Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə140/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   136   137   138   139   140   141   142   143   ...   216

Torpaq soğıılcanmm orta ölçüsü - uzunluğu 9.... 13 sm, Qafqazda 45 sm 

uzunluğunda  torpaq  soğulcanı  olur,  dünyanın  ən  iri  torpaq  soğulcanı  - 

Megascolides australia olub, uzunluğu 2,5 m-ə çatır. 

Torpaq soğulcanının sıxlığı orta hesabla 1 m--də 120 fərdə, kütləsi isə 50 

qrama çatır, (bir soğulcanın kütləsi 0,5-1,5 q təşkil edir). Əlverişli dövrlərdə 

torpaq soğulcanlarının sıxlığı 1 m^ sahədə 400...500 ədədə çatır. 

Soğulcanların əsas qida mənbəyi bitki qalıqlarıdır. Torpaq soğulc- anları 

torpağı  eşərək  onun  xassələrinə  təsir  göstərir.  Onlar  torpağı  qarışdırır  və 

yumşaldır,  üzvi  maddələrin  toplanmasına  səbəb  olaraq  humus  yaradır. 

Ilumuslaşma  üçün  əsas  iki  faktor  -  hava  və  nəmlik  vacibdir.  Torpaq 

soğulcanları  torpağın  aerasiyasını  yaxşılaşdırır,  rütubətin  mənimsənilməsini 

asanlaşdırır,  humuslaşma,  nitrifıkasiya  və  ammonifıka-  siya  proseslərini 

gücləndirir. 

Torpaq soğulcanı 10....15 sm dərinlikdə məskunlaşır. Quru havada 0,05 

m və daha çox dərinliyə miqrasiya edir və orada kapsul quraraq müvəqqəti 

yuxuya gedir (diapauza). 

Torpaq  soğulcanı  2,5  aya  qədər  ac  qala  bilər,  rütubətsevərdir, 

qidalanması üçün optimum temperatur 20...25^0, çoxalması üçün isə 

12..

 

. 17^C sayılır, aerasiyaya tələbkardır. 



Qumlu və gilli, turş və duzlu torpaqlar torpaq soğulcanının yetişdirilməsi 

üçün yararsız sayılır. Optimal mühit neytral və ya zəif turşdur, küləkdən çox 

qorxur.  Təbii  məskunlaşma  şəraitində  soğulcan  xəstələnmir  və  heç  bir 

epidemiyaya  məruz  qalmır.  Təbii  şəraitdə  soğulcanların  ölümünə  çox  vaxt 

torpağa hədsiz kimyəvi maddələr verilməsi səbəb olur. 

Torpağın keyfiyyətinin yaxşılaşdırılmasında torpaq soğulcanları kifayət 

qədər əhəmiyyətə malikdir. Ona görə də, onun süni yetişdirilməsi- nə diqqət 

ayrılmışdır.  Belə  ki,  Amerika  tədqiqatçılarının  çoxillik  seleksiya  işləri 

nəticəsində  1959-cu  ildə  Kaliforniyada  torpaq  soğulcanının  yeni 

növdəyişkənliyi  yetişdirildi və ona «qırmızı soğulcanın kaliforniya hibridi», 

yaxud sadəcə olaraq «kaliforniya qırmızı soğulcanı» adı verildi. 1979-cu ildən 

başlayaraq bu soğulcan hibridi Qərbi Avropada və Yaponiyada da artırılmağa 

başlandı. 

19.2.

 

AQROEKOSİSTEMLƏRDƏ 

TORPAQ SOĞULCANININ ƏHƏMİYYƏTİ 

Elmi  ədəbiyyatda  torpaqəmələgəlmə  prosesində  torpaq  soğulcanının 

müsbət təsirinə ilk dəfə ingilis təbiətşünası N.Yayt diqqət yetirdi. Bu məsələ 

haqqında  əsas  tədqiqatlar  isə  Ç.Darvinə  (1881)  məxsusdur.  O,  torpaq 

münbitliyinin formalaşmasında torpaq soğulcanının əhəmiyyətini göstərərək 

qeyd edir ki, kotan insanın qədim kəşflərindən biri olmuş 



362 


dur,  lakin  bu  kəşfdən  çox-çox  əvvəl  torpaq  soğulcanlar  tərəfindən  düzgün 

becərilmiş  və  həmişə  də  becəriləcəkdir.  Torpaq  soğulcanları  torpağa  yaxşı 

təsir  göstərir.  Onların  fəaliyyəti  nəticəsində  Rusiyanın,  Ukraynanın  milli 

sərvəti sayılan qaratorpaq yaranmışdır. 

Soğulcanlar  bir  tikə  üzvi  maddəni  udaraq  onu  bağırsaq  boşluğunda 

transformasiya  edərək  koprolit  şəklində  (daş  ifrazat)  ayırır.  Koprolit  torpaq 

divarını  seliklə  örtərək  torpağın  strukturunu  yaxşılaşdırır,  onu  hətta  su  ilə 

yuyulmaqdan  qoruyur.  Koprolitlərin  təsiri  nəticəsində  torpağın  biokimyəvi 

tərkibi  dəyişir.  Koprolit  münbit  bostan  torpağının  üst  qatı  ilə  müqayisədə 

tərkibində  5  dəfə  artıq  bioloji  azot,  7  dəfə  artıq  fosfor,  11  dəfə  çox  kalium 

saxlayır.  Koprulitlərdə  çoxlu  miqdarda  kalsiu-  mun  toplanması  torpaqda 

suyadavamlı  struktur  yaradır,  onun  susaxla-  ma  qabiliyyətini  yüksəldir. 

Bununla  yanaşı,  kalsium  mühitin  turşııluğu-  nu  aşağı  salır  və  bitkilərin 

xəstəliyə tutulmasına qarşı şərait yaradır (məsələn, fuzarioz, bakterioz, pas və 

s. xəstəliklər). 

Koprolitlərin  yanında  faydalı  mikroflora  sürətlə  inkişaf  edir.  Bütün 

bunlar bitkinin həyat şəraitini yaxşılaşdırır. Torpaq soğulcanı və digər canlı 

orqanizmlər  torpağı  makro  və  mikroelementlərlə,  boy  maddələri  ilə, 

antibiotiklərlə zənginləşdirir. 

1 m- torpaq səthinin altında soğulcanların ümumi hərəkətinin uzunluğu 1 

km-i keçir. Soğulcanın orta kütləsini 0,5 q, 1 m- sahədə onun sayını 50 fərd (1 

ha-da  500000  ədəd)  qəbul  etsək,  onda  1  sutka  ərzində  1  ha  sahədə 

soğulcanların bağırsağından 250000 q (0,25 ton) torpaq keçdiyini hesablamaq 

olar. Tutaq ki, il ərzində soğulcanların aktiv həyat fəaliyyəti 200 gün davam 

edir, belə olduqda, soğulcanların bağırsağından keçən torpağın miqdarı 50 t 

təşkil edir (0,25x200). 1 m- torpaqda 

400..

 

.600 fərd yaşayırsa, onda il ərzində 1 ha-da soğulcanlar 400-dən 600 



tona qədər torpaq həzm edir. 

N.A.Dimoya  görə  Orta  Asiyanın  suvarılan  torpaqlarında  1  m-sahədə 

soğulcanların sayı 150 fərddən çox təşkil edir və koprolitlərin illik məhsulu 

120 ton/ha-dan artıqdır. 



19.3.

 

BİOHUMUS VƏ ONUN AQROEKOLOJİ 

QİYMƏTLƏNDİRİLMƏSİ 

19.3.1.

 

Soğulcanların istifadəsi əsasında əldə edilən preparatlar. Bio- 

lıumus. Aqroekoloji qiymətləndirmə 

Soğulcanların yetişdirilməsi əsasında məişətdə «biohumus» adlanan çox 

qiymətli üzvi gübrə hazırlanır. 

Biohumus  qəhvəyi-boz  rəngli,  torpaq  iyi  verən  tonavari  dənəvari 

maddədir. 

363 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə