Torpaq soğıılcanmm orta ölçüsü - uzunluğu 9.... 13 sm, Qafqazda 45 sm
uzunluğunda torpaq soğulcanı olur, dünyanın ən iri torpaq soğulcanı -
Megascolides australia olub, uzunluğu 2,5 m-ə çatır.
Torpaq soğulcanının sıxlığı orta hesabla 1 m--də 120 fərdə, kütləsi isə 50
qrama çatır, (bir soğulcanın kütləsi 0,5-1,5 q təşkil edir). Əlverişli dövrlərdə
torpaq soğulcanlarının sıxlığı 1 m^ sahədə 400...500 ədədə çatır.
Soğulcanların əsas qida mənbəyi bitki qalıqlarıdır. Torpaq soğulc- anları
torpağı eşərək onun xassələrinə təsir göstərir. Onlar torpağı qarışdırır və
yumşaldır, üzvi maddələrin toplanmasına səbəb olaraq humus yaradır.
Ilumuslaşma üçün əsas iki faktor - hava və nəmlik vacibdir. Torpaq
soğulcanları torpağın aerasiyasını yaxşılaşdırır, rütubətin mənimsənilməsini
asanlaşdırır, humuslaşma, nitrifıkasiya və ammonifıka- siya proseslərini
gücləndirir.
Torpaq soğulcanı 10....15 sm dərinlikdə məskunlaşır. Quru havada 0,05
m və daha çox dərinliyə miqrasiya edir və orada kapsul quraraq müvəqqəti
yuxuya gedir (diapauza).
Torpaq soğulcanı 2,5 aya qədər ac qala bilər, rütubətsevərdir,
qidalanması üçün optimum temperatur 20...25^0, çoxalması üçün isə
12..
. 17^C sayılır, aerasiyaya tələbkardır.
Qumlu və gilli, turş və duzlu torpaqlar torpaq soğulcanının yetişdirilməsi
üçün yararsız sayılır. Optimal mühit neytral və ya zəif turşdur, küləkdən çox
qorxur. Təbii məskunlaşma şəraitində soğulcan xəstələnmir və heç bir
epidemiyaya məruz qalmır. Təbii şəraitdə soğulcanların ölümünə çox vaxt
torpağa hədsiz kimyəvi maddələr verilməsi səbəb olur.
Torpağın keyfiyyətinin yaxşılaşdırılmasında torpaq soğulcanları kifayət
qədər əhəmiyyətə malikdir. Ona görə də, onun süni yetişdirilməsi- nə diqqət
ayrılmışdır. Belə ki, Amerika tədqiqatçılarının çoxillik seleksiya işləri
nəticəsində 1959-cu ildə Kaliforniyada torpaq soğulcanının yeni
növdəyişkənliyi yetişdirildi və ona «qırmızı soğulcanın kaliforniya hibridi»,
yaxud sadəcə olaraq «kaliforniya qırmızı soğulcanı» adı verildi. 1979-cu ildən
başlayaraq bu soğulcan hibridi Qərbi Avropada və Yaponiyada da artırılmağa
başlandı.
19.2.
AQROEKOSİSTEMLƏRDƏ
TORPAQ SOĞULCANININ ƏHƏMİYYƏTİ
Elmi ədəbiyyatda torpaqəmələgəlmə prosesində torpaq soğulcanının
müsbət təsirinə ilk dəfə ingilis təbiətşünası N.Yayt diqqət yetirdi. Bu məsələ
haqqında əsas tədqiqatlar isə Ç.Darvinə (1881) məxsusdur. O, torpaq
münbitliyinin formalaşmasında torpaq soğulcanının əhəmiyyətini göstərərək
qeyd edir ki, kotan insanın qədim kəşflərindən biri olmuş
362
dur, lakin bu kəşfdən çox-çox əvvəl torpaq soğulcanlar tərəfindən düzgün
becərilmiş və həmişə də becəriləcəkdir. Torpaq soğulcanları torpağa yaxşı
təsir göstərir. Onların fəaliyyəti nəticəsində Rusiyanın, Ukraynanın milli
sərvəti sayılan qaratorpaq yaranmışdır.
Soğulcanlar bir tikə üzvi maddəni udaraq onu bağırsaq boşluğunda
transformasiya edərək koprolit şəklində (daş ifrazat) ayırır. Koprolit torpaq
divarını seliklə örtərək torpağın strukturunu yaxşılaşdırır, onu hətta su ilə
yuyulmaqdan qoruyur. Koprolitlərin təsiri nəticəsində torpağın biokimyəvi
tərkibi dəyişir. Koprolit münbit bostan torpağının üst qatı ilə müqayisədə
tərkibində 5 dəfə artıq bioloji azot, 7 dəfə artıq fosfor, 11 dəfə çox kalium
saxlayır. Koprulitlərdə çoxlu miqdarda kalsiu- mun toplanması torpaqda
suyadavamlı struktur yaradır, onun susaxla- ma qabiliyyətini yüksəldir.
Bununla yanaşı, kalsium mühitin turşııluğu- nu aşağı salır və bitkilərin
xəstəliyə tutulmasına qarşı şərait yaradır (məsələn, fuzarioz, bakterioz, pas və
s. xəstəliklər).
Koprolitlərin yanında faydalı mikroflora sürətlə inkişaf edir. Bütün
bunlar bitkinin həyat şəraitini yaxşılaşdırır. Torpaq soğulcanı və digər canlı
orqanizmlər torpağı makro və mikroelementlərlə, boy maddələri ilə,
antibiotiklərlə zənginləşdirir.
1 m- torpaq səthinin altında soğulcanların ümumi hərəkətinin uzunluğu 1
km-i keçir. Soğulcanın orta kütləsini 0,5 q, 1 m- sahədə onun sayını 50 fərd (1
ha-da 500000 ədəd) qəbul etsək, onda 1 sutka ərzində 1 ha sahədə
soğulcanların bağırsağından 250000 q (0,25 ton) torpaq keçdiyini hesablamaq
olar. Tutaq ki, il ərzində soğulcanların aktiv həyat fəaliyyəti 200 gün davam
edir, belə olduqda, soğulcanların bağırsağından keçən torpağın miqdarı 50 t
təşkil edir (0,25x200). 1 m- torpaqda
400..
.600 fərd yaşayırsa, onda il ərzində 1 ha-da soğulcanlar 400-dən 600
tona qədər torpaq həzm edir.
N.A.Dimoya görə Orta Asiyanın suvarılan torpaqlarında 1 m-sahədə
soğulcanların sayı 150 fərddən çox təşkil edir və koprolitlərin illik məhsulu
120 ton/ha-dan artıqdır.
19.3.
BİOHUMUS VƏ ONUN AQROEKOLOJİ
QİYMƏTLƏNDİRİLMƏSİ
19.3.1.
Soğulcanların istifadəsi əsasında əldə edilən preparatlar. Bio-
lıumus. Aqroekoloji qiymətləndirmə
Soğulcanların yetişdirilməsi əsasında məişətdə «biohumus» adlanan çox
qiymətli üzvi gübrə hazırlanır.
Biohumus qəhvəyi-boz rəngli, torpaq iyi verən tonavari dənəvari
maddədir.
363