larin yeminə əlavə kimi istifadə olunur.
Qida məhsullarında nitrofuranlarm yol verilən konsentrasiyası təyin
olunmamışdır. Onların insanların qidasında mövcudluğu ehtimal olunur.
Yemdə nitrofuranlarm miqdarına məhdudiyyət qoyulması məqsədəuyğundur.
Nitrofuranlarm 25 mkq/kq-dan artıq konsentrasiyasının mutusion effektli
olması haqqında dəlillər vardır. Bəzi qida məhsullarında onların miqdar
səviyyəsi yüksək olub insanın sağlamlığı üçün təhlükəli hesab edilir.
Bəzi heyvan və bitki mənşəli qida məhsullarında təbii hormonlar və
hormonaoxşar birləşmələr vardır. Lakin onların miqdarı olduqca az olub insan
orqanizminə o qədər də təsiri hiss edilmir.
Kənd təsərrüfatı istehsalı praktikasında əksər hallarda süni hormo- nal
preparatlardan istifadə olunur, onların effektliyi təbii hormonlardan 100 dəfə
yüksəkdir. Süni preparatlar daha davamlı olub pis metabolizə olunur və
heyvan orqanizmində çoxlu miqdarda toplanır. Bu baxımdan dietilstilbestrol
(mutagen və kansorogen xassəli olmasına baxmayaraq) xüsusilə effektli olub
ondan geniş istifadə edilir. Bununla belə, heyvandarlıq məhsullarının bu
maddələrlə çirklənməsi barədə dəlillər də mövcuddur. Kənd təsərrüfatı
istehsalının praktikasında dərman preparatlarının geniş spektrdə tətbiqi qida
məhsullarında yuxarıda göstərilən maddələrin miqdarının maksimum
azalmasına yönəldilən gigiyena qaydalarına ciddi riayət edilməsi tələb olunur.
24.5.
ZƏRƏRVERİCİLƏRİN HƏYAT FƏALİYYƏTİ
MƏHSULLARI
Zərərvericilər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını aşağı salmaqla
yanaşı, həm də onun keyfiyyətini xeyli azaldır. Bu zaman qida maddələrinin
kimyəvi tərkibi və dad xassələri də dəyişir.
Zərərvericilər bilavasitə (birbaşa) və dolayı yolla zərər yetirir. Birbaşa
zərərlərə məhsul kütləsinin itkisi, onun keyfiyyətinin aşağı düşməsi, toxum
materialının səpin keyfiyyətinin pisləşməsi, həyat fəaliyyəti məhsullarının
çirklənməsi (o cümlədən ifrazatla) aiddir. Zərərvericilərin dolayı yolla zərəri
toxumun (dənin) öz-özünə qızmasına və toxum kütləsində rütubətin
qarışmasına səbəb olur. Zərərvericilər mikrofloranm yayılmasına da səbəb
olur, bəzən xəstəlik törədicilərini insana keçirir və ya insanda və heyvanda
xəstəlik törədir.
Meyvəyeyən tırtıllar almanın meyvəsini zədələyir, tərkibində kanse-
rogen təsirə malik olan ifrazat ayırır. Bu maddələr insektotoksinlər adlanır.
İnsektotoksinlər zərərvericilərin həyat fəaliyyəti məhsulu olub onlar
tərəfindən bitki zədələndikdə ayrılır, insan və heyvana toksiki (kan-
495
və harmonal preparatlar daha təhlükəli sayılır.
Dünyada istehsal olunan antibiotiklərin yarıya qədəri heyvandarlıqda
istifadə edilir. Böyük Britaniyada bütün quşlar (toyuq, qaz, ördək, hind quşu
və s.), donuz və sağılan inəklərin 90%-i, iribuynuzlu heyvanların 60%-i
tərkibində antibiotiklər olan yemlə qidalanır.
Rusiyada 1990-1995-ci illərdə yem və veterinariya məqsədilə 58 adda
preparatdan istifalə edilmişdir. Bir qayda olaraq antibiotiklər 1 ton yem
kütləsinə 50 ... 200 qram dozasında əlavə olunur. Onlardan balıq məhsulları
daşınarkən buza, konservant kimi kolbas qabığına əlavə edilməsində istifadə
olunur. Qida məhsullarında antibiotiklərin qalıqları allergiya reaksiyaları,
disbakterioz yarada bilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən
heyvandarlıq məhsullarında antibiotiklərin miqdarı üzrə aşağıdakı normalar
tövsiyə edilmişdir.
Cədvəl 24.13
Heyvandarlıq məhsullarında antibiotiklərin yol verilən norma
miqdarı (mkq/q və ya mkq/ml)
Antibiotiklər
Yumurta
Süd
Ət
Penisillin
0,06
0,006
0,018
Streptomisın
1
0,2
05
Neomisin
0,5
0,15
0,2
Xlortetrasiklin
0,05
0,02
0,05
Oksitetrasiklin
0,25
0,1
0,3
Tetrasiklin
0,5
0,1
0,3
Eritromitsin
0,3
0,04
03
Ollandomitsin
0,3
0,15
0,1
Spiramitsin
-
-
0,025
Tilozin
-
-
0,2
Novobiosin
05
0,15
01
Nistatin
7,1
1,1
4,3
Müəyyən edilmişdir ki, müxtəlif antibiotiklərdən tez-tez istifalə
olunduqda onların effektliyi azalır. Antimikrob maddələrin əmələ gəlməsinə
kömək edən birləşmələrin aşkar edilməsi perspektiv sayılır.
Sulfanilamidlər kənd təsərrüfatı heyvanlarının və quşlarının
müalicəsində və profilaktikasında istifadə olunur, odur ki, onların qida
məhsullarına düşməsi (xüsusən məhdud istifadə pozulduqda) istisna edilmir.
Sulfanilamidlər antibiotiklərlə müqayisədə az effektlidir, lakin onlar ucuz olub
daha əlverişlidir.
Nitrofuranlar yüksək antimikrob aktivliyinə malikdir, onlardan
antibiotiklərə, sulfanilamidlərə, davamlı infeksiyaya qarşı heyvan və quş-
494