Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə144/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   140   141   142   143   144   145   146   147   ...   216

nəzarət  orqanlarının  (veterinär  inspeksiyası  aqrokimyəvi  xidmət  idarəsi, 

sııperid  nəzarət,  dövlət  çörək  inspeksiyası)  nəzarətinin  nəticələri;  məhsulun 

tədarük  şəraitinin  analizi  haqqında  sənədlər  24.4  saylı  şəkildə  qida 

məhsullarına sistemin ümumiləşdirilmiş fəaliyyət sxemi verilmişdir. 

 

Şəkil 24.3. Müxtəlif mərhələlərdə qida məhsullarının istehsalının və istifadəsinin 

keyfiyyətinə nəzarət sistemi 

Məhsulun sertifıkatlaşdırılmasmm aparılması qaydası aşağıdakı kimidir: 

sertifikatlaşdırma  üçün  ərizənin  təqdimi  və  ona  baxılması;  nümunələrin 

seçilməsi, eyniləşdirilməsi və onların analizi; istehsalın qiymətləndirilməsi və 

ya keyfiyyət sisteminin sertifikatlaşdırılması; əldə olunan nəticələrin təhlili və 

sertifikatın  verilməsinin  mümkünlüyü  haqqında  qərarın  qəbul  olunması; 

sertifikatın və lisenziyanın verilməsi; sertifikatlaşdırılmış məhsula inspeksiya 

nəzarətinin  həyata  keçirilməsi.  Sertifikatlaşdırma  orqanları  verdikləri 

uyğunluq sertifikatlarının uçotunu aparır. 

Ekoloji  sertüıkatlaşdırmanın  vəzifələri  (Koltsova görə, 1995). Bütün 

həyat tsikli mərhələlərində məhsulun təhlükəsizliyinin təmin olunması; təyin 

olunmuş ekoloji tələblərə cavab verməyən məhsulun yayılmasının (satışının) 

dayandırılması və ya qadağan olunması; ekoloji baxımdan yaxşı göstəriciləri 

olan məhsulun satışına təsir göstərmək və ölkə istehsalçılarını əliəyri (şərəfsiz) 

rəqabətdən  mühafizə  etməli;  ölkəyə  xaricdən  ekoloji  xəhətdən  keyfiyyətsiz 

malların daxil olmasmm qarşısını almaq; 

504 



vandaıiıq axmtılarmda həll olan azot, fosfor və kalium üzvi birləşmələrinin tez 

bir  zamanda  mikroflora  tərəfindən  oksidləşməsinə  səbəb  olur.  Xüsusi 

yaradılan əlverişli mühitdə mikroorqanizmlər aktiv surətdə bu birləşmələrdən 

istifadə edir və tez artaraq onları öz biokütləsində toplayır. Bu yolla iki gübrə 

fraksiyası əldə edilir: bərk (ilkin durulducudakı qalıq) və mikroorqanizmlərin 

kütləsi.  Aktiv  mikroorqanizmlərlə  durul-  ducudakı  qalığın  1:1  nisbətində 

lOO^C-dən 

yuxarı 


temperaturda 

qurudularaq 

«Bamil» 

(aktiv 


mikroorqanizmlərin biokütləsi) biogübrəsi alınır, bu gübrənin tərkibi 5% azot, 

1,6%  fosfor,  0,5%  kalium,  7%  kalsium,  həmçinin  mikroelementlərdən 

ibarətdir.  Belə  gübrə  torpağın  bioloji  aktivliyinə  müsbət  təsir  göstərir  və 

ekoloji  tələblərə  cavab  verir  (ağır  metallarla,  dərman  preparatları  ilə, 

helmintlərlə  çirklənmə  olmur),  ürriumi  mikrob  toxumlamasının  azalmasına 

şərait yaradır. 

Bioloji gölməçələrdə toplanan sudan suvarmada və balıq yetişdir- mədə 

(qalmalın, karp və s.) istifadə etmək olar. 



24.9.

 

QİDA MƏHSULUNUN SERTİFİKATLAŞDIRILMASI 

Sertifikatlaşdırma  -  məhsulun  keyfiyyətini  qiymətləndirmək  üçündür. 

Qida  məhsullarının  məcburi  sertifikatlaşdırılması  YVK  və  DOK  üzrə  təyin 

olunmuş  normativ  sənədlərə  uyğun  yerinə  yetirilərək  və  insanın  və  ətraf 

mühitin  sağlamlığının  təhlükəsizliyinin  təmin  olunmasına  yönəldilmişdir. 

Məsələn,  1996-cı  ildə  Rusiyada  1,5  mln.  ərzaq  xammalı  və  qida  məhsulu 

nümunələri tədqiq edilmiş, onların 2,9%-i gigiyena normativlərinin tələblərinə 

cavab verməmişdir. 

Məcburi  sertifikasiya  aid  olan  13  eynicinsli  məhsul  qrupuna  bölünür 

(taxıl və onun işlənmiş məhsulları, çörək-bulka və çörəkçilik məmulatı; bitki 

yağları və yağ-piy məhsulları; ət və ət məhsulları və s.). 

Sertifikasiya  zamanı  məhsulun  keyfiyyətinin  xarakteristikasını 

(göstəricilərini) yoxlamaq üçün keçirilən sınaqlar aşağıdakıları aşkar etməyə 

imkan yarady: məhsulun insan və ətraf mühitin sağlamlığının təhlükəsizliyinin 

təmin  edilməsinə  yönəldilən  tələblərə  uyğunluğunu  tam  və  dəqiq  təsdiq 

etmək;  məhsulun  orqanoleptik  xassələri  və  kimyəvi  tərkibi  haqqında 

informasiya əldə etmək. 

Fermer  təsərrüfatları  və  kənd  təsərrüfatı  müəssisələrinin  istehsal  etdiyi 

məhsul xammalı və qida məhsulları  «Fermer təsərrüfatlarının istehsal etdiyi 

qida 


məhsullarının 

sertifikasiya 

qaydaları»na 

uyğun 


olaraq 

sertifikatlaşdırılmalıdır. Bitkiçilik və heyvandarlıq məhsullarına (o cümlədən 

fermer  təsərrüfatları  tərəfindən  istehsal  edilən)  sertifikat  ərizəçi  (məlumat 

verən) tərəfindən təqdim olunan sənədlərin təhlilindən sonra sertifikatlaşdırma 

üzrə orqan tərəfindən verilə bilər. Bu sənədlərdə 

503 



asını yenidən işləməklə (emal etməklə) tullantılardan bioqaz və ekoloji təmiz 

gübrə əldə edilməsi və s. göstərmək olar. 

Azotfıksəedən  mikroorqanizmlər  ekoloji  təmiz  və  kənd  təsərrüfatı 

məhsullarının keyfiyyətinə faydalı təsir göstərən biogübrələrin istehsalı üçün 

yaxşı əsas sayılır. 

Mikroorqanizmlər  patogen  mikrofloranm  inkişafını  sıxışdıran  fizioloji 

aktiv  maddələr  -  fitohormonlar,  antibiotiklər  və  metabolizmin  digər 

məhsullarını  yaradır.  Bununla  yanaşı,  mikroorqanizmlər  makro  və  mik- 

roelementlərin  bitki  üçün  əlverişliyini  artırmağı  stimullaşdırır.  Bakterial 

gübrələrin tətbiqi nitratlarla çirklənmənin qarşısını alır və yüksək keyfiyyətli 

kənd təsərrüfatı məhsulu almağı təmin edir. 

Belə  növ  gübrələrin  əksəriyyəti  Rhizobium  bakteriya  cinsi  əsasında 

hazırlanır.  Bu  məqsədlə  Azotobacterdən  istifadə  olunduqda  müsbət  təcrübə 

əldə  edilmişdir.  Son  illər  Klebsiella  cinsindən  olan  bakteriyadan  alınan 

preparatlar,  həmçinin  poliştamm  (bir  neçə  saf  mikroorqanizm  kul-  turu) 

kompozisiyası da (iki və daha çox ştamm) daha perspektiv sayılmışdır. Belə 

kompozisiyalar  öz  effektivliyinə  görə  nadir  hesab  edilir.  Mikrob 

preparatlarının əksəriyyəti torf əsasında dənəvər və ya toz halında, həmçinin 

yağlı-emulsiya  və  ya  hüceyrələrin  dondurulmuş  konsen-  trat  şəklində 

hazırlanır. 

Mikrob  inokulyantların  böyük  istehsalçıları  Avstriya,  Hindistan,  ABŞ 

hesab olunur. 

İstehsalın  təşkili  və  biopreparatlardan  səmərəli  istifadə  edilməsi 

perspektivdə  əsas  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığının  orta  hesabla 

20...25% yüksəlməsinə imkan verəcək, daha yüksək keyfiyyətli məhsul əldə 

olunmasına  zəmin  yaradacaq,  becərilən  bitkilərin  vegetasiya  müddəti 

15...25%  qısalacaq,  istehsalın  rentabelliyi  yüksələcəkdir.  Bununla  yanaşı, 

tədqiqatların nəticələri göstərdi ki, mikrob inokulyantla- rın tətbiqi ilə 1 ha-a 

50-60  kq  azot  gübrəsinə  qənaət  olunur,  pestisidlərdən  istifadə  xeyli  azalır. 

Bütün bunların nəticəsində kənd təsərrüfatı istehsalının ekologiyalaşdırılması 

proseslərinin formalaşması və inkişafına zşmin yaranır. 

Preparatların tətbiqi nəticələrindən bir neçə faktiki rəqəmlərin verilməsi 

yerinə  düşərdi.  Bir  qayda  olaraq,  bu  preparatlar  yaxşı  istehsalat  və  iqtisadi 

göstəricilərə  nail  olmağa  imkan  yaradır.  Məsələn,  bir  hektara  verilən  hər 

preparat  «payı»  tərəvəzdən  20,.30  ton,  taxıldan  0,5...0,8  ton,  katofdan  isə 

1,5...2,0 ton əlavə məhsul əldə etmək olar. 

Ekoloji  baxımdan  digər  mühüm  istiqamət  biotexnoloji  proseslərin 

imkanlarından - heyvandarlıq tullantılarının bioloji işlənməsi (emalı) yolu ilə 

mikrob gübrələrinin alınmasıdır. Bu məqsədlə aerotenklərdən istifadə edilir, 

bu zaman intensiv aerasiya və mayenin qarışması hey- 



502 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə