Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə153/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   149   150   151   152   153   154   155   156   ...   216

manlanırdı. Digər xlor-üzvi birləşmələri kimi heptaxlor da məməlilər və digər 

canlı orqanizmlər üçün toksikidir. Onun metaboliti, yəni parçalanma məhsulu 

ilkin  maddədən  daha  toksik  sayılır.  1986-cı  ildə  hepta-  xlorun  istifadəsi 

qadağan olunub. 



Tüksafen  (polixlorpinen,  polixlorkamfen)  -  insektisid  olub  şəkər 

çuğunduru,  noxudun  ziyanvericiləri  ilə  və  kolarada  böcəyinə  qarşı  istifadə 

olunmuşdur.  O,  1960-1970-ci  illərdə  ABŞ-da,  xüsusilə  cənub  ştatlarında 

pambığın və soya bitkisinin səpinlərində geniş istifadə edilmişdir. Digər uçucu 

pestisidlər kimi toksafen havada yayılma qabiliyyətinə malikdir. Ona görə də 

onu  hətta  əvvəllər  istifadə  edilmədiyi  yerlərin  havasında  və  torpağında  da 

aşkar  etmək  olar.  İnsanın  orqanizminə  toksofen  əsasən  balıqla  daxil  olur. 

Balıqla  qidalanan  adamlar  gün  ərzində  1  kq  kütləsinə  2,8-5,6  nq  toksafen 

qəbul edə bilər. Son vaxtlar toksafen İsveç, Finlandiya, Niderland qadınlarının 

südündə  (68  mq/kq  yağda)  aşkar  olunmuşdur.  SSRİ-də  toksafendən  istifadə 

qadağan olunmuşdur, ildə onun 2000 tonundan istifadə edilirdi. 1986-cı ildən 

etibarən bütün dünyada toksafendən istifadə olunması qadağandır. 



Xlordan  - Qarışqa və termitləri məhv etmək üçün istifadə olunmuşdur. 

Davamlı  olduğundan  və  bioakkumulyativliyinə  görə  istifadəsi  qadağan 

olunmuşdur. O, müxtəlif ölkələrdə havada və torpaqda aşkar edilir. 

lieksaxlorbenzol  (HXB)  -  insektisid  və  funqısiddir,  davamlı  çirklən- 

dirici  sayılır.  Rusiyada  ondan  digər  preparatların  qarışığı  ilə  buğda,  çovdar, 

qarabaşaq,  soya  və  digər  taxıl  bitkilərinin  xəstəliklərinə  qarşı  onların 

toxumlarının dərmanlanmasında istifadə olunmuşdur. Qida zənciri ilə hərəkət 

etdikcə  onun  konsentrasiyası  sonuncu  həlqələrdə  kəskin  artır.  HXB  ilə 

bilavasitə təmasda olduqda selikli qişada və dəridə qıcıqlanma baş verir. 



Sağlamlığa  təsiri.  Xlor-üzvi  pestisidlər  anadangəlmə  inkişaf 

qüsurlarının  əmələ  gəlmə  riski  faktorlarıdır.  Bu,  ekoloji-epidemioloji 

tədqiqatların 

pestisidlərdən 

intensiv 

istifadə 

olunan 

rayonlarda 



«hadisə-nəzarət»  metodu  ilə  müəyyən  olunmuşdur.  Belə  risk  faktorlarının 

qiyməti  ananın  pestisidlərlə  peşə  təmasında  -  (OP  1,7),  pestisidlərdən  ev 

təsərrüfatında istifadə edildikdə (OP>l,5), pestisiddən istifadə olunan sahənin 

0,4 km- də aşkar edilmişdir. 

Xlor-üzvi 

pestisidlərdən 

geniş 

istifadə 



olunduqda  uşaqların 

sağlamlığında ciddi nəticələrə səbəb olur. Qadınların reproduktiv sağlamlığına 

təsiri  Ataniyazova  (1996)  tərəfindən  Aral  regionunda  müəyyən  edilmişdir. 

Qazaxıstanda pambıq tarlalarında xlor-üzvi pestisidlərdən (2, 3, 7, 8 -TXDD) 

istifadə  edilməsi  də  qadınlarda  reproduktiv  pozuntulara  səbəb  olmuşdur 

(K.Hooperetal,  1999).  Xlor-üzvi  birləşmələrdən  uzun  müddət  istifadə 

olunması nəticəsində Rusiyanın cənub regionlarında ətraf mühit 

484 



da profil boyu dərinə getdikcə qalıq miqdarı azalır. Yüngül gillicəli və qumsal 

torpaqlarda  isə  bunun  əksi  müşahidə  olunur  (X.M,Qasımov,  2003). 

Pestisidlərdən  istifadənin  digər  ciddi  problemi  ziyanvericilərin  ona 

alışmasıdır, bu alışma sonrakı nəsillərə də keçərək pestisidlərin effektivliyini 

aşağı  salır  və  yeni-yeni  kimyəvi  maddələrdən  istifadəyə  məcbur  edir. 

Rezistentlik  adlanan  bu  hadisədə  həşəratların  onlarla  kütləvi  növlərinin 

istifadə  olunan  əsas  birləşmə  siniflərinə  qarşı  hissiyyat  göstərmir.  Bura  ev 

milçəyi,  tarakan,  Kolorado  kartof  böcəyi,  kələm  güvəsi  və  s.-ni  misal 

göstərmək olar. İstifadə olunan pestisidlərdə rezistentlik 10-30 nəsildən sonra 

baş  verir.  Odur  ki,  yaxın  gələcəkdə  pestisidlərdən  istifadənin  hazırkı 

strategiyasında  bütün  əsas  ziyanvericilər  rezistent  ola  bilər.  Pestisidlərdən 

istifadənin problemlərini ümumiləşdirsək, belə nəticəyə gəlmək olar ki, əsas 

təhlükə ekosferin həyat təmin edilməsi xassələrinin pozulması və insanların 

sağlaıhlığmın pisləşməsidir. 

Gələcək  perspektiv  planda  istifadə  olunan  kimyəvi  maddələr  qadağan 

olunmalı və bioloji mübarizə üsulları ilə əvəz edilməlidir. Lakin təcili olaraq 

qadağan mümkün deyil. Keçid dövründə bəzi qaydalara riayət etmək lazımdır. 

Pestisidlərdən  lazım  olmadıqda  istifadə  etmək  olmaz,  zərərvericiləri 

başdan-başa  qırmağa  çalışmaq  lazım  deyil,  onun  sayını  aşağı  səviyyədə 

saxlamaq  kifayətdir.  Pestisidlərdən  istifadə  üçün  xüsusi  mütəxəssislər 

hazırlanmalıdır. 



24.2.5.

 

Digər xlor-üzvi pestisidlər 

Dieldrin  də  aldrin,  heptaxlor,  xlordan  və  toksafen  kimi  politsiklik 

qeyri-aromatik  birləşmələrə  aiddir.  Onlardan  bəziləri,  məsələn,  xlordan 

DDT-dən  toksik  sayılır.  Dieldrin  insektisid  hesab  olunur.  O,  DDT-dən  də 

effektli  və  daha  davamlıdır.  Həşəratlarda  DDT-yə  qarşı  davamlılıq 

yarandıqda, dieldrindən istifadə olunurdu. 1955-ci ildə ÜST malyariya yayan 

milçəklərə qarşı dieldrindən istifadə edərək xəstəliyin tam qarşısını ala bildi. 

Lakin dieldrini təsirindən digər həşəratlar,  kiçik kərtənkələlər və pişiklər də 

məhv  olurdu.  Bu  isə  siçovulların  çoxalmasına  imkan  yaradaraq  taun 

xəstəliyinin  əmələ  gəlməsi  təhlükəsi  yarandı.  Hazırda  dieldrindən  istifadə 

olunması  bütün  dövlətlərdə  qadağan  edilmişdir.  Lakin  olduqca  davamlı 

olduğu üçün o, əhalinin və ekosistemlərin sağlamlığına neqativ təsir göstərə 

bilər. 


Aldrin  yüksək  davamlılığı  və  toplanması  ilə  fərqlənir.  Onu  süddə, 

toxumalarda  və  insanların  qanında  aşkar  etmək  olar.  O,  məməlilər,  quşlar, 

balıqlar,  xərçəngkimilər  və  molyusklar  üçün  tokisiki  hesab  olunur.  1972-ci 

ildən onun SSRİ-də istifadəsi qadağan edilmişdir. 



Heptaxlor  - torpaqda yaşayan həşəratlarla mübarizədə istifadə edilirdi. 

Onunla həm də qarğıdalı və şəkər çuğundurunun toxumları dər- 



483 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə