Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə154/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   150   151   152   153   154   155   156   157   ...   216

dər qala bilər. DDT-in suda pis həll olması, yüksək temperatura davamlılığı, 

yağlarda və lipidlərdə yaxşı həll olması ilə əlaqədardır. 

ABŞ-da  qadağan  olunan  kimyəvi  agentlər  arasında  DDT  birincilər 

sırasındadır. 

DDT-nin  ekosistemin  vəziyyətinə  və  əhalinin  sağlamlığına  təsiri  artıq 

uzun illərdir ki, öyrənilir. Pestisidlərin təsirinə onun istehsalı ilə məşğul olan 

işçilər, həmçinin kənd təsərrüfatı aviasiyası personalı, fermerlər, aqronomlar 

və kənd təsərrüfatının digər mütəxəssisləri daha çox məruz qalır. Bu şəxslərdə 

xlorakne adlanan tipik xəstəlik qeydə alınır. 

Hazırda  dünyanın  əksər  ölkələrində  DDT-dən  istifadənin  qadağan 

olunmasına və praktiki olaraq ondan istifadə olunmamasına baxmayaraq, onun 

insanların  reproduktiv  sağlamlığına  və  endokrin  sisteminə  sonrakı  təsirinin 

nəticələri ciddi problem olaraq qalır. ..........................................  

DDT konserogen təsirə malikdir, odur ki, bu maddə MAİR tərəif- ndən 

insan  üçün  konserogen  qrupuna  (2  B  qrupu)  aid  edilmişdir.  Son  illərin 

tədqiqatları nəticəsində qadınların piy toxumasında DDT-nin miqdarı ilə süd 

vəzilərində  xərçəng  xəstəliyi  (P.Cocco  et  al.,  2000),  DDT-nin  peşə  təsirilə 

mədəaltı  vəzinin  xərçəngi  arasında  bağlılıq  aşkar  edilmişdir.  DDT-nin 

istifadəsi  məhdudlaşdırıldığı  ilə  əlaqədar  ana  südündə  onun  miqdarı  xeyli 

azalmışdır (D.Smith, 1999). Lakin bu Avropa ölkələrinə, ABŞ-a və Kanadaya 

aiddir; Tacikistan və Qazaxıstanda isə ana südündə DDT-nin miqdarı əvvəllər 

olduğu kimi yenə də yüksək (2300-600 nq/q) olaraq qalır. 

DDT-yə  həmçinin  digər  DÜÇ-lərə  şimal  Arktika  regionlarının  ətraf 

mühitində  də  rast  gəlinir.  Bunlar  bu  regionlarm  azsaylı  əhalisinə  təhlükə 

yaradır.  DDT  qrupu  pestisidlər  Arktikanın  yerli  sakinlərinin  qanında  əsasən 

DDE  halında  olur,  bu,  həmin  toksinlərin  orqanizmə  nisbətən  çoxdan  daxil 

olmasını təsdiq edir. 

M.Avazovanın (2003) apardığı müşahidələr göstərir ki, respublikamızda 

ən böhranlı ekotoksikoloji şərait keçmiş pambıq və taxıl yetişdirilən rayonların 

ərazilərində (0,1, 086-0,01 UVQH) qeydə alınmışdır. 

Respublikamızda  1980-ci  ilin  ortalarına  qədər  pestisidlərdən  istifadə 

oluninuşdur, hələ indiyə kimi Göyçay və Türyançay hövzəsində torpaqlarda 

qalıq  pestisidlərə  rast  gəlinir.  DDT-nin  1945-ci  ildən  tətbiqindən  sonra 

əvvəllər  pambıq  bitkisində  müşahidə  olunmayan  digər  pambıq  biti,  pambıq 

sovkası, gənə, mənənə və s. cücülərin çoxalması baş verdi. K.Edvardsa görə 

T50 DDT-nin torpaqda qalma müddəti torpağın nəmliyindən çox asılıdır. Belə 

ki,  mülayim  qurşaq  rayonlarında  o,  2,5  il,  subtropik  və  tropik  ölkələrin 

torpaqlarında isə cəmi 3-9 ay qala bilir. 

Tədqiqat materialları və çoxillik müşahidələr göstərir ki, DDT-in yüksək 

qalıq miqdarı ən çox gilli torpaqlarda rast gəlinir. Bu torpaqlar- 



482 


qrupuna  daxildir  (dioksinlər/furanlar,  QXB  və  PXB  də  bu  qrupa  aiddir). 

Xlorüzvi  pestisidlər  Moskvada  «Sintez»  zavodunda  (1946-1970-  ci  illər), 

Dzerjinskidə  (1965-1990),  Novoçeboksarskda  (1968-1990)  və  Çapayevskdə 

(1960-1987) istehsal olunmuşdur. 

SSRİ-də  1969-cu  ildə  DDT-dən  istifadə  edilməsi  qadağan  edilsə  də, 

ondan 1980-ci ilin sonuna kimi istifadə olunmuşdur. SSRİ ərazisində istifadə 

edilən DDT-in miqdarı  1960-cı  ildə 10,8 min ton, 1970-ci  ildə 8,9 min ton, 

1980-ci  ildə  0,3  min  ton  təşkil  etmişdir.  1971-ci  ildə  kənd  təsərrüafatında 

ziyanvericilərlə mübarizədə istifadə olunan kimyəvi vasitələrin siyahısından 

DDT  çıxarıldı  və  ondan  yalnız  təbii-mənbə  xəstəliklərinə  qarşı  mübarizədə 

istifadə edildi. 

İlk  dəfə  DDT  1874-cü  ildə  sintezləşdirildi,  XX  əsrin  30-cu  illərinin 

sonunda  İsveçrə  kimyagəri  Paul  Müller  ondan  insektisid  kimi  istifadə 

olunması imkanını kəşf etdi. DDT-dən səhiyyədə və hərbi gigiyenada (əsasən 

bitə qarşı dezinsektant kimi) o qədər effektli oldu ki, 1948-ci ildə P.Müllerə 

tibb və fiziologiya sahəsində Nobel mükafatı təqdim olundu. DDT malyariya 

və  səpkili  tifion  törədicilərinə  qarşı  işlədilən  ən  birinci  və  güclü 

insektisidlərdən biri hesab olundu. Onun istifadəsi bu xəstəliklərdən ölənlərin 

xeyli  azalmasına  imkan  yaratdı.  Belə  ki,  1948-ci  ildə  malyariyadan  3  mln. 

adam ölmüşdür, 1965-ci ildə bu xəstəlikdən ölüm hadisəsi baş verməmişdir. 

1938-ci  ildə  Yunanıstanda  malyariya  xəstəliyinə  1  mln.,  1959-cu  ildə  cəmi 

1200  adam  tutulmuşdur.  1945-ci  ildə  İtaliyanın  Lasiya  əyalətində  bir  ay 

ərzində  malyariyadan  65-70  adam  ölmüşdür,  DDT-dən  istifadə  edildikdən 

sonra isə bu səbəbdən ölənlərin sayı 1-2 nəfər olmuşdur. 1943-44-cü illərdə 

Neapolda səpkili tifin epidemiyası* olmuş, sutka ərzində bu xəstəliyə 60 nəfər 

tutulmuşdur. Əhali üçün sistemli olaraq DDT-dən istifadə olunduqdan sonra 

(yanvar, 1944) fevralın sonunda sutka ərzində bu xəstəliyə tutulanların sayı 5 

nəfərə kimi aşağı düşdü. DDT-dən bir çox ölkələrdə geniş istifadə olunmağa 

başlandı. Lakin onun geniş spektrli təsiri və olduqca davamlılığı hazırda ondan 

istifadədən imtina olunmasına gətirib çıxardı. Zərərli həşəratlarla yanaşı, həm 

də,  faydalıları  da  məhv  edildi,  DDT-nin  davamlılığı  onun  qida  zəncirində 

toplanmasına səbəb oldu. Nəticədə quş, balıq və məməli orqanizmlərdə onun 

konsentrasiyası  yüksəldi.  Qida  zəncirinin  hər  həlqəsində  DDT-nin  miqdarı 

artdı: bitkilərdə (yosunlarda) -10 dəfə, xırda orqanizmlərdə (kiçik xərçəng) - 

100 dəfə, balıqlarda - 1000 dəfə, yırtıcı balıqlarda - 10000 dəfə (DDT-nin lildə 

olan miqdarına nisbətən). 

DDT-nin  köməyi  ilə  insanlar  öz  həyat  şəraitini  yaxşılaşdırmağa  ümid 

edirdi, lakin sonralar tədricən məlum oldu ki, belə tərəqqi onlara baha başa 

gəlir. Hesablamalar göstərir ki, atmosfer havasından torpağın səthinə DDT-nin 

çökməsi üçün 4 il lazımdır. Torpaqda isə o, 20 ilə qə- 



481 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə