Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə148/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   144   145   146   147   148   149   150   151   ...   216

larin yeminə əlavə kimi istifadə olunur. 

Qida  məhsullarında  nitrofuranlarm  yol  verilən  konsentrasiyası  təyin 

olunmamışdır.  Onların  insanların  qidasında  mövcudluğu  ehtimal  olunur. 

Yemdə nitrofuranlarm miqdarına məhdudiyyət qoyulması məqsədəuyğundur. 

Nitrofuranlarm  25  mkq/kq-dan  artıq  konsentrasiyasının  mutusion  effektli 

olması  haqqında  dəlillər  vardır.  Bəzi  qida  məhsullarında  onların  miqdar 

səviyyəsi yüksək olub insanın sağlamlığı üçün təhlükəli hesab edilir. 

Bəzi  heyvan  və  bitki  mənşəli  qida  məhsullarında  təbii  hormonlar  və 

hormonaoxşar birləşmələr vardır. Lakin onların miqdarı olduqca az olub insan 

orqanizminə o qədər də təsiri hiss edilmir. 

Kənd  təsərrüfatı  istehsalı  praktikasında  əksər  hallarda  süni  hormo-  nal 

preparatlardan istifadə olunur, onların effektliyi təbii hormonlardan 100 dəfə 

yüksəkdir.  Süni  preparatlar  daha  davamlı  olub  pis  metabolizə  olunur  və 

heyvan orqanizmində çoxlu miqdarda toplanır. Bu baxımdan dietilstilbestrol 

(mutagen və kansorogen xassəli olmasına baxmayaraq) xüsusilə effektli olub 

ondan  geniş  istifadə  edilir.  Bununla  belə,  heyvandarlıq  məhsullarının  bu 

maddələrlə  çirklənməsi  barədə  dəlillər  də  mövcuddur.  Kənd  təsərrüfatı 

istehsalının praktikasında dərman preparatlarının geniş spektrdə tətbiqi qida 

məhsullarında  yuxarıda  göstərilən  maddələrin  miqdarının  maksimum 

azalmasına yönəldilən gigiyena qaydalarına ciddi riayət edilməsi tələb olunur. 

24.5.

 

ZƏRƏRVERİCİLƏRİN HƏYAT FƏALİYYƏTİ 



MƏHSULLARI 

Zərərvericilər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını aşağı salmaqla 

yanaşı, həm də onun keyfiyyətini xeyli azaldır. Bu zaman qida maddələrinin 

kimyəvi tərkibi və dad xassələri də dəyişir. 

Zərərvericilər  bilavasitə  (birbaşa)  və  dolayı  yolla  zərər  yetirir.  Birbaşa 

zərərlərə  məhsul  kütləsinin  itkisi,  onun  keyfiyyətinin  aşağı  düşməsi,  toxum 

materialının  səpin  keyfiyyətinin  pisləşməsi,  həyat  fəaliyyəti  məhsullarının 

çirklənməsi (o cümlədən ifrazatla) aiddir. Zərərvericilərin dolayı yolla zərəri 

toxumun  (dənin)  öz-özünə  qızmasına  və  toxum  kütləsində  rütubətin 

qarışmasına  səbəb  olur.  Zərərvericilər  mikrofloranm  yayılmasına  da  səbəb 

olur,  bəzən  xəstəlik  törədicilərini  insana  keçirir  və  ya  insanda  və  heyvanda 

xəstəlik törədir. 

Meyvəyeyən  tırtıllar  almanın  meyvəsini  zədələyir,  tərkibində  kanse- 

rogen təsirə malik olan ifrazat ayırır. Bu maddələr insektotoksinlər adlanır. 

İnsektotoksinlər  zərərvericilərin  həyat  fəaliyyəti  məhsulu  olub  onlar 

tərəfindən bitki zədələndikdə ayrılır, insan və heyvana toksiki (kan- 



495 


və harmonal preparatlar daha təhlükəli sayılır. 

Dünyada  istehsal  olunan  antibiotiklərin  yarıya  qədəri  heyvandarlıqda 

istifadə edilir. Böyük Britaniyada bütün quşlar (toyuq, qaz, ördək, hind quşu 

və  s.),  donuz  və  sağılan  inəklərin  90%-i,  iribuynuzlu  heyvanların  60%-i 

tərkibində antibiotiklər olan yemlə qidalanır. 

Rusiyada  1990-1995-ci  illərdə  yem  və  veterinariya  məqsədilə  58  adda 

preparatdan  istifalə  edilmişdir.  Bir  qayda  olaraq  antibiotiklər  1  ton  yem 

kütləsinə 50 ... 200 qram dozasında əlavə olunur. Onlardan balıq məhsulları 

daşınarkən buza, konservant kimi kolbas qabığına əlavə edilməsində istifadə 

olunur.  Qida  məhsullarında  antibiotiklərin  qalıqları  allergiya  reaksiyaları, 

disbakterioz  yarada  bilər.  Ümumdünya  Səhiyyə  Təşkilatı  (ÜST)  tərəfindən 

heyvandarlıq  məhsullarında  antibiotiklərin  miqdarı  üzrə  aşağıdakı  normalar 

tövsiyə edilmişdir. 

Cədvəl 24.13 

Heyvandarlıq məhsullarında antibiotiklərin yol verilən norma 

miqdarı (mkq/q və ya mkq/ml) 

Antibiotiklər

 

Yumurta

 

Süd

 

Ət

 

Penisillin

 

0,06

 

0,006

 

0,018

 

Streptomisın

 

1

 

0,2

 

05

 

Neomisin

 

0,5

 

0,15

 

0,2

 

Xlortetrasiklin

 

0,05

 

0,02

 

0,05

 

Oksitetrasiklin

 

0,25

 

0,1

 

0,3

 

Tetrasiklin

 

0,5

 

0,1

 

0,3

 

Eritromitsin

 

0,3

 

0,04

 

03

 

Ollandomitsin

 

0,3

 

0,15

 

0,1

 

Spiramitsin

 

-



 

-

 



0,025

 

Tilozin

 

-

 



-

 

0,2

 

Novobiosin

 

05

 

0,15

 

01

 

Nistatin

 

7,1

 

1,1

 

4,3

 

Müəyyən  edilmişdir  ki,  müxtəlif  antibiotiklərdən  tez-tez  istifalə 



olunduqda onların effektliyi azalır. Antimikrob maddələrin əmələ gəlməsinə 

kömək edən birləşmələrin aşkar edilməsi perspektiv sayılır. 



Sulfanilamidlər  kənd  təsərrüfatı  heyvanlarının  və  quşlarının 

müalicəsində  və  profilaktikasında  istifadə  olunur,  odur  ki,  onların  qida 

məhsullarına düşməsi (xüsusən məhdud istifadə pozulduqda) istisna edilmir. 

Sulfanilamidlər antibiotiklərlə müqayisədə az effektlidir, lakin onlar ucuz olub 

daha əlverişlidir. 

Nitrofuranlar  yüksək  antimikrob  aktivliyinə  malikdir,  onlardan 

antibiotiklərə, sulfanilamidlərə, davamlı infeksiyaya qarşı heyvan və quş- 



494 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə