
xəstəliklərin 70-80%-i çirklənmiş içməli su ilə əlaqədar baş verir və insanın
ömrünü 30% qısaldır. ÜST-nin məlumatına əsasən bu səbəbdən Yer üzərində
2 mlrd.-dan artıq adam xəstələnir, onlardan 3,5 milyonu dünyasını dəyişir
(onların 90%-ni 5 yaşa çatmamış uşaqlar təşkil edir). Yeraltı içməli sularda
200 mq/1 nitratlar olur, bu isə artezian quyularının suyundakmdan xeyli azdır.
Yeraltı sulara nitratlar tarlalardan müxtəlif kimyəvi gübrələrlə (nitrat,
ammonium) və bu gübrələri istehsal edən kimyəvi müəssisələrin tullantıları ilə
daxil olur. Nitratlar qrunt sularının, həm də artezian quyularının sularının
tərkibində olur. Şəhər əhalisinin içdiyi suyun tərkibində nitratların miqdarı 20
mq/1, kənd yerlərinin adamlarınmkmda isə 20-80 mq/1 olur. Heyvan
qidasında (məhsulunda) da nitratlar mövcuddur. Balıq və ət məhsullarının
təbii halda tərkibində nitratlar az (ətdə - 2-25 mq/kq, balıqda - 2-15 mq/kq)
olur. İstifadə xassələrini yaxşılaşdırmaq və uzun müddət saxlamaq məqsədilə
onlara (əsasən kolbas məmulatları) nitrat və nitritlər əlavə edilir. Alabişmiş
hisə verilmiş kolbasda nitritlərin miqdarı 150 mq/kq, bişirilmiş kolbasda isə
50-60 mq/kq təşkil edir.
İnsanın orqanizminə nitratlar həmçinin tütün vasitəsilə daxil olur. Bəzi
tütün sortlarmın 100 qram quru maddəsinə 500 mq nitrat düşür.
Nitratlar və onların törəmələri bioloji təsirinin öyrənilməsi, onların
yüksək konsentrasiyasmın insanın mühüm həyat funksiyalarına mənfi təsir
göstərməsini təsdiqləyir (şəkil 24.1).
478