Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə150/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   146   147   148   149   150   151   152   153   ...   216

effektiv sayılır, kök sistemi ilə BP ilə çirklənmiş bitkidə belə yuyulma fayda 

vermir.  Bəzi  qida  məhsullarında  BP-in  miqdarı  aşağıdakı  hüdudda  dəyişir 

(mkq/kq). 

Kələm 


12,6... 28,5 

Kartof 


1,8 23,5 

Taxıldəni 0,08... 1,44 

Pomidor 

0,05...0,22 

Balıq 

0,3 ....... 3,9 



Süd 

0,01....0,02 

Bitkinin  orqanlarında  BP  qeyri-bərabər  paylanır.  Taxıl  bitkilərinin 

dənində onun yarpaq,gövdə və kök sisteminə nisbətən BP-in miqdarı 100 dəfə 

az  olur.  BP-nin  maksimal  miqdarı  kartofun  qabığında  toplanıb  0,34...3,72 

mkq7kq-a çatır. 

Günəbaxan  bitkisinin  toxumunda  BP,  əsasən,  onun  qabığında  toplanır, 

toxumunda isə 9 dəfə az olur. Bitki yağlarında toplanan BP-nin əsas mənbəyi 

onun  qabığı  sayılır.  Bitki  yağlarında  və  marqarində  BP-  nin  miqdarını 

azaltmaq  üçün  toxumun  qabığı  təmizləndikdən  sonra  istehsal  edilməsi 

məsləhət görülür. 

24.2.8. Polixlorbifenillər (PxB) 

Dünyada PXB-in istehsalı 4 mln. tondan artıqdır. 400 min ton PXB 

qlobal ekosistemdə dövr edir. 

PXB  probleminin  başlıca  həlli  onun  yalnız  qapalı  istehsal  sistemində 

istifadəsi hesab olunur. 

PXB-in  sintezi  dünyada  sənaye  miqyasında  1920-ci  illərin  sonunda 

həyata keçirilməyə başlandı. 1970-ci illərdə bir sıra məhsulların hazırlanması 

zamanı  ondan  istifadə  olunması  qadağan  edildi.  Lakin  PXB-in  buraxılması 

davam  etdirildi,  çünki  transformatorların,  kondensatorların  və  müxtəlif 

hidravlik  avadanlıqların  yığılmasında  ona  tələbat  çox  idi.  Kondensator  və 

transformatorların  sovol  (PXB)  sovtal  (PXB)  və  tri-  xlorbifenilin  (TXB) 

qarışığı) doldurucuları ilə kütləvi buraxılmasına 

1960-

 

cı  illərdən  başlandı  və  1989-1990-cı  illərə  qədər  bu  buraxılış 



dayandırılmadı. PXB-dən həm də lak, mum, sintetik qətran, epoksidli boyalar 

və  gəmilərin  alt  hissəsi  üçün  rənglər,  sürgü-soyuducu  mayelər  və  s. 

hazırlanmasında istifadə olunur. 

 



PXB ilə çirklənmiş düyüdən qadınların istifadə etməsi nəticəsində ölü 

doğulan uşaqlar və uşaqlarda ölüm hadisəsi artmışdır. 

 

Tərkibində  yüksək  miqdarda  PXB  olan  balıqla  qidalanan  anaların 



uşaqları  azçəkili  olmuşdur  (ABŞ,  Miçiqan  ştatı);  İsveçin  Baltikyanı 

sahillərində  balıqçıların  (anaların)  qanlarında  PXB-in  miqdarı  müqayisə 

qrupuna nisbətən 30% çox olmuşdur. 

491 



Rusiyada yüksək konsentrasiyalı benz(a)pirenin təsirinə 14 mln.-a qədər 

insan məruz qalır, o cümlədən 3 nq/m-^ konsentrasiyalı uzun müddətli təsirə 

məruz  qalanların  10  mln.-da  ağciyər  xəstəliyinin  baş  verməsi  ehtimalının 

tezliyi yüksəkdir. 

Dünyanın müxtəlif ölkələrində aparılan ekoloji-epidemioloji tədqiqatlar 

bir sıra sənaye şəhərlərində ağciyər xərçəngi xəstəliyindən ölənlərin sayı artır. 

İri  poladəridən  istehsalı  yerləşən  Rusiyanın  Krivoy-Roq  şəhərində  atmosfer 

havasrnda  benz(a)pirenin  konsentrasiyası  3  nq/m-'^-  dən  artıq  olduğundan 

ağciyərin  xərçəngi  xəstəliyindən  ölənlərin  sayı  xeyli  yüksəkdir.  Havada 

benz(a)pirenin konsentrasiyası yüksək olan sənaye şəhərlərində həm kişilərdə, 

həm də qadınlarda tənəffüs yollarında bəd- xassəli şişlərin olması ilə əlaqədar 

ölümün  sayının  yüksək  olması  aşkar  edilmişdir.  Bura  alüminium  və 

poladəridən  zavodlar  (Sverdlov  vilayəti)  və  neftayırma  sənayesi  (Ufa, 

Sterlitamak  və  İşim),  nikel  istehsalı  (Yuxarı  Ufaley,  Rey,  Norilsk  və  b.) 

zavodları  daxildir.  Maqnitoqorskda  hava  hövzəsində  benz(a)pirenin  orta 

konsentrasiyası 

YVK-nı 

9,4-12,1 



dəfə 

(9,4-12,lnq/m-'^)artıqdır. 

V.S.Koşkinanm  (1998)  məlumatına  görə  bu  şəhərdə  ağciyər  xərçəngi 

xəstəliyinin  göstəricisi  kişilərdə  1,5  dəfə  yüksəkdir.  Benz(a)  pirenlərin  əsas 

çirklənmə  mənbəyi  avtomobil  nəqliyyatı  (qurum  və  işlənmiş  qazlar)  sayılır. 

Bu  zaman  yalnız  torpaq  deyil,  həm  də  kənd  təsərrüfatı  sahələri  və  orada 

becərilən  bitkilər  çirklənməyə  məruz  qalır.  Avtomobil  nəqliyyatının  havaya 

buraxdığı qazlarla birlikdə ayrılan BP müxtəlif ekosistemlərin torpağının səthi 

üzərinə düşərək ətraf mühitdə gedən fıziki-kimyəvi və biokimyəvi proseslərdə 

aktiv iştirak edir. Bunun nəticəsində yola yaxın BP-lə zəhərlənən zona ayrılır. 

BP-lər əmələ gəldiyi mənbədən 3...25 km aralı məsafəyə qədər aparılır. 

Ətraf mühitdə BP və onun törəmələrinin yüksək davamlığı bu maddələrin 

tədricən torpaq, su, hava və digər təbii obyektlərdə toplanmasına səbəb olur. 

Torpağın çirklənməsi BP-nin kənd təsərrüfatı bitkilərində toplanmasına səbəb 

olur.  Lakin  BP  ilə  çirklənmiş  torpaqlarda  olan  mik-  roorqanizmlər 

oksidləşdirici  fermentlərin  köməyi  ilə  bu  maddələrin  parçalanmasına  şərait 

yaradır. BP ilə çirklənmiş torpaqların bioloji təmizlənmə yolu da mövcuddur. 

Torpaqda BP-nin fon miqdarı 0,2... 12,8 mkq/kq arasında tərəddüd edir. 

Avtomobil yollarına yaxın yerlərdə bu miqdar 200 mkq/kq-a qədər qalxa bilər. 

Torpaqda  BP-in  yüksək  miqdarı  yarandığı  mənbədən  (müəssisədən)  1  km 

məsafədə aşkar edilmişdir, mənbədən uzaqlaşdıqca BP- nin miqdarı azalır. BP 

ilə  aktiv  çirklənmiş  atmosfer  havasından  və  torpaqdan  bu  maddə  orada 

becərilən  bitkilər  tərəfindən  udulur.  BP  ilə  çirklənmiş  bitkini  30  dəqiqə 

müddətində isti su ilə yuduqda onun miqdarı 

1,5..

 

.2 dəfə azalır. Lakin bu əməliyyat hava ilə çirklənmiş bitkilər üçün 



490 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə