Biodinamik fermalar orqanizm kimi (orqanizmə bənzər) yaradılır.
«Orqanizm» termini biodinamikada mərkəz sayılır. «Orqanizm» dedikdə,
adətən, bitki və ya heyvan nəzərdə tutulur. Lakin bitki və heyvan
qruplaşmaları, «bitki-heyvan» sistemi, hətta daha böyük ekoloji vahidlər
«orqanizmin» xarakterik əlamətləri ola bilər.
Biodinamik fermalar özlərini gübrələr və yemlə təchiz etməyə çalışır.
Burada gübrə kimi müxtəlif kompostlardan və xüsusi mineral əlavələrdən
(silisium, buynuz unu, sümük unu, əhəng) istifadə olunur.
Bitki mühafizəsində silisium əsaslı preparatlar, həmçinin bitki mənşəli
biodinamik preparatlar tətbiq edilir.
18.2.3.
Üzvi-bioloji əkinçilik
Bu istiqamət ekoloji, alternativ və bioloji, həmçinin Lemetr-Buş (Fransa)
və ya Müller-Ruş (İsveçrə) texnologiyaları kimi eyni əhəmiyyətə malikdir. Bu
əkinçiliyin əsası ondan ibarətdir ki, torpaqlardan mineral maddələr yalnız
ionlar formasında deyil, həmçinin makromole- kul(mikrosom) formasında
udulur. Onlar bitki üçün çətin mənimsənilən birləşmələri asan mənimsənilən
birləşmələrə çevirən torpaq mikroorqa- nizmləri üçün qida maddələri
vəzifəsini daşıyır. Odur ki, üzvi-bioloji əkinçilikdə əsas məsələ torpaq
mikroflorasını qidalandıraraq onu aktivləşdirmə yolu ilə torpağın münbitliyini
yüksəltməkdir. Bunun üçün kompost torpağın səthinə verilir, üst qatları
becərdikdə torpağın strukturunu saxlamağa çalışır. Bitkinin zərərvericilərdən
və xəstəlkilərdən qorunması üzvi əkinçilikdə olduğu kimi aparılır.
Torpağın xassələri növbəli əkində ot qarışıqlarının O^rgə, gülül,
xaşa, noxud, yonca, xəşəmgül, xardal, qarabaşaq) becərilməsi yolu ilə
yaxşılaşdırılır.
Ot qarışığının yaşıl kütləsi həm də yaxşı yem hesab olunur. Təsərrüfatda
mal-qara olmadıqda yaşıl kütlə kompostlaşdırılır.
Qeyd etmək lazımdır ki, bu sistemdən istifadə edildikdə tərkibində çətin
həll olunan mineral elementlər olan gübrələrin (əhəng, bentonit, fosfat, sümük
unu və s.) istifadəsi istisna edilmir.
ANOS sistemi. Digər sistemlərlə müqayisədə bu sistem ənənəvi kənd
təsərrüfatına yaxındır. O, şərti olaraq «təbiətə, təbiiliyə yaxın» adlanır və
əsasən üzvi-bioloji əkinçiliyə uyğun gəlir. Torpağın vəziyyətinin elmi təhlilinə
əsaslanaraq, hər təsərrüfat üçün üzvi gübrələrin verilməsi haqqında fərdi plan
hazırlanır. Bütün sintetik preparatlardan (gerbisitlərdən başqa) istifadə
olunmağa icazə verilir, lakin məhsulda kimyəvi maddələrin miqdarına
ciddi nəzarət olunmalıdır.
Qeyd etmək lazımdır ki, 1986-cı ildə keçirilən «ikinci yaşıl inqilaba
doğru» Roma simpoziumundan sonra «ikinci yaşıl inqilab» anlayışı
355
meydana gəldi. R.M.Qazıəhmədov və L.Q.Naumova qeyd edirlər ki, bu
istiqamətin konsepsiyası aqrosistemə verilən antropogen enerjini azaltmaq və
onu biosistemin «daxili» enerjisi ilə əvəz etməkdən ibarətdir.
Bununla belə, B,M.Mirkina və R.M.Qazıəhmədovun tədqiqatlarına
əsasən kənd təsərrüfatında təbiətdən istifadə sisteminin dəyişməsinə
yönəldilən «ikinci yaşıl inqilab» «sosial sifariş» deyildir. Belə ki, «birinci
yaşıl inqilab»m əksinə olaraq kənd təsərrüfatı istehsalının artmasına yox,
əksinə, azalmasına aparıb çıxara bilər. Hərçənd kənd təsərrüfatının
ekologiyalaşdırılması «davamlı inkişafın» şərtlərindən biri kimi labüddür
(Başkin, 1991).
Mikrogübrələr
Mikrogübrələr tərkibində mikroelementlər olan gübrələrdir. Bitkilərin
tərkibində bu elementlərin miqdarı 0,01%-dən çox olmur. Lakin bu elementlər
bitkinin normal böyüyüb inkişaf etməsi üçün zəruridir. Bitkilərə lazım olan
mikroelementlər optimal miqdardan az oduqda maddələr mübadiləsi pozulur
və onlar inkişafdan qalır. Mikroelementlərə dəmir, mis, sink, bor, manqan,
molibden, kobalt və s. daxildir.
Yer qabığında dəmirin (Fe) miqdarı yüksəkdir. Lakin normal dren-
ləşmiş (aerasiyalı) torpaqlarda praktiki olaraq onun həll olmayan birləşmələri
əmələ gəlir. Su ilə doymuş, pis aerasiyalı torpaqlarda Fe duz (sulfıdlər,
karbonatlar, fosfatlar) halına keçir və torpaq kalloidləri ilə möhkəm bağlı olur;
üzvi maddələrlə o, həll olan və qismən həll olmayan birləşmələr əmələ gətirir.
Bitki tərəfindən Fe2+ və Fe'*+ şəklində udulur, turş torpaqlar tərəfindən daha
güclü udulur. Ali bitkilər yarpaqlarından dəmir oksidləri toplayır və töküntü
ilə meşə döşənəyini dəmirlə zənginləşdirir.
Dəmir bitkilərin həyatı üçün zəruri olan elementlərdən biridir. Bitkidə
dəmir çatışmadıqda o, xloroz xəstəliyinə tutulur (yarpaqları saralır). bu da
xlorofilin əmələgəlmə prosesinin zəifləməsi ilə əlaqədardır. 1-3 kq dəmir
kuporusu (dəmir-sulfat) 100 kq kompostla və ya peyinlə qarışdırıb bir hektara
səpmək lazımdır.
Torpaqda mis sulfıdlər, sulfatlar, karbonatlar şəklində olur. Misin
çatışmazlığı nəticəsində zülalın sintezi zəifləyir. Bitkilərdə misin miqdarı 1 kq
quru maddədə 2-12 mq-a qədər olur. Gübrə kimi tərkibində mis olan yayılmış
gübrə piritdir. O, sulfat turşusu sənayesinin tullantısı olub, tərkibində
0,3-0,6% mis var. Onun tərkibinə həmçinin kobalt, molibden, sink və 50%-ə
qədər dəmir daxildir. Bu mikroelement hektara 1,5-2,0 kq mis hesabı ilə
verilir, bu da 20-25 kq mis kuporusuna bərabərdir. Onu mineral gübrələrlə də
qarışdırıb vermək olar.
356