Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə160/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   156   157   158   159   160   161   162   163   ...   216

1956-cı ildə əvvəl uşaqlar (mərkəzi sinir sisteminin), sonra isə böyüklər 

(hərəkət  uyğunluğunun  pozulması,  eşitmə  qabiliyyətinin  pisləşməsi, 

həssaslığın itirilməsi) diaqnozdan keçirilmişdir. Görüş dairəsinin qısal- ması, 

əzələ riqidnostu, yüksək emosiyanın oyanması aşkar edilmişdir. Zərərçəkmiş 

adamların  hamısı  Minamata  körfəzində  tutulmuş  balıq  və  molyuskalarla 

qidalanmışdır.  Hərəkət  koordinasiyasının  pozulması  pişik  və  quşlarda  da 

müşahidə olunmuşdur. Onlarla insan ölmüş, bir çoxları sinir sistemində ağır 

zədələr almışdır. 1955-1959-cu illərdə Minama- tada doğulan hər üç uşaqdan 

birində  mərkəzi  sinir  sisteminin  pozulması;  fiziki  və  əqli  inkiaşfın  kənara 

çıxması müşahidə olunmuşdur. Bu faciənin nəticələri neçə-neçə illər davam 

etmişdir, 12 mindən artıq adam körfəzə 200-dən 600 tona qədər civəni körfəzə 

atan kimya müəssisələrinə öz iddialarını bildirdilər. 

İnsanların  metilcivə  ilə  zəhərlənməsi  civətərkibli  funqusidlərlə 

dərmanlanmış  (çirkləndirilmiş)  taxıldan  bişirilmiş  çörəklə  qidalanması  ilə 

əlaqədar baş vermişdir (İraq, Qvatemala, Şərqi Pakistan) (cədvəl 12.4). 

Kadmium  (Cd).  Kadmiumun  ətraf  mühitdə  yayılması  lokal  xarakter 

daşıyır.  O,  ətraf  mühitə  metallurgiya  istehsalının  tullantıları  ilə,  qalvanik 

istehsalının  çirkab  suları  ilə  (kadmiumlamadan  sonra),  kadmium  tərkibli 

stabilizatorlar,  piqmentlər,  boyalar  istifadə  olunan  istehsal  sahələrindən  və 



fosfat gübrələrindən istifadə edilməsi nəticəsində daxil olur. Bundan başqa, 

kadmium  iri  şəhərlərin  havasında  təkərlərin  sürtülməsi,  bəzi  plastik 

məmulatların,  boyaların  və  yapışdırıcı  materialların  eroziyası  nəticəsində 

mövcuddur. 

Orqanizmə daxil olan əlavə kadmium mənbəyi siqaret çəkilməsi sayılır. 

Bir siqaretin tərkibində 1-2 mkq kadmium olur və onun 10%-ə qədəri tənəffüs 

orqanlarına  daxil  olur.  Gün  ərzində  30  ədəd  siqaret  çəkən  adamın 

orqanizmində  40  il  ərzində  13-52  mkq  kadmium  toplanır,  bu  qida  ilə 

orqanizmə daxil olan miqdardan artıqdır. 

İçməli  suya  kadmium  istehsalat  tullantıları  ilə  çirklənmiş  su 

mənbələrindən,  suhazırlığı  mərhələsində  reagentlərdən,  həmçinin  su  kəməri 

konstruksiyalarının miqrasiyası nəticəsində daxil olur. Su ilə orqanizmə daxil 

olan kadmiumun payı ümumi sutkalıq dozanın 5-10%-i təşkil edir. 

Atmosfer  havasında  kadmiumun  normativi  0,3  mkq/m  -\  su  mənbələri 

suyunda 0,001 mq/1, torpaqda - qumlu və qumluca turş və neytral torpaqlarda 

uyğun olaraq 0,5, 1,0 və 2 mq/kq təşkil edir. 

ÜST-nin  tövsiyəsinə  əsasən  kadmiumun  YVS  (yol  verilən  səviyyəsi) 

həftə ərzində bədən kütləsinin 7 mkq/kq təşkil edir. 

Kadmiumla  çirklənmə  mənbələri  yerləşən  ərazilərdə,  onun  çirklənmiş 

sahələrdə becərilən kənd təsərrüfatı məhsullarından izafi daxil olma ehtimalını 

nəzərə almaq lazımdır. Məsələn, kadmiumun yol verilən sə- 

467 



psixi-sinir sisteminə ziyan vurur. 

Civənin sağlamlığa təsiri. Civə liol zəhəri sırasına aid olub, sulfohid- 

rat qrupu zülal birləşmələrini təcrid edərək, orqanizmin zülal mübadiləsini və 

fermentasiya fəaliyyətini pozur. Ətraf mühitdən qeyri-üzvi civənin əsas daxil 

olma yolu inhalyasiya hesab olunur. Atmosfer havasından insan orta hesabla 

sutka ərzində təxminən 1 mkq civə udur. Udulan civə buxarının 80%-ə qədəri 

ağciyərlərdə saxlanılır və qana daxil olaraq tez oksidləşir. Orqanizmə daxil 

olan  civənin  hamısı  praktiki  olaraq  tez  ion-  laşır.  İçməli  su  ilə  və  qida 

məhsulları ilə orqanizmə daxil olan civənin üzvi birləşmələri daha təhlükəli 

hesab  olunur.  Sutkada  qəbul  edilən  su  ilə  orqanizmə  0,4  mkq-dan  az  civə 

daxil olur. İstehsalatda civə ilə təmasda olmayan civənin əsas mənbəyi qida, 

başlıca olaraq balıq və balıq məhsulları sayılır. Yüksək çirklənməyə məruz 

qalmış  rayonlarda  bu  məhsullarda  civənin  sutkalıq  qəbulu  300  mkq-a  çata 

bilər, bu isə metil civə ilə zəhərlənməyə səbəb olur. Orqanizmə buxar halında 

daxil  olan  civə  tez  cift  (plasent)  vasitəsilə  keçir.  Civənin  üzvi  birləşmələri 

qeyri-üzvi  birləşmələrə  nisbətən  orqanizmdə  uzun  müddət  dəyişməz  halda 

qalır  və  hamatoensefalik  və  cift  maneəsindən  gec  keçir.  Südverən  anaların 

südündə civə birləşmələri toplana bilir, odur ki, balaca uşaqların qanında civə 

aşkar  edilir.  Qeyri-üzvi  civənin  yarımayrılması  dövrü  təxminən  80  sutka 

çəkir, daxil olan metilcivəninki isə 600 sutkadan artıq uzanır. 

Civənin  təsirindən  baş  verən  xəstəliklər.  24.2  saylı  cədvəldə  bəzi 

ölkələrdə  tərkibində  metilcivə  olan  məhsullarla  zəhərlənmə  nəticəsində 

əhalinin ölüm və xəstəlik hadisələrinin miqdarı verilir. 

Əhalinin  metilcivə ilə ilk kütləvi  xroniki zəhərlənməsi 1950-ci  illərdə 

Yaponiyada qeydə alınmışdır. «Çisso» kompaniyasının tərkibində civə olan 

çirkab  sularının  Minamata  buxtasına  atılması  civənin  metilcivəyə 

transformasiyasına səbəb olmuş və bunun nəticəsində orada balıqla qidalanan 

yerli əhali zəhərlənmi.^dir. 



Cədvəl 24.2 

Metilcivə ilə zəhərlənmə hadisələri 



Ölkə (metilcivənin daxil olma mənbəyi)

 

İl

 

Say

 

ölüm

 

xəstəlik

 

Yaponiya, Minamata (dəniz məhsulları)

 

1956

 

76

 

2262

 

İraq  (civə  tərkibli  pestisidlərlə  dərmanlanmış 



taxıl)

 

1961

 

35

 

321

 

Şərqi Pakistan (dərmanlanmış taxıl)

 

1963

 

4

 

34

 

Ovetemala (dərmanlanmış taxıl)

 

1966

 

20

 

45

 

Yaponiya, Niqata (dəniz məhsulları)

 

1968

 

5

 

690

 

İraq (dərmanlanmış taxıl)

 

1972

 

459

 

6350

 

466 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə