Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə152/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   148   149   150   151   152   153   154   155   ...   216

öyrənilməsinə  diqqətin  artması,  onun  hətta  sənaye  istehsalı  və  insan 

fəaliyyətinin təsiri olmayan ərazilərdə (məsələn Arktikada) aşkar olunmasıdır. 

Dünyada ən təhlükəli DÜÇ-in siyahısına aşağıdakı 12 birləşmə daxildir: arzu 

olunmayan  əlavə  üzvi  məhsullar  -  polixlordibenzodioksinlər  (PXDD)  və 



polixlordibenzofuranlar  (PXDF),  sənaye  məhsulları  poüxlor-  bifenillər 

(PXB)  və  heksaxlorbenzol  (HXB),  həmçinin  8  pestisidlər  (DDT,  aldrin, 



dieldrin, endrin, xlordan, mikers, toksafen və beptaxlor). 

2002-ci'ildə  dünyanın  bir  çox  ölkələri  DÜÇ  üzrə  Stokholm 

konvensiyasını  təsdiq  etdilər.  Konvensiyanın  tərəfləri  müəyyən  məqsədlə 

DÜÇ-  nin  istehsalı  və  istifadəsi  nəticəsində  əmələ  gələn  tullantıların 

azaldılması  və  ya ləğv  edilməsi, bu istiqamətdə tədqiqatların aparılması,  bu 

məsələlər  ilə  cəmiyyəti  məlumatlandırmaq  və  xəbərdarlıq  etmək  üzrə  əsas 

fəaliyyətlərin (işlərin) yerinə yetirilməsi haqqında sazişə gəldilər. 

Cədvəl 24.9 

Dioksinlər və PXB problemlərinin xronologiyası 

İllər 

Hadisə 


1936 

Dausiddən istifadə etməklə oduncağın konservasiyası ilə məşğul 

olan fəhlələr arasında (ABŞ-m Missisipi ştatı) kütləvi xəstəliklərin 

əmələ gəlməsi 

1949 

Qərbi Vircininin (ABŞ) Monsanto firmasının zavodunda 288 



fəhlənin dioksinlərlə zədələnməsi 

1957 


ABŞ-m cənubunda yemin pentaxlorfenolla çirklənməsi nəticəsində 

milyondan artıq cücənin məhv olması 

1968 

Yaponiyanın YU-ŞO kəndində 1786 adamın «yağ» xəstəliyinə 



tutulması (düyünün PXB ilə çirklənməsi ilə əlaqədar) 

1974  Vyetnam qadınlarının südündə TXDD-nin aşkar olunması 

1976 

Sevezoda (İtaliyada) «Hoffman - LaRoche» firmasının trixlorfenol 



istehsalı zavodunda faciə 

1979 


Tayvan adasında Yu-Çenq vilayətində düyünün PXB ilə 

çirklənməsi ilə əlaqədar 2600 adamın zədələnməsi 

2001 

Stokholmda BMT-nin DÜÇ üzrə konfransı; «Rusiyada dioksinlər» 



monoqrafiyasının nəşri 

DÜÇ-lərin əksəriyyəti kanserogen maddələrdir (cədvəl 24.10). Onlardan 

ən toksikləri dioksin 2, 3, 7, 8, TXDD (tetraxlordibenzo-n diok- sin) M AIR I 

qrup maddələrə aid edilib, onun bədxassəli yeni törəmələr əmələ gətirməsi tam 

təsdiqini tapmışdır. Ekoloji-epidemioloji tədqiqatlar göstərir ki, DÜÇ politrop 

təsirə  malikdir,  aqrar  rayonlarda  o,  pestisidlərin  təsiri  ilə,  sənaye 

mərkəzlərində və tikinti yerlərində isə - dioksinlər və PXB-in tullantıları ilə 

əlaqədardır. 



486 


vo  qida  məhsulları  xeyli  çirklənmişdir.  Burada  anaların  südündə  xlor-  ü/vi 

pestisidlərin  konsentrasiyası  0,001  və  0,067  mq/1  arasında  tərəddüd  edir. 

Məhsulda  pestisid  qalıqlarının  toplanmasının  əsas  səbəbi  preparatlardan 

istifadə  qaydalarının  və  məhdudiyyətinin  pozulmasıdır  (tövsiyə  olunan 

dozadan  yüksək  verilməsi,  kənd  təsərrüfatı  bitkilərinin  becərilmə  vaxtının 

pozulması, preparat formasının üsullarının düzgün seçilməməsi). 

Pestisidlər  bitkidə  maddələr  mübadiləsinə  təsir  göstərə  bilər,  bu  isə 

məhsulun  kimyəvi  tərkibi  və  dəyərində  özünü  biruzə  verir.  Kimyalaş- 

dırmanın  qaydalarına  riayət  edildikdə  bitkidə  qida  maddələrinin  tərkibi  və 

miqdarında  neqativ  dəyişilmələr  baş  vermir,  məhsulda  pestisidlərin 

toplanması  YVK-nı  keçmir.  Bitkilərin  mühafizəsində  ayrı-ayrı  effektiv 

üsullardan  istifadə  olunması  zərərli  orqanizmləri  uzunmüddətli  sıxışdırıb 

məhv edilməsini təmin etmir, odur ki, kimyəvi metodlar bioloji və aqrotexniki 

tədbirlərlə kompleks həyata keçirilməlidir. Xlorüzvi pestisidlərin (XÜP) qalıq 

miqdarının toplanması dərəcəsinə görə bitkiləri aşağıdakı sıra ilə düzmək olar: 

yerkökü > cəfəri > kartof > çuğundur > çoxillik bitkilər > pomidor > qarğıdalı 

>  baş  kələm.  Kökmeyvəlilərdə  XÜP  əsasən  kökmeyvənin  qabığında,  az 

hissəsi isə yumşaq hissəsində toplanır. 

Yüksək kraxmallı kartof sortlarında funqisid ri-domil MS yaxşı toplanır 

və saxlanır. 8 ay saxlandıqdan sonra kartofda bu maddənin miqdarı maksimum 

yol verilən səviyyəni 270 dəfə keçmişdir. 

Aqrosistemin  davamlı  fəaliyyətində  torpağın  nadir  xassələri  və  çirk- 

ləndirici maddələrdən (o cümlədən, pestisid qalıqlarından) özünütəmiz- ləmə 

qabiliyyətinin  böyük  rolu  vardır.  Çirkləndirici  maddələrin  transformasiya 

prosesində  torpağın  qranulometrik  tərkibi,  humusun  miqdarı  və  tərkibi 

mühüm  faktor  sayılır.  Humus  pestisidlərin  parçalanma  məhsulunun 

fəaliyyətini  dayandırır  və  bununla  da,  ekosistemin  çirklənməsinin  qarşısını 

alır.  Bununla  belə,  humus  birləşmələri  tərəfindən  sorbsiya  olunmuş 

ksenobiotiklər  torpaqda  uzun  müddət  saxlanaraq,  ekosistemin  ayrı-ayrı 

komponentləri üçün daim təhlükə yaradır. 

Çirkləndirici maddələr ən çox balıqların orqanlarında toplanır (qaraciyər, 

böyrək). Çoxlu miqdarda çirkləndin maddələr balığın beynində, kürüdə, ən az 

isə əzələlərində aşkar edilmişdir. 

24.2.6.

 

Dioksinlər 

Davamlı üzvi çirkləndiricilər (düç) və onların insanm sağlamlığına 

təsiri.  Davamlı üzvi çirkləndiricilər (persistent organic pollutants) xlor üzvi 

birləşmələr sinfinə daxildir. Onun əsas xüsusiyyəti ətraf mühitdə on və  yüz 

illərlə  dəyişilmədən  qalması  qabiliyyətidir.  Onların  bəziləri  canlı 

orqanizmlərin  toxumalarında  toplanır,  həm  də  onların  konsentrasiyası  qida 

zənciri ilə hərəkət etdikcə artır. Son zamanlar xlor üzvi çirkləndiricilərin 

485 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə