kəskinləşir: oksigen çatışmazlığı, baş ağrısı, zəiflik, ürək döyüntüsü, huşun
itirilməsi müşahidə olunur. Methemoqlobinin miqdarının 50%-i keçməsi
ölümlə nəticələnir.
2.
Nitratlar xüsusən südəmər uşaqlar üçün təhlükəlidir, belə ki, onlarda
ferment əsası natamamdır və methemoqlobinin hemoqlobinə bərpa olunması
zəif gedir.
3.
Nitratlar patogen (zərərli) bağırsaq mikroflorasımn inkişafına səbəb
olur, bu isə insan orqanizminə zəhərli maddələr - toksinlər ayırır, nəticədə
toksikasiya, yəni orqanizmin zəhərlənməsi baş verir. Nitratla zəhərlənmənin
əsas əlamətləri bunlardır:
•
dırnaq, üz, dodaq və görünən selikli qişaların göyərməsi;
•
ürək bulanması, qusma, qarında ağrı;
•
ishal (çox vaxt qanlı), qaraciyərin böyüməsi, göz ağının saralması;
•
baş ağrısı, yorğunluq, yuxuculluq, iş qabiliyyətinin azalması;
•
təngnəfəslik, güclü ürək döyüntüsü (huşun itirilməsinə qədər);
•
çox zəhərləndikdə ölümlə nəticələnir.
4.
Nitratlar, bir çox fermentlərin tərkibində olan, hormonları
stimullaşdıran və maddələr mübadiləsinin bütün növlərinə təsir göstərən
vitaminlərin miqdarını qidada azaldır.
5.
Nitratlar uzun müddət insan orqanizminə daxil olduqda (hətta kiçik
dozalarda), yodun miqdarını azaldır və qalxanvari vəzin böyüməsinə səbəb
olur.
6.
Nitratların mədə-bağırsaq yollarında xərçəng şişlərinin əmələ
gəlməsinə yüksək dərəcədə təsir göstərməsi müəyyən edilmişdir.
7.
Nitratlar damarların kəskin genişlənməsinə səbəb olur, nəticədə qan
təzyiqi aşağı düşür.
Qeyd etmək lazımdır ki, nitratların özü deyil, müəyyən şəraitdə
çevrildikləri nitritlər insan orqanizminə zərər yetirir. Çilidə mədədə xərçəng
xəstəliklərinin digər regionlarla müqayisədə çox olmasını, bu ölkənin
torpağında təbii nitratların yüksək olması ilə. də izah edirlər.
Alimlərin fikrincə, insan orqanizmində nitratlar digər nitrobirləşmə- lərə,
daha çox nitroaminlsrə də çevrilir. Nitroaminlər bədxassəli şişlərin əmələ
gəlməsinə səbəb olur və onkoloji xəstəliklərin 70-80%-i onunla əlaqədardır.
İnsan gün ərzində 150-200 mq dozaya nisbətən asan dözür; 500 mq - yol
verilən doza hesab olunur; gündə 600 mq böyük adamlar üçün toksik təsir
göstərir, südəmər uşaq üçün isə hətta 10 mq nitrat güclü zəhərlənməyə səbəb
ola bilər.
Orqanizmə daxil olan nitratların miqdarını qiymətləndirərək,
477
C vitamininin nitratlarla 2:1 nisbətində nitrozoaminlər əmələ gəlmir.
Belə nisbət bir çox tərəvəzlərə xasdır, onlar təbii yolla nitrozoamin- lərin
əmələ gəlməsinin qarşısını alır. C vitamini xərçəng xəstəliyinə qarşı təsirə
malikdir. Odur ki, qida rasionuna yüksək miqdarda vitaminlərlə zəngin
(xüsusilə C vitamini ilə) məhsul əlavə olunmalıdır (tərəvəz və meyvələr).
Hazırda dünya əhalisinin əksəriyyəti gübrələr tətbiq etməklə, becərilən
kənd təsərrüfatı bitkilərindən qida^(ərzaq) kimi istifadə edir. Hazırda
adambaşına ildə 23 kq-a yaxın gübrə istehsal edilir və bütün gübrələrin yarısı
azot gübrələrinin payına düşür.
Azot elementi bitkinin böyüməsinə stimul yaradır, onun meyvəsinin
(toxumunun) keyfiyyətinə, tərkibində olan zülalın miqdarına təsir göstərir.
Azotun böyük ehtiyatı atmosferdə mövcuddur. Fasiləsiz olaraq azot bu təbii
«anbardan» göy-yaşıl yosunlar və paxlalı bitkilərin köklərində yaşayan xüsusi
bakteriyalar tərəfindən mənimsənilir.
Tərkibində azot birləşmələri olan üzvi və mineral gübrələr torpaqda
nitratlara (azot turşusunun duzları) çevrilərək, su ilə birlikdə bitkiyə daxil olur.
Kök sistemi, budaqlar, yarpaqlar və meyvələrdə nitratlar fer- mentlərin təsiri
ilə ammoniumun ionu NHVə qədər bərpa olunur və amin turşusunun əsasına
təşəkkül tapır, sonra isə zülallara çevrilir, yəni mineral azot zərərsiz üzvi azota
- təbii birləşmənin komponentinə çevrilir. Gübrə həddindən artıq daxil
olduqda isə bitki onu mənimsəyə bilmədiyindən nitratlar meyvələrdə toplanır
və insanlar ondan istifadə edir.
Nitratlar və nitritlər (azot turşusunun duzları) bir çox qida məhsullarının
(o cümlədən hisə verilmiş donuz əti, vetçina, bəzi pendir və balıq çeşidləri)
hazırlanmasında və konserviləşdirilməsində istifadə olunur.
Nitratların mənfi təsiri haqqında ilk dəfə XX əsrin 70-ci illərində
Özbəkistanda söhbətlər yarandı, burada qarpız bitkisinə həddindən artıq
ammonium selitrası verildiyindən, qarpızdan kütləvi olaraq, mədə- bağırsağın
zəhərlənmə hadisələri baş verdi.
Dünya elmində nitrat haqqında çoxdan məlumat var idi. Hazırda
nitratların insan və kənd təsərrüfatı heyvanları üçün yüksək toksikliyə malik
olması hamıya məlumdur.
1. Nitratlar nitratreduktaz fermentinin təsiri ilə nitritlərə kimi bərpa
olunur, bu da qanın hemoqlabini ilə qarşılıqlı əlaqəyə girərək, ondakı
ikivalentli dəmiri üçvalentli dəmirə oksidləşdirir. Bunun nəticəsində
metbemoqlobin maddəsi əmələ gəlir. Onun oksigenə dözümü olmadığından
orqanizmin hüceyrə və toxumalarının normal tənəffüsü pozulur (toxuma
hipoksiyası), nəticədə süd turşusu, xolestrin toplanır və zülalların miqdarı
kəskin azalır. Methemoqlobinin qanda miqdarı 10%-ə çatdıqda əlamətsiz
sianoz xəstəliyi
müşahidə edilir, 20-50% olduqda bu
xəstəlik
476