Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə137/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   133   134   135   136   137   138   139   140   ...   216

Biodinamik  fermalar  orqanizm  kimi  (orqanizmə  bənzər)  yaradılır. 

«Orqanizm»  termini  biodinamikada  mərkəz  sayılır.  «Orqanizm»  dedikdə, 

adətən,  bitki  və  ya  heyvan  nəzərdə  tutulur.  Lakin  bitki  və  heyvan 

qruplaşmaları,  «bitki-heyvan»  sistemi,  hətta  daha  böyük  ekoloji  vahidlər 

«orqanizmin» xarakterik əlamətləri ola bilər. 

Biodinamik  fermalar  özlərini  gübrələr  və  yemlə  təchiz  etməyə  çalışır. 

Burada gübrə kimi müxtəlif kompostlardan və xüsusi mineral əlavələrdən 

(silisium, buynuz unu, sümük unu, əhəng) istifadə olunur. 

Bitki  mühafizəsində  silisium  əsaslı  preparatlar,  həmçinin  bitki  mənşəli 

biodinamik preparatlar tətbiq edilir. 

18.2.3.

 

Üzvi-bioloji əkinçilik 

Bu istiqamət ekoloji, alternativ və bioloji, həmçinin Lemetr-Buş (Fransa) 

və ya Müller-Ruş (İsveçrə) texnologiyaları kimi eyni əhəmiyyətə malikdir. Bu 

əkinçiliyin  əsası  ondan  ibarətdir  ki,  torpaqlardan  mineral  maddələr  yalnız 

ionlar  formasında  deyil,  həmçinin  makromole-  kul(mikrosom)  formasında 

udulur. Onlar bitki üçün çətin mənimsənilən birləşmələri asan mənimsənilən 

birləşmələrə  çevirən  torpaq  mikroorqa-  nizmləri  üçün  qida  maddələri 

vəzifəsini  daşıyır.  Odur  ki,  üzvi-bioloji  əkinçilikdə  əsas  məsələ  torpaq 

mikroflorasını qidalandıraraq onu aktivləşdirmə yolu ilə torpağın münbitliyini 

yüksəltməkdir.  Bunun  üçün  kompost  torpağın  səthinə  verilir,  üst  qatları 

becərdikdə torpağın strukturunu saxlamağa çalışır. Bitkinin zərərvericilərdən 

və xəstəlkilərdən qorunması üzvi əkinçilikdə olduğu kimi aparılır. 



Torpağın  xassələri  növbəli  əkində  ot  qarışıqlarının  O^rgə,  gülül, 

xaşa,  noxud,  yonca,  xəşəmgül,  xardal,  qarabaşaq)  becərilməsi  yolu  ilə 

yaxşılaşdırılır. 

Ot qarışığının yaşıl kütləsi həm də yaxşı yem hesab olunur. Təsərrüfatda 

mal-qara olmadıqda yaşıl kütlə kompostlaşdırılır. 

Qeyd etmək lazımdır ki, bu sistemdən istifadə edildikdə tərkibində çətin 

həll olunan mineral elementlər olan gübrələrin (əhəng, bentonit, fosfat, sümük 

unu və s.) istifadəsi istisna edilmir. 



ANOS  sistemi.  Digər  sistemlərlə  müqayisədə  bu  sistem  ənənəvi  kənd 

təsərrüfatına  yaxındır.  O,  şərti  olaraq  «təbiətə,  təbiiliyə  yaxın»  adlanır  və 

əsasən üzvi-bioloji əkinçiliyə uyğun gəlir. Torpağın vəziyyətinin elmi təhlilinə 

əsaslanaraq, hər təsərrüfat üçün üzvi gübrələrin verilməsi haqqında fərdi plan 

hazırlanır.  Bütün  sintetik  preparatlardan  (gerbisitlərdən  başqa)  istifadə 

olunmağa  icazə  verilir,  lakin  məhsulda  kimyəvi  maddələrin  miqdarına 

ciddi nəzarət olunmalıdır. 

Qeyd  etmək  lazımdır  ki,  1986-cı  ildə  keçirilən  «ikinci  yaşıl  inqilaba 

doğru» Roma simpoziumundan sonra «ikinci yaşıl inqilab» anlayışı 

355 



meydana  gəldi.  R.M.Qazıəhmədov  və  L.Q.Naumova  qeyd  edirlər  ki,  bu 

istiqamətin konsepsiyası aqrosistemə verilən antropogen enerjini azaltmaq və 

onu biosistemin «daxili» enerjisi ilə əvəz etməkdən ibarətdir. 

Bununla  belə,  B,M.Mirkina  və  R.M.Qazıəhmədovun  tədqiqatlarına 

əsasən  kənd  təsərrüfatında  təbiətdən  istifadə  sisteminin  dəyişməsinə 

yönəldilən  «ikinci  yaşıl  inqilab»  «sosial  sifariş»  deyildir.  Belə  ki,  «birinci 

yaşıl  inqilab»m  əksinə  olaraq  kənd  təsərrüfatı  istehsalının  artmasına  yox, 

əksinə,  azalmasına  aparıb  çıxara  bilər.  Hərçənd  kənd  təsərrüfatının 

ekologiyalaşdırılması  «davamlı  inkişafın»  şərtlərindən  biri  kimi  labüddür 

(Başkin, 1991). 



Mikrogübrələr 

Mikrogübrələr  tərkibində  mikroelementlər  olan  gübrələrdir.  Bitkilərin 

tərkibində bu elementlərin miqdarı 0,01%-dən çox olmur. Lakin bu elementlər 

bitkinin  normal  böyüyüb  inkişaf  etməsi  üçün  zəruridir.  Bitkilərə  lazım  olan 

mikroelementlər optimal miqdardan az oduqda maddələr mübadiləsi pozulur 

və onlar inkişafdan qalır. Mikroelementlərə dəmir, mis, sink, bor, manqan, 



molibden, kobalt və s. daxildir. 

Yer  qabığında  dəmirin  (Fe)  miqdarı  yüksəkdir.  Lakin  normal  dren- 

ləşmiş (aerasiyalı) torpaqlarda praktiki olaraq onun həll olmayan birləşmələri 

əmələ  gəlir.  Su  ilə  doymuş,  pis  aerasiyalı  torpaqlarda  Fe  duz  (sulfıdlər, 

karbonatlar, fosfatlar) halına keçir və torpaq kalloidləri ilə möhkəm bağlı olur; 

üzvi maddələrlə o, həll olan və qismən həll olmayan birləşmələr əmələ gətirir. 

Bitki tərəfindən Fe2+ və Fe'*+ şəklində udulur, turş torpaqlar tərəfindən daha 

güclü udulur. Ali bitkilər yarpaqlarından dəmir oksidləri toplayır və töküntü 

ilə meşə döşənəyini dəmirlə zənginləşdirir. 

Dəmir  bitkilərin  həyatı  üçün  zəruri  olan  elementlərdən  biridir.  Bitkidə 

dəmir  çatışmadıqda  o,  xloroz  xəstəliyinə  tutulur  (yarpaqları  saralır).  bu  da 

xlorofilin  əmələgəlmə  prosesinin  zəifləməsi  ilə  əlaqədardır.  1-3  kq  dəmir 

kuporusu (dəmir-sulfat) 100 kq kompostla və ya peyinlə qarışdırıb bir hektara 

səpmək lazımdır. 

Torpaqda  mis  sulfıdlər,  sulfatlar,  karbonatlar  şəklində  olur.  Misin 

çatışmazlığı nəticəsində zülalın sintezi zəifləyir. Bitkilərdə misin miqdarı 1 kq 

quru maddədə 2-12 mq-a qədər olur. Gübrə kimi tərkibində mis olan yayılmış 

gübrə  piritdir.  O,  sulfat  turşusu  sənayesinin  tullantısı  olub,  tərkibində 

0,3-0,6% mis var. Onun tərkibinə həmçinin kobalt, molibden, sink və 50%-ə 

qədər  dəmir  daxildir.  Bu  mikroelement  hektara  1,5-2,0  kq  mis  hesabı  ilə 

verilir, bu da 20-25 kq mis kuporusuna bərabərdir. Onu mineral gübrələrlə də 

qarışdırıb vermək olar. 



356 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə