Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə159/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   155   156   157   158   159   160   161   162   ...   216

kənd  rayonlarında  0,001-0,01  mkq/m-\  şəhərlərdə  0,003-0,01  mkq/m  -^-ə 

çatır.  Yüksək  konsentrasiyalı  arsen  tərkibli  kömürün  yandırılması  zamanı 

atmosferdə onun miqdarı xeyli yüksəkdir. Rusiya şəhərlərinin hava hövzəsinə 

hər  il  1,0-1,5  min  ton  arsen  daxil  olur.  Burada  əsas  tullantı  mənbələri 

Krasnouralski,  Kirovqrad,  Revde,  Karabaşdakı  misəridən  zavodlar  və 

Novosibirsk, Çelyabinsk, Yuxarı Uraldakı metallurgiya zavodlarıdır. 

Əksər  su  hövzələrinin  suyunda  arsenin  konsentrasiyası  YVK-nin 

səviyyəsindən çox olmur, lakin bəzi regionların yeraltı sularında o, xeyli artıq 

ola  bilər.  Bu,  suların  arsen  ilə  zəngin  təbii  xam  mədənlərdən  keçməsi  ilə 

əlaqədardır. 



Arsenin  sağlamlığa  təsiri.  Arsen  birləşmələrinin  toksikliyi,  onun 

orqanizmdən ayrılması sürəti və orqan və toxumalarda toplanma dərəcəsindən 

asılıdır.  İşçilərdə  xroniki  arsen  intoksasiyası  aşağıdakı  simptom-  ların 

kombinasiyası  ilə  səciyyələnir:  əsəb,  mədə-bağırsaq,  kardiova-  skulyar  və 

respirator  pozuntuları,  hemolit  kənarlaşma,  dəri  zədələnməsi,  qaraciyər  və 

böyrəklərin funksional pozulması. 

Arsen birinci, ən təhlükəli kanserogen maddələr qrupuna aiddir. Arsenin 

10-100 mkq/m--' dərəcəsində xroniki təsiri (1 ildən artıq) ağciyərdə xərçəng 

xəstəliyinin  baş  vermə  tezliyini  artırır.  Bu  hala  metallurgiya  zavodları  və 

arsentərkibli pestisidlər istehsal edən müəssisələrin işçilərində daha çox rast 

gəlinir. Siqaretçəkmə arsenin kanserogen effektini dərinləşdirir. 

Nikel  (lat.  niccolum.  Ni),  Nikel  atmosfer  havasına  metallurgiya 

zavodlarının,  mədənçıxarma  müəssisələrinin,  daş  kömür  və  mazutla  işləyən 

energetik  qurğuları  tullantıları  ilə  daxil  olur.  Rusiyada  nikel  zavodundan 

(Monçeqorsk,  Norilsk,  Orsk,  Yuxarı  Ufaley,  Nikel,  Zapolyarnıy)  hava 

hövzəsinə hər il 3,5-4,0 min ton nikel daxil olur. Norilskdə 1,0-2,5 mkq/m '^ 

konsentrasiyalı  nikelə  200  min.  Ural  və  Kola  yarımadasının  metallurgiya 

zavodları yerləşən beş şəhərində isə 0,4 mln-a qədər adam məruz qalır. 

Torpaqda nikelin ən yüksək miqdarı (orta - 350 mq/kq, maksimum 1000 

mq/kq-a  qədər)  əridici  istehsalı  yerləşən  Rey  şəhərində  qeydə  alınmışdır. 

Monçeqorskda (Kola yarımadası) nikel metallurgiya zavodunun ərazisindəki 

torpaqda nikelin  orta konsentrasiyası  170 mq/kq, maksimal  isə 5200 mq/kq 

təşkil  edir.  Bu  göstərici  Kamensk-Uralsk,  Zlatous,  Ala-  payevsk,  Polevsk 

şəhərləri ərazisində nikelin konsentrasiyası yüksəkdir. 



Nikelin  insan  sağlamlığına  təsiri.  Orqanizmdə  nikel  zəruri 

elementlərdən  biridir.  Bitkilərdə  miqdarı  (yaş  halda  çəkisinə  görə 

hesablandıqda)  5’10-5%,  heyvandarlıqda  1,010-^%-dir.  Heyvanların 

qaraciyəri,  dərisi  və  endokrin  vəzilərində  olur.  Müəyyən  edilmişdir  ki,  o, 

arginaza 

469 



viyyəni keçməsi Belova şəhərində sinkəridən zavodun yaxınlığında becərilən 

tərəvəzdə  qeydə  alınmışdır.  Kirovoqrad,  Qornyak,  Kamensk-  Uralsk, 

Çelyabinsk,  Vladiqafqaz  şəhərlərinin  və  mədənlərin  yaxınlığında  yerləşən 

yaşayış  məntəqələri  ərazisindəki  torpaqlarda  kadmiumun  ən  yüksək  orta 

miqdarı aşkar edilmişdir. 

Kadmiumun  sağlamlığa  təsiri.  Orqanizmdə  kadmiumun  saxlanmasına 

insanın  yaşı  təsir  göstərir.  Uşaq  və  yeniyetmələrdə  onun  sorulma  dərəcəsi 

böyüklərdə olduğundan 5 dəfə yüksəkdir. Kadmium ağciyər və mədə-bağırsaq 

traktından  absorbsiya  olunaraq  bir  neçə  dəqiqədən  sonra  qanda  müəyyən 

edilir, lakin onun səviyyəsi ilk sutkalar ərzində tez azalır. O, kanserogen (2A 

qrupu),  qonadotrop,  embriotrop,  mutag'en  və  nefrotoksiki  təsirə  malikdir. 

Hətta  aşağı  səviyyə  çirklənmədə  kadmiumun  əhali  üçün  əlverişsiz  təsirinin 

real təhlükə yaratması bu metalın yüksək bioloji kumulyasiyası (toplanması) 

ilə  əlaqədardır.  İşçi  zonasında  yüksək  konsentrasiyalı  kadmiumla  qısa 

kontaktda  olduqda  yüngül  fıbroza,  ağciyər  və  qaraciyərin  funksiyasının 

davamlı pozulmasına səbəb olur. 

Kadmiumun hədəf orqanları qaraciyər, böyrəklər, ilik, sperma, boru var i 

sümüklər  və  qismən  dalaq  hesab  olunur.  Kadmium  əsasən  qaraciyərdə 

toplanır,  onun  orqanizmdə  olan  ümumi  miqdarının  30%-ni  təşkil  edir. 

Kadmiumla xroniki zəhərlənmənin ən ağır forması İtay-İtay xəstəliyi sayılır. 

Bu xəstəlik ilk dəfə Yaponiyada aşkar olunmuşdur. Uzun illərdən bəri əhali 

mədəndən kadmium düşən çayın suyu ilə suvarılan tarlada becərilən düyü ilə 

qidalamrdı.  Burada  becərilən  düyünün  tərkibində  kadmiumun  miqdarı  1 

mkq/q-a  çataraq,  orqanizmdə  300  mkq-ı  keçir.  Vitaminin  və  kalsiumun 

çatışmazlığı,  həmçinin  hamiləlik  dövründə  zəifləməsi  ilə  əlaqədar  yaşı  45-i 

keçmiş  qadınlarda  bu  xəstəliyin  əmələ  gəlməsinə  patogenetik  faktor  səbəb 

olmuşdur. İtay^itay xəstəliyi skeletin deformasiyası ilə boyun qısalması, beldə 

və ayaq əzələlərində ağrılar, xəstələrdə «ördək yerişi» ilə xarakterizə olunur. 

Kadmiumun  kanserogen  effekti  bu  metalın  istehsalı  ilə  məşğul  olan 

fəhlələrdə xərçəng xəstəliyinin əmələ gəlməsində təzahür olunur. 

Arsen (As).  Bu metal  şərti  olaraq esensial mikroelementi sayılır. Təbii 

halda  onun  bioloji  transformasiyasının  nəticəsi  metilləşmiş  birləşmələri 

halında mövcuddur. Arsen ətraf mühitə atıntılar, çirkab suları və metallurgiya 

istehsalı tullantıları (xüsusilə mis və qızıl ərintilərindən), dəri və azot gübrələri 

zavodlarından, 

həmçinin 

arsentərkibli 

kömürün 


yandırılmasından, 

insektofunqisidlərin istehsalı və istifadəsi zamanı atılır. Müəyyən şəraitlərdə 

o,  dib  çöküntülərindən  maye  fazaya  miqrasiya  edərək,  səthi  su  mənbələrini 

çirkləndirir. 

Arsenin ətraf mühitdə miqdarı. Atmosfer havasında arsenin miqdarı 

468 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə