Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə161/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   157   158   159   160   161   162   163   164   ...   216

xarı qadınlar əziyyət çəkir. 

Civə  (lig).  Ən  toksik  metallardan  biri  olub,  ətraf  mühitdə  geniş 

yayılmışdır,  trofık  zəncirdə  bioakkumiyasiya  və  hərəkət  etmə  qabiliyyətinə 

malikdir.  Civənin  qida  zənciri  üzrə  hərəkətini  sadə  şəkildə  aşağıdakı  kimi 

göstərmək  olar:  su  -  dib  çöküntüləri  -  biota  (bentos,  fıto  -  zoo-  plankton), 

balıqla  qidalanan  balıqlar  və  quşlar.  Biokimyəvi  metilləşmə  prosesləri 

nəticəsində su sistemlərində əmələ gələn qurğuşunun üzvi birləşmələri daha 

təhlükəlidir. Civə ətraf mühitə civə tərkibli filizlərin çıxarılması və əridilməsi, 

sulfıd filizlərindən əridib əlvan metalların alınması, filizdən qızıl əldə edildiyi, 

sellülozun  ağardılması,  xlor,  kaustik,  vinilxlo-  rid,  elektrik  avadanlıqlarının 

(lampa, müxtəlif cərəyan mənbələri), ölçü və nəzarət cihazlarının (termometr, 

monometr),  civətərkibli  tibb  preparatlarının,  sementin  istehsalı,  civətərkibli 

pestisidlərin istifadəsi, daş kömür və mazutun yandırılması zamanı daxil olur. 

Tullantıların  yandırılması zamanı da ətraf mühitə xeyli miqdarda civə daxil 

olur. 

Atmosfer havasında civənin YVK 0,3 mkq/m"^, içməli suda 0,5 mkq/1, 



torpaqda isə 2,1 mq/kq təşkil edir. 

Ətraf mühitdə civənin miqdarı. Civə atmosfer havasında əksərən qaz- 

şəkilli formada olur. 

Civənin  torpaqda  toplanması  üzvi  karbon  və  kükürdün  miqdar 

səviyyəsinə görə təyin edilir. Civənin torpaqla ana süxurdan irsən keçmiş təbii 

halda  miqdarı  0,02-dən  03  mq/kq  arasında  tərəddüd  edir,  orta  hesabla  0,06 

mq/kq təşkil edib torpaq tipindən asılıdır. Şəhərlərdə torpaqda civənin miqdarı 

çoxlu miqdarda müxtəlif tullantıların olması ilə əlaqədar bir qədər çox olur. 

Civə suda üzvi v’ə qeyri-üzvi vəziyyətdə ola bilər. İçməli suda civənin 

əsas mənbəyi çirkab suları ilə çirklənmiş su mənbələri (məsələn, xlor- qələvi 

istehsalı), atmosfer və su hazırlığında istifadə edilən reagentlər hesab olunur. 

Quyu  suları  bilavasitə  quyu  nasosları  vasitəsilə  də  çirklənə  bilər.  Su 

mənbələrinin sularında civənin YVK səhiyyə-toksikoloji göstəricilərinə görə 

0,5 mkq/1 təşkil edir. Ətraf mühitdə qeyri-üzvi civə metal üzvi birləşmələrə, o 

cümlədən yüksək zəhərli metilləşmiş civəyə çevrilir. O, sü mühitində bioloji 

proseslər  nəticəsində  əmələ  gəlir  və  trofık  zəncirə  daxil  olaraq  yırtıcı 

balıqların  (akula,  tuns,  durnabalığı)  və  dəniz  məməli-  lərinin  (suiti,  balina) 

oraqizmində toplanır. İnsan orqanizminə metil civənin daxil olması əsasən bu 

məhsullardan isttifadə edildikdə baş verir. 

Toksiki maddələrin transsərhəd keçməsi, hətta Arktika regionu və digər 

sənaye  mərkəzlərindən  çox  uzaqda  yerləşən  ərazilərin  sülarını  civə  ilə 

çirkləndirir.  Arktikanm  ətraf  mühitinin  vəziyyətinə  nəzarət  və 

qiymətləndirilən Beynəlxalq Proqamm məlumatına görə, bu regionda civənin 

konsentrasiyası artmaqda davam edir və şimal əhalisi uşaqlarının 



465 


Qurğuşunun  yüksək  konsentrasiyası  reproduktiv,  əsəb  (sinir),  ürək- 

damar,  immunitet  və  endokrin  sistemlərinin  dəyişməsinə  səbəb  olur.  Onun 

toksiki təsiri böyrəklərin funksional vəziyyətinin dəyişməsində, hemoqlabinin 

əsası  -  hemanın  sintezində,  oksidləşmə  metabolizmin  proseslərində  və 

mübadilə enerjisində təzahür edir. 

Qurğuşunun psixi əsəb statusuna təsiri. Qurğuşunun təsirilə fəhlələrdə 

mərkəzi  əsəb  sisteminin  zədələnməsi  astenik  sindromla  (kəskin  zəiflik, 

yuxunun pozulması, baş ağrıları, hafizənin və diqqətin aşağı düşməsi), qorxu 

hissinin, depressiyanın formalaşması ilə səciyyələnir, hərəkət pozuntuları ilə 

müşayiət olunur (iflicə qədər). 

Əsəbilik əyilmə (kənara çıxma) kiçik uşaqlarda aşkar edilmişdir. Onlarda 

psixomotor  reaksiyasını  qurğuşunun  orqanizmə  daxil  olmasını  çirklənmiş 

torpaqla 

təmasda 

olmuş 


barmaqlarını, 

oyuncaqlarını 

yalamaqla 

əlaqələndirirlər. 

Qruğuşunun təsiri ilə böyrəklərin funksiyasının pozulması, hələ XIX 

əsrdə  qurğuşunlu  boyalarla  işləyən  rəssamların  sağlamlığını  yoxlayarkən 

qeydə alınmışdır. 

(Qurğuşunun  uzun  müddət  orqanizmə  daxil  olduqda  əvvəlcə  böyrək 

kanallarında öz vəziyyətinə qayıda bilmə dəyişiklikləri baş verir. Sonra- lar isə 

daha  kəskin  ağırlaşmalar  olur,  bu  isə  xroniki,  dönməyən  nefropa-  tiyanın 

inkişafı  ilə  nəticələnə  bilər  və  böyrək  çatışmazlığına  keçər.  Qurğuşunla  10 

ildən artıq təmasda olan adamlarda xroniki nefropatiyanın inkişaf risk dərəcəsi 

çoxalır, böyrək xəstəliklərindən ölənlərin sayının artması müşahidə olunur. 

Qurğuşunun  təsirindən  həm  də  xüsusilə  çirklənmə  rayonlarının 

yaxınlığında  yaşayan  uşaqların  sidikayırma  sistemi  əziyyət  çəkir.  Məsələn, 

Sankt-Peterburqda  akkumulyator  zavodunun  yaxınlığında  yaşayan  uşaqların 

böyrəklərinin  fəaliyyətinin  pozulması  aşkar  edilmişdir.  Onların  sidiklərində 

oksalatlarm miqdarının və sidiyin fıziki-kimyəvi xassələrinin dəyişməsi qeydə 

alınmışdır. 

Qurğuşunun ürək-damar sisteminə təsiri. Qurğuşunun təsiri miokar- 

dada  biokimyəvi  pozuntularla  nəticələnir,  bu  isə  natrium-kalsium 

mübadiləsinin  inqibirobaniyası  hesabına  mitoxondrin  zədələnməsi  ilə 

əlaqədardır.  Sankt-Peterburqda  akkumulyator  zavodunun  yaxınlığında 

yaşayan uşaqların qanının tərkibində qurğuşunun miqdarı çox olduğundan 000 

ml qanda 20 mkq-dan artıq) onlarda ürək-damar sistemində müəyyən dərəcədə 

funksional dəyişikliklər, qismən ürəyin  yığılma funksiyasının aşağı düşməsi 

aşkar edilmişdir. 

İnsanın  orqanizminə  daxil  olan  qurğuşun  sümüklərdə  toplanır.  Onun 

uzun  müddətli  təsiri  dayaq-hərəkət  aparatına  da  təsir  göstərərək, 



asteoporozun inkişafına səbəb ola bilər, bundan çox vaxt 50 yaşdan yu- 

464 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə